Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə76/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   72   73   74   75   76   77   78   79   ...   92

231
məhkum edilmiş közlərini kül olmağa qoymayaq! Çünki bu közlər əlinə qələm 
tutub özünü yazıçı qismində görən və bu hücrənin qapısını açan hər birimizin 
mənəviyyat yuvasıdır! Bu yuvadan gələn işıq hamımızın gözlərinə çıraq tutur. 
Gəlin çırağımızı sönməyə qoymayaq.
Müqəddəs ədəbi amalı uğrunda uzun yola çıxan “Kredo”muzun baş re-
daktoru Əli Rza Xələfliyə 60 ilin ucalığında cansağlığı, bol-bol yaradıcılıq 
sevincləri və uğurlar diləyirik. Öz adımdan yaradıcılığımla bağlı qazandığım 
uğurlarda  danılmaz  payı,  xidməti  olan  bu  böyük  insana  İlahidən  səbir  və 
dözüm  arzulayıram.  Qoy  səbirlə  dözüm  onunla  yol  yoldaşı  olsun,  bundan 
sonra da başçılıq etdiyi qəzetin işıq üzü görməsində ona yardımçı olsun!
Sonda isə, ey Vətən əhli, ey bizi dinləmək istəyənlər və istəməyənlər, bi-
zim harayımıza qulaq kəsilənlər və kəsilməyənlər, Uca Yaradan hər birimizin 
varlığına pasiban olsun. Bu yazını qəlbimin hönkürtüsü ilə, əqlimin diktəsilə 
sizlər üçün yazdım, rica edirəm oxuyub nə demək istədiyimin fərqində olasız.
Hələlik deyirəm sizlərə, sağ və salamat qalın. 
 15.11.2013
“QANUN” NƏŞRİYYATINA CƏRİMƏ,
MƏNƏVİYYATA ZƏRBƏ
Kütləvi təbliğat vasitələrinin – qəzetin, kitabın, jurnalın küncə qısıldığı 
bir  zamanda  nəşr  evlərinə  edilən  basqılar  adama  təəccüblü  gəlmir.  Zi-
yalı kəslərə yaxşı məlumdur ki, yazı adamının acınacaqlı taleyi ilə nəş-
riy yatlara  başçılıq  edənlərin  çəkdikləri  demək  olar  ki,  üst-üstə  düşür. 
Nəşriyyatlar, onlara üz tutan cibi boş, qəlbi dolu yazarların yazdıqlarının 
üzə  çıxmasında  yardımçı  olan  əvəzsiz  ocaqlardır.  Teleməkanlarda  şou 
layihələrin baş  alıb  getdiyi  bir  vaxtda,  insanların  şəxsi  münasibətlərinin 
efirə daşındığı, maddiyyatın mənəviyyatı aşağıladığı, insanların kitabdan, 
mütaliədən, mətbuatdan uzaq düşdüyü bir zamanda mənəviyyata xidmət 
edən qurumlar cərimə olunmamalıdır, əksinə, onlara yardım edilməlidir. 
Zənnimizcə,  nəşriyyatlar  vergidən  azad  olunmalıdır,  çünki  nəşr  evləri 
birbaşa kitab nəşri ilə bağlıdır, KİTAB isə millətin, cəmiyyətin, ölkənin 
işıqlı gələcəyi deməkdir. Dünyada mütaliə etməyən millətlər elmdən, sa-
vaddan, həyata baxışdan həmişə kasadlıq çəkmişlər, elmli, bilikli millətlərin 
boyunduruğunda sürünmüşlər, işıqlı gələcəyimiz naminə nəşr işilə məşğul 
olan kəslər qeyri-biznes sahələrində öndə gedənlərlə bir tutulmamalıdır.


232
Naşirlər qələm əhlinin cəfasını çəkənlərdir. Özləri də bu cəfanın içində 
əzab və əziyyətə qatlaşanlardır.
“Qanun” nəşriyyatı nəşriyyatlar içində öz dəqiqliyilə xüsusi fərqlənən, 
qələm adamının ədəbi məhsuluna hörmət, sayğı göstərən, çap olunan dərginin, 
kitabın vaxtında müəllifə yetişməsinə vicdanla yanaşan dəyərli ədəbi orqandır. 
Bu ədəbi orqanı cərimə ilə əzib məhv etmək olmaz. Bu, “Qanun” nəşriyyatıyla 
əməkdaşlıq edən hər bir söz adamının ürəyinə zərbədir. 
Gəlin etiraf edək ki, ölkəmiz mənəviyyat sarıdan getdikcə kasadlaşmağa 
doğru gedir. İndi para qazanmaq üçün öz millətinin varlığından, dövlət-
çiliyindən keçənlərin sayı ölkəmizdə günbəgün artmaqdadır. Məktəblərin, 
universitetlərin, müxtəlif elm ocaqlarının çiçəkləndiyi bir məmləkətdə biz 
mənəviyyatsızlıq azarı ilə üzbəüz qalmışıq. Ali təhsillilərin bir çoxunun ali 
təhsil almamışlardan heç nəylə fərqi yoxdur. Nə təhsildə, nə dünyagörüşdə, 
nə də həyata baxışda!
“Qanun” nəşriyyatının cəriməylə varlığına qənim kəsilmiş kəslər bil-
məlidirlər ki, bu nəşr evi kartof, soğan satmaqla məşğul olmur, o vətən 
in sanının  layiqli  yetişməsi  üçün  bugününə,  gələcəyinə  xidmət  edir,  tər-
cümə ədəbiyyatı ilə məşğul olur, digər xalqların dillərində yazılmış ədəbi 
məhsulları ana dilimizə tərcümə edir, ən nəhayət, kitab ya yımına köməkdarlıq 
edir. Bu nəşriyyat onunla əməkdaşlıq edən yazı adamının mənəvi qidasıdır, 
bizi  mənəvi  qidamızdan  təcrid  etməyin!  Müstəqillik  qazandığımız  gün-
dən  bugünə  qədər  hələ  də  az-maz  qalan  kitab  mağazalarında  rusdilli 
bədii məhsullar çoxluq təşkil edir. “Qanun” nəşriyyatı isə bu müqəddəs 
missiyanı  öz  üzərinə  götürüb,  tərcümə  işi  ilə  məşğul  olur,  cəhd  edir  ki, 
millətin balaları ana dilində xarici ədəbiyyatdan bəhrələnsinlər. Belə olan 
halda  onlara  dəstək  olmaq  əvəzinə,  onları  cərimələyirik  ki,  nəşriyyatı 
bağlamağa məcbur olsunlar. Söyləyin bir, ey qanun keşikçiləri, bu hansı 
məntiqə sığışar? Əksinə, nəşriyyatlar sabahımızın xoşbəxtliyi naminə həm 
dövlətdən, həm də imkanlı şəxslərdən dəstək görməlidir. 
Ümidvarıq  ki,  ölkəmizin  başçısı  səviyyəsində  bu  məsələ  “Qanun” 
nəşriyyatının  sabahı  naminə  xeyirə  həll  olunacaq.  Bu  həm  də  “Qanun” 
nəşriyyatıyla  əməkdaşlıq  edən  yazar  əhlinin  arzusudur.  Gəlin  sizli-bizli 
bu arzuya qoşulaq. “Qanun” nəşriyyatının, həmçinin digər nəşr evlərinin 
sabahı naminə…
  11.03.2014


233
İMpERİYA HƏVƏSLİ QULLAR
 
 
 
Bu yazını heç qələmə almaq istəməzdim, ancaq nə edəsən, səni məcbur 
edirlər ki, yazmaq istəmədiyin mövzulara da qələm çalasan. Əfsuslar olsun 
ki, bizim əhalinin bir qismi internet saytlarında, sosial şəbəkələrdə var-gəl 
edir, ürəyində nə dərd-səri var hamısını açıb dünyaya faş edir. İş tapmayanlar, 
məmur  özbaşınalığından  təngə  gələnlər,  keçmişlərin  xəyallarıyla  aşıb-
daşanlar, “bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar, bugünün azadlığına 
da, müstəqilliyimizə də xor baxanlar, sovet eşqilə həyatını qurban verməyə 
hazır olanlar, türk adına, türklüyə lənətlər yağdıranlar, Rusiya başçısının 
hazırkı  hərəkətlərindən  vəcdə  gələnlər  gündən-günə  çiçəklənməyə 
başlayıb. Sosial ədalətsizliyin tüğyan etdiyi ölkələrdə el dili ilə desək, ara 
qarışdırmaq çox asan olur. Belə ölkələrdə qırğınlar salmaq, necə deyərlər, 
şəhərlərin,  kəndlərin  tozunu  göyə  sovurmaq,  etnik  qövmləri  bir-birilə 
döyüşdürmək,  çarpışdırmaq  həmişə  imperiyalar  əlində  ən  güclü  silah 
olub.  Əslində  biz  heç  Rusiya  ilə  ərazi  baxımdan  qonşu  deyilik,  amma 
o, kilometrlərlə yol qət edib və gəlib bizim qulağımızın dibində oturub.  
Rusiya  başçıları  Qafqaza  qədəm  qoyan  gündən  türk-erməni,  müsəlman-
erməni  düşmənçiliyi  yaradıb,  bu  düşmənçilik  həm  onların,  həm  bizim 
ürəyimizdə dərin yaralar açıb. Necə deyərlər, həm erməniləri əbədi bədbəxt 
edib, həm də bizi… Bu gün sosial şəbəkələrdə Rusiyanın bugünkü siyasi 
mövqeyindən zövq alanlar, məmur azğınlıqlarını imperiya ilə hədələyənlər 
bilməlidirlər  ki,  heç  bir  imperiya  digər  millətlərə  xoşbəxtlik  gətirmir,  o 
da  olsun  Rusiya…  O  ölkəyə  bizim  isti  iqlimimiz,  təbii  sərvətlərimiz 
lazımdır, bizim varlığımız isə onlara qətiyyən lazım deyil, ruslar o qanlı-
qadalı illərdə bizləri buralardan yox etmək istəyirdilər, amma bizim içdən 
milli  dirənişimiz,  dilimizi,  adət-ənənəmizi  qorumağımız,  kökümüzdən-
soyumuzdan uzaq düşməməyimiz onların imperiya hisslərinə üstün gəldi. 
Bu  gün  sovet  eşqilə  aşıb-daşanlar  bilməlidir  ki,  o  quruluş  bir  də  geri 
qayıtmayacaq, o quruluş özü də kökündən bədbəxt və yerində sayan quruluş 
idi, insan yaxşı nəsə bir geyim almaq istəyirdisə, bir-iki aylıq qazancından 
keçirdi,  pullarımız  o  zamanın  dili  ilə  desək  “alverçilərin”  əllərində  top-
lanırdı.  Dükanlar  boş  olurdu,  çörək,  ət,  kolbasa,  pal-paltar  növbələri, 
adam ların  günü  növbələrdə  keçirdi.  Hələ  bir-birinin  başını  yaran,  bir-
birinə xəsarət yetirənlər də olurdu. Biz hamımız məhbəsdə idik, təsadüfən 
xaricə yolu düşənlər də ordan qorxa-qorxa nə isə gətirirdi, qohum-qonşu da 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə