Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə40/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

119
 
 
q
ənaətə  gəlmək olar ki, bu məhdudlaşdırmaların  özü də bir sıra 
şərtlər daxilində həyata keçirilməlidir. Məsələn, məhdudlaşdırma-
ların müvəqqəti xarakter kəsb etməsi, ödəmə balansı tarazlığının 
t
əmin edilməsi ilə həyata keçirilən məhdudlaşdırmaların valyuta 
ehtiyatlarının  ciddi  ixtisarının  qarşısının  alınması  məqsədi zəru-
riliyi istiqam
ətində  həyata keçirilməsi; üzv dövlətlərin  arasında 
m
əsləhətləşmələrin həyata keçirilməsi və s.  
Qeyd etm
ək  lazımdır  ki,  QATT  tərəfindən qeyri-tarif 
m
əhdudlaşdırmalar əsasən dövlətin xarici ticarət əməliyyatlarında 
iştirakı, malların gömrük dəyəri və mənşə ölkəsinin müəyyənləş-
dirilm
ə metodları daxil olmaqla gömrük və inzibati idxal rəsmi-
l
əşdirmələri, milli istehsalın və ekologiyanın təhlükəsizliyinin tə-
min edilm
əsilə sanitar, baytar normalara, qablaşdırma və s. uyğun 
olan standart v
ə  tələblər, idxal və  ixracın  kəmiyyət və  valyuta 
m
əhdudlaşdırmaları, ödəmənin təmin edilməsi prinsipinə əsasla-
nan m
əhdudlaşdırmalar qrupuna bölünür.  
Dünya ölk
ələrinin təcrübəsi göstərir ki, ÜTT-nin üzvü olan 
dövl
ətlər  əsasən qeyri-tarif tənzimlənmə  metodlarından  istifadə 
edirl
ər. Lakin istifadə əhatəliliyi nöqteyi-nəzərindən dövlətlər ara-
sında ciddi fərqlər mövcuddur. Bəzi qeyri-tarif məhdudiyyətləri-
nin aradan qaldırılması sadəcə olaraq qeyri-mümkündür, belə ki, 
onlar daxili iqtisadi siyas
ətin digər ölkələrlə  iqtisadi  əlaqələrinə 
t
əsirinin təcəssümü  kimi  çıxış  edirlər. Bununla belə, beynəlxalq 
ticar
ət sistemi tərəfindən qanuniləşdirilmiş qeyri-tarif tənzimləmə 
t
ədbirləri, daha doğrusu, xarici malların idxalının kəskin artımı ilə 
milli iqtisadiyyata vurulan  z
ərərin  qarşısının  alınması  məqsədi 
daşıyan  müdafiə  tədbirləri, həmçinin  xarici  ixraçılar  tərəfindən 
qeyri-
sağlam  rəqabətin  qarşısının  alınmasına  yönəlmiş  digər 
t
ədbirlər mövcuddur.  
Bel
əliklə, xarici iqtisadi fəaliyyətin qeyri-tarif tənzimlənmə-
sini  xarici iqtisadi f
əaliyyətin qeyri-tarif tənzimlənməsinin xarici 
iqtisadi f
əaliyyətin tənzimlənməsi üzrə təşkilati, hüquqi, inzibati, 
maliyy
ə  və  təşkilati  texniki  xarakterlər üzrə  təhlil etmək olar. 
İdxal əməliyyatlarında qeyri-tarif məhdudiyyətlər dedikdə, xarici 


120
 
 
malların daxili bazara nüfuz etməsinin qarşısını alan məhdudlaş-
dırma, o cümlədən qadağan xarakterli tədbirldər başa düşülür. Bu 
t
ədbirlərin məqsədi yalnız idxal edən ölkənin rəqabət qabiliyyəti-
nin gücl
əndirilməsi deyil, həm də  milli sənayenin müdafiəsi
əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və 
milli t
əhlükəsizliyin qorunmasıdır.  
 
4.3. Xarici ticar
ət əlaqələrinin gömrük-tarif  
t
ənzimlənməsinin təkmilləşdirilməsi 
 
Dövl
ət suverenliyi hər dövlətin gömrük məsələlərinin 
birt
ərəfli qaydada daxili qanunvericiliklə tənzimlənməsi zərurətini 
meydana  çıxarır.  Lakin  hər bir dövlətin geo-siyasi mövqeyi və 
ayrı-ayrı dövlətlərlə əlahiddə münasibətləri bu məsələlərə xüsusi 
yanaşma  metodları  tətbiq edilməsini  şərtləndirir. Eyni zamanda 
gömrük siyas
ətinin beynəlxalq əhəmiyyəti açıq-aşkardır və nəti-
c
ədə  bu məsələlər  razılaşdırma  tənzimlənməsinin mövzusuna 
çevrilir.  Əgər hər  hansı  bir  dövlət, gömrük məsələlərinin həlli 
zamanı digər dövlətlərin maraqlarını nəzərə almırsa və ya onların 
m
ənafeyinə zərbə vura bilən siyasət yeridirsə, xarici iqtisadi əla-
q
ələri və  bütövlükdə  beynəlxalq  əlaqələri mürəkkəbləşdirən 
konfliktl
ər meydana çıxa bilər. 
Gömrük sah
əsində  beynəlxalq-hüquqi əmakdaşlığı, həm-
çinin müasir gömrük tarifl
ərinin mürəkkəbliyi, çoxsaylı  gömrük 
r
əsmiləşdirilmələri qaydaları gündəlik zərurət halına gətirilir. 
 
Beyn
əlxalq ticarət dövriyyəsinin  inkişafı,  turist  mübadi-
l
əsi, humanitar əlaqələr gömrük siyasətinin  əsas istiqamətlərinin 
v
ə  müxəlif dövlətlərin  eyni  tipli  normativ  aktlarının  koordinasi-
yasını nəzərdə tutan gömrük qanunvericiliyinin eyniləşdirilməsini 
labüd edir. Milli normaların yaxınlaşdırılmasına yardım edilməsi, 
beyn
əlxalq hüquq və  əldə  edilmiş  hökumətlərarası  razılaşmalar 
prinsipin
ə əsaslanan beynəlxalq gömrük rejiminin yaradılması ön 
plana  çıxır.  Milli  gömrük-hüquq sistemlərinin eyniləşdirilməsi 


121
 
 
beyn
əlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi və inteqrasiya 
prosesl
ərinin dərinləşdirilməsi üçün əlverişli şərait yaradır. 
 
Gömrük qaydalarının əsas eyniləşdirmə vasitələri beynəl-
xalq müqavil
ələrin və ixtisaslaşmış beynəlxalq təşkilatların tövsi-
y
ələridir. 
  Az
ərbaycan  Respublikasının  Ümumdünya  Ticarət Təşki-
latına və Avropa Birliyinə daxil olmaq arzusu bazar iqtisadiyyatı 
şəraitində  daxili qanunvericilikdə  müvafiq dəyişikliklər edilmə-
sini, t
ətbiq edilən hüquqi normaların beynəlxalq normalara yaxın-
laşdırılmasını, rəsmiləşdirmə əməliyyatlarının sadələşdirilməsini, 
sür
ətləndirilməsi və eyniləşdirilməsini nəzərdə tutur. Son zaman-
lar q
əbul edilmiş bir sıra qərarları bu istiqamətdə atılmış mühüm 
addımlar  kimi  qəbul etmək  lazımdır.  Vahid  idxal  gömrük  rüsu-
munun t
ətbiqi,  əlavə  dəyər vergisi məsələlərinin çevikləşdiril-
m
əsi, bəzi mallara aksiz vergisinin tətbiqi bu qəbildən olan 
t
ədbirlərin vacib mərhələləridir. 
Az
ərbaycan Respublikasında 1997-ci ildə «Gömrük Məcəl-
l
əsi» və 1995-ci ildə «Gömrük tarifi haqqında» qanunun qüvvəyə 
minm
əsi ilə  gömrük  işi  sahəsində  qanunvericiliyin hüquqi nor-
mativ bazasının əsası qoyuldu (2,…19). 
Az
ərbaycan  Respublikasında  gömrük-tarif tənzimlənməsi 
m
əsələləri, «Gömrük Məcəlləsi» və  «Gömrük  tarifi  haqqında» 
Az
ərbaycan  Respublikasının  Qanununda  və  digər qanunlarda 
n
əzərdə tutulmuş hüquq normaları ilə həll olunur. 
Gömrük M
əcəlləsi  «Gömrük  işinin  hüquqi,  iqtisadi  və 
t
əşkilati  əsaslarını  müəyyən edir, Azərbaycan  Respublikasının 
iqtisadi t
əhlükəsizliyinin, suverenliyinin və  maraqlarının  qorun-
ma
sına,  Azərbaycan  iqtisadiyyatının  dünya  təsərrüfatı  ilə  əlaqə-
l
ərinin genişlənməsinə, gömrük işi sahəsində təsərrüfat subyektlə-
ri
nin,  fiziki şəxslərin və  dövlət orqanlarının hüquqlarının müda-
fi
əsinin təmin  olunmasına,  onların  öz  vəzifələrini yerinə  yetir-
m
əsinə yönəldilmişdir». 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə