Süni intellekt yaxud idrakımızın zirvəsi


TƏLƏB VƏ TƏKLİFİN TƏDQİQİNDƏ İNTELEKTUAL SİSTEMLƏR



Yüklə 197,31 Kb.
səhifə3/3
tarix26.09.2017
ölçüsü197,31 Kb.
#1785
1   2   3

TƏLƏB VƏ TƏKLİFİN TƏDQİQİNDƏ İNTELEKTUAL SİSTEMLƏR


Biz bu sualda, yəni tələb və təklifin tədqiqində intellektual sistemlərin qurulmasını həyata keçirmək üçün ekspert sistemlərdən istifadə edəcəyik. Çünki əvvəldə dediyimiz kimi ekspert sistemlər intellektual sistemlərin əsas və mühüm bir hissəsini təşkil edir. Aşağıda biz marketinq sahəsində, yəni tələb və təklifin tədqiqində ekspert sistemlərin yaradılmasını nəzərdən keçirəcəyik.

Tutaq ki, telefon distribüterliyi sahəsində fəaliyyət göstərən firma öz məhsullarına olan tələbi öyrənmək və buna uyğun təklifini qurmaq üçün ekspert sistemə ehtiyacı var.

Bu istəyi həyata keçirmək üçün ekspert sistem qurulmazdan əvvəl marketinq sahəsində tədqiqat aparmaq lazımdır. Bu isə aşağıda marketinq tədqiqatının bir aləti olan sorğu ilə həyata keçirilə bilər. Belə hesab edək ki, telefon distribüterliyi sahəsində fəaliyyət göstərən firma hansı telefon şirkətinin markasına və hansı qiymətdə telefona daha çox tələbat olduğunu aydınlaşdırmaq istəyir. Bunun üçün növbəti səhifədə olan formada anketlər hazırlanır və bu anketlərin əsasında mini sorğu aparılır.

Əlli nəfər arasında aparılan mini sorğunun nəticələrinə görə soruşulanların (54% qadın, 46% kişi) əksəriyyəti (94%-i) 18-40 yaş arasında olmuşdur. “Telefonunuzu dəyişmək fikriniz varmı?” sualına cavab olaraq soruşulanların 29-u (58%) “Bəli”, 17-i (34%) “Xeyr” və 4-ü (8%) “Bilmirəm” cavabını vermişlər.

İndi isə hansı telefon markasına tələbatın daha çox olduğunu aydınlaşdıraq. Belə ki, soruşulanlardan telefonunu dəyişmək istəyində olanlardan 16-sı “Nokia”, 1-i “Sony Ericsson”, 7-si “Siemens”, 4-ü “Samsung” və 1-i digər markalı telefon almaq arzusunda olduğunu bildirmişdir (Şəkil 7). Buradan belə çıxır ki, istifadəçilərin və telefon almaq istəyən istehlakçıların əksəriyyəti “Nokia” markalı telefona üstünlük verirlər.



Şəkil 7. Telefonunu dəyişmək arzusunda olanların telefon markaları üzrə bölgüsü, faizlə

Sonuncu suala – “Təxminən qiyməti nə qədər olan telefon almağa imkanınız çatar?” sualına cavab olaraq soruşulanlardan 4 nəfəri (8%) “100$-dan aşağı”, 9 nəfəri (18%) “100-150$ arası”, 12 nəfəri (24%) “150-200$ arası”, 8 nəfəri (16%) “200-250$ arası” və 17 nəfəri (34%) “250$-dan yuxarı” cavabını vermişlər (Şəkil 8).





Şəkil 8. Telefonunu dəyişmək fikrində olan soruşulanların yeni telefonu almağa imkanları çatacaq qiymət üzrə bölgüsü, faizlə

Ekspert sistemlər – konkret sahənin mütəxəssislərinin biliklərinin məcmusu əsasında yaradılan və nisbətən aşağı təcrübəli istifadəçilər üçün nəzərdə tutulan mürəkkəb proqramlar toplusudur.

Ekspert sistemlərin əsas üstünlüyü bilik və məlumatların yığılması və uzun müddət saxlanmasıdır. İnsandan fərqli olaraq ekspert sistemlər istənilən informasiyaya obyektiv yanaşırlar ki, bu da aparılan təcrübənin keyfiyyətini artırır. Böyük həcmli biliklərin emalını tələb edən məsələlərin həllində səhvlərin baş vermə ehtimalı çox aşağıdır.

Ekspert sistemlər biliklər bazasından (faktlar saxlanılan sistem hissələrindən), çıxış altsistemindən (məsələlərin həll olunması üçün istifadə olunan qaydalar məcmusu), izahat altsistemi, biliklərin mənimsənilməsi altsistemindən və dialoq prosessorundan ibarətdir (Şəkil 9). Çıxış altsistemini yaradarkən süni intellekt məsələlərinin həll metodlarından da istifadə olunur.

Ümumilikdə ekspert sistemlərin işləmə prosesini belə təsvir etmək olar: lazımi informasiyanı almağı arzulayan istifadəçi ekspert sistemə istifadəçi intefeysi vasitəsilə sorğu göndərir; həlledici, biliklər bazasından istifadə edərək müvafiq tövsiyəni hazırlayır və izahat altsisteminin köməyi ilə öz fikirlərinin gedişini istifadəçiyə çatdırır.

Ekspert sistemlərin yaradılmasında bir çox əngəllər meydana çıxır. Bu, ilk öncə onunla bağlıdır ki, sifarişçi hazırlanan sistemə öz tələblərini həmişə dəqiq olaraq ifadə edə bilmir. Bundan əlavə psixoloji bir çətinlik də var ki, bu da mütəxəssislərin sistemin məlumat bazalarını yaradarkən maşının onları “əvəz” etməsindən qorxaraq öz biliklərini maşına bilərəkdən az ötürürlər. Lakin bu qorxunun heç bir əsası yoxdur, çünki ekspert sistemlər öyrənmək qabiliyyətinə malik deyillər, onların ağlı və intuisiyası yoxdur. Hal-hazırda isə yuxarıda bəhz etdiyimizə, yəni ekspert sistemlərin özü-özünə öyrənmə qabiliyyətini kəşf etmək üçün təcrübələr və işlər aparılır. Həmçinin ekspert sistemlər böyük sahələrdə və ekspert olmayan sahələrdə tətbiq olunmur.

Ümumiyyətlə ekspert sistemlərin hazırlanması sahəsində terminologiya öz şəklini tez-tez dəyişir, lakin buna baxmayaraq biz əsas terminləri nəzərdən keçirək.



İstifadəçipredmet sahəsinin mütəxəssisi, hansıki sistem onun üçün nəzərdə tutulub. Adətən onun ixtisas səviyyəsi o qədər də yüksək olmur və o ekspert sistemlərin köməyinə ehtiyac duyur.



Şəkil 9. Ekspert sistemlərin quruluşu

Biliklər üzrə mühəndisekspert və biliklər bazası arasında aralıq bufer kimi çıxış edən süni intellekt sahəsi üzrə mütəxəssis. Sinonimlər: koqnitoloq, mühəndis-interpretator, analitik.

İstifadəçi interfeysiinformasiyanın daxil edilməsi və nəticənin alınması mərhələsində ekspert sistemlərlə istifadəçilər arasında dialoqu yaradan proqram kompleksi.

Biliklər bazasıekspert sistemlərin əsas komponenti olub, onun “intellektual bacarığını” təşkil edir. Ekspert sistemlərin digər komponentlərindən fərqli olaraq biliklər bazası sistemin “dəyişilən” hissəsidir, hansıki konsultasiyalar arası (bəzi sistemlərdə elə konsultasiya zamanı) təcrübəsi və biliklər mühəndisinin istifadəsi zamanı dola və modifikasiya oluna bilər. Ekspert sistemlərə biliklərin təqdim olunmasının bir neçə üsulu var, lakin onların hamısının ortaq cəhəti biliklərin simvol formasında (biliklərin təqdim olunmasının elementar komponentləri mətn, siyahı və digər simvol strukturlarıdır) təqdim olunmasıdır. Bununla da ekspert sistemlərdə mühakimələr prosesi ardıcıl simvol dəyişmələri kimi təqdim olunan mühakimələrin simvol təbiəti prinsipi ilə həyata keçir.

Həlledicibiliklər bazasında olan biliklər əsasında ekspertin fikirlərinin gedişini modelləşdirən proqramlar. Sinonimlər: deduktiv maşın, çıxış maşını, məntiqi çıxış bloku.

İzahat altsistemiistifadəçiyə “Bu və ya digər məsləhətlər necə alınmışdır?” və “Nəyə görə sistem məhz belə nəticə qəbul etmişdir?” suallarına cavab verən proqram. “Necə” sualına cavab məlumat bazasında istifadə olunan fraqmentlər nəticənin alınması üçün bütün prosesin, yəni bütün addımların zəncirvari nəticəsi kimi istiqamətlənməsi olur. “Nəyə görə” sualına cavab kimi sistem bilavasitə əvvəlcə alınmış nəticəyə qayıdır, yəni geri bir addım atır.

Biliklər bazasının intellektual redaktorubiliklər üzrə mühəndisin dialoq rejimində biliklər bazası yaratmağa imkan verən proqram. Özündə, baza ilə işləməyi asanlaşdıran yerləşdirilmiş menyu sistemini, biliklərin təqdimolunma dili şablonunu, kömək rejimini (“help” – rejim) və digər xidmət vasitələrini birləşdirir.

Ekspert sistemlərin hazırlanması kollektivində minimum dörd nəfər olmalıdır:



  • Ekspert;

  • Biliklər üzrə mühəndis;

  • Proqramçı;

  • İstifadəçi.

Sistemin hazırlanmasında əsas fiqur rolunu biliklərinə əsaslanan biliklər üzrə mühəndis oynayır.

Ekspert sistemlərin hazırlanması mərhələləri digər proqram məhsullarından əhəmiyyətli dərəcədə fərqlənir. Ekspert sistemlərin yaradılması təcrübəsi göstərdi ki, onların hazırlanmasında ənənəvi proqramlaşdırmada qəbul olunan medotologiyanın istifadəsi ya ekspert sistemlərin hazırlanması prosesini həddindən artıq uzadır, ya da ümumiyyətlə mənfi nəticələrə gətirib çıxarır.

Ekspert sistemlərin istifadəsi o zaman mümkündür ki, ekspert sistemlərin hazırlanması mümkünlüyü, təsdiq olunması, biliklər mühəndisliyinin metodları həll edilən məsələyə uyğundur. Ekspert sistemin hazırlanmasının mümkünlüyü üçün ən azından həll ediləcək məsələ eyni vaxtda bir neçə aşağıdakı tələblərə cavab verməlidir:



  • tədqiqat sahəsində məsələləri yeni mütəxəssislərdən daha yaxşı həll edən ekspertlər vardır;

  • ekspertlər təqdim olunan məsələnin qiymətləndirilməsində eyni fikirdədirlərsə, məsələyə ekspert sistemin qiymət verməsindən başqa bir yol qalmır;

  • ekspertlər istifadə etdikləri metodları adi dillə deyə və izah etmə qabiliyyətinə malikdirlər, əks halda ekspert biliklərini “çıxarmaq” və onları ekspert sistemlərə daxil etmək çətin olur;

  • məsələnin həlli hərəkət deyil, ancaq mühakimə və fikir tələb edir;

  • qarşıya qoyulan məsələ çox çətin olmamalıdır (yəni, ekspertin bu məsələni həll etməsi imkanı həftələrlə deyil, bir neçə saat və ya gün olmalıdır);

  • məsələlər rəsmi şəkildə ifadə olunması zərurəti olmasa da, bu sahədə çalışanlar üçün (ən azından ekspert üçün) anlaşılan olan ümumi anlayış və məfhumlarla ifadə olunmalıdır.

Verilən məsələdə ekspert sistemlərin istifadəsi mümkün ola bilər, lakin təsdiq olunmaya bilər. Ekspert sistemlərin tətbiqi aşağıdakı faktorlarla təsdiqlənə bilər:

  • məsələnin həlli əhəmiyyətli dərəcədə effekt verir, məsələn iqtisadi effekt;

  • insan-ekspertin istifadə olunmaması ya ekspertlərin sayının azlığından, ya da ekspertizanın eyni zamanda müxtəlif yerlərdə yerinə yetirilməsinin vacibliyindən asılıdır;

  • ekspert sistemlərin istifadəsi o zaman məqsədəuyğundur ki, informasiyanın ötürülməsi anında ekspert informasiya və ya vaxt itirir.

Əgər həll edilən məsələ aşağıdakı xarakteristikaların məcmusuna malikdirsə, onda məsələ ekspert sistemlərin metodlarına uyğundur:

  • məsələ riyazi metodlar və ənənəvi proqramlaşdırmada qəbul olunan rəqəmlərlə manipulyasiya etməklə deyil, təbii yol olan simvollar (yəni, simvolik mühakimələrin köməyilə) vasitəsilə manipulyasiya etməklə həll edilə bilər;

  • qoyulan məsələ alqoritmik deyil, evristik təbiətə malik olmalıdır, yəni onun həlli evristik qaydaların tətbiqini tələb etməlidir.

  • Qoyulan məsələ kifayət qədər çətin olmalıdır, ona görə ki, ekspert sistemlərin hazırlanmasına çəkilən xərcləri ödəmək üçün. Lakin o həddindən artıq çətin də olmamalıdır, ona görə ki, ekspert sistem onu həll edə bilsin.

Ekspert sistemlərin yaradılması prosesində aşağıdakı altı mərhələni özündə birləşdirən onların hazırlanmasının müəyyən texnologiyaları verilmişdir (Şəkil 10): identifikasiya, konseptuallaşdırma, formalaşdırma, icra, yoxlama, təcrübi istismar.
Şəkil 10. Ekspert sistemlərin hazırlanması texnologiyası

İdentifikasiya mərhələsində həllə lazım olan məsələlər, işin məqsədi, ekspert və istifadəçi tipləri müəyyən edilir.

Konseptuallaşdırma mərhələsində alət vasitələri seçilir və bütün növ biliklərin təqdim olunma üsulları müəyyən edilir, əsas anlayışlar formalaşdırılır, biliklərin təsvir üsulları müəyyənləşdirilir, sistemin işi modelləşdirilir, fiksə olunmuş anlayış sistemlərin məqsədinin adekvatlılığının, həll metodlarının, biliklərin təqdimi və manipulyasiyası vasitələrinin qiymətləndirilməsi həyata keçirilir.

İcra mərhələsində biliklər bazasının ekspert tərəfindən doldurulması həyata keçirilir. Nəzərə alsaq ki, ekspert sistemlərin əsasını biliklər təşkil edir, onda biz bu mərhələni ən vacib və ən çox zəhmət tələb edən mərhələ adlandıra bilərik. Biliklərin əldə olunması prosesi biliklər üzrə mühəndis tərəfindən real məsələnin həlli üzrə ekspert fəaliyyətinin əsasında həyata keçirir.
Yüklə 197,31 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə