Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

uyğunlaĢmağımı istəyirdi. Necə də çətin bir döyüĢdür! Anama, onun səthi və boĢ davranıĢlarına 

nifrət edirdim, amma yenə də yavaĢ-yavaĢ, özümdən asılı 19 

olmayaraq onun kimi olurdum. Bu təhsilin pis cəhəti də elə budu. Sevgisiz heç bir uĢaq yaĢaya 

bilməz. Heç xoĢlamasam da, həqiqəti tapmasam da belə istənilən modelə uyğunluq 

saxlamağımın səbəbi bununla bağlıdı. Üstəlik bu təsir yetkin yaĢda da davam edir. Ana olduğun 

an hiss etmədən yenidən boy atır, çiçək açırsan və davranıĢların rəngarəngləĢir. Budur, beləcə 

anan doğulduğu zaman baĢqa bir Ģəkildə davranacağıma heç Ģübhəm yox idi. Həqiqətən də elə 

etdim, amma bu baĢqalıq da səthi və saxta idi. Ananı taleyinin mənim taleyimə bənzəməmsi 

üçün seçimlərində sərbəst buraxdım, istəyirdim ki, hər davranıĢının nəticəsini özü hiss etsin və 

ona tez –tez təkrarlayardım ki, biz iki fərqli insanıq və bu fərqə görə də birbirimizə hörmət 

etməliyik… 

Ancaq burda da bir səhv buraxdım, həm də böyük bir səhv. Bu da mənim Ģəxsi düĢüncələrimin 

səbəbindən yaranmıĢdır. Artıq yetkin bir yaĢa gəlsəm də, heç bir Ģeydən əmin deyildim. Özümü 

sevməyi, özümə hörmət hissi duymağı bacarmırdım. UĢaqlara xas bir həssaslıqla anan bunu o an 

sezdi: zəif, asanlıqla nəticəyə gəldiyi kimi inciyən olduğumu hiss etdi. Bizim münasibətimizi 

düĢünən zaman ağlıma bir mənzərə – ağac və onun gövdəsinə sarılmıĢ bir sarmaĢıq gəlir. Ağac 

daha yaĢlı, daha yüksəkdir, uzun zaman eyni yerdə durur, kökləri daha dərindədir. SarmaĢıq isə 

onun ayaqlarında, yalnız bir mövsümdə açır, onun köklərinə kök yox, ancaq sap deyə bilərik. 

Sonra balaca qollar çıxarır və ağacın gövdəsindən tutub dırmaĢmağa baĢlayır. Bir-iki il 

keçdikdən sonra isə ağacın baĢına çıxır. Ev sahibi yarpaqlarını tökəndə o hələ də yaĢıl qalır. 

Yayılmağa, sıxlaĢmağa baĢlayıb ağacı bütünlüklə sarıyır, artıq günəĢ və su yalnız sarmaĢığa 

çatır. Bu dəmdə ağac saralıb solur və məhv olur, yerindəsə yalnız sarmaĢıq üçün dayaq olmağa 

yarayan quru gövdəsi qalır. 

Ananın ölümündən sonra bir neçə il onu düĢünmədim. Bəzən onu unutduğumu hiss edib özümü 

mərhəmətsizlikdə günahlandırırdım. Sənə baxmalıydim, amma bunun əsl səbəb olduğunu 

düĢünmürəm, ya da səbəblərin biri o idi. Məğlubiyyət duyğusu onu qəbul edə bilməyəcəyim 

qədər güclü idi. Yalnız son illərdə sən uzaqlaĢmağa, öz yolunu seçməyə çalıĢanda ananla bağla 

düĢüncələr geri döndü. Ən böyük peĢimanlığım ona qarĢı çıxıb çox haqsızsan, axmaq iĢ görürsən 

deməməyimdir. Hiss edirdim ki, qeyri-adi sözlər iĢlədirdi, həmin an tədbir görməyim lazım idi, 

amma yenə də özümü güclə saxlayırdım ki, iĢlərinə qarıĢmayım. Əsas mövzu səhlənkarlıq deyil. 

Mübahisə yaranmasını istəmirdim. Məni hərəkətə gətirən, ya da hərəkətə gətirməyən anamın 

mənə öyrətdiyi davranıĢıydı. Sevilə bilmək üçün qarĢı çıxmamaq, olmadığım kimi görünmək 

məcburiyyətindəydim. Ġlaria kobud idi, xarakteri isə mənimkindən güclü idi və mən onunla 

qarĢı-qarĢıya durmaqdan, ona etiraz etməkdən qorxurdum. Onu həqiqətən sevsəydim, özümü 

kiçildər, onunla sərt davranardım, onu bəzi Ģeyləri etməyə, ya da etməməyə məcbur edərdim. 

Bəlkə də bunu istəyirdi, buna ehtiyacı vardı, kim bilir?! 

Nədən ən sadə həqiqətlər anlanılması ən çətin olanlardır?! Mən o zaman sevginin ən vacib 

keyfiyyətlərindən birinin güc olduğunu anlasaydım hadisələr həllini baĢqa cür tapardı. Amma 

güclü ola bilmək üçün insanın özünü sevməsi lazımdır; özünü sevə bilmək üçün də insan özünü 

daha dərindən tanımalıdır, özü haqqında hər Ģeyi, ən gizli, qəbul edilməsi çətin olan Ģeyləri də 

bilməlidir. Həyat səni axınıyla irəli itələyərkən bu necə həyata keçə bilərdi ki? Bunları bəri 

baĢdan etməyi bacaranlar yalnız qeyri-adi insanlardır. Mənim kimi, anan kimi insanlara yalnız 

budaqların və plastik ĢüĢələrin taleyinə bənzərlik qalır. Biri, ya da külək – səni arxadan bir çaya 

itələyərsə hazırlandığın materialdan asılı olaraq həmin an suyun dibinə enməkdənsə, üzərsən; bu 

sənə bir zəfər görünər, axının səni apardığı yerə doğru üzərsən, arada bir kök düyümü, ya da bir 

neçə daĢ üzündən dayanmaq məcburiyyətində qalarsan; orada bir müddət suyun çırpıntısı içində 

gözləyərsən, su çoxalar, xilas olarsan, yenə irəli gedərsən, su durğunlaĢarkən üzünə qalxarsan, 

çağlayınca batarsan, haraya getdiyini bilməzsən. Əslində bu ana qədər bunu özündən heç zaman 

soruĢmamısan. Sakit vaxtlarında ətrafını, çınqılları, kolları görə bilərsən, detallardan çox 

formaları, rəngləri seçərsən, sonra zaman keçdikcə kilometrlərlə birlikdə lillər, bəndlər alçalar, 

çay geniĢlənər, «hələ hüdudları var, amma 20 

artıq az qalmıĢdır, haraya gedirəm» -deyə özündən soruĢarsan və o anda önündə dəniz görünər. 




Həyatımın çox hissəsi beləcə keçdi. Üzməkdən çox çırpındım. Ġnamsız və süst hərəkətlərlə 

yalnız özümü suyun üstündə saxlamağı bacardım. 

Bunları sənə niyə yazıram? Bu uzun və artıq dərəcədə Ģəxsi etirafların mənası nədir? Bunu 

oxuduqda bəlkə sıxılacaqsan, səhifələri bir-birinin ardınca çevirəcəksən. Özündən: «nə söyləmək 

istəyir, məni haraya aparır» -deyə soruĢacaqsan. Doğrudur, mətləbi anladarkən mövzudan 

mövzuya atılıram, əsas yolla getməkdənsə kiçik cığırlara doğru istiqamətlənirəm. Azdığım 

təssüratları verməyə çalıĢıram, bəlkə də bu yalnız bir təəssürat deyil, həqiqətən də azdım. Amma 

bu sənin axtardığın nöqtəyə çatmaq üçün vacib həyat təcrübəsidi. 

Sənə krem biĢirmə tərzini öyrətməyimi xatırlayırsanmı? Deyərdim ki, onları havaya atdığın an 

elə bir üsul düĢünməlisən ki, tavaya düz düĢsün. Əyri düĢəməsinlər, ya da sobaya yapıĢmasınlar 

deyə bütün diqqətini tavadakı kremlərə verirdin. Gülməlidir, amma hər Ģeyin mərkəzinə, tam 

ürəyinə çatmaq üçün vacib olanı yalnız diqqətin dağılmasıdır. 

Ġndisə səsini yüksəldən ürəyim deyil, mədəmdir. Çünki kremdən söz düĢərkən, nəhr səfərindən 

söz açarkən artıq axĢam yeməyinin vaxtı çatdı. 

29 noyabr 

Dünənki ruzgarda bir qurban verdik, bu səhər bağçada hər gün olduğu kimi gəzinərkən onu 

tapdım. Sanki qoruyucu mələyin səsi ilə evin ətrafında dolanmaq əvəzinə bağçanın dərinliklərinə 

qədər getdim, orda qədimdən hin vardı, amma indi kübrə anbarı olub. Düz Valterin ailəsiyə bizi 

ayıran divarın yanından keçərkən yerdə tünd rəngli bir Ģey gördüm. Qoza ola bilərdi, amma elə 

deyildi, çünki yavaĢ-yavaĢ qımıldanırdı. Eynəksiz çıxmıĢdım, ancaq tam yanına gəldikdə 

gördüm ki, bu Ģikəst edilmiĢ bir körpə qaratoyuqdu. Onu yaxalamaq üçün az qala ayağımı 

qıracaqdım. Düz ona yetiĢirdim ki, irəli tullandı. Əgər gənc olsaydım onu bir dəqiqədə 

yaxalayardım, amma indisə bunu bacarmıram. Sonda dahiyanə bir fikirlə baĢımdakı yaylığı 

çıxarıb üstünə atdım. Buna sarıyıb evə gətirdim və köhnə bir ayaqqabı qutusunun içində 

yerləĢdirdim, altına bez sərib qutudan baĢını çıxara biləcəyi qədər dəlik açdım. 

Mən yazarkən o da masamın üstündə oturub. Hal-hazırda ona yemək üçün bir Ģey vermədim. 

Çünki çox narahatdı. Onun təlaĢla çırpınması məni də narahat edir, ürkək baxıĢları məni 

utandırır. Bu anda bir pəri soyuducu ilə soba arasında gözlərini qamaĢdıraraq peyda olsa, 

bilirsənmi nə istəyərdim? Kral Süleymanın üzüyünü, dünyadakı bütün heyvanlarla danıĢmağa 

qadir olan o dilmancı istəyərdim. Onda söyləyərdim ki, qorxma balaca quĢcuğaz, bəli mən 

insanam, amma yaxĢılaĢdığın an səni azaadlığa buraxacağam. Ġnsan gənc yaĢlarında böyük 

mövzular üzərində iĢləyərkən daha təntənəli kəlmələrdən istifadənin vacibliyini düĢünür. Yola 

çıxmamıĢdan qabaq yastığımın altına qoyduğun məktubla narahatlığını, qayğılarını izah etməyə 

çalıĢmıĢdın. Ġndi uzaqda olduğuna görə söyləyə bilərəm ki, mən o məktubdan qayğılı 

olduğundan baĢqa heç bir Ģey hiss etmədim. Hər Ģey elə qarıĢıq və qaranlıq idi ki! Mən sadə bir 

insanam, mənsub olduğum dövr səninkindən çox fərqlidir. Bir Ģey ağdırsa, mən ağ deyərəm, 

qaradırsa qara. Məsələlərin həlli gündəlik təcrübələrdən doğar, əĢyalara real, olduğu kimi 

baxmaqdan yaranar. Onların necə ola biləcəklərini düĢünməkdən deyil! 

Yad təsirlərı, özümüzə aid olmayanları ayırıb atdığımız zaman, deməli, doğru yoldayıq. 

Dəfələrlə oxuduqlarının sənə kömək etmək əvəzinə səni azdırdığını gördüm. Mürəkkəb balıqları 

qaçarkən arxalarında qara bir mürəkkəb buraxdıqları kimi bu kitablar da sənin dünyanı qaraltdı. 

Səfərə çıxmaq qərarını verməmiĢdən qabaq mənə bir neçə variant təqdim etmiĢdin: əgər bir il 

ölkə xaricinə, ya da bir psixoanalizə getsəm necə olar. Reaksiyam sərt 21 

olmuĢdu, xatırlayırsanmı? Ġstəsən üç il müddətinə uzaqlara da gedə bilərsən, amma bir dəfə də 

olsa, psixoanalizə getmək yoxdu; pulunu sən versən belə, izn vermərəm. Mənim ĢiĢirdilmiĢ belə 

bir əks-reaksiyamı gözləmirdin. Əslində sən psixoanaliz deyərkən mənə azacıq pis bir adres 

verdiyini düĢünmüĢdün. Mübahisə çıxmadığına görə düĢünürəm ki, elə bilirdin ki, bu cür Ģeyləri 

anlamaq üçün çox yaĢlı, ya da biliksizəm. Halbuki yanılırsan. Mən Firudun adını uĢaqkən 

eĢitmiĢdim. Əmilərimdən biri həkim idi və Vyanada tibb fakültəsini oxuyanda onun 

nəzəriyyələrinə elə o an heyran olmuĢdu. Mövzu onu çox həyəcanlandırırdı və bizə gələndə ana-

atamı bu nəzəriyyələrə inandırmağa çalıĢırdı. Yuxumda spagetti yeyirəmsə bu o deməkdir ki, 

ölümdən qorxuram düĢüncəsinə, «məni heç cür inandıra bilməzsən! -deyə anam belə cavab 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə