.... Hə, yadıma düşdü, günlərin bir günü onun oğlu Bahəddin
gəlmişdi bizə, yəni Bakıya; bir ay qaldı bizdə. İstəiyrdi ki,
hərbi-komandirlik məktəbinə daxil olsun... Və bir gün Bahəddin mənə
nə desə yaxşıdır?
-Nə?
-
Deyim?
-
De da bə? Hələ durubsan?
-
Yaxşı deyirəm, üstümə qışqırma... Hə, dedi ki, pul lazımdır, beş
yüz dollar... Dedim ki, məndə dollar nədir, heç milli pul da yoxdur,
qəpiyə güllə atıram, maaşı hələ dörd gündən sonra alacağam...
Bundan sonra Bahəddin məndən incidi, sabahısı günü gedib təyyarəyə
bilet aldı və kəndə yola düşdü; ancaq evdən çıxanda "sağ olun" demək
əvəzinə başladı ki;
-
Sən də alimsən? Böyük bir yerdə dərs deyirsən, pul xəzəl
kimi....İstəsən bir ilin içində oğlanlannm hərəsinə bir ev alarsan, al
da?!
-
Nə? Haradan? Kimdən?
-
Rüşvətlə! Evində pendir-çörəkdən və çaydan savayı heç nəyin
yoxdur...
... Qərəz, nə başınızı ağrıdım. Yenə kəndə getmişdim. Çayxanada
şahmat oynayırdım. Qəfildən bir əl uzandı və fiqurlan qarışdırdı.
Baxdıq ki, kim?
-
Ə, kim?
-
Daha Cəlil kişidən başqa kim olar bu "mədəniyyətin" sahibi?
Hə, qardaş. Cəlil başladı nə başladı:
-
Səninki Bakıda kitab, kənddə şahmat olsun! Daha sözüm
yoxdur, heç demirsən Cəlil acından öldü, qaldı? Arpası - samanı,
muşqurdu var, yoxsa, yox?
-
Allah səni bu kəndə, bu camaata çox görməsin... Allahdan bir
arzum var!
-
Arzun nədir ki?
-
Arzum budur ki, Allah mənim ömrümdən kəsib sənin ömrünə
çalasm ki, kəndimizi gələcəyə tanıda biləsən...
Mən dərhal dedim;
S3
- Yenə axmaq-axmaq danışırsan ha, mənə axmaq adamın ömrü
lazım deyil...
Əlqərəz, Cəlil məndən dönə-dönə üzr istədi, qanmadığını, başını
daşa döydüyünü dedi və bildirdi ki, səhv edir, sözü bir az köntöy
çıxıbdır... Mən də onu bağışladım, əlacım yox idi... Axı mən
müəlliməm. Çox belə qanmazları bağışlayıb müəllimlər... (Şamil
Zaman, Qarabağları tərənnüm edirəm, səh. 120) Çalışma 30. Pyesi
oxuyun, dialoji nitqin xüsusiyyətlərini deyin, mikrodialoq haqqında
fikirlərinizi izah edin:
Təbrizdə, yoxsul Musanın evi, Nəbi yaralıdır. Yataqda
uzanmışdır. (Qapı döyülür. Qasım dayı kiçik səbətdə Nəbiyə üzüm
gətirir).
Nəbi: - Aha, Qasım dayı, xoş gördük səni.
Qasım: - Vəfasız düşünmə o qədər məni.
Musa: - Qasım, nə xəbərlə gəlmisən?
Qasım: - İş var...
Düşmənlər Nəbiyə quyu qazırlar.
Musa: - Bəs niyə gecikdin?
Qasım: - Bir səbəb oldu
Nəbi: - Tez danış, ürəyim şübhəylə doldu.
Qasım: - Təbriz hakiminə Tiflis hakimi
Haqqında yazıbdır belə bir fərman:
"Gərək təslim etsin Nəbini İran"
... Odur ki, bu saat Paşa bəy, divan Səni
axtanrlar, səni, Nəbi can...
Nəbi: - Deyirsən, buradan çəkilmək geri!
Qasım: - Deyəsən, duyublar olduğun yeri.
Nəbi: - Kim verdi sənə bu qara xəbəri?
Qasım: - Haman Paşa bəyin qoca nökəri.
Musa: - Nəbi, biz onunla qohumuq bir az,
O, bizim adamdır, yalan danışmaz.
Qasım (xatirinə salaraq)
- Hə... bir də deyir ki, dəstədən kimsə Bu işə
qol qoyub...
Nəbi (həyəcanla)
-
Necə?
Qasım: - Nə isə...
Bir az ehtiyatlı əlsan nə olar?
Göz-qulaq olmağın nə zərəri var?
Nəbi: - Dəstəmdə Kərimdir Təbrizdən ancaq
(fikirləşir)
Qasım: - O, yalan danışmaz, ayıq ol, Nəbi!
Hər tərəf casusdur, sayıq ol, Nəbi!
(Qapı üç dəfə döyülür. Qurd Kərim gəlir, həyəcanlanır)
Qurd Kərim (Nəbiyə)
-
Qardaşım, necəsən?
Nəbi: - Yaxşıyam bir az.
Qurd Kərim: - Dolub dilənçiylə küçə və meydan
İlan oynadanla meymun oynadan
Bütün camaatı yığır başına...
Musa (kinayə ilə)
-
Yaman danxırsan deyəsən, aşna!
Küçədən bir neçə güllə səsi eşidilir. Hamı bir an qulaq asır.
(Süleyman Rüstəm. "Qaçaq Nəbi" pyesindən)
Çalışma 31. Oxuyun, sözlərin vurğusunu qoyun: hakimiyyət,
başqa, mehmanxana, spartakiada, atletika, göstərmək, tennis, marşrut,
sessiya, yarış, problem, kommersiya, kənarlaşdırmaq, həkimdir,
voleybol, göndərmə.
Çalışma 32. Aşağıdakı sözləri söz birləşmələri daxilində elə
işlədin ki, vurğunun yeri dəyişərkən məna dəyişsin:
alma, asma, bağlama, basdırma, burun, çəkmə, əyin, dolama,
dondurma, gəlin, süzmə, biçin.
Çalışma 33. Mətni tələffüz qaydalarına uyğun oxuyun, sözlərin
orfoepik şəklini mötərizədə qeyd edin, ədəbi dildə danışıq üslubuna
aid məqamları göstərin:
Koroğlunun bir bəzirgan dostu var idi. Adı Xoca Əziz idi. Xoca
Əziz neçə illər Koroğlu ilə dostluq eləmişdi. İndi Eyvaz- gilin tutulan
vaxtda o da mallarını satmaq üçün Bağdada gəlmiş
53T
di. Qoşun elə ki, Eyvazgili tutub şəhərə tərəf gəlməyə üz qoydu,
bazara səs düşdü ki, bəs üç nəfər quldur tutublar, asmağa apanrlar.
Bazar adamı hamısı çıxdı onlann tamaşasına. Xoca Əziz də bu
adamlann içində idi. Gözlə ha gözlə, axırda dəstənin ucu açıldı. Aslan
paşa keçdi, qoşun böyükləri keçdi, atlılar keçdi. Bir də baxdılar ki,
budu, bir bölük qəşun dustaqları ortalığa alıb gətirir. Xəca Əziz gördü
nə? Tutulan Eyvazdı, Dəmirçioğ- lu, bir də Bəlli Əhməddi. Dünya -
aləm Xoca Əzizin gözündə qaraldı. Dedi: "Ey dadi-bidad!.. Bu zalım
oğlu zalım uşaqları öldürəcək". Qaldı mat-məətəl ki: "Nə təhər
eləyim? Mənim burda əlimdən bir iş gəlməyəcək. Burada qılınc
vurmaq lazımdır. Xəbərə getsəm də buradan Çənlibelə azı bir həftəlik
yoldu. ("Koroğlu" dastanından)
Çalışma 34. İmtahana gəlməmisiniz. Dekana izahat yazın.
İzahata verilən tələbləri göstərməklə onun formasını da qeyd edin.
MONlllll HİTİİH HİViaRİ
Monoloji nitqin natiqlik üslubunda ən çox yayılmış növləri çıxış,
mühazirə və məruzədir.
ÇIXIŞ məişət üslubunun ən geniş yayılmış növüdür. Monoloji
nitqin bu növü daha çox prezident yanında ilin yekunlarına və ya
istehsalatın hər hansı bir sahəsinə aid toplantıda, nazirlərin
hesabatında, yığıncaqlarda, qurultay və iclaslarda özünü göstərir.
Məsul şəxs qarşısında başqalarının monoloji nitqi çıxış adlanır.
Ali məktəb rəhbərliyinin nümayəndələrinin (rektor, prorektor, tədris
hissə müdiri, dekan, dekan müavinləri, kafedra müdirləri, kitabxana
müdiri və b.), orta və peşə məktəblərinin, lisey və kolleclərin, mənzil
istismar sahələrinin, idarə, müəssisə və təşkilatların rəhbərlərinin
sinfə, auditoriyaya, iclas zalına, kabinetə daxil olub danışması, toy
məclisində masabəyi və qonaqların təbrik üçün söz deməsi,
mərasimlərdə, mitinqlərdə, bir tikilinin, qurğunun açılışında, hər hansı
bir görüşdə deyilən qısa,
S6
Dostları ilə paylaş: |