Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   2   3   4   5   6   7   8   9   10   ...   23

Sən necə ki, adını qoymadığın bir rahatlıq içindəsən, anan da ideoloji epidemiyasına məğlub 

olmuĢdu. Məni əks reaksiyalı və kəndəsilli xəyallar xəstəsi olaraq xarakterizə edirdi. Bəzən 

mənə elə bir qəribə baxıĢı vardı ki, əminəm bir xalq jürisi qurub baĢına onu gətirsəydilər məni 

ölümə məhkum edərdi. Bağçalı bir villada oturmaq kimi bir günahım var idi. Ona qalırsa bir 

daxmada, ya da kəndin varoĢlarında bir evdə yaĢamalı idim. Bu günaha əlavə olaraq hər ikimizin 

dolanmağımıza çatacaq bir də gəlirim var idi. Öz ana- atamın səhvlərini təkrarlamamaq üçün 

onun söylədikləriylə maraqlanır, ən azından maraqlanmağa səy göstərirdim. Onunla əsla zarafat 

etmədim, ya da baĢqa düĢüncələrinə laqeyid oduğumu büruzə vermədim, amma o, hərhalda onun 

qurmaca fikirlərinə qarĢı nə qədər narazı olduğumu hiss edirdi. 

Ġlaria universiteti Radovada oxudu. Ġstəsəydi Trestedə qala bilərdi, lakin mənim yanımda 

yaĢamaq onun canını sıxırdı. Nə zaman onu ziyarət etməyə gəlməkdən söz açırdımsa nifrətlə 

susurdu. Dərsləri ağır idi, evdə kiminlə qaldığını bilmirdim. Mənə heç söyləmək istəmədi də. 

Onun həssas olduğunu bildiyim üçün qayğılanırdım. Fransada May hadisələrini yaĢamıĢdı, 

universitetlər iĢğal edilmiĢdi. Tələbə tətilləri davam edirdi. Telefonda verdiyi nadir xəbərləri 

dinləyərkən artıq onu izləyə bilmirdim, onda hadisələrə 15 

qarĢı intiqam yaranırdı və bunlar həmiĢə dəyiĢirdi. Analıq roluma boyun əyərək onu anlamağa 

çalıĢırdım, amma bu çətin idi: hər Ģey o qədər sürətliydi ki, o qədər çox yeni düĢüncə, törətmiĢdi 

ki! Ġlaria öz cümlələriylə danıĢmaqdansa Ģüarları bir-birinin ardınca sıralamağa baĢlayırdı. Onun 

ruhi tarazılığı üçün qorxurdum. Universitetin altıncı ilində daha uzun davam edən bir sükut məni 

maraqlandıranda qatara minib ona baĢ çəkməyə getdim. Radovaya gedəndən belə etməmiĢdim. 

Qapını açar-açmaz rəng verib rəng aldı. Məni salamlamaqdansa «səni kim dəvət etdi» deyə 

üstümə çımxırdı: Cavab verməyə aman verməyərək, «qabaqcadan xəbər verməliydin, artıq 

çıxırdım, bu gün əhəmiyyətli bir imtahınım var» - deyə əlavə etdi. Gecə paltarı hələ əynindəydi, 

aydın idi ki, yalan söyləyirdi. Özümü baĢa düĢmürmüĢ kimi göstərib, f»ikir vermə, demək ki, 

səni burda gözləyəcək və imtahanın nəticəsini birlikdə qeyd edəcəyik» söylədim. Bir müddətdən 

sonra həqiqətən çıxdı, o qədər tələsdi ki, kitablarını unudub stolun üstündə saxladı. 

Evdə tək olduqda hər ananın edəcəyi iĢi gördüm; siyirtmələri ələk-fələk etdim, bir iz, həyatının 

hansı yola istiqamətləndiyini anlamağıma kömək edəcək hər hansı bir Ģey axtardım. Onu 

izləmək, senzor qoymaq, yasaqlamaq kimi bir niyyətim yox idi, bu cür Ģeylər mənə yaraĢmaz. 

Yalnız içimdə dəhĢətli bir qayğı vardı və bunu gömdürmək üçün bir təmas nöqtəsi axtarırdım. 

Ġnqilabçı təbliğatlarına bənzəyən kitabçalardan baĢqa əlimə bir Ģey keçmədi, nə bir məktub, nə 

bir gündəlik. Otağının divarlarının birindən asılmıĢ afiĢada belə yazılmıĢdı: “ailə ancaq bir qaz 

balonundakı hava kimidi və uyuducudur”. Bu da bir növ göstərici sayıla bilərdi. 

Ġlaria nahardan sonra döndü. Səhərki kimi solğun idi. «Ġmtahan necə keçdi»- deyə bacardığım 

qədər Ģirin dillə soruĢdum. Çiyinlərini silkələyib, «o birisilər kimi» - deyə cavab verdi. Və bir az 

durub əlavə etdi: “Büna görəmi, mənə nəzarət etmək üçünmü gəldin?” Bir mübahisə çıxmasını 

istəmirdim. Buna görə sakit və Ģirin bir dillə məqsədimin onunla bir az söhbət etmək olduğunu 

söylədim. «Söhbət etməkmi? Hansı mövzuda, sənin mistik maraqların barəsindəmi» - deyə 

cavab verdi. Onun yayınmıĢ baxıĢlarını yaxalamağa çalıĢaraq, yavaĢca, «sənin haqqında, Ġlaria» 

dedim. Pəncərəyə yaxınlaĢdı, baxıĢlarını solmuĢ bir söyüd ağacından ayırmayaraq, «izah ediləsi 

heç bir Ģey yoxdur, ən azından sənə yoxdur. Belə kəndəsillilərə xas iç dünyalar mövzusunda 

çənə çalmağa zamanımı itirmək istəmirəm» - deyə cavab verdi. Sonra gözlərini söyüddən ayırıb 

qol saatına baxdı: və «gec oldu, əhəmiyyətli bir toplantım var, getməlisən» söylədi. Onu 

dinləmədən qalxdım, amma çölə çıxmadım, ona yaxınlaĢıb əllərini əllərimin arasına alıb, nə baĢ 

verir -deyə soruĢdum, -sənə əzab verən nədir? Tez-tez nəfəs aldığını hiss etdim. Səni bu halda 

görmək ürəyimi incidir -deyə əlavə etdim. -Məni bir ana olaraq rədd etsən də mən səni qızımsan 

deyə rədd etmirəm. Sənə kömək etmək istəyirəm, amma sənin razılığın olmasa bunu edə 

bilmərəm. O anda çənəsi titrəməyə baĢladı, uĢaqkən də ağlamağa baĢlamamıĢdan belə olurdu, 

əllərini əllərimdən çəkdi və küncdə qıvrılıb oturdu. Zəif və büzülmüĢ bədəni hıçqırıqlarla doldu. 

Saçlarını oxĢadım, əlləri buz kimiydi, mənə sarıldı, üzünü çiynimə söykədi: Ana, mən…mən... O 

anda telefon zəng çaldı. Qoy çalsın -deyə qulağına pıçıldadıqda, gözlərini qurulayaraq, olmaz- 

dedi. 



Telefonu asdıqda səsi yenidən metalik, mənə yad ton almıĢdı. Anladım ki, qısa sürən danıĢıqdan 

sonra mühüm bir Ģey olmuĢdu. Həmin an mənə tərəf döndü və məyus olduğunu və həqiqətən də 

getməli olduğunu söylədi. Birlikdə çıxdıq, qapıda günahkarcasına mənə sarıldı və: «mənə heç 

kim kömək edə bilməz» -dedi. Dirəyə bağlanmıĢ bir velosipedə qədər ona yol yoldaĢı oldum. 

Velosipedə mindikdən sonra iki bamağını boynumdakı kolyeyə keçirərək: «mirvarilər, eh bunlar 

da sənin pasportundur. Doğulandan bəri bunlarsız bir addım atmağa cəsarət etmədin» - deyə 

mənə tənə etdi . 

Bu qədər fasilədən sonra ananla bağlı xatirələrdən ağlıma ən tez gələni budur. Tez-tez 

düĢünürəm, necə olur ki, xatirələrimdən ən çox gözümün önünə gələni budur. Yenə bu gün eyni 

Ģeyi düĢünərkən xatırladım ki, dil diĢin ağrayan yerinə dəyər. Nə əlaqəsi var deyəcəksən. Var, 

həm də çox əlaqəsi var. Bu xatirə yadıma daha çox düĢür, çünki bu bir dönüĢ yaratdığım tək 

hadisədi. Anan ağlamağa baĢlamıĢ, ruhunda bir məsafə, 

16 

mənim sığa biləcəyim balaca bir dəlik açılmıĢdı. Bir dəfə içəri girə bilsəydim beton mıxı kimi 



yavaĢ-yavaĢ özümə yer açardım. 

Onun həyatının bir yerində mən də özümü dəyiĢdirə bilərdim. Bunu etməkçün güclü olmalıydım. 

O mənə, indi həqiqətən getməlisən deyərkən qalmalıydim. Yaxındakı bir oteldə otaq tutmalı və 

hər gün gedib qapını döyməliydim; o açdığım məsafəni geniĢləndirənə qədər çalıĢmalıydım, az 

qalmıĢdı, hiss edirdim. 

Halbuki, bunu etmədim: qorxaqlıqdan, tənbəllikdən və saxta bir utanma duyğusundan onun 

buyruğuna boyun əydim. Mən öz anamın iĢğalçı ruhuna nifrət etmiĢdim, fərqli bir ana olmaq, 

onun həyatının müstəqilliyinə hörmət etmək istəyirdim. Ümumiyyətlə, bu azadlıq pərdəsinin 

arxasında onun iĢinə qarıĢmamaq arzusu gizlənirdi. Bu nazik bir sərhəddir, keçib-keçməmək an 

məsələsidir. Verilən və verilməyən bir qərara bağlıdır, bunun əhəmiyyətini də ancaq bu an 

keçdikdən sonra anlayarsan. Artıq onda peĢiman olarsan. Məsələn, meĢənin dərinliklərinədək 

uzanan otlu yolları düĢün. Bu yolayrıclarının bəzisinə fərq qoymadan qədəm qoyursan, bəzilərini 

görmürsən belə, bəyənmədiyin yol səni hara aparırdı, heç öyrənə bilmərsən, görəsən yaxĢı, yoxsa 

pis yerdimi. Bunu bilməzsən, amma peĢiman ola bilərsən. Edəcəyin bir Ģey vardı, amma 

etmədin, irəli getməkdənsə geri döndün. Qazı oyununu xatırlayırsanmı? Həyat da elə həmin 

tərzdə davam edər. 

Cığırlarda fərqli həyatlarla qarĢılaĢarsan, onları tanıyıb tanımamaq, anlamaq, ya da yan keçmək 

yalnız bir anlıq qərardan aslıdır. Dümdüz irəliləmək, sağa-sola dönmək əsas məsələ olduqda 

sənin taleyinlə və yanında olacaq insanın taleyiylə oynamamağı bacarmaq lazımdır. 

22 noyabr 

Bu gecə hava dəyiĢdi, küləksə Ģərqdən əsməyə baĢladı və qısa müddətdə bütün buludları dağıtdı. 

YazmamıĢdan qabaq bağçada gəzindim. Hələ qüvvətli bir külək əsir, paltarlarımın altından 

bədənimə sızırdı. Busk dəli kimiydi, oynamaq istəyir, ağzında bir Ģam qozası arxamca gəzirdi. 

Əlacsız halımla qozaya bir dəfə vurdum, qaçıb yaxaladı, yenə də məmnundu. Sənin güllərinin 

sağlıq vəziyyətini gözdən keçirdikdən sonra qozu, gilası və o biri sevdiyim ağacları salamlamağa 

getdim. 


Xatırlayırsanma? HəmiĢə ağacların gövdəsini oxĢadığıma lağ edərdin. «Nə edirsən, - deyərdin, - 

o at beli deyil». Sonra sənə, ağacın gövdəsinə toxunmaqla baĢqa bir canlıya toxunmaq arasında 

heç bir fərqin olmadığını, hətta bunun daha yaxĢı olduğunu söylədiyim an çiyinlərini silkələyər, 

yanımdan uzaqlaĢardın. Nədən daha yaxĢı? Çünki, məsələn Buskun baĢını oxĢayarkən isti, 

titrəyən bir Ģey hiss edirsən, amma bunda incə bir hərəkətlilik var. Yemək saatıdır, ya da pis bir 

röyanın xatırlanmsıdır. Anlayırsanmı? Ġt də insan kimi düĢüncəyə, daha çox ehtiyaca malikdir. 

Rahatlıq və xoĢbəxtliyə çatmaq özündən asılı deyil. Halbuki, ağac fərqlidir. Pöhrələndikdən 

ölənə qədər həmiĢə eyni yerdə durur. Kökləriylə dünyanın ürəyinə, budaqlarıyla da göyə hər 

Ģeydən daha yaxındır. Ġçində canının suyu yuxarıdan aĢağıya, aĢağıdan yuxarıya dolaĢır, gün 

iĢığının təsiriylə yayılır və toplanır. YağıĢı gözləyər, günəĢi gözləyər. Əvvəlcə bu mövsümü, 

sonra o birisini, ölümü gözləyər. YaĢaması üçün lazım olan Ģeylərin heç biri onun istəyi ilə 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə