Sosiologiya (Dərslik)


§ 4. Sosiologiyanın funksiyaları



Yüklə 8,65 Mb.
Pdf görüntüsü
səhifə7/259
tarix17.02.2023
ölçüsü8,65 Mb.
#100999
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   259
§ 4. Sosiologiyanın funksiyaları
Sosiologiyanın funsiyaları müxtəlif müəlliflər tərəfin­
dən az-çox fərqli şəkildə izah olunsa da, ümumi mövqelər 
üstünlük təşkil edir. Bu funksiyalar sosiologiyanın cəmiyyət 
həyatı ilə əlaqələrinin rəngarəngliyini daha aydın nümayiş et­
dirir. Elmi ədəbiyyatda adətən sosiologiyanın aşağıdakı üç 
funksiyasından bəhs edirlər:
1. 
İdrak funksiyası. 2. Praktik funksiya. 3. İdeoloji
funksiya. 
Bizcə sosiologiyanın funksiyasından da bəhs etmək 
üçün kifayət qədər əsas vardır.
Azərbaycan Respublikası Prezidentinin
if ler İdarəsi
PREZİDENT KİTABXANASI
17


1. İdrak funksiyası. 
H ər bir elm kimi sosiologiya da öz 
predimeti dairəsində insanların fəaliyyəti üçün zəngin idrak im­
kanları açır, sosial inkişafın qanunauyğunluqlarım, müxtəlif so­
sial hadisələrin dəyişilməsi meyllərini başa düşməkdə onlara 
kömək edir, sosiologiya sosial inkişaf proseslərinin mənbələrini 
və mexanizmlərini aşkara çıxarmaqla bütövlükdə cəmiyyətin, 
habelə onun ayrı-ayrı sahələrinin, tərəflərinin gələcək dəyişmə 
və təkamül perpektivlərini dərk etmək üçün ilkin şərtlər yara­
dır. Sosioloji biliyin m üxtəlif səviyyələri bunu müəyyən et­
məyə çalışır ki, insanlann sosial fəaliyyətində cəmiyyətin
m üxtəlif sosial qrupların inkişaf tələbatları necə ifadə olunur, 
hansı konkret formalar məlum şəraitdə şəxsiyyətin, qrupun və 
cəmiyyətin mənafelərinin maksimum uyğunluğunu təmin et­
məyə imkan verir. Sosioloji nəzəriyyələr və konsepsiyalar səy­
lə müasir dövrün aktual problemlərinə cavablar axtarır, heç bir 
xülyaya qapılmadan dünyanın sosial yeniləşməsinə kömək edə 
biləcək real yollan müəyyənləşdirməyə çalışır.
Sosioloji nəzəriyyələrlə sıx əlaqədə getdikcə təkmilləşən 
konkret sosioloji tədqiqatlar fərdler, qruplar, birliklər və s. haq­
qında onlann tələbatlan, mənafeləri, sərvət yönümləri, davranış 
motivləri haqqında ilk məlumatlar əldə etməyə imkan verir. 
Belə tədqiqatlar elə bir informasiya bünövrəsi varadır ki, ona 
əsaslanmaqla sosial gerçəkliyin sirlərinə daha dərindən nüfuz 
etmək mümkün olur. Konkret şəraitdə, konkret sahədə yeni 
meyllərin aşkara çıxanlması sosioloji nəzəriyyələrin xeyli zə- 
ngiləşməsini təmin edir. Ümumi və xüsusi sosioloji nəzəriyyə­
lər konkret sosial hadisələr, proseslər barəsindəki informasiyanı 
ümumiləşdirir, inkişaf qanunauyğunluqlarının elmi surətdə dərk 
olunmasına kömək göstərir. Həm rəsmi statistikanın məlumat­
larını tamamlayan, dəqiqləşdirən obyektiv göstəriciləri, həm də 
müxtəlif sosial qrupların, təbəqələrin fəaliyyətinin məqsəd, 
niyyət və motivlərini əks etdirən subyektiv göstəriciləri birləş­
dirən empirik tədqiqatlar insan amilini daha da fəallaşdıran me­
xanizmin mahiyyətli cəhətlərini qavramağa kömək edir, kütləvi 
sosial proseslərin subyektiv məqamlarının həqiqi mənasım aş­
kara çıxarır. Bu inkişafın obyektiv meylləri ilə həmin meyllərin
18
müxtəlif sosial qrupların şüurunda subyektiv inikası arasında 
uyğunsuzluğu görməyə, məlum sahədə artıq sosial problemin 
mövcudluğunu dərk etməyə istiqamətləndirir.

Yüklə 8,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   259




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə