Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

qıracaq qədər soyuq idi, üstəlik ürəyimin qaranlıq bir küncündən bir səs: «yeni çiçək əkmək 

sənin nəyinə gərək?» deyirdi. Ama Razmangilə gəlməyəcəyimi söyləmək üçün telefonu yığarkən 

bağçanın nə qədər solğun olduğunu gördüm, və bu eqoistliyimdən peĢiman oldum. Mən, bəlkə 

də baĢqa bir bahar görə bilməyəcəyəm, amma sənin görəcəyin sözsüzdür. 

Bu günlərdə nə qədər sıxılıram! Yazmayanda otaqlarda dolaĢıram, amma heç bir yerdə qərar tuta 

bilmirəm. Zehnimi bir an üçün o hüzünlü anlardan uzuqlaĢdırmağa yarayan bir iĢ də yoxdu. 

Mənə elə gəlir ki, hafizənin iĢləməsi dondurucunun Ģərtlərinə bənzəyir. Ġçərisində uzun müddət 

saxladığın bir Ģeyi çıxaranda necə olur, bilirsən. BaĢlanğıcda kərpic kimi sərtdir; iyi, dadı 

yoxdur, səthi bəyaz bir pərdəylə örtülüb; onu oda qoyar-qoymaz yavaĢ-yavaĢ formasına, rənginə 

qayıdır, iyi mətbəxi bürüyər. Bunun kimi kədərli anlar da uzun müddət hafizənin saysız qaranlıq 

mağaralarının birində mürgüləyər, orda illərlə, on illərlə, bir ömür boyunca qalar. Burda günlərin 

bir günü onlara yoldaĢlıq etmiĢ əzab, yenidən, illər öncə olduğu kimi davamlı və yaxıb-yandıran 

formada ortaya çıxar. 

Sənə özümdən və sirrimdən söz açırdım. Amma bir hekayəni anlatmaq üçün baĢdan baĢlamaq 

lazımdır və bunun əvvəli də mənim gəncliyimdə və böyüyərkən həyatımın yol-yoldaĢı olan 

tənhalığımda qorunur. Mənim dövrümdə zəka evlilik üçün son dərəcə əhəmiyyətsiz bir cehiz 

sayılırdı; dövrün ənənələrinə görə bir xanım evdar qadın olmalıydı, sual verən, maraqlanan 

qadının bir həyat yoldaĢı olmasını hər adam istəmirdi. Buna görə gənclik dövründə çox tənha 

idim. On səkkis, iyirmi yaĢlarıma doğru suyu Ģirin və imkanlı olduğumuz üçün ətrafımda çox 

insan peyda olurdu. DanıĢmağı bacardığımı göstərər-göstərməz, içimdəkiləri tökər-tökməz 

ətrafımda bir boĢluq yaranırdı. Əlbəttə, susub olduğum kimi görünə bilərdim, amma təəssüf ki, - 

ya da yaxĢı ki- aldığım təhsilə baxmayaraq bir hissəm hələ də canlı qalmıĢdı və o hissəm saxta 

bir görünüĢü rədd edirdi. Litseyi bitirdikdən sonra bildiyin kimi təhsilimi davam etdirə 

bilmədim. Çünki atam bunu istəmədi. Mənə görə bu çox ağır bir qərardı. Elə bu üzdən 

öyrənməyə həvəsim daha da artdı. Cavanlardan biri tibbi oxuduğunu söylər-söyləməz onu sual 

yağıĢına tutur, hər Ģeyi öyrənmək istəyirdim. Eyni Ģeyi gələcəyin mühəndislərinə, vəkillərə də 

edirdim. Mənim bu davranıĢım haqqında pis də düĢünürdülər, sanki məni insanlardan çox iĢləri, 

təhsilləri maraqlandırır. Əslində bəlkə də eləydi. Rəfiqələrimlə, məktəb yoldaĢlarımla söhbət 

edərkən onlardan bir neçə addım geridə olduğumu hiss edirdim. Məni onlardan ayıran cəhət 

qadınlıq cilvələriydi. Mən bundan nə qədər xəbərsizəmsə, onlar da buna yiyələndiklərinə görə 

məmnun idilər. GörünüĢlərindəki qürurun, özünə inamın arxasında kiĢilər inanılmaz dərəcədə 

inciyən və safdırlar; daxillərindəki linglər son dərəcə ibtidaidir, onları balıq kimi tavaya salmaq 

üçün tək bir düyməni basmaq kifayətdir. Mən bunu olduqca gec anladım, amma rəfiqələrim artıq 

on beĢ, on altı yaĢlarında bunu bilirdilər. 

Son dərəcə təbii bir bacarıqla kiçik məktublar alır, ya da rədd edirdilər. GörüĢ təyin edib getmir, 

ya da çox gec gedirdilər. Rəqs edərkən kiĢilərin gözlərinin içinə gənclərə xas heyranlıqla mənalı 

ifadəylə baxırdılar. Qadınlıq cilvəsi budur, erkəklər mövzusunda uğurla həyata keçirilən hiylələr 

bunlardır. Amma mən heç kartofdan da seçilmirdim. Ətrafımda olanlardan heç nə anlamırdım, 

sənə qəribə görünə bilər, amma daxilimdə dərin bir dürüstlük duyğusu vardı və bu dürüstlük heç 

vaxt və heç zaman bir erkəyi aldatmayacağımı söyləyirdi. Günlərin birində səhərə qədər 

yorulmadan çənə vura biləcəyim bir gənclə görüĢəcəyimi düĢünürdüm; onunla danıĢarkən hər 

Ģeyi eyni gözlə gördüyümüzü anlayacaq, eyni həyəcanları keçirəcəkdik. Bu zaman eĢq doğacaq 

idi, bu, yalana deyil, dostluq və inama söykənən bir eĢq olacaqdı. 

Ġstədiyim eĢq dolu bir dostluq idi. Buna görə bir mərdanə düĢünmə tərzim vardı. DüĢünürəm ki, 

ətrafımdakı kiĢilərin gözünü qorxudan bərabərliyə əsaslanan bir münasibət axtarmağım idi. 

Beləcə yavaĢ-yavaĢ çirkinlərin alın yazısı olan o gözləmə mərhələsinə gəldim. Ətrafım 

rəfiqələrimlə doluydu, amma bu tək yönlü bir dostluqdu. Mənə öz problemlərini danıĢırdılar. 

Rəfiqələrim bir-birinin ardınca evlənirdilər. Mənə elə 31 

gəlir ki, həyatımın bu dövründə düyünlərə getməkdən baĢqa bir Ģey etmədim. YaĢıdlarımın 

uĢaqları dünyaya gəlirdi, mənsə hələ evdə qalmıĢ xalalarıydım, anamgildə sonsuza qədər subay 

qalmağa razı olmuĢ vəziyyətdə oturmuĢdum. «Ağlında nələr düĢündüyünü anlamıram?- anam 



deyərdi, -nə onu bəyənirsən, nə də baĢqasını!» Onlara görə qarĢı cinslə qarĢılaĢdığım çətinliklər 

mənim özümdən, qəribəliyimdən irəli gəlirdi. Üzülürdümmü? Bilmirəm… 

Həqiqətən içimdə yanıb tutuĢan bir ailə qurmaq arzusu yox idi. Dünyaya bir övlad gətirmək 

düĢüncəsi məni qorxudurdu. UĢaqkən çox üzümüĢdüm, baĢqa bir məsum varlığa əzab 

verməkdən qorxurdum. Həm də bu evdə yaĢasam da son dərəcə müstəqil idim və günün bütün 

saatlarında azad idim. Bir az pul qazanmaq üçün qədim yunan və latın dillərindən xüsusi dərs 

verirdim. Bunlar məktəbdə ən çox sevdiyim dərslər idi. Nahardan sonrakı zamanımı heç kimə 

hesab vermədən bələdiyyənin kitabxanasında keçirir, istədikcə dağa- gəzintiyə gedirdim. 

Həyatım baĢqa qadınlara görə çox müstəqil idi və bu müstəqilliyi itirməkdən qorxurdum. Amma 

buna baxmayaraq zaman keçdikcə bu müstəqilliyimin daha saxta və məcburi olduğunu hiss 

edirdim. Əvvəllər məndə olan tənhalıq canımı sıxmağa baĢlamıĢdı. Anamla atam yaĢlanırdı, 

atam iflic olmuĢdu, güclə yeriyirdi. Hər gün qoluna girərək onunla qəzet almağa gedirdim, o 

zamanlar iyirmi yeddi, iyirmi səkkiz yaĢlarında olardım. Bir gün yeriyərkən vitrinlərdə əksimi 

gördüm. Mən də özümü çox yaĢlı hiss etdim və həyatımın necə olacağını düĢündüm; yaxında o 

öləcəkdi, ondan sonra anam da bu dünyanı tərk edəcəkdi, kitablarla dolu böyük evdə tənha 

qalacaq, zaman öldürmək üçün naxıĢ, sulu boya ilə rəsm çəkəcəkdim, illər də bir göz qırpımında 

keçəcəkdi. Sonra bir gün, uzun zaman ortalığda görünmədiyimlə maraqlananlar qapını qıracaq 

və yerdə cansız bədənimi tapacaqdı. Ölsəydim məndən sonra qalan o quru bədənimin böcək 

ölülərindən heç fərqi olmayacaqdı. 

Bədənimin yaĢamadan solduğunu hiss edirdim, bu da mənə sonsuz kədər verirdi. Sonra özümü 

tənha, çox tənha hiss edirdim. Doğulandan bəri danıĢılacaq, həqiqi mənada söhbət ediləcək heç 

kimsəm olmamıĢdı. Əlbəttə çox zəkalıydım, çox oxuyurdum, atam qürurla deyirdi: «Olqa 

evlənməyəcək, çünki ağlı həddən artıqdı». Amma böyük nemət sayılan zəka insanı harasa 

aparmırdı, nə bilim nə bir səfərə çıxa bilirdim, nə də tam olaraq bir mövzu ətrafında çalıĢa 

bilirdim. Universitetə getmədiyimə görə qanadları qırılmıĢ bir quĢa bənzəyirdim. Əslində 

bacarıqsızlığımın, qabiliyyətsizliyimin səbəbi bu deyildi. ġleyman Truvayı öz zəkasıyla 

tapmamıĢdımı? Məni tormozlayan baĢqa bir Ģeydi, içimdəki o kiçik ölüydü, xatırlayırsanmı? 

Məni saxlayan, irəliləməyimə əngəl olan o idu. Dayanır və gözləyirdim. Nəyi? Bu mövzuda 

azacıq da olsa bir fikrim yoxdu. Avqustonun evimizə gəldiyi ilk gün qar yağırdı. Bunu 

xatırlayıram. Çünki buralarda qar nadir hallarda yağar və qara görə də qonağımız nahara gecikdi. 

Avqusto atam kimi qəhvə idxalı ilə məĢğul idi. Tresteyə gəliĢinin səbəbi isə bizim Ģirkətin satıĢı 

barəsində məlumat almaq və bazarlıq etmək idi. Atam iflic olduqdan sonra oğlu olmadığı üçün 

son illərini rahat keçirmək məqsədiylə Ģirkəti satmaq qərarına gəlmiĢdi. Ġlk dəfə qarĢılaĢanda 

Avqusto mənə yaxĢı təsir bağıĢlamamamıĢdı. Bizim deyimimizlə Ġtaliyadan gəlirdi və bütün 

italyanlar kimi əsəbimə toxunan, özündən razı bir görkəmi vardı. Qəribədir, ümumiyyətlə 

sonradan həyatımızın ən əhəmiyyətli varlığına çevrilən insanlardan ilk anda xoĢumuz gəlmir. 

Yeməkdən sonra atam dincəlirdi, mən də qonağımızla nəzakət naminə salonda qalmıĢdım. Çox 

sıxılırdım və bu bəlli olurdu. Yalnız qaldığım həmin saatda onunla daha kobud davrandım. Hər 

sualına bir sözlə cavab verirdim, o, susduqda mən də susurdum. Axırda: «sizə vida edirəm, kiçik 

xanım» - deyib qapıdan çıxarkən aĢağı təbəqəli bir kiĢiyə vida edən əsilli xanımlar kimi əlimi 

uzatdım. 

AxĢam yeməyi zamanı anam demiĢdi: «Bir italyan olsa da Avqusto bəyin suyu Ģirindir». Atam 

isə cavab olaraq dürüst bir insandır demiĢdi. «ĠĢlərində də bacarıqlıdır». O anda bir bilsəydin ki 

nə oldu? Dilimi saxlaya bilmədim və gözlənilməz bir hərəkətlə: «barmağında da niĢan üzüyü 

yoxdur» - dedim. Atam buna cavab olaraq «hə, zavallı 32 

dul» deyəndə bibər kimi qızarmıĢ və çox utanmıĢdım. Ġki gün sonra dərsdən dönəndə giriĢ 

qapısında ulduzlu kağıza sarılı bir bağlama gördüm. Bu həyatımda mənə gələn ilk bağlama idi. 

Heç ağlıma gətirmirdim ki, bunu kim göndərə bilər. Kağızın altındakı qeyddə yazılmıĢdı: «Bu 

konfetlərdən dadmısızmı?». 

AxĢam həmin konfetlər komodun üstündə qaldıqca gözümə yuxu getmirdi. «Atama hörmət 

əlaməti olaraq göndərilmiĢdir» -deyə düĢünür və badam qurularını bir-bir ötürürdüm. Üç 

həftədən sonra Avqusto Triesteyə döndü, nahar zamanı bu dəfəki gəliĢinin də səbəbinin iĢ 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə