Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə60/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   56   57   58   59   60   61   62   63   ...   70

mandaları  ilə  yoldaşlıq  görüşləri  keçirtdik,  3:2  və  3:1  hesabları  ilə 
qələbə qazandıq. Hər iki matçda mən də qol vurdum. Fevralın 12-nə 
kimi şəhərin görməli yerlərinə səyahətə çıxdıq, muzeylərə baş çəkdik. 
Yaxşı dincəldik. Fevralın 13-də məktəblilərdən ibarət yerli komanda 
ilə  görüşdük,  6:2  hesablı  qələbə  qazandıq.  Fevralın  14-də  təcrübə 
mübadiləsi  aparmaq  məqsədilə  "Qazanspor"  komandasının  məşq 
bazasında olduq, "sol ayaqla zərbə taktikası" mövzusunda seminarda 
iştirak etdik. Fevralın 15-də İstanbuldan təyyarə ilə Bakıya uçduq. 
imza: E. N. Musayev 
16.02.2010 
13.
 
XƏBƏRDARLIQ 
"Xəbərdarlıq"  sözü  ərəbcə  "xəbər"  (məlumat,  bilgi),  farsca 
"dar"  (malik  olan)  sözlərindən  və  azərbaycanca-lıq  şəkilçisindən 
düzəlmişdir,  "xəbəri  olmaq",  "xəbər  vermək"  mənasındadır. 
Xəbərdarlıq,  əsasən,  idarə,  təşkilat  və  ya  müəssisələrdə  xətaya  yol 
vermiş, qəbahət etmiş şəxsə bir daha belə işləri təkrar etməmək üçün 
verilir. O, yazılı və ya şifahi göstərişdir. 
Xəbərdarlıq  intizam  tənbehi  hesab  edilməsə  də,  nəticəsi  ol- 
madıqda həmin şəxsə töhmət verilir. Nizam-intizama zidd hərəkətlərə 
görə edilən xəbərdarlıq məktəblilərə, tələbələrə aiddir. 
Nümunə: 
ADBTİA-nın "İdman oyunları" fakültəsi üzrə 
Xəbərdarlıq 
31 mart 2010-cu il 
Bakı şəhəri, №3 
193 


30  mart  2010-cu  il  tarixdə  401  nömrəli  auditəriyada  mobil  te- 
lefənlarla  dərsin  gedişinə  mane  əlduqlanna,  intizamsızlıq 
törətdiklərinə görə adlan çəkilən tələbələrə xəbərdarlıq edilsin; 
1.
 
Əşrəfəv Mövsüm Hidayət əğlu - qmp OA 9 - 0 3  
2.
 
İsmiyev Xəqan Mirzə əğlu - qmp OA 9 - 0 3  
3.
 
Namazəv Əlsər Göyüş əğlu - qmp OA 9 - 0 4  
"İdman əyunlan" fakültəsinin 
dekanı: (imza) prəf. E. N. Qədəşov 
14.
 
İZAHAT 
"izahat"  ərəb  mənşəli  "izah"  sözünün  cəm  fərmasıdır,  bir  işi, 
məsələni,  hadisəni  "açıqlama",  "məlumat  vermə"  anlamında 
işlədilir. İzahat müdiriyyətin, vəzifəli şəxsin tələbi əsasında qısa və ya 
ətraflı, yazılı və ya şifahi ola bilər. 
Vərəqin  sol  tərəfində  5-6  sm  yer  buraxmaqla  izahatın 
ünvanlandığı  şəxsin  vəzifəsi,  adı  və  soyadı  göstərilir.  Yeni  sətirdən 
abzasdan izahat verənin kimliyi, adı və soyadı qeyd olunur. Yenidən 
abzasdan vərəqin ortasında böyük hərflərlə "İzahat" sözü yazılır. 2 sm 
(2  sətir)  yer  buraxmaqla  sətirbaşından  iş,  hadisə  haqqında  ətraflı 
açıqlama  verilir.  Sonda  izahat  verən  imzasını  qoyur,  altından  tarixi 
qeyd edir. 
Nümunə: 
Azərb. DBTİA-nm "İdman oyunları" 
fakültəsinin dekanı professor E. A. Qədəşova 
fakültənin II kurs OA 9-01-ci qrupun 
nümayəndəsi Nuru Hacı oğlu Əhmədovdan 



