Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

müasir bir termindirsə, ürək də artıq o qədər dəbdən düĢdü. Bu halda düĢünülür ki, ürəyinə qulaq 

verən heyvan dünyasına, təbii, nəzarətsiz dünyaya daha yaxındır, məntiqə qulaq verənlər isə 

daha yüksək amalların arxasıyla gedirlər. YaxĢı, əgər belə yox, tam tərsi olsaydı? 

Yunanistana dönən zaman səhərləri gəminin komanda koprusunun yanında keçirməyə 

alıĢmıĢdım. Ġçəridəki vəziyyəti izləmək, yol göstərənə və haraya getdiyimizi söyləyen o qarıĢıq 

cihazlara baxmaq xoĢuma gəlirdi. Bir gün havada titrəyən antenalara baxarkən, insanların 

getdikcə yalnız tək bir dalga ölçüsünə nəzərən tənzimlənən radiolara bənzədiyni düĢündüm. 

Necə ki, yuyucu toz paketlərindən hədiyyə olaraq kiçik radiolar çıxar: üzərində bütün stasiyalar 

iĢarə olunsa da düyməni çevirdikcə ya bir, ya iki kanal tapırsan, gerisi vızıldayar o qədər. Zehnin 

çox istifadəsi də eynı təsiri yaradır deyə düĢündüm. Bu hər halda bizi əhatə edən həqiqətin yalnız 

bir hissəsini yaxalamaq, dərk etməkdir. Və bu hissədə də qarıĢıqlıq hakimdir, çünki sözlər 

qaynaĢmaqdadır. 

AnlayıĢın sükuta ehtiyacı vardır. Gənckən bunu bilməzdim, indi ĢüĢə akvariumda fırlanan bir 

balıq kimi bu boĢ və səssiz evin içində dolaĢarkən bunu dərk edirəm. Bu bir az da kirli yerləri 

süpürgəylə, ya da ıslaq bezlə təmizləməyə bənzəyir: süpürgədən istifadə edərsən toz uçar və 

yanındaki əĢyalara qonur, halbuki ıslaq bezdən istifadə etsən yerlər par-par parıldayır və təmiz 

olur. Səssizlik də ıslaq bez kimidir. Tozun yaratdığı donuquğu yox edər. Zehn, sözlərin 

həbsxanasıdır, bir ritm varsa, bu sözlərin sahmansız ritmidir; halbuki ürək nəfəs alır, orqanlar 

arasında bir tək o döyünər və o hər döyündükcə yeni-yeni amallar yaranar. 

Bəzən dalgınlıqdan, ya da baĢqa səbəblərdən nahardan sonra televizoru açıq saxlayıram, 

baxmasam da belə otaqlara girib-çıxarkən səsi arxamca sürünür və axĢam yatağa girdiyim an 

daha artıq əsəbi oluram, yuxuya getməkdə çətinlik çəkirəm. Davamlı gürültü və səs bir cür 

uyuĢdurucudur, insan alıĢdıqda onsuz yaĢaya bilmir. 

Çox əvvəllərə qayıtmaq istəmirəm, hələlik bəsdi. Bugün yazdığım səhifələr daha çox tərifə 

qarıĢdırılaraq hazırlanmııĢ bir kökə bənzədi - biraz badam, biraz kəsmik pendiri, üzüm ve rom, 

piĢikdilli biskvit ve krem, Ģkolat və çiyələk -bildiyin kimi bir zamanlar mənə daddırıb, 

adlandırıldığını söylədiyin o fəlakət Ģeyə bənzədi. QarmaqarıĢıqmı? -Olabilər. Zənn edirəm bir 

filosof bunları oxusa, köhnə müəllimlər kimi qırmızı qələmlə her Ģeyi iĢarələməkdən özünü 

güclə saxlayardı və iĢarə edərdi ki, uyğunluq yoxdu, hərhalda, mövzudan xaricdir , dialektik 

olaraq da tutarsızdır. 

Hələ bir psixoloqun əlinə düĢdüyümü düĢün! Qızımla münasibətimin uğursuzluğuna görə uzun 

bir məruzə yazardı. Bəzi Ģeyləri əngəllədimsə də, indi bunların nə əhəmiyyəti var? Bir qızım 

vardı və onu itirdim. Avtomobilin içində sıxılaraq öldü: eynı gün ona, 

24 


atasının, onun düĢüncəsinə görə baĢına çox dərd açan adamın həqiqi atası olmadığını 

açıqlamıĢdım. O gün hələ də gözlərimin önündədir. Bir film seyri kimi, amma davam etmir, 

divara mıxlanıb qalıb. Səhnələrin bir-birini izləməsini əzbər bilirəm, hər səhnənin sonu 

yadımdadır. Heç bir Ģeyi unutmamıĢam, hər Ģey yadımdadır, yatarkən və oyanarkən bir nəbz 

kimi düĢüncələrimdə döyünür. Bu nəbz ölümümdən sonra da vuracaq. 

Balaca qaratoyuq oyandı, aydın fasilələrlə baĢını dəlikdən uzadıb cikildəyir. Sanki "acıdım -

deyir,- mənə yem vermək üçün nə gözləyirsən?" Qalxıb soyuducunu açdım, ona yarayacaq bir 

Ģey tapacağammı deyə baxdım. Bir Ģey olmadığını gördükdə Walter'i axtarıb, qurdlardan qalıb-

qalmadığını soruĢdum. Nömrəni yığarkən də düĢündüm ki, Ģanslısan, yumurtadan çıxdın və ilk 

qanad çalmağınla da ana-atanın üzünü belə unutdun. 

30 noyabr 

Bu səhər saat doqquza qalmıĢ Walter və arvadı əllərində bir torba qurdla bizə gəldi. Bu ağ 

qurdları balıq həvəskarı olan bir əmisi uĢağından tapmıĢdı. Onların köməyilə qaratoyuğu 

qutudan çıxartdım, yumĢaq tüklərinin altında balaca ürəyi sürətlə döyünürdü. Bir metal pensetlə 

qurdları tabaqdan götürüb ona verdim. Önündə nə qədər yellədimsə də heç əhəmiyyət belə 

vermədi. Ağzını bir diĢ çöpü ilə açın, -deyə cənab Walter dilləndi, Amma, Ģübhəsiz mənim bunu 

edəcək gücüm yoxdu. Qəfildən gözümün önünə böyütdüyümüz quĢlar gəldi, xatırladım ki, 

dimdiyinin yanından qıdıqlamaq gərəkdir, mən də elə etdim. Həqiqətən də arxada bir yay varmıĢ 




kimi balaca quĢ həmin an ağzını açdı. Üç qurd yedi və doydu. Qəhvə cihazını da Razman xanım 

iĢə saldı – əlimin biri tutmayandan bəri bunu da etməyi bacarmıram. Oturub ordan-burdan çənə 

vurduq. Onların köməyi və nəzakəti olmasaydı dolanacağım çox çətin olardı. Bir neçə gün sonra 

parnikə, soğan və toxum almağa gedəcəkdilər. Məni də dəvət etdilər. Nə bəli dedim, nə də yox, 

sabah saat doqquzda telefonlaĢmaq qərarına gəldik. 

O gün mayın səkkizi idi. Səhər bağçada çalıĢdım, gilas ağacı tumurcuqla doluydi, sırğa kimi 

çiçəklər açmıĢdı. Nahar zamanı qəfldən anan peyda oldu. Səssizcə yaxınlaĢdı. "Sürpriz!" deyə 

anidən bağırdı, mən qorxumdan əlimdəki dırmığı yerə saldım. Süni nəĢəsiylə üzündəki ifadənin 

hiç əlaqəsi yox idi. Bənzi sapsarıydı, dodaqlarını büzürdü. DanıĢarkən əllərini tez-tez üzündən 

çəkərək, saçlarının içində gəzdirir və tellərini ağzına salırdı. 

Son zamanlarda bu artık təbii halı olmuĢdu. Onu bu halda görəndə o qədər də qorxmadım, ən 

azından o biri iĢlərindən çox qayglanmadım. Sənin harada olduğunu soruĢdum. Dostlarından 

biriylə oynayasan deyə onlara apardığını söylədi. Evə doğru gedərkən cibindən bir dəstə solmuĢ 

unutmaməni çiçəyi çıxardı. Bu gün Analar Günüdır- dedi və tərpənmədən eləcə mənə baxdı, bir 

addım atıb-atmamaqda qərarsız idi. Buna baxmayaraq o addımı mən atdım, yanına getdim, 

təĢəkkür edərək Ģəfqətlə ona sarıldım. Ona sarıldığım an özünü daha da çox büzmüĢdü. 

Bədəninin, ürəyinin bomboĢ olduğunu, içində bir mağara kimi soyuq hava yayıldığını hiss 

edirdim. O anda səni düĢündüğümü çox yaxĢı xatırlayıram. Özünü bu vəziyyətə sürükləmiĢ bir 

anayla, uĢağının taleyini düĢünürdüm. Zaman keçdikcə vəziyyəti yaxĢılığı doğru getməkdənsə 

pisləĢirdi, sənin üçün qaygılanırdım, sənin necə böyüyəcəyini düĢünürdüm. Anan çox qısqanc idı 

və səni bizə mümkün olduqca az gətirirdi. Guya ki səni təsirlərimdən qorumaq istəyirdi. 

DüĢündüyünə görə onu məhv etmiĢdim , səni də məhv edəcəkdim. 

Yemək saatiydi, qucaqlaĢdıqdan sonra bəzi Ģeylər hazırlamaq üçün mətbəxə girdim. Hava sərin 

idı, süfrənı bağçada bənövĢəyi salxımların altında açdıq. Masanın üstünə yaĢil, bəyaz naxıĢlı 

örtük sərdim, ortaya da bir balaca vazın içində unutmaməni çiçəklərini qoydum. Görürsənmi, 

qıvraq hafizəmlə hər Ģeyi inanılmaz nöqtələriylə xatırlayıram. Görəsən, onu canlı olaraq son dəfə 

gördüyümü hiss edirdimmi? Ya da 

25 


faciədən əvvəl birlikdə geçirdiyimiz bu zaman müddətini uzada bildimmi? Kim bilir, kim 

söyləyə bilər? 

Hazır yeməyim olmadığı üçün makaronla bir pomidor sousu hazırladım. O biĢərkən Ilariadan 

burma makaron, yoxsa kəsmə makaron istədiyini soruĢdum. Fərqi yoxdur -deyə cavab verdi, 

mən də suya burma makaronları atdım. Süfrəyə oturanda sənin barəndə bir neçə sual verdim, 

hamısına suallarımdan yayınaraq cavab verirdi. BaĢımızın üstündə tez-tez böcəklər uçuĢurdu. 

Yarpaqların içində dolaĢırdılar, vızıltıları söhbətimizi pozurdu. Birdən qapqara bir Ģey ananın 

tabağına qurĢun kimi endi. "EĢĢək arısıdır, öldür, öldür onu» -deyə cığallıqla oturacağı, hər Ģeyi 

aĢırdi. Yerimdən qalxdım və eĢĢək arısı deyil, zərərsız bir cır arıdı –deyə onu sakitləĢdirdim. 

Arını süfrədən uzaqlaĢdırdıqdan sonra qabına yenidən makaron qoydum. Qayğıyla yerinə oturdu, 

çəngəli aldı, bir əlindən o birisinə keçirərək oynatdı, sonra dirsəklərini süfrəyə dayayıb, «pula 

ehtiyacım var»- dedi. 

Pul məsələsi uzun zaman idi ki, gündəmdəydi. Hələ geçən il, Noel'dən qabaq Ġlaria, 

psixoanalistin adından bəzi sənədlərə imzala atdığını söyləmiĢdi. Bu barədə məlumat öyrənmək 

istədiyim zaman həmiĢəki kimi mövzudan yayınmıĢdı. "Garanti üçün, -demiĢdi, -bəsit və formal 

bir Ģeydi". Bu, onun ən qorxulu davranıĢıydı, mənə bir Ģey söyləyəcəyi zaman yarısını 

söyləyərdi. Bu Ģəkildə sıxıntısını mənə keçirər, sonra da mənə aydın olacaq məlumatı verməzdi. 

Bütün bunda incə bir sadizm vardı. Sadizmin də o tərəfində hər zaman hər hansi bir qaygının tam 

mərkəzində olma ehtiyacıydı bu. Çox zaman da bu qayğılar aldadıcı olurdu. 

Məsələn belə deyirdi ki, yumurtalıqlarımda ĢiĢ var. Qısa, amma uzun sürən üzücü danıĢıqlardan 

sonra öyrənirdim ki, yalnız bir testdən keçməyə getmiĢdi; bütün qadınların gedə biləcəyi bir test. 

Anlayırsanmı? ĠĢ bir az yalancı çoban məsəlinə dönmüĢdü. Son ıllərdə o qədər çox ya yalan 

söyləmiĢdi ki, artıq ona inanmağı tərgitmiĢdim, ya da bir qisminə inanırdım. Bu üzdən də bir 

qucaq sənədə imza atdığını söylədiyi zaman da ona nə qulaq asmıĢ, nə də sonrasını 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə