Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə56/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   52   53   54   55   56   57   58   59   ...   70

4.
 
RaSMl-KARGÜZARLIQ ÜSlURU 
Rəsmi-kargüzarlıq  üslubu  "əməli  üslub",  "rəsmi-əməli  üslub"; 
"işgüzar  üslub"  adları  ilə  də  işlənir.  Rəsmi  sənədlər,  təlimatlar, 
qanunvericilik aktları və s. rəsmi-kargü- zarlıq üslubuna uyğun tərtib 
olunur, yazılır. Bu üslubun əsas xüsusiyyəti ifadə düzgünlüyü, fikir 
dəqiqliyi və yığcamlıqdır. 
Rəsmi  sənədlərin  dilində  artıq,  mətləbdənkənar  sözlərə, 
təkrarlara, bədii ifadələrə yer verilmir, dəqiq söz və terminlər işlədilir, 
qrammatik  normalara  riayət  edilir,  ştamp  xarakterli  standart 
sözlərdən, basmagəlib (trafaret) ifadə və cümlələrdən istifadə olunur. 
Bu  üslub  öz  forma  və  məzmunu  etibarilə  kütləvi  mahiyyət  daşıyır, 
ixtisasından,  peşəsindən,  həyatda  tutduğu  vəzifəsindən  asılı 
olmayaraq insanlar əməli yazılara müraciət edirlər. 
Rəsmi-əməli  üslub,  adından  göründüyü  kimi,  həyatın  praktik 
tələbləri  ilə  bağlıdır.  O,  dövlət  və  ictimai  idarələrin  bir-biri  ilə, 
vətəndaşlann idarə, müəssisə və təşkilatlarla əlaqəsini təmin edir. 
Rəsmi-kargüzarlıq  üslubunu  inzibati-idarə  üslubu,  dəftərxana 
üslubu da adlandmrlar. Dəftərxana sənədləri rəsmi xarakterdə olduğu 
üçün özünəməxsus cəhətləri ilə seçilir. Bu üslubun onlarla sənəd növü 
vardır:  qanun,  fərman,  sərəncam,  qətnamə,  viza,  nota,  ittihamnamə, 
təlimat, protest, etimadnamə, hökm, qərar, göstəriş, əmr, akt və s. 
Dövlət  əhəmiyyətli  rəsmi  sənədlər  xüsusi  aynimış  adamlar 
tərəfindən hazırlanır, dövlət başçısı tərəfindən imzalanır. 
Rəsmi-kargüzarlıq sənədləri yazışma məqsədi daşıyan (teleqram, 
anket, təliqə, ərizə, raport və s.), müəyyən faktı təsdiqləyən (vəsiqə, 
arayış, vəkalətnamə, və s.), hər hansı hadisə və faktı əks etdirən (akt, 
protokol,  müqavilə,  və  s.)  və  iclas,  toplantı,  yığıncaq,  konftanslann 
qərarları-protokol, hesabat və s. formasında olur (6, səh. 4) 
176 


Tələbə və məzunlarımıza lazım ola biləcəyini nəzərə alaraq əməli 
üslubun tələblərini özündə əks etdirən əsas rəsmi-kargü- zarlıq sənəd 
növlərini aşağıda əlifba sırası ilə veririk. 
1.
 
AFİŞA 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 
28 may 2010 
Respublikanın xalq artisti, professor 
Məsum İbrahimovun 
iştirakı ilə 
Niyazi adma Azərbaycan Dövlət Filarmoniyası 
artistlərinin 
Xeyriyyə konserti 
Proqramda:  Azərbaycan  muğamları,  xalq  mahnıları  və 
bəstəkarların populyar musiqi əsərləri 
Əldə  olunan  vəsait  Qarabağ  Veteranlannm  Yardım  Fondunun 
hesabına köçürüləcəkdir. 
Konsert saat 15""-da Akademiyanın akt zalında olacaqdır. 
Biletlər foyedə satılır. 
2.
 
AKT 
"Akt"  latınca  "aktos",  "aktum"  sözündən  olub  "hadisə", 
"sənəd", "cinayət işi" deməkdir. Akt məzmununa görə cinayət aktı, 
dövlət  aktı,  bu  və  ya  digər  bir  faktı  açmaq  üçün  tərtib  edilən  akt 
növlərinə bölünür. 
Mahiyyəti  -  hər  hansı  bir  iş  və  ya  hadisəni  qanuniləşdirib  ona 
hüquqi sənəd statusu verməkdir. 
177 


Məzmunu  -  Akt  imzalan  ilə  təsdiq  edilən  bir  neçə  nəfər 
tərəfindən tərtib edilir. Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün aktı 
tərtib  edənlərdən  ibarət  komissiya  yaradılır.  Xüsusi  təftiş 
komissiyasının hazırladığı akt aidiyyati ali orqana təqdim edilir. 
Aktın forması: 
1.
 
Aktın birinci səhifəsinin sağ tərəfindən yuxarı vəzifəli şəxsin 
təsdiq etdiyi qeyd verilir. 
2.
 
Akt sözü vərəqin yuxan hissəsində ortada, böyük hərflə yazılır. 
3.
 
Sonrakı sətirdə solda ayın tarixi-gün, ay, il, sağda aktın tərtib 
olunduğu yer göstərilir. 
4.
 
Akü  tərtib  edənlərin  vəzifəsi,  soyadı,  adı  və  atasımn  adı 
yazılır. 
5.
 
Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir
6.
 
Yoxlamamn müddəti həm rəqəmlə, həm də sözlə qeyd olunur. 
7.
 
Aktın  sonunda  nəticə  verilir  və  məsuliyyət  daşıyan  şəxs 
göstərilir. 
8.
 
Sonda aktı tərtib edənlər onu imzaları ilə təsdiqləyirlər. 
Nümunə: 
Akt 
Təsdiq edirəm: 
15 saylı məktəbin direktoru Həsənov H. İ. 
28 noyabr 2010-cu il 
20 noyabr 
Bakı, Yasamal rayonu 
Biz, aşağıda imza edənlər: filan vəzifə daşıyan İsmayılov İ., filan 
vəzifə  sahibi  Əliyeva  G.,  filan  iş  sahibi  İbrahimov  H.,  Həmkarlar 
İttifaqı Komitəsinin sədri Əhmədov K. bu aktı tərtib edirik ona görə 
ki, həqiqətən binada (məktəbdə, sinifdə, həyat- yanı sahədə və s.) otaq 
yağışdan  sonra  (yanğından,  zəlzələdən,  köhnəldiyindən)  uçmuş 
(tökülmüş,  dağılmış),  10  m^  sahəyə  1000  (min)  manat  məbləğində 
ziyan dəymişdir. Akt həmin sa 
178 


hənin təmir olunmasına pul buraxılması məqsədilə tərtib olunmuşdur. 
Aktı tərtib etdilər: 
1.
 
(imza) İsmayılov İ. - vəzifəsi 
2.
 
(imza) Əliyeva G. - vəzifəsi 
3.
 
(imza) İbrahimov İ. - vəzifəsi 
4.
 
(imza) Əhmədov K. - vəzifəsi 
Üzləşmə lazım gələrsə əlavə yazılır: 
Aktla tanış edildi (edildilər) 
1.
 
(imza) Göyüşov S. A. - vəzifəsi göstərilir 
2.
 
(imza) Qocayev C. Ç. - kimliyi göstərilir. 
 
3.
 
ANNOTASİYA 
Annotasiya  latınca  "annotamik"  sözündən  olub  "qeyd 
aparmaq", "əlavə etmək" deməkdir. 
a)
 
Annotasiyanın mahiyyəti-hər hansı bədii və ya elmi əsər, eləcə 
də  dərslik,  dərs  vəsaiti,  məqalə,  tamaşa  və  s.  haqqında  qabaqcadan 
müəllifin  və  ya  işə  məsul  şəxsin  məlumatını,  işin  məzmununu  qısa 
şəkildə şərh etməkdir. 
b)
 
Annotasiyanın  məzmunu  hissəsində  əsərin  müəllifi,  jann, 
həcmi,  məzmunu  haqqında  məlumaf  verilir.  Annotasiyada  əsərə 
(kitaba) qısaca rəy də verilə bilər. 
c)
 
Forması.  Vərəqin  ortasında  annotasiya  sözü  yazılır,  ondan 
aşağıda müəllifin adı, afasmın adı və soyadı gösfərilir. Sonrakı səfirdə 
əsərin mövzusu, nəşriyyafm adı, nəşr ili, həcmi gösfərilir. 
Nümunə: 
Annotasiya 
Nazim Məcidov. "İdman nəzəriyyəsi' 
saiti, Bakı, 2009-cu il, 110 səh. 
179 
Dərs və- 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə