Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

göstərərək: «bir çənə sümüyünə bir bax, -demiĢdi, -bunlala hər Ģeyi udar». Həmin gecə yuxumda 

Avqustonu o böcək formasında gördüm, çox böyük idi, paltarlarımı kağız kimi gəmirirdi. 

Bir ildən sonra ayrı otaqlarda gecələməyə baĢladıq. O, gecə keçənə qədər böcəklərlə məĢğul 

olur, söylədiyinə görə məni rahatsız etmək istəmirdi. O dövrdə evliliklər elə beləydi, tərəflərdən 

biri ölənə qədər yaĢayan kiçik ev cəhənnəmiydi. 

Niyə üsyan etmirdim, niyə çantamı götürüb Triesteyə getmirdim? 

Çünki o zamanlar nə ayrılma vardı, nə də boĢanma. Bir ailəni dağıtmaq üçün çox pis rəftar lazım 

idi, ya da üsyankar bir xarakterə sahib olaraq qaçıb sərsəri kimi dünyanı dolaĢmaq lazım idi. 

Amma, bilirsən ki, üsyan mənə xas davranıĢ deyil və Avqustoda mənə əl, hətta barmaq belə 

qaldırmamıĢdı, səsini də çıxarmamıĢdı. Halbuki, məndən heç nəyi əksik etmədi. Bazar günləri 

ayindən dönəndə Nurzia Briaderlərin Ģirniyyat mağazasına dəyərdik və ürəyim nə istəsəydi 

hamısını alırdı. Hər səhər hansı duyğularla oyandığımı xatırlamağım çox çətin deyil. Üç illik 

evlilikdən sonra tək bir düĢüncəm vardı, o da ölüm idi. Avqusto ilk həyat yoldaĢından heç söz 

açmazdı, ona bu mövzuda sual verməyə cəsarət etdiyim nadir zamanlarda belə mövzunu 

yayındırırdı. QıĢda nahardan sonra o xəyalət iyi qoxuyan otaqların arasında gəzinərkən Adanın –

ilk həyat yoldaĢının adı belə idi- xəstəlik, ya da qəzadan ölmədiyini, özünün öldürdüyünü 

düĢünməyə baĢlamıĢdım. Xidmətçi bayırda olarkən bütün günü bəzi Ģurupları söküb, siyirtmələri 

gözdən keçirir, əsəblə bir iz, mənim Ģübhəmi doğruldacaq bir dəlil axtarırdım. YağıĢlı bir gündə 

qardiroblardan birinin yer taxtasının altında qadın paltarları tapmıĢdım, onun idi. Qara rəngli 

birisini çəkib çıxartdım və geyindim, eyni ölçüdə idik. Aynada özümə baxarkən ağlamağa 

baĢladım. Ġçin-için, hıçqırmadan, taleyimin yazılmıĢ olduğunu bilənlər kimi ağlayırdım. Evin bir 

küncündə Avqustonun dindar anasından qalma və dua edərkən diz çökmək üçün düzəldilmiĢ bir 

taxta dizlik vardı. Nə edəcəyimi bilmədiyim zaman o otağa çəkilir, əllərimi çarpazlaĢdırıb 

saatlarla bu vəziyyətdə qalırdım. Dua edirdimmi? Bilmirəm. Məndən daha ağıllı biri ilə danıĢır, 

ya da danıĢmağa çalıĢırdım. «Tanrım»,- deyirdim «mənə yol göstər, həyatım budursa mənə buna 

dözmək üçün güc ver». Bir qadın olaraq məcbur olduğum həftəlik kilsə ziyarətləri, uĢaq 

çağlarından bəri içimdə gömdürdüyüm sualları yenidən cücərdirdi. Günnük qoxulu tüstü, 

orqanın səsi məni sərsəmlədirdi. Müqəddəs mətnləri dinləyərkən içimdə nə isə yavaĢ-yavaĢ 

tərpənirdi. Amma keĢiĢi əynində müqəddəs, bəzəkli geyimləri olmadan yolda görəndə onun 

süngərə bənzəyən burnuna və domba gözlərinə baxanda, mənasız və son dərəcə süni suallarını 

dinləyəndə içimdə heç nə titrəmirdi və öz-özümə: «budur -deyirdim, -bu bir fırıldaqdan baĢqa 

heç nə deyildir». Zəif zehnlərin içində yer tapmıĢ baĢqalarına dözmək üçün uydurulmuĢ bir yol. 

Buna baxmayaraq evin sükutunda oxumağı xoĢlayırdım. Ġsanın çox sözünü xarüqə bilirdim, 

yüksək səslə təkrarlayaraq həyəcanlanırdım. 

35 

Ailəm heç dindar deyildi, atam özünü müstəqil düĢüncəli bir insan kimi xarakterizə edərdi. 



Anam isə iki nəsil öncə xristian olmuĢ bir ailədən gəlir, ayinlərə həmiĢə ümumi və sosial 

qaydalara uyğunlaĢmaq səbəbindən nizamla qatılırdı. Ona nadir zamanlarda inam mövzusunda 

sual verdikdə mənə deyərdi ki, «bilmirəm, bizim ailəmiz dinsizdir». Dinsiz – bu söz uĢaqlıq 

çağlarımın ən həssas dövründə, adi Ģeylər haqqında suallar yarananda məni ağır bir qaya kimi 

əzdi. Bu sözdə bir alçaltmaq duyğusu vardı. Bir dinə sığınmaq üçün o birini tərk etmiĢik, amma 

yenisinə də ən kiçik hörməti belə göstərmirdik. Biz xəyanət etmiĢdik və bütün xainlər kimi nə 

yerdə, nə göydə bizə yer vardı. 

Beləcə, rahibə məktəbində öyrəndiyim bir neçə deyimdən baĢqa otuz yaĢına qədər din 

mövzusunda bundan baĢqa heç bir məlumatım olmamıĢdı. Evdə dolaĢarkən: «Tanrının 

hökmranlığı bizim içimizdədir» - deyə təkrarlayırdım. Təkrarlayır və harda ola biləcəyini 

müəyyənləĢdirməyə çalıĢırdım. Gözümün bir periskop kimi içimə endiyini, gövdəmin küc-

bucağını araĢdırdığını, zehnimin gizli qırıĢlarının arasına baxdığını görürdüm. Hardaydı Tanrının 

krallığı? Görə bilmirdim, ürəyimin ətrafını sis basmıĢdı, ağır bir sis. Cənnət sandığım o aydınlıq 

və yaĢıl təpələr görünmürdü. Bəzən elə bilirdim ki, dəli olmuĢam, yavaĢ-yavaĢ gözlə 

görülməyəcək dərəcədə mistik dəliliyin yaxınlığında olduğumu düĢünürdüm. Evliliyimin 

dördüncü ilində artıq real və qeyri-real hadisələri fərqləndirməkdə çətinlik çəkirdim. Yaxınlıqda 




Diomonun zınqırovları on beĢ dəqiqədən bir çalır, zamanın keçdiyini bildirir, mən də eĢitməmək 

üçün qulaqlarıma panbıq tıxayırdım. Məndə belə bir fikir də yaranmıĢdı ki, Avqustonun 

böcəkləri ölü deyil. Gecələr evin hər yanını sarıdıqlarını düĢünüb, çıtırtılar eĢidirdim. Divar 

kağızlarına dırmaĢdıqlarını, mətbəxin kafellərini aĢırdıqlarını, salondakı xalılarının arasında 

dolaĢdıqlarını düĢünürdüm. Yataqda daĢ kimi oturur və qapının altından otağıma kecəcəklərini 

düĢünüb nəfəsimi saxlayırdım. Bunu Avqustodan gizlətməyə çalıĢırdım. Səhərlər dodaqlarımda 

süni bir gülüĢlə onu yola salarkən naharda hansı yeməyi hazırlayacağımı bildirirdim, qapıdan 

çıxana qədər gülümsəməkdə davam edirdim. Qayıtdıqda eyni süni gülüĢlə onu qarĢılayırdım. 

Evliliyim kimi savaĢ da beĢinci ilinə keçmiĢdi, fevral ayında Triesteyə bombalar düĢdü. Son 

hava vuruĢunda ata evimiz tamamilə yerlə-yeksan oldu. Tək qurbansa atamın arabaya qoĢduğu at 

olmuĢdu, onu bağçada ön ayaqları parçalanmıĢ halda tapmıĢdılar. 

O zamanlar televizor yox idi, xəbərlər çox zəif yayılırdı. Evimizi itirdiyimizi ertəsi gün atam 

telefon açarkən öyrəndim. «Alo» - deyəndə pis bir Ģeyin baĢ verdiyini anlamıĢdım, bu, uzun 

zaman yaĢamaq eĢqini itirmiĢ bir insanın səsiydi. Artıq dönəcəyim bir yerin ölmaması məni 

sarsıtdı. Ġki, üç ay boyunca evin içində tranzit halında dolandım. Məni bu yuxudan silkələyən bir 

qüvvə yox idi. Ömrümün eyni rəng və yeksənəkliklə ölüncəyə qədər davam edəcəyi ürəyimi 

sıxırdı. Hər zaman yaranan ən qorxulu səhv nədir, bilirsənmi? Həyatın dəyiĢməz olduğunu 

sanmaq, qatarın rels dəyiĢdirmədən sonsuza qədər gedəcəyini düĢünməkdir. Hallbuki, tale yazısı 

bizim düĢündüyümüzdən daha rənglidir. Artıq çıxıĢ yolunun qalmadığını sandığın bir 

vəziyyətdə, ümidsizliyin zirvəyə çatanda ruzigar sürətiylə hər Ģey dəyiĢir, yerlə- yeksan olur və 

bir anda özünü yeni bir aləmdə görürsən. 

Evimizin bomba düĢəndən iki ay sonra döyüĢ bitdi. Mən həmin an Triesteyə getdim, anam, atam 

və camaat müvəqqəti olaraq bir evə sığınmıĢdılar. MəĢğul olası o qədər iĢlər vardı ki, bir həftə 

sonra belə Aquilada keçirdiyim günləri unutmuĢdum. Bir ay sonra Avqusto da gəlmiĢdi. 

Atamdan satın aldığı Ģirkəti yenidən qurmuĢdu, müharibə zamanı onu baĢsız buraxmıĢdı və heç 

nə etməmiĢdi. Sonra bir evləri belə olmayn anam və atam vardı və yaĢlanmıĢdılar. Avqusto məni 

təəcübləndirən bir cəldliklə öz kəndini tərk edərək Triesteyə köçmək qərarına gəldi. Təpədəki bu 

evi satın aldı və payız gəlməmiĢdən hamımız artıq oraya yerləĢmiĢdik. 

DüĢündüyümüzün əksinə, aramızdan ilk köçən anam oldu. Yazın əvvəli öldü. O inadcıl xasiyyəti 

yalnızlıq və qorxu dolu müharibə illərində daha da möhkəmləĢmiĢdi. Onun 36 

ölümü ilə bir övlad sahibi olmaq arzum yenidən baĢ qaldırdı. Vaxtımın çox hissəsini bağçada 

atamla oturacaqda keçirirdim. GünəĢli bir gündə nahardan sonra mənə dedi ki, səfalı sular 

qaraciyərdə və qadınlarda möcüzələr yaradır. Ġki həftə sonra Avqusto məni qatarla Venedikə 

apardı. Oradan səhər erkən Bologna qatarına minəcəkdim, yenə bir qatar dəyiĢdikdən sonra 

axĢama yaxın Porretta sanatoriyasına çatacaqdım. 

Ġstisuların xeyrinə çox inanmırdım, buraya getməyə ən böyük səbəb yalnız qalma arzum idi, 

özümlə baĢ-baĢa qalacaqdım. Çox əzab çəkmiĢdim. Ġçimdə ölməyən bir hügeyrə belə 

qalmamıĢdı, yanğından sonra kömürləĢmiĢ bir qır kimiydim. Altda qalan o ölüvay toxma yağıĢla, 

günəĢlə, havayla yaĢıllaĢmaq üçün bir enerji tapa biləcəkdi. 

10 dekabr 

Sən gedəndən qəzet oxumuram, əvvəlllər sən alırdın, indi heç kim gətirmir. Bu məni narahat etsə 

də, yavaĢ-yavaĢ bu bir rahatlığa çevrildi. Buna görə Ġsac Singerin atasını xatırladım. Deyərdi ki, 

müasir insanın bütün vərdiĢləri arasında gündəlik qəzetləri oxuması ən pis vərdiĢ sayıla bilər. 

Səhər ruhun təmz olduğu anda qəzetlər əvvəlki günlər dünyada baĢ vermiĢ bütün pislikləri insana 

ötürür. Amma vaxtında ondan xilas olmaq üçün qəzet oxumamaq lazımdı. Bu günsə artıq bu 

mümkün deyil; radio və televizor var, bunları açmağın bütün pisliklərin daxilinə dolmasına 

bəsdir. Bu səhər də elə oldu. Geyinərkən regional xəbərlərdə didərgin kanvoylara sərhədi keçmə 

izni verildiyini eĢitdim. Dörd gün idi ki, orda gözləyirdilər, onların irəli getmələrinə izn 

verilmirdi və artıq geriyə də dönə bilməzdilər. Gəmidə yaĢlılar, xəstələr, uĢaqlarıyla bərabər 

yalnız qadınlar vardı. Diktor ilk qrupun Qızıl Xaç düĢərgəsinə çatdığını və ilk qayğının 

göstərildiyini söylədi. Bir müharibənin bu qədər yaxın, hazır olması məndə müdhiĢ narahatlıq 

yaradır. DöyüĢ baĢlayandan bəri sanki ürəyimə batmıĢ bir tikanla yaĢayırdım. Mənasız bir 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə