110
Bütün bunlar gömrük tarifinin fiskal funksiyasının Azərbay-
can Respublikası praktikasında hələlik kifayət qədər mühüm yer
tutduğunu bir daha təsdiq edir. Bu isə Azərbaycan Respublikası-
nın xarici ticarət əlaqələrinin kəskin surətdə artması ilə izah edilə
bil
ər. Fiskal funksiyanın digər dövlətlər praktikasında əhəmiyyətli
xüsusi yer tutduğu qeyd edilir. Məsələn, Rusiya gömrüyündə
onun h
əlledici rola malik olduğu göstərilir. Digər dövlətlərin
praktikasının təhlili ilə məsələni bir qədər ətraflı izah edək. Belə
ki, büdc
ənin gəlir hissəsinin formalaşmasında Rusiya Federasiya-
sında gömrüyün payı hər bir rublda 38 qəpik, ABŞ-da ümumi
federal büdc
ə gəlirlərində bir faiz, Avropa Birliyi ölkələrində isə
bu göst
ərici 18-25 faiz arasında variasiya edir.
Müst
əqil dövlət kimi Azərbaycan Respublikasının xarici
ticar
ət əlaqələrinin vəziyyəti haqqında daha tam təsəvvür əldə
etm
ək üçün 2004-2014-cü illərdə xarici ticarət balansına və 2001-
2004-cü ill
ər ərzində dövlət büdcəsinin gəlir hissəsinin formalaş-
ma
sında gömrük ödənişləri və onun xüsusi çəkisi xeyli artmışdır.
Bu is
ə sonda xalqın maddi rifahının yaxşılaşması üçün xeyli
v
əsaiti ayırmağa imkan vermişdir.
Gömrük tarif münasib
ətlərinin tənzimlənməsinin prinsipləri
tarif mexanizmini reqlamentl
əşdirən normaların məcmusudur.
Buna gör
ə də tarif münasibətlərinin tənzimlənmə prinsiplərinin
araşdırılması olduqca vacibdir.
Gömrük qanunvericiliyinin prinsipl
əri hüquqi tənzimetmə-
nin
əsas başlanğıcıları kimi gömrük işi sahəsində bütün sonrakı
norma yaradıcılığının əsasını təşkil edir. Azərbaycan Respublikası
gömrük qanunvericiliyind
ə bununla əlaqədar bir sıra mühüm
prinsipl
əri fərqləndirmək olar. Məsələn, Azərbaycan Respublikası
gömrük s
ərhədində malların və nəqliyyat vasitələrinin keçirilməsi
zamanı dövlət və ictimai təhlükəsizliyin mühafizəsi prinsipi.
Bununla
əlaqədar müddəalar Azərbaycan Respublikası Gömrük
M
əcəlləsinin 19-cu maddəsində əks olunmuşdur. Həmin maddə-
nin 1-ci hiss
əsində göstərilir ki, dövlət təhlükəsizliyinin, ictimai
yaşayışın, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlı-
111
ğının, heyvanların və bitkilərin, ətraf mühitin, Azərbaycan xalqı-
nın və xarici ölkə xalqlarının bədii tarixi və arxeoloji sərvətlərinin
mülkiyy
ət hüququnun, o cümlədən intellektual mülkiyyət obyekt-
l
ərinin, gətirilən malların Azərbaycan istehlakçılarının mənafeyi-
nin qorunması baxımından və dövlətin başqa maraqları nəzərə
alınaraq Azərbaycan Respublikası qanunvericiliyi və beynəlxalq
müqavil
ələr əsasında ayrı-ayrı malların və nəqliyyat vasitələrinin
ölk
əyə gətirilməsi və ya ölkədən aparılması qadağan edilə bilər.
Bundan başqa Azərbaycanın iqtisadi maraqlarının qorunması
prinsipi olduqca vahid prinsipdir. Beyn
əlxalq öhdəliklərinin
yerin
ə yetirilməsi, suverenliyinin iqtisadi əsaslarının müdafiəsi,
daxili bazarın qorunması baxımından, həmçinin xarici dövlətlərin
v
ə onların ittifaqlarının Azərbaycan şəxslərinin mənafeyinə zərər
vuran ayrı-seçkilik və digər iqtisadi siyasət aksiyalarına cavab
t
ədbiri kimi Azərbaycan Respublikası qanunvericilik aktlarına və
beyn
əlxalq müqavilələrinə uyğun surətdə malların və nəqliyyat
vasit
ələrinin ölkəyə gətirilməsi və ölkədən aparılması üzrə
m
əhdudiyyətlər müəyyən edilə bilər.
Gömrük tarif münasib
ətlərinin tənzimlənməsi mexanizmin-
d
ə əsas başlanğıc kimi bir sıra digər müddəaları, məsələn, vahid
gömrük
ərazisi prinsipini qeyd etmək olar. Azərbaycan Respubli-
ka
sı gömrük ərazisi quru ərazisindən, daxili sulardan, Xəzər
d
ənizinin (gölünün) Azərbaycana məxsus bölməsindən (o cümlə-
d
ən onda yerləşən adalar, süni adalar, qurğular və tikililər) və
onların üzərindəki hava məkanından ibarətdir. Bu müddəalar 20
iyun 1995-
ci il tarixli «Gömrük tarifi haqqında» AR Qanununda
da
əks olunmuşdur. Gömrük tarif münasibətlərinin tənzimlənmə-
sind
ə bununla əlaqədar digər əsas prinsipləri də qeyd etmək olar.
M
əsələn, vahid gömrük siyasəti prinsipi, vahid gömrük rüsum
d
ərəcələri prinsipi və s. Bununla əlaqədar «Gömrük tarifi haqqın-
da» Az
ərbaycan Respublikası Qanununun 3-cü maddəsində
göst
ərilir ki, bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla,
gömrük rüsum d
ərəcələri ölkənin gömrük sərhəddindən mal
112
keçir
ən hüquqi və fiziki şəxslərdən, sövdələşmə növlərindən və
dig
ər amillərdən asılı olaraq dəyişdirilə bilməz.
Qeyd etm
ək lazımdır ki, gömrük tarif münasibətlərinin
t
ənzimlənməsində ilkin prinsip kimi qanunçuluq prinsipini xüsusi
qeyd etm
ək olar. Qanunçuluq prinsipi gömrük tarif münasibətləri-
nin t
ənzimlənməsinin əsas prinsiplərindən olub, tarif mexanizmi-
nin demokratik xarakterliyini t
əmin edir. Gömrük tarif siyasətinin
formalaşdırılması və daha da təkmilləşməsi mərhələsində bu
prinsipin mahiyy
əti, ilk növbədə gömrük qanunları ilə müəyyən
edilmiş normalara əməl olunmasına yönəlmişdir. Qanunçuluq
prinsipi gömrük qanunvericiliyi m
ənbələri sisteminin qaydaya
salınmasına imkan yaradır. Gömrük tarif siyasətinin realizə
m
ərhələsində qanunçuluq prinsipi xarici ticarət fəaliyyəti sferasın-
da hüquq qaydasının əsasını təşkil edir.
Qanunçuluğun digər bir tələbi gömrük orqanlarının fəaliy-
y
ətində bu prinsipdən irəli gələn müddəalara əməl edilməsindən
ibar
ətdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
415-ci madd
əsində göstərilir ki, gömrük orqanlarının vəzifəli
şəxsləri üzərlərinə düşən vəzifələri yerinə yetirərkən qanunverici-
liyi, beyn
əlxalq müqavilələri rəhbər tutur və birbaşa rəislərinə
tabedirl
ər. Qanunçuluq prinsipində fərqləndirilən ikinci mühüm
əlamət qanunçuluq ideyasıdır ki, bu da xarici ticarət dövriyyəsi
iştirakçılarının hüquq düşüncəsində gömrük tarif tənzimlənməsi
münasib
ətlərinin bütün subyektləri tərəfindən hüquqa uyğun
davranışın məqsədə müvafiqliyi və zəruriliyinin formalaşdırılma-
sıdır.
Gömrük tarif münasib
ətlərinin ikinci mühüm prinsipi kimi
aşkarlıq və açıqlıq prinsipini göstərmək olar. Bu prinsip gömrük
tarif siyas
ətinin bütün mərhələləri üzrə onun formalaşması və
realiz
əsi prosesinin açıqlığını əks etdirir. Gömrük tarif siyasətinin
realiz
əsində bu prinsipə əməl edilməsi gömrük rüsumları ödəyi-
cil
ərinə tarif mexanizmi hüquqi bazasının vəziyyəti barədə tam
m
əlumatlanmağa imkan verir. Bu prinsipin təmin edilməsi bir sıra
hüquqi t
ələblərə əməl edilməsini nəzərdə tutur ki, bunlardan ən
Dostları ilə paylaş: |