Sosiologiya (Dərslik)


§ 2. Sosiologiyanın predmeti



Yüklə 8,65 Mb.
Pdf görüntüsü
səhifə4/259
tarix17.02.2023
ölçüsü8,65 Mb.
#100999
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   259
§ 2. Sosiologiyanın predmeti
Sosiologiya termini iki sözün birləşməsindən ibarətdir: la­
tın sözü «sosietas» (cəmiyyət) və yunan sözü «loqos» (söz təli­
mi). Hərfi mənada sosiologiya cəmiyyət haqqında elm deməkdir.
Aydın məsələdir ki, bəşəriyyət öz tarixi ərzində həmişə 
cəmiyyəti dərk etməyə, ona öz münasibətini bildirməyə səy 
göstərmişdir. Bunu xatırlamaq kifayətdir ki, keçmişin bütün 
mütəffəkkirləri öz fəlsəfi sistemləri çərçivəsində həm də öz 
ictimai baxışlarını ifadə etmişdir. İqtisadi, hüquqi, pedaqoji fikir
9


müvafiq xüsusi elmlərdən - siyasi iqtisaddan, hüquqşünaslı- 
qdan, pedaqoqikadan qədim olduğu kimi, sosial fikir də bir elm 
kimi sosiologiyadan daha qədimdir. Sosial m əsələlər haqqında 
mühakimlər, ictimai hadisə və proseslərin qiymətləndirilməsi 
müxtəlif formalarda, müxtəlif canrlarda öz əksini tapmışdır. B ə­
şəriyyətin ən ümumi sosial ideyalar işləyib hazırlaması uzun­
müddətli mürəkkəb və zidiyyətli prosesdir. Zehini əmək böl­
güsü elə bir yol getməli idi ki, sosial təfəkkürün özünün spesifik 
formalarında təzahür edə bilsin. Bu baxımdan sosioloji fikir ta­
rixi sosial fikrin, sosial ideyaların xüusi tərkib hissəsidir.
Sosiologiyanın müəyyən ilkin şərtlərin mövcud olduğu 
XIX əsrdə meydana gəldiyi vaxtdan onun predmeti eynimənalı 
başa düşülməmişdi. Məsələn, O.Kont belə hesab edirdi ki, so­
siologiya insan zəkasının və psixologiyanın ictimai həyatın təsi­
ri ilə necə təkmilləşdiyini öyrənən yeganə elmdir. Sosiologiya 
ictimai həyat faktlarını, proseslərini yerinə yetirməlidir. 
H.Spenserə görə, sosiologiya elə ən ümumi elmdir ki, özündə 
həm tarixi inkişafın ümumi nəzəriyyəsini, həm antropologiyanı, 
həm də etnoqrafiyanı birləşdirir. Alman iqtisadçısı və sosioloqu 
Vlbert Şeffles (1831-1903) bildirdi ki, sosiologiyanın predime- 
tini insanlar arasındakı qarşılıqlı mənəvi münasibətlər, habelə 
ünsiyyətin ideal və texniki üsulları, formaları təşkil edir, gör­
kəmli hüquqşünas və sosioloq L.Qumploviçini (1838-1909) fik­
rincə, sosiologiya bütün sosial elmlərin fəlsəfi əsasıdır.
XIX əsrin sonlarına qədər Kontun nöqteyi-nəzəri, yəni 
sosiologiyanın cəmiyyətşünaslıqla eyni olan elm kimi nəzərdən 
keçirilməsi elmi ədəbiyyatda üstünlük təşkil etmişdir. XIX əsrin 
sonu - XX əsrin əvvəllərində cəmiyyət məsələlərinə həsr 
olunmuş tədqiqatlarda sosial aspekt xüsusi olaraq ayırd edilir, 
onun iqtisadi, hüquqi və s. aspektlər sırasında özünəməxsus cə­
hətlərinə daha çox diqqət yetirilir. Bu halda sosiologiyanın 
predmeti xeyli məhdudlaşdırılaraq məhz ictimai inkişafın sosial 
tərəflərinin öyrənilməsinə müncər edilir. Sosiologiya elminin 
belə şəhrini ilk dəfə fransız sosioloqu və filosofu Emil Dürg- 
heym (1858-1917) vermişdir. Dürkheymirı fikrincə, sosiologiy­
anın predmeti və xüsusi reallıqdır ki, onunla mövcud elmlərdən
10
heç biri indiyə qədər məşğul olmamışdır. Bu reallığın əsasını 
sosial faktlar ləşkil edir, həmin faktlar isə gerçəkliyini nə iqtisa­
di, nə psixoloci nə fiziki və s. faktlarına müncər edilə bilməz; 
onların öz müstəqil xarakteristikaları vardır. Sosil faktların baş­
lıca əlamətləri onların obyektiv səciyyə daşınması, fərddən asılı 
olmayaraq mövcud olması, ona təzyiq göstərə bilməsidir. 
Dürkheym sosial faktları iki yerə ayırdı: cəmiyyətin «maddi 
substratını» təşkil edən morfoloji faktlar (məs. Əhali sıxlığı, 
fərdlər əsasında ünsiyyətin intensivliyi, yaşayış yerlərinin xa­
rakteri və s.) və mənəvi, qyeri-maddi faktlar (bunlar məcmu 
halda kollektiv və ya ümumi şüuru təşkil edir).
Sosiologiya cəmiyyət haqqında elmdir, başqa sözlə, so­
sioloji idrakın obyektini cəmiyyət təşkil edir, lakin belə izah 
sosiologiyanın predimetini tam aydınlaşdırmır, çünki cəmiyyət 
ən müxtəlif elmlər tərəfindən öyrənilir. Ona görə də digər 
elmlərdə olduğu kimi, sosiologiyada da onun obyektini və 
predimetini fərqləndirmək lazımdır.
Sosioloji idrakın obyektinin və predimetinin qarışdırılması 
və ya eyniləşdirilməsi ciddi metodoloji qüsurdur. Bu qüsur indi 
meydana çıxmamışdır: o, əvvəllər də özünü göstərmişdir, indi 
də ən müxtəlif məktəblərin və cərəyanların bir çox sosioloqla­
rına xas olan cəhətdir. Yeri gəlmişkən qeyd edək ki, sosiologi 
yanın digər elmlərdən, ABŞ-da sosial psixologiyadan və s. nis­
bətən gec ayırlmasını və müstəqil elmi fənn kimi təşəkkül tap­
masını şərtləndirən ən mühüm səbəblərdən biri məhz sosioloji 
idrakın obyektinin və predmetinin eyniləşdirilməsi olmuşdur.
Adətən tədqiqatçının fəaliyyətinin istiqamətləndiyi hər şeyi 
idrak obyekti kimi qəbul edirlər. Bu o deməkdir ki, müxtəlif hadi­
sə, proses, münasibət ən müxtəlif elmlərin predimetindən söhbət 
ketdikdə yalnız obyektin həmin elmin spesifikası ilə müəyyən edi­
lən tərəfi, aspekti, xasəsi, münasibəti əsas götürülür. Obyektin di­
gər tərəf, aspekt, xassə və münasibətləri isə ikinci dərəcəli m əsə­
lələr kimi, yaxud obyektin mövcudluq şəraiti kimi nəzərdən keçi­
rilir. Deməli, predimetini aynd etmək məsələsi qarşıya çıxır. Baş­
qa sözlə, hər bir elm digər elmdən ilk növbədə öz predimeti ilə 
fərqlənir. Hər bir elm obyektiv reallığın öz xüsusi tərəfini, sferası-
11


ш, özü üçün spesifik olan qanunauyğunluqlannı, həmin qanuna­
uyğunluqların xüsusi təzahür formalarını və fəaliyyət mexanizm­
lərini öyrənir. Bu o deməkdir ki, hər hansı elmin, o cümlədən so­
siologiyanın predimetini tədqiqat obyektinə görə müəyyənləşdir­
mək kifayət deyildir. Məsələn, sosial reallıq icitmai və humanitar 
elmlərin tədqiqat obyektidir. Lakin hər bir elm məhz öz predimeti 
sayəsində müəyyən birmənalı lıq qazanır; etmin predmeti həmişə 
spesifıkdir: hətta eyni obyektdə, yaxud onun ayn-ayn hissələrində 
müxtəlif elmlər bir-birindən fərqli; spesifik qanunauyğunluqları 
tədqiq edirlər. Məsələn, ailə iqtisadiyyat, hüquq, demoqrafiya, so­
siologiya, psixologiya, pedaqoqika və s. elmlərin tədqiqat obyekti 
ola bilər. Lakin bu elmlərin ailə təsisatına münasibəti, yanaşması 
öz predmetləri çərçivəsində eyni deyildir, bir-birindən fərqlidir.
Hər bir elmin predimeti emprik reallığa abstrakt səviyyədə 
spesifik şəkildə təkrar istehsal edir, yəni nəzəri abstraktlaşdır- 
manm nəticəsidir. Belə abstraktlaşdırma öyrənilən obyektin fəa­
liyyət və inkişafının elə qanunauyğunluqlannı ayırd etməyə im­
kan verir ki, onlar həmin elm üçün qanunauyğunluqlannı ayırd 
etməyə imkan verir ki, onlar həmin elm üçün spesifıkdir.
Sosiologiyanı bir elm kimi səciyyələndirərkən çox za­
man əslində sosioloji idrakın başlıca obyektləri sadalanır. So­
sioloji məktəblərin və cərəyanların, sosioloji biliyin konkret 
təşkilat sistemlərinin müxtəlifliyi, ideya-nəzəri mövqelərin və 
yönümlərin rəngarəngliyi sosiologiyanın predimeti m əsələsin­
də çətinlikləri artırır. Bir çox hallarda «sosiologiya» anlayışı­
nın özü dəqiq təsəvvür olunmur.
Hər bir elmin spesifikasını araşdırarkən gerçəklikdən elə 
əlaqə və münasibətlər ayırd edilməlidir ki, onlar keyfiyyətcə 
digər əlaqə və münasibətlərdən fərqli olub, məhz həmin el­
min predmetini təşkil edə bilsin. M əsələyə belə yanaşmaqda 
demək olar ki, sosial adlandırılan əlaqə və münasibətlərin 
bütün məcmusu sosioloji idrakın obyekti hesab edilmişdir. Bu 
əlaqə və münasibətlər hər bir konkret sosial obyektdə xüsusi 
tərzdə təşkil olunmuşdur. Ona görə də sosioloji idrakın obyek­
ti sosial sistem kimi çıxış edir, deməli, sosial olan, sosial əlaqə 
və münasibətlər, onların təşkili üsulu elə anlayışlardır ki, bun­
12
lar sosioloji idrak obyektinin xüsusiyyətlərini 
açmaq üçün 
əsas anlayışlar kimi götürülə bilər, bu halda sosial qanuna­
uyğunluqların aşkara çıxarılması sosiologiya elminin predime­
tini müəyyənləşdirmək üçün həlledici əhəmiyyət qazanır.
Sosiologiya tarixən müəyyən sosial 
sistem lərinin 
fəaliyyətinin və inkişafının sosial qanunauyğunluqları, h a­
belə həmin qanunauyğunluqların şəxsiyyətlərin, sosial 
qrupların, birliklərin, siniflərin, xalqların fəaliyyətində tə ­
zahür form aları və m exanizm ləri haqqında elm dir.
Sosiologiyanın predimetini müəyyənləşdirərkən adətən 
ayn-ayn sosioloqlar müxtəlif sosial hadisələri və prosesləri həl­
ledici hesab edirlər. Məsələn, qruplann (insanlann) qarşılıqlı fəa­
liyyəti, (yaxud bu fəaliyyətin nəticələrini); insanlann qarşılıqlı 
münasibətləri; sosial təsisatlar və onların insan davranışına 
münasibəti; sosial fəaliyyət sistemləri; insan cəmiyyəti və insan 
davranışı; sosial nizamın və nizamsızlıqın təbiəti; sosal qruplar; 
insan birlikləri formaları; insan cəmiyyətinin əsas strukturlan; 
sosial proseslər; sosial-mədəni hadisələr; sosial həyatın elmi ba­
xımdan öyrənilməsi və s. bu anlayışlardan hər birinin mənasını, 
əhəmiyyətini kiçiltmədən qeyd etməliyik ki, sosiologiya anlayışı 
daha ümumuiləşdirici olub, ən mühüm, mərkəzi anlayış kimi 
nəzərdə keçirilə bilər.
Sosial anlayışın həm geniş məzmunda (ictimai mənasın­
da) həm do məhdud (emprik) mənada başa düşülməsi həmişə 
müəyyən çətinliklər yaratmışdır. Birinci halda, sosioloji biliyin 
spesifik obyekti (sosial əlaqə və münasibətlər) əslində unu­
dulmuş, ikinci halda isə bütövlükdə cəmiyyətə aid olan hadisə 
və prosesləri dəqiq ifadə etmək mümkün olmamışdır. Ona gö­
rə də sosiologiyanın inkişafının müəyyən mərhələsində, 
ümumi sosioloji nəzəriyyə işləyib hazırlamaq zərurəti yaran­
dıqda bütövlükdə cəmiyyəti, ictimai münasibətlərin bütün sis­
temini xarakterizə etmək üçün «sosial» anlayışı elmi dövriy- 
əyə daxil edilmiş, «sosial» anlayışı tədricən müstəqil məna 
kəsb etmişdir.
Sosial münasibətlər şəxsiyyətin cəmiyyətlə qarşılıqlı 
fəaliyyətini (sosial qruplar, təşkilatlar, təsissatçılar və s. vasi­
13


təsilə) səciyyləndirir, istər iq tisa d i, istər s iyasi, istərsə də m ə­
nəvi münasibətlərin mahiyyətini, mühüm aspektini təşkil edir
ictimai münasibətlərin hər hansı sistemi həmişə aydın ifadə 
olunmuş sosial aspektə malikdir. Deməli, sosial ictimai müna­
sibətlərin xüsusi aspektini səcyyələndirməklə qalmır, onların 
bütün növlərinə nüfuz edir.
Sosialın spesifikasını hansı əsas cəhətlər səciyyələndi­
rir? - fərdlərin m üxtəlif qrupları üçün ümumi xassə olmaq; be­
lə xassə ictimai münasibətlərin bu və ya digər xasslərinin in­
teqrasiyası nəticəsidir.

Yüklə 8,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   259




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə