Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   2   3   4   5   6   7   8   9   ...   23

dəyiĢilməsindəki o böyük sirr - böyük, amma çox zəhmət tələb edən, çözümü də özündən 

qorxulu-burada yatır. 

Anam on altı yaĢında evlənib, on yeddisində məni dünyaya gətirmiĢdi. Bütün uĢaqlığım, daha 

doğrusu, bütün həyatım boyunca onun bir dəfə belə sevgi dolu bir hərəkət etdiyini görmədim. 

AĢiq olub evlənmiĢdi. Buna onu heç kim məcbur etməmiĢdi, özü özünü məcbur etmiĢdi, həm də 

bunu hər Ģeydən çox istəmiĢdi. Çünki varlı, eyni zamanda dinini sonradan dəyiĢdirmiĢ bir yəhudi 

olan anamın soy-köklü bir familiyaya sahib olma məqsədi vardı. Ondan daha yaĢlı olan atam 

musiqi dəlisi olan bir baron idi və anamın nəğmə söyləməsinə vurulmuĢdu. Bu soylu ad üçün 

vacib olan varisi dünyaya gətirdikdən sonra günlərini didiĢərək keçirirdilər. Anam həyatdan 

doymadan və kinlə öldü, bir dəfə olsa belə özünün də bəzi qüsurları ola biləcəyini ağlına 

gətirmədi. Ona daha yaxĢı Ģəcənəklər təqdim etməyən dünya ona qarĢı mərhəmətsiz 

davranmıĢdı. Mən isə ondan fərqli idim və artıq yeddi yaĢımda olarkən onun xasiyyətinə 

dözməməyə baĢladım. 

Onun özündən çox əzab çəkdim. Tez hirslənirdi, həm də yalnız xarici səbəblər üzündən. Onun 

süni davranıĢlarından özümü pis hiss edirdim və yalnızlığımsa pis insan kimi yetiĢməyimə səbəb 

olurdu. Onun kimi ola bilmək üçün sınaqlar da etdim, amma bunların hamısı dərin sularda 

boğulan bacarıqsız səylər idi. Özümü sıxdıqca daha narahat olurdum. Ġnsanın özündən küsməsi 

özünə inamsızlığa gətirib çıxarır. Burdan qəzəbə keçən yol isə çox qısadır. Anamın sevgisinin 

yalnız görünüĢ olduğunu anladım. Necə olmağım lazımdırsa, necə olduğumu anladığım an 

otağımda oturub ürəyimin ən gizli bucaqlarından ona nifrət etməyə baĢladım. 

Bu duyğudan xilas olmaq üçün bütövlükdə mənə aid bir dünyaya sığındım. AxĢamlar lampanı 

bir örtüklə örtərək gecəyarısına qədər macəra kitabları oxuyurdum. Xəyal qurmaq üçün ürəyim 

gedirdi. Bir müddət quldur olmağı xəyal etdim. Guya Çin dənizində yaĢayırdım, məĢhur bir 

qadın quldur idim. Çünki özümə deyil, yoxsulların firavanlığı üçün çalıĢırdım. Bu haydutluq 

xəyallarından yenisinə keçirdim. Guya tibb təhsili aldıqdan sonra Afrikaya gedib zənci uĢaqları 

müalicə edirdim. On dörd yaĢımda olarkən ġleymannın həyat hekayəsini oxudum və oxuyar-

oxumaz, «mən heç zaman insanları müalicə edə bilmərəm, çünki mənim həqiqi ehtirasım 

arxeologiyadı» deyə düĢündüm. Bunları düĢünərkən anlayıram ki, həqiqətən içimdə dərd kimi 

qalanı da bu oldu. Əslində bu xəyalımı həyata keçirmək üçün atamla ilk dəfə vuruĢdum. Klassik 

litseyə getmək istəyirdim. Atam bunun adını eĢitmək belə istəmirdi, onun düĢüncəsinə görə bu 

heç bir Ģeyə yaramazdı. Amma sonda mən uddum. Litseyin qapısından girdiyim an qazandığımı 

dəqiqliyinən hiss etdim. Amma yanılırdım. Litseyi bitirib ona Roma universitetinə getmək 

istədiyimi bildirdiyim an cavabı çox qəti idi, nəbadə dilinə gətirərsən deyə etiraz etdi. Və mən 

zamanın adətinə boyun əydim. Bir döyüĢdə qələbə çaldıqda, insan düĢünməməlidir ki, bütün 

döyüĢ qələbəylə bitib. Əlbəttə, bu bir gənclik səhvi idi. Ġndisə düĢünürəm ki, bir az da mübarizə 

aparsaydım, ayaq dirəsəydim, atam razı olardı. Əslində onun mənfi cavabı o zamankı təhsilin 

vəziyyətiylə bağlı idi. Gənclərin təkbaĢına doğru qərar verə biləcəyinə inanmırdılar. Buna görə 

fərqli bir arzu yarananda gəncləri bacarmadıqları iĢə giriĢdiyi üçün sınayırdılar. Ġlk sınaqda 

büdrədiyimdən onlara görə mənim arzum həqiqi deyil, keçici bir həvəs idi. 

11 


Atama və anama görə ilk vəzifələri uĢaqlarını o zamankı ənənəvi tərbiyə sistemiylə yetiĢdirmək 

idi. Ürəyimizin səsini dinləmədən tərbiyənin ən mənasız yönlərini zor gücünə tətbiq edirdilər. 

Süfrədə dik və dirsəklərim bədənə yaxın oturmalı idim. Bunu edərkən ürəyimdə, «necə ölə 

bilərəm» deyə düĢünsəm də bunun bir əhəmiyyəti yox idi. Onlara görə mənzərə çox Ģey demək 

idi, ondan sonra gələnlər isə yalnız əhəmiyyətsiz Ģeylərdi. 

Beləcə, bir insan deyil, yaxĢı tərbiyə ediləcək meymun kimi bir Ģey olduğum duyğusuyla 

böyüdüm, insana xas sevinc, cəsarətsizlik, sevilmə arzularıdan danıĢmaq heç bizə yaxın deyildi. 

Çox keçmədən içimdə bir tənhalıq doğdu, bu tənhalıq illər keçdikcə böyüdü, sanki havası 

alınmıĢ bir boĢluqda, tənbəl və süst hərəkətlərlə fırlanırdım. Bir yandan da tənhalıq suallar 

doğururdu, bunlar cavabını tapmadığım suallar idı. Dörd, beĢ yaĢında ətrafıma baxıb «nədən 

buradayam? -deyə soruĢurdum, -mən haradan gəlirəm, ətrafımda gördüyüm hər Ģey haradan 

gəlir? Bunların arxasında nə var? Mən olmamıĢdan da burdaydılarmı, həmiĢə burada 




olacaqlarmı?» Bunlar dünyanın mürəkkəbliyi qarĢısında hər bir həssas uĢağın verdiyi suallardı. 

Ġnanırdım ki, böyüklər bu suallara cavab verməyi bacarırlar, amma anam və atama bu barədə 

sual verdikdə anladım ki, onlar uĢaqkən bu barədə düĢünməmiĢdilər. 

Beləcə, tənhalıq duyğusu böyüdükcə böyüdü. Atamın bir ov tulası vardı; Arqo, üzüyola və 

sevimli olduğundan ən yaxĢı oyun yoldaĢım o idi. Nahardan sonra ona palçıqdan, otdan 

hazırladığım yeməkləri yedirməyə çalıĢırdım, və yaxud da onu bərbər müĢtərisi edərdim, 

bağçada qulaqlarında sancaqlarla dolaĢmaq məcburiyyətində qalardı. Bir gün onun üstündə yeni 

bir saç modeli təcrübəsi apararkən boğazının altında bir ĢiĢin olduğunu hiss etdim. Bir neçə 

həftədir ki, əvvəlki kimi qaçmaq, hoppanmaq istəmirdi, bir küncdə oturub yeməyimi yeyərkən 

qarĢımda ümidlə uzanıb özünü yalayardı. 

Bir gün məktəbdən qayıtdıqda onu dəmir barmaqlıqlar arasında məni gözləyən görmədim. 

«Yəqin atamla bir yerə getmiĢdi» -deyə düĢündüm. Amma atam iĢ otağındaydı, Arqo yox idi, o 

anda ürəyimdə fırtınalar qopdu. Bayıra çıxdım, adını çəkərək bağçada axtardım, iki, üç- dəfə evə 

girdim və təpədən-dırnağadək evi axtardım. AxĢam anam və atama zorla «gecəniz xeyrə qalsın» 

deyərkən bütün cəsarətimi toplayıb atamdan, «Argo haradadır» deyə soruĢdum. «Argo, -deyə 

gözlərini qəzetdən ayırmadan cavablandırdı, - Arqo getdi”. «Bəli, nədən?» -deyə soruĢdum. 

«Çünki sənin ərköyünlüklərindən cana doymuĢdu» -deyə cavab verdi. Bu düĢüncəsizlikdirmi, 

səthilikdirmi, Ģadizmdirmi? Nə idi bu cavabda yatan? O sözləri duyarkən içimdə fırtına qopdu. 

Gecələr yata bilmirdim, özümü zorla saxlayırdım ki, hıçqırıqlardan boğulmayım. Bir, ya da üç ay 

sonra uĢaq həkimi çağırdılar. «UĢaq ölüb qurtarmıĢdır ki!» - deyə həkim mənə balıq yağı 

verilməsini tapĢırdı. Niyə yatmadığımı, niyə Arqonun diĢlədiyi o topdan ayrılmadığımı kimsə 

məndən soruĢmadı. YetkinləĢməyimi o hadisəylə bağlayıram. Altı yaĢındamı? Bəli, tam altı 

yaĢında. Arqo getmiĢdi, çünki mən pis idim, demək ki, mənim davranıĢım ətrafımdakılara 

həyatını zəhərləyirdi. 

O andan baĢlayaraq hərəkətlərim daha pozuq, qeyri-iradi oldu. BaĢqa səhvlər edəcəyimdən 

qorxaraq bəzi hərəkətlərimi yavaĢ-yavaĢ ixtisar etdim, sonunda tənbəlin, dalğının biri oldum. 

Gecələr o topu əllərimin arasına sıxıĢdırıb ağlayaraq: Arqo, yalvarıram geri gön, günah etsəm də 

hər kəsdən çox səni sevirəm deyirdim. Atam evə baĢqa bir it balası gətirəndə onu görmək belə 

istəmədim. Mənim üçün bütövlükdə yad idi, və elə də olmalıydı. 

UĢaq tərbiyəsini korlayan ikiüzlülükdü. Çox yaxĢı xatırlayıram: bir dəfə atamla gəzinərkən bir 

çalanın yanından keçirdik ki, yerdə ölüb qürümüĢ bir bülbül tapmıĢdım. Qorxmayaraq əlimə 

götürdüm və atama göstərdim. «Yerə qoy onu! - deyə bağırdı, -görmürsən yatır». Ölüm də sevgi 

kimi elə bir mövzudu ki onu söyləməyə ehtiyac yoxdu. Mənə Arqonun öldüyünü söyləsəydilər 

daha yaxĢı olmazdımı? Atam məni qucağına alıb belə deyə bilərdi: Onu öldürdüm, çünki xəstə 

olduğu üçün çox əzab çəkirdi. Ġndi olduğu 12 

yerdə daha çox xoĢbəxtdir. Əlbəttə, çox ağlayardım, ümidsizliyə qapılardım, aylarla basdırıldığı 

yerə gedərdim, torpaqda oturub onunla uzun-uzadı danıĢardım. Sonra yavaĢ-yavaĢ onu unutmağa 

baĢlayardım. Marağımı baĢqa Ģeylər çəkərdi və Arqo düĢüncələrimin lap küncünə bir xatirə, 

uĢaqlıq çağlarına aid gözəl bir xatirə kimi gömülərdi. Halbuki, hələ də ürəyimdə daĢıdığım kiçik 

bir ölüdür. Bu üzdən altı yaĢımda böyüdüm deyirəm, çünki artıq sevinc yerinə qayğı, maraq 

yerinə maraqsızlıq hiss edirdim. Anam və atam o zamanlar üçün son dərəcə normal insanlar idi. 

Anam ancaq yaĢlandığı zaman mənə öz uĢaq illərinə aid bəzi Ģeylər danıĢmağa baĢladı. Onun 

anası da hələ kiçik bir uĢaqkən ölmüĢmüĢ. Anamdan əvvəl dünyaya gətirdiyi oğlu Ģiddətli bir 

zökəmə tutulmuĢdu. Bu hadisə zamanı doğulan anam yalnız qız olmaq deyil, böyük qardaĢının 

öldüyü gün doğulduğu üçün ömrü boyu Ģansızlıq da yaĢamıĢdı. Bu kədərli əhvalatı xatırlatmaq 

üçün uĢaqlığından baĢlayaraq onu yas rənglərində geyindirmiĢdilər. BeĢiyinin üstündən böyük 

qardaĢının yağlı boya ilə çəkilən bir portreti asılırmıĢ. Bu ona görə lazım idi ki, hər gözünü 

açdığı zaman yalnız digərinin yerini doldurduğunu, daha yaxĢı birinin solğun bir kopyası 

olduğunu bilsin. Anlayırsanmı? Bu vəziyyətdə anamı soyuqluğu, səhv seçimləri, bəsit təfəkkürü 

üzündən necə təqsirləndirə bilərəm ki? Sevgi görmədən bir lobarotoriyada böyüdülən 

meymunlar belə həqiqi ana olmayıb, kədərə bürünür, özlərini ölümə məhkum etmirlərmi? Geriyə 

baxsaq, görəsən, anamın anasında və nənəsində kim bilir nələr tapırdıq! 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə