Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə59/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   55   56   57   58   59   60   61   62   ...   70

Əl  oyunlan  ixtisasına  yiyələnmək  arzumu  nəzərə  alaraq  mənim 
ADPU-dan 
Sizin  rəhbərlik  etdiyiniz  ali  təhsil  ocağına 
dəyişdirilməyimə razılıq verməyinizi xahiş edirəm 
30 avqust 2010-cu il 
İmza:T.S.Süleymanova 
10. XAHİŞNAMƏ 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman 
Akademiyasının  rektoru,  professor  A.  Q.  Abıyev  cənablarına 
İslam  Müseyib  oğlu  Əliyev  "Bədən  tərbiyəsinin  nəzəriyyəsi  və 
metodika"sı  kafedrasının  dosentidir.  İ.Əliyev  Azərb.DBTİA-nı 
1972-ci  ildə  bitirib  və  elə  həmin  ildən  də  burada  işləyir.  38  illik 
pedaqoji müəllimlik stajına malikdir. O, işinin öhdəsindən layiqincə 
gəlir. Olduqca qayğıkeş və təvazökardır. Tələbələrimizə mühazirə və 
seminar dərslərini yüksək keyfiyyətlə tədris edir. Pedaqoji təcrübədə 
onların  gələcək  müəllim  və  məşqçi  kimi  yetişməsində  öz  bilik  və 
bacarığını əsirgəmir. 2003-cü ildə namizədlik dissertasiyası müdafiə 
etmişdir.  Müdafiədən  sonra  üç  metodik  dərs  vəsaitinin  müəllifidir. 
Kollektiv arasında böyük nüfuza malikdir. Dərs dediyi tələbələr fənn 
olimpiadalarında  və  elmi-praktik  konfranslarda  həmişə  fərqlənmiş, 
diplomlara layiq, görülmüşlər. Avqust ayının 15-də anadan olmasının 
60 ili tamam olacaqdır. 
İ.Əliyevin  60  illik  yubileyinin  sentyabr  ayında  Akademiya 
səviyyəsində təntənəli keçirilməsini xahiş edirik. 
"Bədən tərbiyəsinin nəzəriyyəsi və onun metodika"sı kafedrasının 
müdiri:(imza) professor. Nəsrullayev 
15 iyun 2010-ci il. 
189 


M.Ə 
11.
 
XASIYYƏTNAMƏ 
"Xasiyyətnamə"  ərəb  mənşəli  "xasiyyət"  və  fars  mənşəli 
"namə" (məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir, 
bir şəxsə, bir şeyə məxsus hal, xüsusiyyət mənasındadır. Bu sənəddə 
bir  adamın  xüsusiyyətləri,  ictimai  və  əmək  fəaliyyəti,  kəllektivdəki 
yeri haqqında ətraflı məlumat verilir. Məktəb illərində şagird məsul 
vəzifəyə məsləhət görüldükdə, başqa məktəbə əxumağa köçürüləndə, 
ərta məktəbi qurtanb ali məktəbə təhsil almağa gedəndə, sənralar işə, 
müəyyən  vəzifəyə  seçildikdə  əna  əxuduğu  və  ya  iş  yerindən 
xasiyyətnamə mütləq tələb əlunur. 
Xasiyyətnaməyə verilən tələblər bunlardır; 
1.
 
Vərəqin  əvvəlində  ortada  böyük  hərflə  "Xasiyyətnamə"  sözü 
yazılır. 
2.
 
Xasiyyətnamədə şəxsin həyatı, milliyəti, ailə vəziyyəti, əmək 
fəaliyyəti, öz işinə münasibəti obyektiv şəkildə ardıcıl verilir. 
3.
 
Dövlət  əhəmiyyətli  xasiyyətnamələr  müzakirə  olunur  və 
yoxlanılır. 
4.
 
Xasiyyətnamə vahid formada yazılmaqla həcmi 1-2 səhifədən 
artıq olmur. 
5.
 
Xasiyyətnamədə  onun  kimə,  kimdən  və  haraya  təqdim 
olunması göstərilir. 
6.
 
Xasiyyətnaməni  rəsmi  sənəd  kimi  müəssisə  (idarə,  təşkilat) 
rəhbəri verir, onu ən azı iki məsul şəxs (əsasən, həmkarlar təşkilatının 
sədri, şöbə müdiri) imzalayır, müəssisənin möhürü ilə təsdiqlənir və 
verilmə tarixi qeyd edilir. 
190 


Nümunə: 
Xasiyyətnamə 
Verilir 1992-ci il noyabr ayının 30-da Lənkəran rayonunun Digah 
kəndində  anadan  olmuş,  azərbaycanlı,  orta  təhsilli,  bitərəf  Əyyub 
Etibar oğlu Pirverdiyevə. 
Pirverdiyev Əyyub Etibar oğlu 2009/2010-cu tədris ilində Azərb. 
DBTİA-ya  daxil  olmuş,  I  kursun  kredit  ballarını  vaxtında  yüksək 
səviyyədə toplamış və hazırda II kursda (qrup TA 9- 12) oxuyur. Bu 
müddət ərzində özünü tərbiyəli, ünsiyyətli və nəzakətli bir tələbə kimi 
göstərmiş,  dərin  bilik  nümayiş  etdirərək  tələbə  yoldaşlarının  və 
professor-müəllim  heyətinin  dərin  rəğbətini  qazanmışdır.  O  özünün 
intizamı  ilə  həmişə  yoldaşlarına  nümunə  olmuş,  heç  vaxt  dərslərə 
gecikməmiş  və  üzürsüz  səbəbdən  dərs  buraxmamışdır.  Qrupun 
nümayəndəsi kimi kollektivin ictimai həyatında da fəal iştirak edir, 
dekanhqla və tələbə həmkarlar ittifaqı ilə əlbir işləməyi xoşlayır. Milli 
vətənpərvərlik  mövzusunda  hazırladığı  məruzə  (elmi  rəhbəri 
professor  Məmməd  Nəsrullayev)  tələbələrin  illik  praktik 
konfransında  birinci  yerə  layiq  görülmüş,  məruzənin  tezisi  nəşr 
olunmaq  üçün  Akademiyanın  elmi  hissəsinə  götürülmüşdür. 
Pirverdiyev indiyə qədər heç bir inzibati cəza almamışdır. 
Xasiyyətnamə  Azərbaycan  Respublikası  Gənclər  və  İdman 
Nazirliyinin "Gənclərlə iş" şöbəsinə təqdim edilmək üçün verilir. 
"Təkmübarizlik" fakültəsinin 
dekanı: (imza) Hüseynov E. A. 
Azərb. DBTİA Tələbə Həmkariar İttifaqı 
Komitəsinin sədri: (imza) Babanlı Y. M. 
26 fevral 2010-cu il. 
191 


12.
 
HESABAT 
"Hesabat"  ərəbcə  "hesab"  sözünün  cəmi  əlmaqla  müəyyən 
tapşmğm  yerinə  yetirilməsi  və  ya  görülmüş  işin  nəticəsi  haqqında 
məsul  şəxsə,  təşkilata  yazılı  və  ya  şifahi  şəkildə  verilən  rəsmi 
məlumatdır.  Hesabat  inandmcı  əlmah,  faktlar  və  rəqəmlər  dəqiq 
göstərilməlidir. 
Hesabatın  əvvəlində  onu  yazan  şəxsin  (kəllekivin,  təşkilatın) 
kimliyi haqqında qısa məlumat qeyd edilir, altındakı sətrin ortasında 
böyük  hərflərlə  "hesabat"  sözü  yazılır,  sənrakı  sətirdə  abzasdan 
hesabatın mətni verilir. Mətndən sənra imza qoyulur və tərtib edildiyi 
tarix göstərilir. 
Nümunə: 
Azərb.DBTİA-nm  "Təkmübarizlik" 
fakültəsi  TA  9-04-cü  qrupun  (H  kurs) 
tələbəsi Eyvaz Nəriman oğlu Musayevin 
2010-cu  il  yanvar  ayının  25-dən  fevral 
ayının  15-dək  Türkiyənin  Antalya 
kurort 
şəhərində 
təlim-məşq 
toplanışında iştirak etməsi haqqında 
Hesabatı 
Göstərilən tarixdə biz - "İnter" futbəl klubunun gənclərdən ibarət 
komanda  üzvləri  yanvar  ayının  25-də  səhər  saat  10""-da  Antalya 
şəhərinə  avtobusla  yola  düşdük.  Səhəri  gün,  yanvann  26-da  günün 
ikinci yarısı saat 18““-da ərada olduq. Həmin gün oteldə gecələdik. 
Yanvarın 27-dən 31-nə kimi hər gün günün birinci və ikinci yansmda 
məşqçimiz Gəray Qarayevin başçılığı altında 4-5 saat məşq edirdik. 
Fevralın  2-də  və  6-da  şəhərin  birinci  divizyonunda  çıxış  edən 
"Urfaspər" və "Şannispər" kə- 



Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə