Qeyd etdiyimiz sosial hadisənin daşıyıcdan müəyyən şəxslərdir, bəzi qmplardır; onlar şüurlu və ya kortəbii
surət-də eəmiyyətdə möveud olan tələblərlə və davranış normalan ilə konfliktə girirlər.
İnsanların şüurunda və davranışında deviasiya (kənara çıxma) adətən tədricən yetişir. Bu baxımdan
sosiologiyada «ilkin deviasiya» anlayışının işlədilməsi diqqəti cəlb edir. Həmin anlayışın mənasını belə izah etmək
olar: ilk vaxtlar müəyyən kənara çıxma hallarına ətrafdakılar, necə deyərlər, barmaqarası yanaşırlar, hər hansı qaydanı
pozan şəxs isə özünü bu cür qiymətləndirmir. Belə kənara çıxma hallan isə əhəmiyyətsiz qüsurlar və ya qeyri-əxlaqi
hərəkətlərə lap yaxın olsalar da, müəyyən zaman ərzində nəzərə çarpmaya bilərlər. Məsələn,
təsadüfi adamlarla spirtli
içkilərin içilməsi - ictimai əxlaqm pozulmasına gətirib çıxaran bu hadisə müəyyən müddətdə diqqətdən kənarda qala
bilər.
Kənara çıxan davranışın ikinci səviyyəsi də vardır; bu, ikinci deviasiya adlanır. Bu halda ətraf sosial qmp və ya
rəsmi təşkilatlar tərəfindən həmin davranışın daşıyıcısı açıq şəkildə əxlaq və ya hüquq normalannm pozucusu kimi
etiraf olunur.
Başqa sözlə, həmin davranışa müəyyən reaksiya özünü göstərir.
Kənara çıxan davranışı təhlil edərkən deviasiyanm fərdi və ya kollektiv formalarını fərqləndirmək vacibdir.
Fərdi forma dedikdə, əxlaq və hüquq tələblərinin aynca şəxs tərəfindən pozulması başa düşülür. Kollektiv formada isə
kənara çıxan davranış müəyyən sosial qmpun (məsələn, cinayətkar dəstənin) fəaliyyətinin ifadəsidir. Həmin qmp
özünün
qaydalar sistemini, «mədəniyyətini» yaradır və açıq şəkildə qəbul olunmuş normalara qarşı dumr».’
Nəzərə almaq lazımdır ki, hər cür kənara çıxma halını [65 - 66] deviant davranış hesab etmək doğm deyildir.
Hərçənd bəzi tədqiqatlarda kənara çıxan davranış və deviant davranış eyniləşdirilir. Onlar e5miləşdirildikdə bütün
sosial qmplar və bütün adamlar həmin təriflə ehtiva olunurlar. Halbuki cəmiyyətdə elə bir adam və
sosial qmp yoxdur
ki, onlar həyatın bütün hallannda mütləq surətdə norma və qaydalara müvafiq hərəkət etmiş olsunlar.^ Deməli, kənara
çıxan davranış anlayışı daha geniş məzmuna malikdir.
Kənara çıxan davranış müəyyən səbəblərlə bağlıdır. Əwəla, yeni sosial sistem boş yerdə yaranmır, əvvəlki
sistemin, dağıdılmış sistemin bir sıra elementlərindən törəyir. Söhbət insanlardan və ya məhsuldar qüvvələrin
ünsürlərindən gedir. İkincisi, yeni sosial sistemin inkişafı, adətən qeyri-bərabər olur. Bu, həmin sistemin ünsürlərinin
qarşılıqlı nisbətində müəyyən disproporsiyalar doğumr və onlardan bəzilərində müəyyən defektlərin qalmasına gətirib
çıxanr. Üçüncüsü, inkişaf edən sistemin öz mövcudluğu şəraitinə (istər daxili, istərsə də xarici şəraitinə) natamam
adaptasiyası özünü göstərə bilər. Başqa sözlə, sosial, mədəni və texniki inkişaf yeni meydana gələn ictimai-iqtisadi və
mədəni tələbatlarm ödənilməsinə adekvat cavab verməyə bilər. Dördüncüsü, təsadüfi hadisələr də deviant davranışı
qidalandıra bilər. Bütün bunlar məcmu halında müxtəlif neqativ hadisələrin konkret mənbəyi olur.^
Kənara çıxan davranış başlıca olaraq iqtisadi münasibətlərlə vasitələnir. Aydın məsələdir ki, belə davranış
həmin münasibətlərin vəziyyətindən birbaşa asılı olmur. Qarşılıqlı əlaqə daha mürəkkəb və çoxcəhətlidir. Lakin
cəmiyyət inkişafının bütün tarixi göstərir ki, sıx qarşılıqlı əlaqə həqiqətən mövcuddur. Nəzərdən qaçırmaq olmaz ki,
əsas məsələ müxtəlif sosial bərabərsizlik formalarının mövcudluğudur. Həyati faktlar sübut edir ki, qeyri- bərabərliyin
bu və ya digər [66 - 67] formalan qalmaqda davam edir. Həm də onlan obyektiv surətdə şərtlənmiş fərqlər yox,
deformasiyaya uğramış ictimai münasibətlər doğurur: məsələn, hakimiyyətə mənsubluq, xəlvəti iqtisadiyyatla bağlılıq
və s. Burada xatırlamaq yerinə düşər ki, mütəxəssislər xəlvəti iqtisadiyyatın nəhəng maliyyə kapitalına malik olduğunu
xüsusi vurğulayırlar. Məsələn, XX əsrin 90-cı illərinin ortalannda təxminən 150-200 milyard dollar vəsaitin adı
çəkilir."^
Keçmiş SSRİ məkanında belə kənara çıxma hallanmn mühüm mənbəyi iqtisadiyyatın defısitliyi idi. Bu,
insanlan alçaldırdı, böyük itkilərə səbəb olurdu. Çünki insanları ədalətin pozulması qədər heç şey narahat etmir. Bunu
90-cı illərin ortalannda Rusiyada apanlmış sosioloji tədqiqat materiallan da təsdiq edir (sorğunu Ümumrusiya İctimai
Rəyi Öyrənmə Mərkəzi aparmışdır - 1996-cı ilin may-iyun aylan). Belə ki, rəyi soruşulanlann ancaq 19 faizi tamamilə
və ya qismən razılaşmışdır ki, insanlar öz əməyinə görə mükafatlandmhr; 8 faizi bu rəyə tərəfdar çıxmışdır ki, «ağıl və
peşəkarlıq qiymətləndirilir», cəmi 4
faizi isə belə hesab edir ki, insanlar ehtiyac duyduqlan şeyləri ala bilərlər.^
Mütəxəssislərin fikrincə. Sovet dövründə kənara çıxan davranışın bir mənbəyi də ixtisaslı və ixtisassız əmək,
nüfuzlu və nüfuzlu olmayan əmək arasındakı ziddiyyətlər olmuşdur. Həmin ziddiyyətlər insanların ziddiyyətli
fəaliyyəti üçün ilkin şərt ola bilmişdir. Əlbəttə, bu o demək deyildir ki, ixtisassız, nüfuzlu olmayan əmək bilavasitə
kənara çıxmaya səbəb olur. Aşağı ixtisaslı adamlar içərisində də işçilərin mütləq əksəriyyəti ictimai borc hissini, öz
məsuliyyətini yaxşı dərk edir.
Bununla belə, apanlmış kriminoloji tədqiqatlar əməyin
məzmunu ilə
' Bax: Тощенко Ж. Г. Социология. Общий курс. М., 2001, с. 246.
^ Вах: Тощенко Ж. Г. Социология. Общий курс. М., 2001, с. 246.
^ Кудрявцев В. Н. Исследовательская проблемф-социальные отклонения //Социс, 1983, № 2.
Тощенко Ж. Г. Социология. Общий курс. М., 2001, с. 248.
^ Yenə orada.
29
cinayətkar davranış arasında sıx qarşılıqlı əlaqəni qeydə almışdır. Belə ki, cinayətkarlar arasında yüksək istehsal
kvalifıkasiyasma malik olan şəxslər əhalinin ümumi strukturunda həmin kvalifıkasiyadan olan işçilərə [67 - 68]
nisbətən təxminən 6 dəfə az olmuşdur.
90-cı illərdə qeyd etdiyimiz ziddiyyətlər başqa səbəblərlə - kütləvi işsizliyin doğurduğu səbəblərlə bir növ arxa
plana sıxışdınlır. Məhz işsizlik kənara çıxan davranışh qruplann (daimi yaşayış yeri olmayanlar, avaralar, narkomanlar,
cinayətkarlar) formalaşması üçün əlverişli, münbit zəmin olur. Əvvəllər də mövcud olan bu «yaralar» başqa səbəblərlə
şərtlənsə də, xeyli geniş miqyasları əhatə etmişdilər.
Kənara çıxmaların meydana gəlməsinin bir mənbəyi də cəmiyyətin real inkişaf prosesi ilə insanların axtarış və
risq hüququnun həyata keçirilməsinin bir-birinə uyğun gəlməməsidir. Keçmiş SSRİ-nin dağıldığı və müstəqil
dövlətlərin meydana gəldiyi məqamda təsərrüfat cinayətləri üstündə mühakimə olunmuşların sayı 130 min nəfəri ötüb
keçirdi. Onların sövqedici motivləri kifayət qədər müxtəlif idi: iqtisadi problemlərin həllinə könüllü kömək etmək
arzusundan tutmuş təmənnalı yardıma, var-dövlət toplamaq hərisliyinədək.
Kənara çıxmaların şərait və səbəblərini araşdırarkən bir məqama da diqqət yetirilməlidir: bu, əhalinin müxtəlif
qrup və təbəqələrinin mənafelərindəki ziddiyyətlərdir. Müasir cəmiyyət müxtəlif mənafelərin kəskinləşməsindən,
toqquşmasından azad deyildir. Mənafe toqquşmaları ayn-ayn sosial təsisatların, sosial qrupların, cəmiyyətin və
dövlətin qarşılıqlı fəaliyyəti prosesində meydana gələ bilər.
Meydana çıxan ziddiyyətlərin vaxtında və adekvat həll olunmaması da insanların şüurunda və davranışında
müəyyən iz buraxır. İctimai mənafelərə laqeydlik zəminində sözlə iş arasında ayrılıq dərinləşir, sosial apatiya güclənir.
Təsərrüfatsızhq, maxinasiya təzahürlərini, rəhbərliyin maddi sərvətlərə laqeydliyini və s. görən adamlar rəsmi
çağırışlara passiv münasibət bəsləyir, cəmiyyət hesabına öz əməyini yüngülləşdirmək yollan, imkanlan axtanrlar.
İdarəetmə işində yol verilən nöqsanlar, qüsurlar da mənfi hadisələrin mənbəyi ola bilər. Bunlar qanunçuluğun,
[68 - 69] demokratiya və ədalət prinsiplərinin pozulmasına gətirib çıxanr.
Kənara çıxan davranışı nəzərdən keçirərkən sosial varislik məsələsindən yan keçmək olmaz. İnsanlann həyat
tərzinin pozitiv tərəfləri ilə yanaşı neqativ tərəfləri də təkrar istehsal oluna bilər. Bu, sosial varisliklə bağlı məsələdir.
Sosial varislik mexanizmi ziddiyyətlidir. Həmin ziddiyyətlərdən biri ondan ibarətdir ki, varisliyin predmeti normal
həyat təcrübəsi yox, həm də qüsurlu həyat təcrübəsi olur. Bu təcrübə isə sosial informasiya vasitəsilə nəsildən-nəslə
ötürülür.
Kənara çıxan davranış ictimai münasibətlərin fəaliyyəti və inkişafı prosesinin adamların müəyyən hissəsinin
şüurunda qeyri-adekvat inikası ilə də əlaqədardır. Ədəbiyyatda belə uyğunsuzluğun iki növünü ayırd edirlər. Birincisi,
ictimai inkişafın əvvəlki mərhələsində təşəkkül tapan əhval-ruhiyyələr, baxışlar çox zaman yeni şəraitlə uyğun gəlmir.
İkincisi, praktik fəaliyyət gedişində elə təsəvvürlər meydana gəlir və ya canlamr ki, onlar da dəyişikliklərin mənasını
və istiqamətini birtərəfli izah edirlər.
Nəzərdən keçirdiyimiz problem baxımından əxlaqi münaqişələr də diqqəti cəlb edir. Bu, münaqişələri iki
qrupa ayırmaq olar:
1.
xarici (insanlar arasında olan) münaqişələr;
2.
daxili (insanda motivlərin mübarizəsi baş verən) münaqişələr.
Xarici münaqişələr sərvət yönümlərinin istiqamətindəki aynlığı ifadə edir. Həmin yönümlər ictimai
münasibətlərdə müxtəlif əxlaqi sistemlərin toqquşması kimi təzahür edir. Fərdlərarası münaqişələrin mənbəyi mənəvi
mövqelərdəki fərqlər də ola bilər. Həmin fərqlər şəxsi mədəniyyət səviyyəsinin, konkret həyat məqsədlərinin və onlara
çatmaq üçün seçilən vasitələrin uyğunsuzluğu ilə şərtlənmişdir.
Daxili münaqişələrin təbiəti bundan fərqlidir. Onlar fərdi əxlaqi şüurun ziddiyyətliliyi ilə müəyyən edilir. Çox
zaman bu, ictimai borc motivləri ilə qrup, ailə və şəxsi mənafeləri [69 - 70] ifadə edən motivlər arasındakı toqquşma
kimi özünü göstərir. Daxili münaqişələr təkamül edərək, xarici münaqişələrə keçə bilər.
Kənara çıxan davranış təzahürləri olduqca rəngarəngdir. Onlan müəyyən tipoloji qruplarda birləşdirmək olar.
Həmin qruplann həm ümumi, həm də spesifik xüsusiyyətləri vardır. Elmi ədəbiyyatda insanlann şüur və davranışındakı
neqativ hadisələri təsnif etmək barədə maraqlı mülahizələr söylənilmişdir. Müxtəlif əlamətlərə görə aşağıdakı kimi
qruplaşma aparmaq olar:
a)
deviasiyalann səviyyəsinə görə:
1)
ilkin
deviasiya;
2)
ikinci deviasiya.
b)
əhatə dairəsinə görə:
1)
kənara çıxan davranışm fərdi forması;
2)
kənara çıxan davranışm kollektiv forması.
c)
insanlann həyat fəaliyyəti sferalanna görə:
1)
istehsal-əmək sferasında - iqtisadi oğurluqlar, qənimətçilik, təsərrüfatsızhq və s.;
2)
bölgü sferasında - cəmiyyətdən çox qopartmağa çalışmaq,
rüşvətxorluq, sosial parazitizm;
30