izahat 
29  noyabr  2009-cu  il  tarixdə  ikinci  növbənin  üçüncü  saatında 
(saat  17“"-da)  biz  412  nömrəli  auditoriyada  pedaqogika  dərsi 
keçərkən pəncərə açıq olduğundan qəfildən əsən güclü külək təzyiqlə 
içəri daxil oldu, çərçivəyə möhkəm bərkidilməmiş qapını vurub qırdı. 
Bu hadisədə tələbələrimizin birbaşa günahı yoxdur. Bunu həmin vaxt 
bizə dərs deyən baş müəllim Əli Məmmədov da təsdiq edə bilər. 
İmza:Əhmədov N. H 
30.
 
XI.2009-CU il 
 
15.
 
QƏBZ 
Mən,  "İdman  oyunlan"  fakültəsinin  I  kurs  OR  9-1-ci  qrupun 
nümayəndəsi  Qəhrəmanova  Aynur  Kamran  qızı  Akademiyanın  oxu 
zalından məşğələ zamanı tələbələrin istifadə etməsi üçün 25 (iyirmi 
beş) ədəd "İngilis dili" (Bakı, 2009, I hissə) dərsliyi götürdüm. 
İmza:Aynur Qəhrəmanova 
26 fevral 2010-cu il 
16.
 
MƏQALƏ 
Çempionla görüş 
Bu  günlərdə  Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  İdman 
Akademiyasında  Olimpiya  və  iki  dəfə  dünya  çempionu  Fərid 
Mansurovla  tələbə  və  müəllimlərin  görüşü  keçirilmişdir.  Görüşdə 
Fərid Mansurovla yanaşı Olimpiya çempionu Elnur Məm 
19S 


mədli,  dünya  və  Avropa  çempionu  Rövşən  Bayramov,  Avropa 
çempionu Həsən Cəbrayılov da iştirak edirdilər ki, bu da tələbələrin 
böyük  marağına  səbəb  olmuşdu.  Akademiyanın  idman  işləri  üzrə 
prorektoru,  professor  D.Q.Quliyev  F.  Mansurovun  həyatından, 
müxtəlif illərdə dünya və Avropa çempionatlannda, xüsusən XXVIII 
Olimpiya  oyunlarında  apardığı  mübarizədən  olduqca  maraqlı 
epizodlar  danışdı.  O,  yazmış  olduğu  kitabda,  eləcə  də  xaricdə  çap 
olunmuş  qəzet  və  jurnallarda  Fərid  haqqındakı  fikirləri  nəzərə 
çatdırdı. 
Akademiyanın  "Güləşmə  və  onun  metodikası"  kafedrasının 
müdiri,  professor  X.  K.  Qurbanov,  kafedranın  müəllimlərindən 
dosentlər  C.  Yaqubov,  İ.Abdulqədirov  və  başqaları  çempionun 
uğurlannm tələbələrimiz üçün örnək olmasını vurğuladılar. 
Sonda Fərid Mansurov çıxış edərək gələcək planlarından danışdı 
və tələbələrlə xatirə şəkli çəkdirdi. 
Nüsrət Məmmədli, 
"Təkmübarizlik" fakültəsinin tələbəsi 
17.
 
MƏLUMAT 
Məlumat  ərəb  mənşəli  "məlum"  sözünün  cəm  formasıdır, 
aydın,  aşkar,  bilinən  mənasındadır.  Hər  hansı  bir  xəbər  haqqında 
bildiriş  xarakteri  daşıyır.  Elanlar  lövhəsində  bir  vərəqdə  yazılır, 
məlumatı rəsmi şəkildə çatdırmaq məqsədi daşıyır. 
Nümunə: 
Məlumat 
Azərb.  DBTlA-mn  bütün  əməkdaşlarının,  müəllim  və 
tələbələrin nəzərinə 
196 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə