Sosiologiya (Dərslik)



Yüklə 8,65 Mb.
Pdf görüntüsü
səhifə3/259
tarix17.02.2023
ölçüsü8,65 Mb.
#100999
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   259
Vahidov Fazil
5


FƏ S İL I
SO SİO LO G İY A C Ə M İY Y Ə T 
HA Q Q IN D A EL M D İR
§ 1. Sosiologiya elminin meydana gəlm əsi və inkişafı
Sosiologiyanın müstəqil elm kimi meydana gəlməsi XIX əs­
rə təsadüf edir. Həmin əsrin 30-50-ci illərində bu sahədə ilk ciddi 
addımlar atılmış, sosial sistemlərin fəaliyyəti və inkişafı qanuna­
uyğunluqlarını öyrənən elmin bir çox əsaslı problemləri araşdml- 
mışdır. Sosiologiyanın meydana gəlməsi belə bir təlabaü ifadə 
edirdi: digər ictimai elmlərdə elə problemlər ortaya çıxmışdır ki, 
onlann ənənəvi üsullarla, biliklərin təşəkkül tapmış mövcud siste­
mi çərçivəsində həll etmək artıq mümkün deyildiir.
Dünyaya sosioloji baxım üç başlıca cəhəti özündə birləşdirir:
Birincisi, cəmiyyət ayrı-ayrı ictimai ünsürlərin sadəcə 
mexaniki yığımı yox, öz xüsusi qanunları üzrə fəaliyyət göstə­
rən, inkişaf edən m üəyyən sistemli bütövlükdür.
İkincisi, ideal icitimai quruluşun utopik konstruksiyasını 
quraşdırmaq yox, real surətdə mövcud olan ictimai münasibət­
lərin öyrənilməsi zərurəti dərk olunmalıdır.
Üçüncüsü, mücərrəd fəlsəfi mühakimələrə yox, emprik 
tədqiqat metodlarına istinad edilməlidir. Aydın m əsələdir ki, 
həmin metodların başa düşülməsi m üxtəlif tədqiqatçılarda 
m üxtəlif ola bilər.
Sosioloji baxımın ünsürləri tədricən, bir-birilə qarşılıqlı 
əlaqədə təşəkkül tapmışdır. Bu proses yeni dövrün sosial fəl­
səfi və tarix fəlsəfəsi hüdudlarında baş vermişdir. İctimai və 
humanitar elmlərin differensiasiyası, emprik sosial və etnoqra­
fik tədqiqatların inkişaf etməsi, təbiətşünaslığın yeni-yeni nai­
liyyətlər qazanması və onun cəmiyyətşünaslıqla əlaqələrinin 
dərinləşməsi burada həlledici rol oynamışdır.
Sosiologiyanın banisi görkəmli fransız mütəfəkkiri Oqyust 
Kont (1798-1857) hesab olunur. O öz təlimini əvvəlcə «sosial 
fizika» adlandınr. Lakin sonralar belçikalı alim və statistik 
A.Ketlenin (1796-1974) də həmin termindən istifadə etdiyini nə­
zərə alaraq, elmin dövriyyəyə yeni söz - sosiologiyam daxil edir.
6
Məlumdur ki, «sosial fizika» ideyası XVII əsrə təsadüf 
edir. Artıq «sosial fizika» nəzəriyyələri cəmiyyətə sistem kimi 
yanaşır, onu təbiətin bir hissəsi hesab edirdi. Başqa sözlə, cə- 
miyyətşünaslıq metodoloji baxımdan təbiətşünaslığın tərkib 
hissəsinə çevrilirdi. Lakin məhz O.Kont həmin ideyanı tam 
dolğunluqla, müntəzəmlik və əsaslılıqla işləməyə nail olmuş­
dur. Kontun fikrincə, «sosial fizika», yaxud sosiologiya cəmiy­
yət hadisələrinin fiziki hadisələrə müncər edilməsini nəzərdə 
tutmur: sosial olanın spesifikası elmi biliyi özünəməxsus ensik­
lopediyası olan «pozitiv sintez» çərçivəsində nəzərə alınmalıdır.
Sosiologiyanın meydana gəlməsi XIX əsrdə cəmiyyətin 
mövcud ziddiyyətləri, habelə həmin ziddiyyətlər zəminində 
şaxələnən və kəskinləşən ictimai-siyasi mübarizə ilə bağlı 
olmuşdur. Yeni intellektual sintezə, insan və cəmiyyət haqqın­
da realist təhlilə tələbat getdikcə artırdı. Sosial hadisələri və 
prosesləri izah etmədən, ictimai həyatın m üxtəlif tərəfləri ba­
rəsində konkret emprik informasiya almadan, bir sözlə, sosio­
loji realizm mövqeyində dayanmadan cəmiyyəti az-çox səm ə­
rəli idarə etmək mümkün deyildi.
XIX əsrin sonlarına doğru sosiologiyanın bir elm kimi tə­
şəkkülü əsasən başa çatır və XX əsrin əvvələrindo o, artıq cə- 
miyyətşünaslığın aparıcı bölmələrindən birinə çevrilir. Onun öz 
anlayış aparatı formalaşır, getdikcə daha mürəkkəb və differensi- 
al konsepsiyalar meydana gəlir. Tədricən öyrənilən problemlərin 
dairəsi genişlənir, metodologiya və tədqiqat texnikası məsələlə­
rində uğurlu addımlar atılır. Ümumi nəzəriyyənin və empirik so­
sial tədqiqatların pararel inkişafı onlann inteqrasiyası meyllərini 
gücləndirir. Sosiologiyanın təsisatlaşdmlması, ali təhsil sistemin­
də, xüsusən universitetlərdə özünə möhkəm mövqe qazanması, 
bu sahədə çalışan peşəkarlann artması, O.Kotun, H.Spenserin, 
F.Tennisin, K.Zimmelin, E.Dürkheymin, M.Veberin, V.Pa- 
retonun əsərloninin öyrənilməsi, təbliği, yeni ideyalarla zən­
ginləşdirilməsi - bütün bunlar XX əsrdə, xüsusən 20-ci illərdən 
sonra daha çox nəzərə çarpan səciyyəvi xüsusiyyətə çevrilir.
Sosiologiyanın inkişafında 20-ci illərdən 50-ci illərə q ə- 
dərki dövrün özünəməxsus yeri vardır. Təxm inən iki dünya
7


müharibəsi arasındakı dövrü əhatə edən mərhələni bəzən sa­
dəcə olaraq empirik mərhələ adlandırır, anarılan tədqiqatların 
nəzəri imkanlarının məhdudluğunu, əhatəli nəzəri və dünyag­
örüşü sintezlərinin olmamasını qeyd edirlər. Lakin belə izah 
sadəcə olaraq doğru deyildir, çünki empiric istiqamətlənmənin 
özü maraqlı nəzəri axtarışlara stimul yaratmışdır. Bundan əla­
və, nəzərdən keçirilən dövrdə nüfuzlu sosioloji m əktəblər və 
istiqamətlər təşəkkül tapmış və fəal iş aparmışlar. Məsələn, 
sosial fəaliyyət nəzəriyyələri, psixoanalitik sosiologiya və s. 
bu qəbildəndir. P.Sorokinin «inteqral sosiologiyasının» əsas 
ideyaları məhz bu m ərhələdə işlənib hazırlanmışdır. Sonralar 
geniş şöhrət qazanmış sosioloji cərəyanların - simvolik intera- 
ksionizmin / C.H.Midin əsərlərində/, fenomenoloji sosiologi­
yanın / A.Şyutsun əsərlərində/, Frankfurt məktəbinin «tənqi­
di» sosiologiyasının (M.Horqhaymerin və T.Adornonun əsər­
lərində) formalaşması da bu dövrə təsadüf edir. Bu dövrdə irə­
li sürülən bəzi ideyalar bir çox onilliklər ərzində irəlicədən 
sosioloji fikrin inkişafının bünövrəsini təşkil etmişdir. XX əs­
rin 50-ci illərindən etibarən sosiologiyada sabitləşmə səylərini 
möhkəmləndirmək, rasionallıq və inkişaf ideyalarını daha də­
rindən işləmək meylləri üstünlük təşkil edir. Bu meyllər indi 
də geniş və qızğın mübahisə obyekti olaraq qalır.
Hazırda sosiologiyanın müstəqil elm kimi mövcudluq 
hüququ, onun sosial və intellektual inkişafda rolu, demək olar ki, 
heç kəsdə etiraz doğurmur. Bütün qabaqcıl və inkişaf etmiş döv­
lətlər cəmiyyətin sosial-iqtisadi və mənəvi - əxlaqi baxımdan 
sağlamlaşmasında sosiologiyanın əhəmiyyətini dərk edərək, 
onun inkişafı üçün daha optimal şərait olmasına qayğı göstərirlər.
Müstəqilliyin çətin, əzablı, lakin zəruri yolu ilə irəliləyən 
respublikamızda sosiologiyanın inkişafı müəyyən çətinliklərlə 
üzləşir. Erməni təcavüzü nəticəsində respublika ərazisinin xey­
li hissəsinin dağıntıya məruz qalması, qtçqınlar və köçkünlər 
problemi, dövləti iqtisadi, sosial, mənəvi potensialın xeyli zəif­
ləməsi, sosiologiya sahəsində ixtisaslı kadrların azlığı, keçmiş 
SSRİ-də sosiologiyanın təsisatlaşdırılmasına və öz qanuni yeri­
ni tutmasına lazımınca diqqət yetirilməməsi, sosioloji tədqiqatla
8
və xidmətlə məşğul olan laboratoriyaların, şöbələrin maliyyə 
çətinlikləri ilə üzləşməsi və s. obyektiv surətdə vəziyəti mürək­
kəbləşdirir və gərginləşdirir. Lakin nəzərə almaq lazımdır ki, 
son illərdə respublikamızda ümidverici addımlar da atılmışdır. 
Artıq sosiologiya ixtisası üzrə kadrlar hazırlığına başlanılmış, 
ali məktəblərdə və kolleclərdə sosiologiyanın tədrisinə diqqət 
gücləndirilmiş, onun təsisatlandırılması işi xeyli təkmilləşdiril­
mişdir. Əlbəttə, problemlər qalır. Lakin bu problemlərin həlli 
təkcə dövlət qayğısında yox, həm də bu sahədə çalışan mütə­
xəssislərin ictimai tələbatı dərk etməsindən, öz bilik və ixtisas 
səviyyəsini yüksəltməsindən, respublikanın müstəqilliyinin 
möhkəmlənməsinə konkret töhfəsindən asılıdır.
Bu həqiqətdir ki, tarixi-elmi baxımdan hər bir elm nəinki nə­
zəri müddəaların az-çox nizama salınmış sistemdir, həm də müəy­
yən predmeti öyrənən və onunla peşəkar surətdə məşğul olan 
adamlann daxil olduğu sosial sitemdir. Bu mənada sosiologiya da bir 
elm kimi konkret tarixi tosissatdır, onun meydana gəlməsi, inkişafı, 
yüksəlmə və enmə momentləri diqqətlə öyrənilməlidir.
Bir sıra elmlərlə müqayisədə sosiologiyanın daha əhatəli 
və dərin yol keçməli olacağı indi açıqca etiraf olunur, bu baxım­
dan Amerika sosiologiyasının görkəmli nümayəndələrindən biri 
olan Robert Kinq Mertonun sözləri xarakterikdir: «İyirminci əsrin 
fizikası ilə ssiologiyası arasında milyard saatlıq fasiləsiz nizamlı 
və təmərküzəştli tədqiqatçılıq işinə bərabər olan fərq mövcud­
dur. Ola bilsin ki, sosiologiya öz Eynşteyn üçün hələ ona görə 
yetişməmişdir ki, o. əvvəlcə öz keplerini tamamlamalıdır».

Yüklə 8,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   259




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə