Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə57/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   53   54   55   56   57   58   59   60   ...   70

Pedaqoji  elmlər  namizədi,  professor,  Azərbaycan 
Respublikasının  əməkdar  müəllimi,  ADBTİA-nm  elmi 
işlər  üzrə  prorektoru  Nazim  Məcidovun  dərs  vəsaiti 
giriş,  üç  fəsil,  nəticə  və  istifadə  olunmuş  ədəbiyyatın 
siyahısından  ibarətdir.  Müəllif  dərs  vəsaitinin  giriş 
hissəsində  tədqiq  etdiyi  mövzunun  aktuallığından, 
tədqiqatın  məqsəd  və  vəzifəsindən,  obyekti  və 
materialından,  işin  metodlarından,  yeniliyindən,  nəzəri 
və  praktik  əhəmiyyətindən  bəhs  edir.  Vəsaitin  birinci 
fəslində  filan  ...,  ikinci  fəslində  filan  ...  və  üçüncü 
fəslində (adı göstərilməklə) filan ... məsələlərdən əhatəli 
danışılmışdır.  Nəticədə  müəllif  öz  dəlil  və  sübutlarını 
konkret şəktldə yekunlaşdırmışdır. 
Dərs 
vəsaiti 
Bədən 
Tərbiyəsi 
və 
İdman 
Akademiyasının ixtisasçı müəllimləri və tələbələri üçün 
nəzərdə tutulmuşdur. 
 
4.
 
ARAYIŞ 
Arayış  türk  mənşəli  söz  olub  "arama",  "axtarma" 
mənasındadır. Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək və ya 
harada  yaşaması,  işləməsi,  təhsil  alması  haqqında  təşkilat  (idarə, 
müəssisə)  tərəfindən  verilən  rəsmi  sənəddir.  Təşkilatların  bir-birinə 
ünvanladığı arayış növü də vardır. Arayışda müəyyən bir  hadisənin 
gedişi  və  ya  cinayət  xarakterli  bir  məsələ  də  öz  əksini  tapa  bilər. 
Arayışın kimə və nə məqsədlə verilməsi mütləq göstərilməlidir. 
Arayışın  özünəməxsus  yazılma  forması  vardır;  Vərəqin  yuxarı 
hissəsində  ortada  böyük  hərflə  "Arayış"  sözü  yazılır.  Vərəqin  sol 
tərəfdən üst küncündə idarənin ştampı, ştampm aşağı sətrində arayışın 
nömrəsi və verildiyi tarix (gün, ay, il) qeyd olu 
180 


nur. Arayış sözünün altında nisbətən sağda, ştampın yanından mətnin 
məzmunu verilir, axırdakı sətirbaşmda arayışın təqdim olunduğu yer 
göstərilir. Sonda arayışı verən idarə rəhbərinin titulu, soyadı (bütöv 
şəkildə), adı və atasının adı (ixtisarla) yazılır, imza ilə təsdiqlənir və 
möhür vurulur. 
Nümunə: 
Arayış 
H
 
5^
 
n
 
Verilir Ağayev Məmmədhəsən Qulam oğluna 
ona  görə  ki,  həqiqətən  o,  Azərbaycan  Dövlət 
Bədən  Tərbiyəsi  və  İdman  Akademiyası 
“Təkmübarizlik”  fakültəsinin  ikinci  kursunda 
(qrup TA 09-6) oxuyur. 
Arayış  Qusar  rayon  Hərbi  Komissarlığına 
təqdim etmək üçün verilir. 
Nümunə: 
ADBTİA-nm rektoru: (imza)professor 
A. Q. Abıyev 
‘‘Təkmübarizlik” fakültəsinin 
dekanı:(imza)Hüseynov E. A. 


v; 

Arayış 
Verilir Ağayev Nadir Həsən oğluna ondan 
ötrü ki, o, həqiqətən 18 dekabr 1992-ci ildə 
Bakı şəhəri. Suraxanı rayonunda anadan ol- 
muş və hazırda Suraxanı rayonu Z. Bünyadov 
küçəsindəki 67 nömrəli evin 16-cı mənzilində 
yaşayır. 
181 


Arayış Azərb. DBTİA-ya təqdim etmək üçün 
verilir. 
119 saylı mənzil-istismar sahəsinin 
rəisi: (imza)V. Ə. Alıyev Katib: 
(imza) L. Y. Mehdiyeva 
 
5.
 
BİLDİRİŞ 
Bildiriş  əməli yazıların sadə və çox işlənən formasıdır.  Anons, 
bildiriş, alışa, reklam və s. kimi əməli yazılar elan xarakterlidir. 
Məzmun  və  məqsədinə,  əhatə  dairəsinə  görə  bildiriş-elanlar 
müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) haqqında müəyyən 
kollektivə  və  ya  ictimayyətə  əvvəlcədən  verilən  məlumat 
anlamındadır. 
Bildiriş (elan) yazılarkən aşağıdakı məqamlar diqqət mərkəzində 
saxlanmalıdır: 
1.
 
Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır; 
2.
 
Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır; 
3.
 
Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir
4.
 
Tədbirin  keçiriləcəyi  yer,  ünvan  (ərazi,  bina),  lazım  gələrsə 
təşkilatın yerləşdiyi otağın nömrəsi, varsa telefonu göstərilir
5.
 
Məlumatın kim tərəfindən verildiyi bilinməlidir; 
6.
 
Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər; Bildiriş 
respublika və ya şəhər miqyaslı olarsa qəzetdə, radio 
və televiziyada da verilə bilər. 
Nümunə: 
182 


BUdiriş 
Tahb^hrin n9z9rin9. 
Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  İdman  Akademiyasının 
əyani  şöbəsində  II  yanmilin  dərsləri  15  fevral  2010-cu  il  tarixdən 
başlanacaq. 
Tədris hissəsi. 
Nümunə: 
6.
 
ELAN 
2010-cu  il  may  ayının  20-də  saat  ll""-da  akt  zalında  IV  kurs 
tələbələrinin  "Pedaqoji  təcrübə"yə  həsr  olunmuş  konfransı  ke- 
çirilicək. 
Təcrübə rəhbərlərinin və tələbələrin iştirakı vacibdir. 
"Bədən tərbiyəsinin nəzəriyyəsi və onun 
tədrisi metodikası" kafedrası 
 
7.
 
ETIBARNAMƏ
 
Etibarnamə ərəbcə "etibar" ("naz^rs alma”) və farsca "namə" 
("maktub", "kağız”) sözlərinin birləşməsindən yaranıb, "etibaretmə 
sənədi"  mənasındadır.  Etibarnamə  bir  şəxsin  bir  işin  icrasını  başqa 
birisinə etibar etdiyini bildirən sənəddir. Bir şəxsin və ya bir idarənin 
adından iş görmək üçün verilən bu rəsmi sənəd müəssisənin kadrlar 
şöbəsində, yaxud dövlət notariusu tərəfindən təsdiq olunur. 
183 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə