Sosiologiya (Dərslik)


Fərdlərin qarşılıqlı vəziyyətinin ifadəsi olmaq



Yüklə 8,65 Mb.
Pdf görüntüsü
səhifə5/259
tarix17.02.2023
ölçüsü8,65 Mb.
#100999
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   259
Fərdlərin qarşılıqlı vəziyyətinin ifadəsi olmaq
bu o
deməkdir ki, fərdlər və onlann qrupları arasında münasibət­
lərin məzmunu və xarakteri onlann ictimai strukturlarda tut­
duqları yerdən və yerinə yetirdikləri role an asılıdır.
Fərdlərin və onların müxtəlif qruplarının münasibət­
lərində təzahür etmək; 
bu münasibətlər çoxaspektli olub, həm 
onlann bir-birinə, həm
cəmiyyətdə 
öz vəziyyətinə, həm də ic­
timai həyatın hadisə və proseslərinə münasibətini əks etdirir.
Fərdlərin birgə fəaliyyətinin nəticəsi olmaq; 
bu nəticə 
fərdlərin ünsiyyətdə və qarşılıqlı fəaliyyətində təzahür edir, 
qarşılıqlı fəaliyyət prosesi fərdlərin bir-birinə təsir göstərmə­
sinə şərait yaradır, ictimai münasibətlərin m üxtəlif xassələri­
nin inteqrasiya olunmasına kömək edir.
Sosial münasibətlərin təkmilləşdirilməsi azadlıq, bəra­
bərlik, ədalət anlayışlarının daha real məzmun kəsb etməsi 
üçün zəruri şərtdir.
§ 3, 
Nəzəri və tətbiqi sosiologiya
Sosiologiya bir elm kimi müxtəlif xarakterli vəzifələri ye­
rinə yetirir. Bu vəzifələrin xarakteri nəzər və tətbiqi sosiologiy­
anı fərqləndirməyə əsas verir. Belə fərqləndirmə hərti xarakter 
daşıyır, çünki nəzəri sosiologi ya praktik vəzifələrin, tətbiqi so- 
siolgiya isə nəzəri, elmi fəzifələrin həllindən kənarda qalmır.
Nəzəri sosiologiya sosial proses ərin qanuna uyğun­
luqlarını aşkara çıxarır. Nəzəri tətdqiqatçılar həmin qanunları 
daha adekvat əks etdirdikdə qiymətlidir. Nəzəri sosiologiya
14
sosial gerçəklik barəsində biliklərin formalaşması, sosial inki­
şaf proseslərinin iz.ıhı və dərk olunması, sosioloji tədqiqatları 
metodologiyası və metodlarının işlənib hazırlanması ilə bağlı 
olan elmi problemi əri həll edir. İşlənib hazırlanan nəzəriyyə­
lər, konsepsiylara iki başlıca sual cavab verməlidir: nə dərk 
olunur və necə dərk olunur?
Tətbiqi sosiologiya konkret şəraitdə mütərəqqi sosial dəy­
işmələrin həyata keçirilməsinə istiqamətlənmiş, elmi cəhətdən 
kifayət qədər əsaslandırılmış proqnozlar, tövsiyyələr işlənib hazır­
layır. Başqa sözlə, tətbiqi sosiologiya elə problemləri öyrənir ki, 
onlar sosial gerçəkl yin yenidən qurulması ilə, sosial proseslərə 
məqsədyönlü təsir göstərməyi yollarını vasitələrini araşdırmaqla 
bağlıdır. Tətbiqi sosiologiya cəmiyyətin qarşıya qoyduğu praktik 
vəzifələrin həlli üçün vasitələr axtarmalı, nəzəri sosiologiyanın 
üzə çıxardığı qanunlardan maksimum səmərəli istifadə etmək yol- 
lannı müəyyənləşdinnəlidir. Bu sosiologiya əslində insan fəaliy­
yətinin praktik sahələrini bilavasitə öyrənir və «nə iiçün?» sua­
lına cavab verir: sosial inkişaf üçün, sosial münasibətlərin və sosi­
al idarəetmənin təkmilləşdirilməsi üçün, şəxsiyyətin əhangdar 
inkişafı, onun qabili>yətinin daha tam reallaşması üçün və s .
Tətbiqi sosiologiya real sosial effekt əldə etməyə istiqa­
mətlənmişdir. AB^İ-da tətbiqi sosiologiyanın həm də «pro­
blem baxmından i.stiqa mətlənmiş elm», «müstəviyə istiqa­
mətlənmiş tətbiqi sosial elm adlandırırlar.
Tətbiqi sosiologiyanın kökləri Aleksis de Dokvillin (1805- 
1859, Emil Dürkheymin (1858-1917), Albion Budberi Smollun 
(1854-1926) əsərlərinə gedib çıxır. Hazırda tətbiqi sosioloqların 
sayı durmadan artır. Onlar həm universitələrdə və kolleclərdə
həm də xüsusi biznes sahəsində, dövlət və hökumət orqanların­
da, müxtəlif təşkilatlarda çalışırlar. Adətən hansı metodlara 
üstünlük verməsindən asılı olaraq tətbiqi sosiologiyada iki baş­
lıca istiqamət ayırd edilir: 

Yüklə 8,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   259




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə