Nümunə:
Etibarnamə
Bakı şəhəri
20 dekabr 2010-cu il
Mən, Bakı şəhəri Binəqədi rayonu S. S. Axundov küçəsi, 13 saylı
binanın 56-cı mənzilində yaşayan, 2008-ci ildə həmin rayonun 36-cı
polis bölməsi tərəfindən verilmiş VI-BC seriyalı 6453421 №li
şəxsiyyət vəsiqəsinin sahibi Qaragözov Namazəli Xanış oğlu
ADBTİA- nın Həmkarlar İttifaqı Komitəsindən mənə çatacaq 60
manat məbləğindəki yardımı almağı Bakı şəhəri Yasamal rayonu.
Azadlıq prospekti 158 nömrəli evin 46 saylı mənzilində yaşayan qrup
yoldaşım Abdullayev Bəhram Güləli oğluna (Şəxsiyyət vəsiqəsi
seriya AZE №01643538) etibar edirəm.
imza: N. X. Qaragözov
28.01.2010
N. X. Qaragözovun imzasını təsdiq edirəm.
ADBTİA kadrlar şöbəsinin müdiri:(imza) Cəfərova S.İ.
29.01.2010-cu il
Nümunə:
Etibarnamə №
2010-cu il
Verildiyi tarix " __" __________
Şəxsiyyət vəsiqəsinin seriyası ____ № ____
Verilib _____________________________
(icra edən idarənin adı)
184
polisi tərəfindən
(№ və fakturanın tarixi)
Götürüləcək malların siyahısı
malları götürmək üçün
№ Götürüləcək mallann adı Ölçü vahidi
Miqdan
(hərflə)
(mal götürən adamın imzası)
Möhür yeri
imzasını təsdiq edirəm
İdarənin müdiri: (imza S.A.A.)
Baş mühasib: (imza. S.A.A.)
8.
ƏMR
"Əmr" sözü ərəb mənşəli olub iş, şey, sərəncam mənasındadır,
bir işin görülməsi üçün verilən hökm, göstərişdir. Bu əməli yazı
forması idarə, müəssisə, təşkilat və s. rəhbərinin rəsmi sərəncamıdır.
Əmr müəssisənin xüsusi əmr blankmda çap olunur. Vərəqin
birinci sətrində əmr verən müəssisənin adı göstərilir. İkinci sətirdə
böyük hərflə "Əmr" sözü yazılır. Üçüncü sətirdə sol tərəfdən əmrin
verildiyi tarix, sağ tərəfdə isə əmrin verildiyi şəhərin adı qeyd edilir.
Altında aşağıdan əmrin verilmə səbəbi və ya məqsədi açıqlanır.
Ondan aşağıdakı sətirdə vərəqin ortasında "əmr edirəm" sözləri gəlir.
Sonra əmrin məzmunu verilir. Əmrin aşağı hissəsində əmrin əsası
yazılır. Sonra əmri verən məsul şəxsin vəzifəsi, titulu, adı və atasının
adlarının baş hərfləri və
18^
soyadı göstərilir. Rəhbərin imzasından sonra əmri hazırlayanın və
əmri verməyə razılığı olan şəxsin imzası qeyd edilir. Əmrin icrası ilə
bağlı qurumlara göndərilməsi haqqında göstəriş olur.
İdarə rəhbərinin, məktəb direktorunun (rektorun) əmri, işə qəbul
etmə, işdən xaric etmə, müəyyən iş tapşırma, komissiya yaratma,
tədbir keçirmə və s. kimi əmrlər vardır.
Nümunə:
Əmr
10
sentyabr 2010-cu il
Bakı şəhəri, №20
Rüstəmov Vahid Əli oğlu hərbi
xidmətini başa vurduğuna görə "İdman oyunları" fakültəsinin II
kursuna (OA 8-03) bərpa edilsin. Əsas: Tələbənin təqdim etdiyi
arayış və ərizəsi
Rektor: (imza)professor A. Q. Abıyev
Əmri hazırladı:
fakültə dekanı: (imza)E. N. Qədəşov
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə
Əmr
10 yanvar 2010-cu il
Bakı şəhəri, №3
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası "Ümumi
və idman fiziologiyası" kafedrasının dosenti
186
M.H.Qarayevin anadan olmasının 65 illiyinin qeyd olunması
haqqında.
Əmr edirəm:
Dosent Mir Həsən oğlu Qarayevin 65 illik yubileyinin keçirilməsi
Akademiyanın Həmkarlar İttifaqı Komitəsinə həvalə edilsin və
komitənin yardım fondundan mükafatlandırma tədbiri görülsün.
Əsas: “Ümumi və idman fiziologiyası” kafedrasının müdiri,
professor R.Qayıbovun təqdimatı.
Rektor: (imza) professor A. Q. Abıyev
Əmri hazırladı:
Tədris şöbəsinin müdiri: (imza) S. Ə. Vahidov
Razılaşdırıldı:
HİK-in mühasibi: (imza) G.Ə.Əlibəyova
9.
ƏRIZƏ
"Ərizə" ərəbcə "ərz" sözündən olub "bir şey bildirmə",
"şikayət etmə", "xahiş" mənalarında işlənir. Məzmununa görə
ərizənin iki növünə təsadüf olunur: 1. Şikayət xarakterli ərizə, 2.
Xahiş məqsədilə yazılan ərizə.
Ərizələr müxtəlif məzmunlu olsa da, formaca eynidir.
Ərizənin yazılış forması belədir:
1.
Ərizə vərəqin sol tərəfindən 4-5 sm yer buraxılmaqla ortadan
yazılır. Nisbətən sağda, abzasdan böyük hərflə təşkilatın adı və ya
müraciət edilən şəxsin vəzifəsi, titulu, adının və atasının adının baş
hərfləri və soyadı yönlük halda qeyd olunur;
18?
2.
Sonrakı sətirdə abzasdan ərizə verən öz kimliyini, adını və
soyadını bütövlükdə çıxışlıq halda göstərir;
3.
Sonrakı sətirdə vərəqin ortasında böyük hərflə "Ərizə" sözü
yazılır.
4.
Təzə sətirdən, abzasdan qısa, aydın və məzmunlu şəkildə
ərizəçinin istəyi, fikri şərh olunur;
5.
Ərizənin sonunda ərizəçi şəxsi imzasını qoyur, aşağıdan sol
fərəfdən ərizənin yazılma farixini (gün, ay və ili) gösfərir.
Nümunə:
Azərb. DBTİA-nın "İdman oyunları"
fakültəsinin dekanı E.N.Qədəşova həmin
fakültənin II kurs, OA 9-03 qrupunun
tələbəsi Nüsrət Qulamhü- seyn oğlu
Kərimovdan
Ərizə
Masallı rayonunda atam xəstədir. Ona baş çəkmək üçün mənə üç
günlüyə (24-26 fevral) icazə verməyinizi xahiş edirəm.
23 fevral 2010-cu il
(imza) N. Q. Kərimov
Azərb. DBTİA-nın rektoru cənab A.
Q. Abıyevə
ADPU-nun riyaziyyat fakültəsinin II
kurs tələbəsi Təhminə Süleyman qızı
Süleymanovadan
Ərizə
188
Dostları ilə paylaş: |