Sosiologiya Sual Sosiologiya cəmiyyət haqqında elmdir


Sual 4.Cəmiyyət mürəkkəb sosial sitemdir



Yüklə 20,28 Kb.
səhifə3/15
tarix12.01.2023
ölçüsü20,28 Kb.
#98476
1   2   3   4   5   6   7   8   9   ...   15
Sosiologiya

Sual 4.Cəmiyyət mürəkkəb sosial sitemdir
Cəmiyyət mürəkkəb,bütöv sosial-mədəni sistemdir,başqa sözlə sosial sistemi xüsusi növüdür.Sosial fəlsəfi axtarışlar cəmiyyətin tədqiqində ilkin metedoloji prinsipi üzə çıxarmışdı:bu cəmiyyətə sistem kimi yanaşılmasıdır.Elm də, o cümlədən sosiologiyada müxtəlif mürəkkəbliyə malik olan təşəkkülləri tədqiq etmək üçün sistem yanaşmadan uğurla istifadə olunur.Sistem termini hələ qədim Yunanıstanda işlənilsədə ,XVII-XVIII əsrlərdə elmi dövriyyəyə daha geniş daxil olmuşdur,onun ilkin mansı nəyinsə mürəkkəb və rəngarəng vəhdətini ifadə etmişdir.XX əsrin ortalarında etibarən sistem termini daha dərin eli məzmun kəsb etmişdir.Sistemlərin ümumi və xüsusi nəzəriyyələri meydana gəlmiş sistem yanaşma biliyin tədqiqatın xüsusi metodologiyası kimi etiraf olunmuşdur.Hazırda sistemlilik hə bir elmin mərkəzi kateqoriyalarında biri hesab edilir.Universal anlayış olan sistem həm maddi həm də mənəvi aləmin mühüm xassələrini əks etdirir.Onun ən mühüm əlamətləri bütövlük,differnsiallıq elemntlərin əlaqəsidir.Elmi ədəbiyyatda belə bir cəhətə xüsusi diqqət yetiriliki fəaliyyət baxımından hər bir sistemi 3 əlamət səciyyələndirir.1)davamlılıq2)müvazinət3)əks əlaqə
Sual 5.Cəmiyyət anlayışı:məzmunu və əsas cəhətləri
XVIII əsrdə meydana çıxan sosiologiya anlayışı elmi dildə müxtəlif mənalarda istifadə edilir.Bu anlayış əsasən cəmiyyət mənasını verir.Mürəkkəb,özünütənzimləyən sistem olan cəmiyyət onu təşkil edən insanların və digər sosial vahidlərin birgə fəaliyyət sahəsidir.Bu tərif bütün sosial təlimlər və nəzəriyylərin təmsilçiləri tərəfindən qəbul edilən bir tərifdir.Sözün geniş mənasında cəmiyyət insanlar toplusu deməkdir.Cəmiyyət 3 cəhəti özündə birləşdirir:1)Ərazi birliyi-ərazinin coğrafi relyefi,iqlimi,yeraltı və yerüstü sərvəti insanların həyat fəaliyyətini təmin edir.2)Sosial struktura malikdir.Sosial struktur sosial qruplar,sosial təsisatlar və onlar arasında münasibətləri əhatə edir.3)Cəmiyyət özünü tənzimləyən sosial sistemdir.Əraziyə,sosial struktura,idarəetməyə malik olan cəmiyyət özünü tənzimləyir.Sosial birliklər arasında inteqrasiya cəmiyyətin tənzimlənməsini təmin edir.Cəmiyyət anlayışı ilə bağlı olaraq,insan tarixi 2 əsas mərhələyə bölür:insanın sosial mövcudluğuna qədər ki,və sosial mövcudluq mərhələsi.Keçmişdə yaşayan insanların cəmiyyəti sadə,sonra yaşayan insanların cəmiyyəti isə mürəkkəb adlandırılmışdır.

Yüklə 20,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə