Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   2   3   4   5   6   7   8   9   ...   23

Bədbəxtlik, xüsusi olaraq qadın cinsini izləyər. Bəzi irsi anormallıqlar kimi anadan qız övlada 

keçər. Keçərkən də zəifləmək əvəzinə daha intensiv , daha davamlı və dərin olur. O dövrlər 

kiĢilər üçün daha yaxĢı idi; sənətləri vardı, siyasət və müharibə, enerjilərini sərf edəcək bir yer 

vardı. Bizsə belə deyildik. Biz nəsillər boyunca tək yataq otağını, mətbəxi, hamamı tanıdıq; 

minlərcə, milyonlarca addım atar, iĢ görərkən elə eyni kini, doyumsuzluğu içimizdə daĢıdıq. 

Mən feministəmmi? Xeyir, yalnız geridə qalanlara daha parlaq bir iĢıq altında baxmaq istəyirəm. 

Xatırlayırsanmı? Yay tətillərində dənizdən atılan fiĢəngləri seyr etmək üçün gəmiləri yükləmə 

körpüsünə gedərdik. FiĢənglərin arasında bəzən bir dənəsi partlayar, amma göyə çatmazdı. 

Budur, anamın, nənəmin tanıdığım daha çox insanın həyatını düĢündüyüm zaman ağlıma yalnız 

bu mənzərə gəlir. Yuxarı dırmaĢmaqdansa, yarı yolda partlayan qığılcımlar. 

21 noyabr 

Bir yerdə oxuduğuma görə Manzoni «NiĢanlılar»ı yazarkən səhər oyanıb qəhrəmanlarını həyatda 

tapdıqda çox xoĢbəxt olurmuĢ. Mənsə belə düĢünmürəm. Aradan çox illər keçsə də ailəmdən söz 

açmağı çox xoĢlamıram. Anam hafizəmdə sultan sarayının qapısında duran gözətçi kimi 

hərəkətsiz və sərt görünüĢüylə qalıb. Bu səhər onunla mənim, mənimlə xatirələrim arasına bir az 

yeni hava girsin deyə bağçada gəzindim. AxĢam yağıĢ yağmıĢdı. Göy üzü qərb tərəfdən açıq olsa 

da evin arxasında bənövĢəyi rəngli buludlar toplanmıĢdı. Leysan baĢlamadan evə girdim. Qısa 

bir müddətdən sonra fırtına baĢladı. Evin içi elə qaranlıq oldu ki, iĢıqları yandırmaq 

məcburiyyətində qaldım. Ġldırımdan zərər dəyməsin deyə televizor və soyuducunu da keçirtdım. 

Sonra əl fənərini götürüb cibimə qoydum, bir günlük görüĢümüz üçün mətbəxə gəldim. 

Amma oturar-oturmaz anladım ki, hələ hazır deyiləm, bəlkə də havada həddən artıq enerji 

olduğu üçün düĢüncələrim qığılcımlar kimi ora-bura uçurdu. Buna görə qalxdım, arxamca gələn 

Buskla evin içində məqsədsizcə dolaĢdım. Babanla yatdığım otağa girdim, sonra indi yatdığım 

otağa -bir zamanlar ananın idi- və artıq istifadə olunmayan yemək otağıynan sənin otağını 

dolaĢdım. Otaqdan otağa keçərkən bu evə ilk girdiyim günü xatırladım; heç də xoĢuma 

gəlməmiĢdi. Buranı mən seçməmiĢdim. Ərim Avqustonunu qərarıydı, amma o da tələsik 

seçmiĢdi. Bir evə ehtiyacımız vardı və çox 13 

gözləyə bilməzdik. GeniĢliyi və bağçasının olması bizim ehtiyacımızı ödəyər deyə düĢünmüĢdü. 

Bağça qapısını açdığım an zövqsüz, hətta çirkin bir ev olduğunu düĢünmüĢdüm; rəngləriylə 

forması heç bir-birinə uyğun gəlmirdi. Bir yanından baxdıqda Ġsveçrə Ģalesinə bənzəyir, o birisi 

yandan baxdıqda da ortadakı dairəvi pəncərəsi və pilləli dam sərhəddiylə kanal kənarında 

sıralanan holland evlərini xatırladırdı. Uzaqdan baxdıqda da bu ev yeddi ədəd bir-birindən fərqli 

bacasıyla bir nağıla yaraĢırdı. Ġyirminci illərdə tikilmiĢdi, amma o dövrün heç bir üslubunu əks 

etdirmirdi. Özünəməxsus bir xüsusiliyinin olmaması məni narahat edirdi, bura alıĢmaq üçün 

uzun illər çalıĢdım. Elə sənin otağındaykən o birilərdən daha yaxına düĢən bir ildırım iĢığı kəsdi. 

Fənəri yandırmaqdansa yatağa uzandım. Bayırda Ģiddətli yağıĢ Ģırıltısı vardı. Külək uğuldayırdı, 

içəridə də fərqli səslər vardı; çıtırtılar, taxtaların cırıltısı. Gözlərimi bağladıqda özümü gəmidə 

hiss etdim. Sanki çölün üstüylə irəliləyən bir yelkəndəydim. Fırtına ancaq günorta saatlarında 

durdu. Otağının pəncərəsindən qoz ağacını iki böyük budağının qırılıb düĢdüyünü gördüm. Ġndi 

yenidən mətbəxtdə, öz savaĢ meydanımdayam, yemək yedim və bir-iki tabağı yudum. Busk 

ayaqlarımın yanında, bu səhərki həyəcandan yorğun halda yerə sərilmiĢ vəziyyətdə yatır. Ġllər 

keçdikcə fırtınadan daha çox qorxur, zorla özünə gəlir. 

Sən bağçaya gedərkən aldığım kitabların birində oxumuĢdum ki, insanın doğulacağı ailənin 

seçimi də öncədən müəyyənləĢir. Ġnsan o ailənin övladı olurdu ki, yalnız o ana və ata bəzi Ģeyləri 

öyrənməyimizi, bir addım, kiçik bir addım daha irəliləyəcəyimizin nizamını saxlayarmıĢ. «Niyə 

nəsillər dəyiĢdikcə eyni yerdə qalırıq?» -deyə o zaman özümdən soruĢmuĢdum. «Nədən irəli 

getmək əvəzinə geri gedirik?» 

Keçən günlərdə bir qəzetin elmi əlavəsində təkamülün hər zaman bizim düĢündüyümüz kimi 

olmadığını oxudum. Son nəzəriyyələrə görə dəyiĢmələr mərhələ-mərhələ olmur. Daha uzun bir 

qıç, bir damla artıq içə bilmək üçün daha fərqli bir dimdik, yavaĢ-yavaĢ, nəsil-nəsil həyata 

keçmir. Qəflətən ortaya çıxır; anadan körpəyə hər Ģey dəyiĢir, hər Ģey bambaĢqa olur. Bunu 

təsdiq edən skilet, çənə sümüyü, dırnaq, fərqli kəllə qapağının qalıqları var. Hələ bəzi növlərdə 




heç bir ortaqlığa rast gəlinmir. Babası necədirsə, nəvəsi də elə olur. Ġki nəsil arasında bir sıçrama 

yaĢanır. Ġnsanın daxili aləmində də eyni Ģeylər olsa necə? 

DəyiĢmələr üst-üstə yığılır, yavaĢ-yavaĢ toplanıb bir anda partlayır. Bir anda bir insan ətrafındakı 

halqanı qırıb baĢqa biri olmaq qərarına gəlir. Alın yazısı, irsiyyət, bunların biri harada bitib, o 

birisi harada baĢlayır? Bir an düĢünərkən bunların içində gizlənən sirr insanı qorxudur. 

EvlənməmiĢdən qabaq xalam ruhlarla dost olan astroloq bir dostuna ulduz xəritəmi 

çıxartdırmıĢdı. Günlərin birində əlindəki bir kağızla qarĢımda durub, «budur, bu da sənin 

gələcəyin» demiĢdi. O kağızda geometrik bir naxıĢ vardı, bir planetdən o birisinə uzanan cizgilər 

bucaqlar yaradırdı. Buna baxar-baxmaz «burda uyğunsuzluq, surət yox, sıçramalar, düĢməyə 

bənzəyən eniĢlər var» -deyə düĢündüyümü xatırlayıram. Kağızın arxasına yazılmıĢdı: «çətin bir 

yürüĢdür, yolun sonuna çata bilmək üçün bütün gücünü səfərbər etməlisən». 

Çox təsirlənmiĢdim, o ana qədər həyatın bəzi üzünü görmüĢdüm, bəli, çətinliklər olmuĢdu, 

amma bunlar elə-belə çətinliklərdi, uçurumdan çox bir gənclik səngəri idi. Sonra böyüdüm, 

qadın, ana, və nənə oldum, həmiĢə bir cızıqda irəlilədim. Qeyri-adi deyilə biləcək tək hadisə 

ananın faciəli ölümü idi. Diqqətlə baxılsaydi o ulduz tablosu yalan söyləmirdi, mənim o 

kəndəsilli qadına xas həyatımın arxasında həqiqətən sürətli bir hərəkət, kiçik eniĢlər, qəfl 

qaranlıqlar, büdrəmələr vardı. YaĢadıqca, bir sevinc yelini gömürən kədərə məğlub oldum, 

özümü yerində durarkən addımlarını ağır-ağır yerə vuran əskərlər kimi hiss etdim. Zaman 

dəyiĢirdi, insanlar dəyiĢirdi, ətrafımdakı hər Ģey dəyiĢirdi və mən hey tərpənmədən eyni yerdə 

durduğumu hiss edirdim. 

Bu həyatımın nizamına ən dəhĢətli zərbəni ananın ölümü vurdu. Özümü elə bəsit gördüm ki, bir 

an içində yıxıldım- bunun indiyə qədər davam etdiyini düĢünürəm-bir, ya 14 

da iki addım atdığım an qəfildən geriyə qayıdıb həyatımın baĢlanğıc nöqtəsinə qayıtdım. O 

günlərdə düĢündüm ki, bir də ayağa qalxa bilməyəcəyəm. Mənə elə gəlirdi ki, o ana qədər anlaya 

bildiyim hər Ģey artıq dağılmıĢdı. Amma özümü məğlub etmədim. Həyat bizi ona olan 

ehtiyacları ilə iləliyə çəkirdi. 

Həyat sən idin, dünyaya bapbalaca, kimsəsiz, müdafiəsiz və heç kimsən olmadan gəldin, bu 

kədərli və səssiz evi qəfil gülüĢlərinlə, ağlayıĢlarınla doldurdun. Sənin körpə baĢının masayla 

divanın arasında ləngər vurduğunu gördüyüm zaman hər Ģeyin bitmədiyini düĢündüm. 

Bu təsadüfi qarĢılaĢma nəzərə alınmayacaq comərdliyi ilə mənə bir fürsət vermiĢdi. 

Təsadüfi qarĢılaĢma; Morpurqo xanımın əri bir səfərində ibercə bu sözün qarĢılığının olmadığını 

söyləmiĢdi. QarĢılaĢma vəziyyətini izah etmək lazım gəldiyində bu sözün ərəbcə qarĢılığından 

istifadə edirlərmiĢ. Gülməli deyilmi? Gülməlidi. Tanrının olduğu yerdə raslantıya yer yoxdur, 

əlbəttə, onu rəmzləĢdirən o bəsit sözə də. Hər Ģey yuxarıdan nizamlanmıĢ, 

müəyyənləĢdirilmiĢdir. BaĢına gələn hər hadisənin bir mənası vardır. Dünyanın bu nizamına 

inanmaqda tərəddüt etməyən insanları seçimlərinə görə həmiĢə qısqanmıĢam. Mənə görə ən 

gözəl niyyətlərimə baxmayaraq, bunu bacarmırdım: qorxu və ədalətsizlik qarĢısında hər zaman 

geri düĢdüm. HəmiĢə daxilimdə insanların üzündə minnətdarlıq duyğusu görmədiyim üçün 

üsyan oyandı. 

Yorğunam. Bu ana qədər yazdıqlarımı müəyyən bir qayğıyla yenidən oxudum. Görəsən bir Ģey 

anlaya biləcəksənmi? Zehnimdə çox Ģey fırlanır, çölə çıxmaq üçün bir-birini mövsüm sonu 

endirimli satıĢlardakı xanımların bir-birini itələdiyi kimi itələyir. Fikir yürütmək istədikdə əsla 

bir üsul müəyyənləĢdirə bilmirəm, baĢdan sona bir ipdən yumaq düzəldə bilmirdim. Kim bilir, 

bəlkə bunu universitetə getmədiyim üçün bacarmadım deyə bəzən düĢünürdüm. Çox kitab 

oxudum, lap çox Ģeylə maraqlandım, amma həmiĢə ağlımın bir ucu uĢağın bezlərində, o biri ucu 

ocaqdakı yeməkdə, bir ucu da duyğularda oldu. Çöllərdə gəzən bir botanika mütəxəssisi çiçəkləri 

müəyyən bir tərtibatla seçər. Özünü maraqlandıranı və maraqlandırmayanı ayırar, qərar verər, 

araĢdırar, əlaqələr qurar. Halbuki, bir köçəri düzlərdə dolaĢmağa çıxsa, çiçəklər ayrı bir üsullda 

toplanar. Biri sarı, o birisi mavi, üçüncüsü iyli, dördüncüsü uçurumun kənarında olduğu üçün 

dərilər. Mənim biliklə əlaqəmin də tam belə olduğunu düĢünürəm. Anan həmiĢə bunu baĢıma 

qaxardı. Elə ki, mübahisəyə baĢladıq mən həmiĢə məğlub edərdim. «Səndə dialekt yoxdur, bütün 

kəndəsillilər kimi düĢüncələrini ciddi olaraq izah edə bilmirsən» deyərdi. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə