Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   2   3   4   5   6   7   8   9   ...   23

tökülmüĢdü, külək ora-bura səpələyirdi. Pəncərədən baxanda necə kədərlənmiĢdim; göy üzü 

qurğuĢun rəngində idi, bayırda müdhiĢ bir kimsəsizlik havası vardı. Otağına gəldim, 

qulaqlıqlarla yatağına uzanmıĢdın. Rica etdim ki, yarpaqları toplayasan. Səsimi eĢitdirmək üçün 

bir neçə dəfə də sözləri təkrarlamaq məcburiyyətində qaldım. Çiyinlərini silkələyərək, «yaxĢı, 

nədən»?-deyə soruĢdun, -təbiətdə heç kim onları toplamaz, onlar da çürüyüb gedər, ən yaxĢısı da 

budur». O dövrdə təbiət sənin ən böyük dostun idi, hər Ģeyi onun pozulmaz qanunları ilə 

açıqlayırdın. Sənə bağçanın əhilləĢdirilmiĢ bir təbiət parçası olduğunu, bir təbiətin də it kimi 

sahibinə bənzədiyini və bir it kimi də davamlı olaraq nəvaziĢ istədiyini izah etməkdənsə, zala 

çəkilib söz güləĢdirmədim. Bir az sonra soyuducudan yeməyə bir Ģey götürmək üçün önümdən 

keçərkən ağladığımı gördün, amma əhəmiyyət vermədin. ġam yeməyi zamanı gələndə yenə 

burnunu otağından çıxardıb, nə yeyəcəyik deyə soruĢduğun zaman hələ də eyni yerdə oturub 

ağladığımı gördün. Bunun üçün mətbəxə girib ocağı yandırmağa baĢladın. «Nə istəyirsən? -deyə 

otağdan-otağa keçərək səslənirdin, -Ģokalatlı Ģirnimi, qayğanaqmı?». Məyus olduğumu 

anlamıĢdın və könlümü almağa çalıĢırdın. Səhərisi gün pəncərəni açar-açmaz səni çəmənlikdə 

gördüm, yağıĢ yağırdı, kürəyində sarı rəngdə bir dəsmal salıb yarpaqları dırmıqla toplayırdın. 

Saat doqquza qalmıĢ evə keçərkən heç bir Ģey olmamıĢ tərzdə davrandım, çünki səni yaxĢı 

olmağa sürükləyən o xasiyyətinə nifrət etdiyini bilirəm. 

Bu səhər çiçək ləklərinə baxarkən düĢündüm ki, uzun müddət nəzarətsiz qalan bağçaya qulluq 

etmək üçün bir nəfərə ehtiyac var. Xəstəxanadan çıxandan bəri bunu düĢünürəm, amma hərəkətə 

keçməyi bacarmıram. Ġllər keçdikcə bağçanı müdhiĢ Ģəkildə qısqanırdım, ulduza bənzər 

çiçəklərimi sulamaqdan, budaqdakı solmuĢ yarpaqları qoparmaqdan dünyasında vaz keçmərəm. 

Qəribədir ki, gənckən bağçaya baxmaq məni darıxdırardı, bir bağça sahibi olmaq mənə bir 

imtiyazdan çox, məcburi iĢ kimi gəlirdi. Bir-iki gün əlimi üstündən çəksəm, böyük zəhmətlərlə 

ərsəyə gətirdiyiklərim məhv olurdu. Bu da məni hər Ģeydən çox narahat edirdi. Daxilim nizamlı 

deyildi, bu üzdən içimdə qaynayan qarıĢıqlığı xarici dünyada görmək məni narahat edirdi. Sənə 

yarpaqları topla deyərkən bunu xatırlamalıydım. Bəzi Ģeylər var ki, onlar ancaq müəyyən bir 

yaĢda anlamaq olur. Evlə münasibətlər, evin içində və çölündə olanlar da belədir. AtmıĢ, yetmiĢ 

yaĢında anlayırsan ki, bir bağça və ev yalnız rahatlandığın, yaĢadığın yer deyildir. Necə ki, qabıq 

balıqqulağının bir parçasıdır, onlar da sənin bir parçandır. Sən o qabığı alın tərinlə yaratdın, 

içindəki qıvrımlarda sənin həyat hekayən var, bu qabıq-ev səni bürüyür, sənin üzərindədir, 

ətrafındadır, bəlkə ölüm belə onları sənin varlığından, onun içində yaĢadığın sevincdən, 

kədərdən ayıra bilməz. AxĢam oxumaq istəmədiyimdən televizora baxdım. Baxdım yox, 

dinlədim, çünki yarım saat sonra yuxuladım. Sözlərin ancaq yarısını eĢidirdim, necə ki, qatarda 

yuxuya gedəndə yolçuların danıĢıqları sənə kəsi-kəsik və anlaĢılmaz gəlir, bax eləcə. Bu 

minilliyin sonunda ortaya çıxan təriqətlərlə bağlı bir tədqiqat yayımlanırdı. Həqiqi və saxtakar 

Ģeyxlərdən danıĢırdılar, onların lüğətlərindən «qarıĢıq» sözü qulağıma çatdı. Bunu eĢidən kimi 

litseydəki fəlsəfə müəlliminin üzünü xatırladım. 

Gənc idi və o zamana görə səliqəsiz görkəmi vardı. ġopenhauerdən danıĢarkən biraz Ģərq 

fəlsəfəsindən söz açmıĢ, bizi «qarıĢıq» məvhumu ilə tanıĢ etmiĢdi. O zaman yaxĢı diqqət 

yetirməmiĢdim, bu söz və məvhum bir qulağımdan girib o birisindən çıxmıĢdı. Ġllər ərzində 

«qarıĢıq»ı sanki intiqammıĢ kimi dərk etmiĢdim. Gözə göz, diĢə diĢ, ya da nə əkərsən, onu 

biçərsən kimi. Elə ki, uĢaq bağçasının müəllimi sənin qəribə davranıĢlarına görə mənimlə söhbət 

etmək istədi, bax o zaman qarıĢıq və onunla bağlı məvhumlar yenidən zehnimə daraĢdı. Bütün 

bağçanı tələĢa salmıĢdın. Birdən-birə sərbəst ifadə 9 

saaatında keçmiĢ həyatını anlatmağa baĢlamıĢdın. Müəllimlər əvvəl qeyri-adi bir uĢaqla 

üzləĢdiklərini düĢünmüĢdülər. Səni bu hekayəndən yayındırmığı çalıĢmıĢdılar. Amma sən 

qanmayıb kimsənin bilmədiyi bir dildə sözləri bir-birinin ardınca düzmüĢdün. Hadisə üçüncü 

dəfə təkrarlandıqda məktəbin müdriyyəti tərəfindən çağrılmıĢdım. Səni gələcəyin naminə bir 

psixoloqa aparmağımı məsləhət bildilər. YaĢadığı travma səbəbindən belə davrana biləcəyini 

söylədilər. Əlbəttə, səni psixoloqa aparmadım; məncə xəyal dünyan narahatçılıqdan deyil, 

hadisələrin dəyiĢik nizamı ilə bağlı olaraq belə zəngindi. Bu hadisədən sonra səni heç 



dindirmədim, səndə də belə bir arzu olmadı. Bəlkə də təəccüblərindən çaĢmıĢ o müəllimlərin 

qarĢısında anlatdıqlarını elə həmin gün unutmuĢdun. 

Son illərdə bu cür mövzulardan söz etmək mənə moda kimi gəlir: belə Ģeyləri keçmiĢdə də 

danıĢırdılar, halbuki indi hərkəsin dilinə düĢüb. Bir müddət əvvəl qəzetdə oxuduğuma görə 

yenidən dünyaya qayıdıĢ mövzusunda fəaliyyət göstərən dərnəklər varmıĢ. Ġnsanlar bir araya 

yığıĢıb lap əvvəlki həyatlarından danıĢırlarmıĢ. Məsələn, bir evdar qadın belə deyir ki, 1800 –cü 

illərdə Nyu Orleansda yaĢayan bir küçə qadını idim, buna görə indi ərimə sadiq qala bilmirəm. O 

yandan irqçi bir benzinçi nifrətini XV1 əsrdə vəzifəsini yerinə yetirərkən adamyeyənlər 

tərəfindən yeyilməsiylə bağlayır. Necə də kədərli, gic danıĢıqdır! Öz mədəniyyətinin köklərini 

itirənlər indinin qərarsızlığını və boz rəngini öncəki həyatlarıyla açıqlamağa çalıĢırlar. 

Həyatlarındakı dəyiĢikliyinin bir mənası varsa, əminəm ki, bu baĢqa mənadır. 

Bağça dövründə səni daha yaxĢı anlamaq, daha bir neçə Ģey öyrənə bilmək üçün kitablar əldə 

etmiĢdim. Budur, o kitabların birində öncəki həyatlarını təfsilatı ilə xatırlayan uĢaqların, o 

həyatın sonunda Ģiddətli və erkən bir Ģəkildə öldüklərindən danıĢılırdı. Sənin uĢaqkən bəzi 

açıqlanmayan fikirlərin- borulardan çıxan qaz, hərĢeyin bir anda partlaya biləcəyi qorxusu- məni 

bu cür bir düĢüncəyə istiqamətləndirmiĢdi. Yorulduqda, gərgin olduqda, ya da yuxun qaçdıqda 

qorxurdun. Gecəyarısı təlaĢla otağımın qapısında peyda olanda qalxar, Ģirin sözlərlə səni yenidən 

otağına aparardım. Yatağa uzanır, əlimi tutar, sonu yaxĢılıqlarla bitən nağıllar söyləməyimi 

istəyərdin. Səni kədərləndirəcək bir Ģey söyləyəcəyimdən qorxduğun üçün əvvəlcədən iynədən 

ipliyə qədər mənə mövzunu verirdin, mən də sənin göstərdiyin yolla nağılı danıĢırdım. Bir nağılı 

bir, iki, üç dəfə təkrarlayardım. Otağıma dönmək üçün qalxdığım zaman sənin artıq yuxulamıĢ 

olduğunu düĢünürdüm, amma eĢiyə çıxdığım zaman nazik səsini eĢidərdim: «beləmi olur? -deyə 

soruĢardın,- doğrudanda belə bitir?». Buna görə geri dönər, alnından öpərək, «baĢqa cür bitməz 

noğulum, səni əmin edirəm»- deyərdim. 

Bəzi gecələr də qoynumda yatmağına etiraz edər, uĢaqlara qocalarla yatmaq fayda verməz 

deyərək, səni yatağına göndərəcək cəsarəti də tapmazdım. Tumbanın yanında varlığını hiss 

etdiyim an sənə, «hər Ģey nəzarət altındadır, heç bir Ģey partlamır, tez ol, otağına dön» deyərdim. 

Sonra da anidən və dərin bir yuxuya getmə kələyi qurardım. Sənin xəfif nəfəsini bir müddət də 

dinləyərdim. Bir neçə saniyə sonra yatağın kənarında qıvrılar, böyük bir qorxudan sonra öz isti 

yuvasındakı bir siçan kimi yuxuya gedərdin. 

Gün doğmamıĢdan səni qucağıma alır, yerinə aparırdım. Qorxu krizlərin günorta tutarsa, səni 

uĢaq diliylə baĢa salmağa çalıĢardım; «evimiz nə qədər möhkəmdir, görmürsən, bax, divarlar nə 

qalındır, necə partlayıb yıxıla bilər ki?» Amma mənim rahatlıq yaratma səylərim bütövlükdə 

yararsız tdı, bərəlmiĢ gözlərinlə qarĢımdakı boĢluğa baxaraq təkrarlayırdın ki, hər Ģey partlaya 

bilər. 

Bu qorxunu yaradan səbəblərlə bağlı olaraq məndə suallar yaranırdı; partlama nə idi? Ananla, 



onun qəfil ölümüylə bağlı bir xatirə ola bilərdimi? Yoxsa baĢqa müəllimlərinə sadə bir ĢeymiĢ 

kimi anlatdığın əvvəlki həyatına aid bir hadisə idimi? Bəlkə yaddaĢının əl çatmayan bir 

nöqtəsində bu ikisinin qarıĢığından yaranmıĢ bir qorxuydumu? Kim bilir? Söylənilənlərə 

baxmayaraq inanıram ki, insan beynində iĢıqdan çox kölgə var. O günlərdə aldığım kitablarda 

keçmiĢ həyatlarını xatırlayan uĢaqlara daha çox Hindistan və ġərqdə, bu qavramın ənənəvi 

olaraq qəbul olunduğu yerlərdə rast gəlindiyi yazılırdı. 

10 

Doğrusu, buna inanmıram. Bir kərə düĢün, mən bir gün anamın yanına gəlib heç xəbərdarlıq 



etmədən onunla baĢqa bir dillə danıĢmağa baĢlasam, ya da sənin hərəkətlərinə dözmürəm, o biri 

həyatımdakı anamla daha yaxĢıydım desəydim nə olardı. Hərhalda məni ağıl xəstəxanasına 

salmaq üçün bir gün belə ləngiməzdilər. 

Ġnsanın qədərdən, ataların qan yolu ilə sənə keçirdikləri xüsusiyyətlərdən can qurtarmaq üçün, 

görəsən, bir yol varmı? Kim bilir? Bəlkə nəsillərin xromosomlarından asılı olaraq bəziləri bir 

mərhələ yuxarı qalxa da bilər, ya da oraya çatmaq üçün bütün gücündən istifadə edər. Bir halqanı 

qırmaq, otağa fərqli bir otmosferin daxil olmasını saxlamaq; inanıram ki, həyatın 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə