Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

verirdi –yuxumda spagetti görürəmsə, bunun tək bir yozumu vardır, o da ac olduğumdur!» 

Əmim yersiz çapalayaraq onun bu inadının da yozumu olduğunu açıqlamağa çalıĢdı. Spagettilər 

qurdlardan baĢqa bir Ģey deyildi və qurdlar da günün birində hamımızın son aqibəti olacaqdı. 

Onda anamın nə etdiyini bilirsənmi? Bir anlıq səsizlikdən sonra soprano səsiylə hayqırdı: «yaxĢı 

da makoron görsəm nə olacaq!» 

Mənim psixoanalizlə tanıĢlığım bu uĢaqlıq çağının xatirəsiylə bitmir. Anan da bir psixoanaliz 

tərəfindən, ya da elə olduğunu düĢünən birisi tərəfindən təxminən on il müddətində müalicə 

olundu. Öldüyü zaman hələ də onun yanına gedirdi, buna görə dolayı yolla olsa da 

münasibətlərinin inkiĢafını gündən-günə izlədim. Mənə heç bir Ģeyi söyləmirdi. Bilirsən ki, bu 

cür mövzuların bir ucu Ģəxsi sirrə gedər. Bir ay keçmiĢdi ki, bütün həyatını o görüĢə görə 

tənzimlənməyə baĢlamıĢdı, o saatda hər Ģey o bəylə olub bitənlərin ətrafında fırlanmağa 

baĢlamıĢdı. Sən buna qısqanclıq deyəcəksən. Bəlkə belədir, amma əsl səbəb bu deyildi, məni əsla 

narahat edən onun yeni bir aslılığa kölə olmasıydı, əvvəl siyasət vardı, indi də o bəy. Ġliara onu 

Radovada yaĢadığı son ildə tanımıĢdı və Radovadaykən oraya hər həftə getməyə baĢlamıĢdı. 

Bunu mənə söyləyəndə nə deyəcəyimi bilməmiĢdim. Ancaq, «yaxĢı bir həkim tapmaq üçün ora 

getməyin vacibdirmi» –deyə soruĢmuĢdum. 

Bir yandan Ġlarianın davamlı kriz vəziyyətindən qurtarması üçün həkimə müraciət etməsi 

daxilimdə rahatlıq yaradırdı. Ġlarianın kimdənsə kömək istəməsi qərarına gəlməsi hətta irəli bir 

addımdır -deyə düĢünürdüm, o biri yandan bu güvəndiyi insan seçimi məsələsində 

qayğılanırdım. «Onu necə tapdın, yoxsa sənə kimsə təklif etdi» -deyə soruĢmuĢdum. Amma o, 

cavab olaraq çiyinlərini qaldırmaqla kifayətlənmiĢdi. Nəyi anlamağa çalıĢırsan deyərək mövzunu 

kəsmiĢdi. 

Trestdə ayrı bir evdə qalsa da vərdiĢ etdiyimiz kimi həftədə ən azı bir dəfə nahar saatlarında 

görüĢürdük. Müalicəyə baĢladığından bəri bu görüĢlərimiz daha çox süni təsir bağıĢlayırdı. 

Kənddə olanlardan, havadan danıĢırdıq, hava gözəldirsə və kənddə bir əhvalat baĢ verməyibsə 

hey susurduq. 

Radovaya üçüncü, ya da dördüncü ziyarətdən sonra onda bir dəyiĢiklik hiss etdim. Əhəmiyyətsiz 

Ģeylərlə bağlı söhbətlərimizin yerini onun sualları əvəz edirdi, keçmiĢə aid hər Ģeyi, mənimlə, 

atasıyla, münasibətlərimizlə bağlı bütün məlumatları öyrənmək istəyirdi. Suallarında sevgi, 

maraq yox idi, sanki bir sual-cavab səhnəsi qurmuĢdu, eyni sualı bir neçə dəfə təkrarlayır, kiçik 

detalların üstündə israr edir, özünün çox yaxĢı xatırladığı hadisələrdə də Ģübhə yaradırdı. Mənə 

elə gəlirdi ki, qızımla danıĢmıram. Sanki qarĢımda hər nəyin bahasına olursa-olsun günahı etiraf 

etdirməyə çalıĢan bir dedektiv vardır. Bir gün səbrim tükəndi, və dedim: açıq danıĢ, məndən nəyi 

öyrənmək istədiyini söylə. Kinayə ilə baxdı, çəngəli götürürək stakana vurdu və söylədi: «tək bir 

yerə, ilk dayanacağa. Bilmək istədiyim budur ki, nəyə görə və nə zaman sənlə ərin mənim 

qanadlarımı kəsdiniz». 

Ertəsi həftə telefonda ona ancaq aramızda dialoqa girmək Ģərtiylə gözlədiyimi söylədm. 

Qorxurdummu! -Bəli. Ġlariayla danıĢılması vacib olan çox Ģey vardı, amma həssas mövzuları 

belə bir münasib olmayan zamanda açıqlamaq mənə nə doğru, nə də etibarlı 22 

gəlirdi. Onun oyununa qatılsaydım hər Ģey üçün yalnız mən günahkar olacaqdım, o da xilas 

olması qeyri-mümkün sayılan qurban rolunu oynayacaqdır. 

Müalicəsiylə bağlı bir müddət sonra yenə də onunla öhbət etdim. Artıq bir həftə olardı ki, 

həkimlə görüĢürdü, çox zəifləmiĢdi, nitqində indiyə qədər eĢitmədiyim uydurmalar, xəyali sözlər 

vardı, ona atamın qardaĢının da psixoanalizlə bağlı əlaqələrini anlatdım və sonra sanki heç bir 

əhəmiyyəti yoxmuĢ kimi soruĢdum ki, sənin analizçin hansı cərəyandandır? «Heç birindən, -deyə 

cavab verdi, -daha doğrusu, özünün yaratdığı bir cərəyandan». 

O an indiyədək bəsit olan qayğılarım həqiqi və dərin bir məsələyə çevrildi. Doktorun adını 

öyrənməyə nail oldum və kiçik bir araĢdırmayla onun həkim belə olmadığını da öyrəndim. 

Müalicəsiylə bağlı qurduğum xəyallarım bir anda yerlə-yeksan oldu. Məni Ģübhələndirən 

Ġlarianın getdikcə vəziyyətinin pisləĢməsi idi. DüĢünürdüm ki, müalicə uğurlu olsaydı onun bu 

vəziyyəti yaxĢılığa doğru dəyiĢərdi. Halbuki, Ġlarianın tədricən ətrafında olan-qalan hər Ģeyə 

qarĢı marağı da itirdi. Uzun illər olardı ki, təhsilini tamamlamıĢdı, tək-tük dostlarından da 




uzaqlaĢmıĢdı. Tək fəaliyyəti də bir böcək mütəxəssisinə xas tapıntı ilə daxilindəki hər qımıltını 

müĢahidə etmək idi. 

Onun üçün dünya gecə gördüyü yuxuların, mənim, ya da atasının iyirmi il öncə söylədiyi bir 

sözünün ətrafında fırlanırdı. Onun belə acnacaqlı vəziyyəti qarĢısında özümü bütövlükdə gücsüz 

hiss edirdim. 

Ancaq üç il sonra bir ümid qapısı açıldı. Pasxa bayramından sonra ona təklif etdim ki, birlikdə 

səfərə çıxaq. Ġlaria məni heyrətə salaraq təklifimi həmin an rədd etmədən bərəlmiĢ gözlərini 

üzümə zilləyərək, «haraya gedə bilərik» - deyə soruĢmuĢdu. «Bilmirəm, sən haraya istəsən, 

istədiyin hər yerə gedə bilərəm» demiĢdim. 

Həmin gün nahardan sonra səyahət xidmətlərinin açılmasını səbirsizliklə gözləmiĢdik. 

XoĢumuza gələn bir yer tapmaq üçün həftələrlə araĢdırma apardıq. Axırda Yunanıstana getməyi 

qərara aldıq. Mayın sonunda Krit və Sontarino adalarına gedəcəkdik. Yola çıxmamıĢdan qabaq 

səfər hazırlığı bizi bir-birimizə təsəvvür edilməyəcək dərəcədə yaxınlaĢdırdı. 

Fikri çamadanlarda idi, əhəmiyyətli bir Ģeyi unudacağından qorxurdu, onun rahatlığı üçün bir 

qeyd dəftəri almıĢdım, «sənə lazım olan Ģeyləri bura yaz» demiĢdim, «çantaya yerləĢdirdikdən 

sonra qarĢısına bir iĢarə qoyarsan». 

AxĢam yatacağım zaman bir səfərin aramızdakı buzları əritmək üçün bir bəhanə olduğunu daha 

əvvəl ağlıma gətirmədiyim üçün özümə qəzəbim tuturdu. Yola çıxmamıĢdan əvvəlki cümə günü 

Ġlaria metalik bir səslə mənə telefon etdi. Belə düĢünürəm ki, küçədəki bir telefon qovĢağından 

telefon açmıĢdı. «Radovaya getməyin lazımdır-dedi, - ən geci çərĢənbə günü dönərəm». 

Getməyin vacibdirmi - deyə soruĢurdum ki, telofonu söndürmüĢdü. 

Cümə axĢamına qədər xəbər çıxmadı. Saat ikidə telefon çaldı, səsi sızıltıya bənzər bir tondaydı, 

«məyus oldum -dedi, -ama Yunanistan'a getməyəcəyəm». O mənim, mən də onun reaksiyasını 

gözləyirdim. Bir neçə saniyədən sonra cavab verdim, mən də çox üzüldüm, amma gedəcəyəm. 

Xəyala getdiyimi görüb üzürlü səbəblər tapmağa çalıĢdı: «əgər getsəm özümü tərk etmiĢ olaram» 

- deyə pıçıldıdı. 

Səfərim uzun oldu, maraqlı kitabları izləməyə, mənzərələrlə, arxeologiya ilə maraqlanmağa 

çalıĢırdım; ağlımda yalnız ananı, həyatının onu haraya sürüdüyünü düĢünürdüm. DüĢünürdüm ki, 

Ġlaria bostan əkib ilk bitkilərin pöhrələndiyini gördükdə, nəyinsə onlara zərər verəcəyindən 

qorxan bir əkinçiyə bənzəyir. Buna görə suya ve küləyə davamlı bir neylon örtük alıb üstlərini 

örtür, sonra tırtıllardan və zərərli böcəklərdən qorunmaları üçün bolluca dərman səpir. 

Dayanmadan çalıĢır; gecə- gündüz, bir anı belə yoxdur ki, bostanı necə qoruyacağını 

düĢünməsin. Qəfildən bir səhər neylon örtüyü qaldırdığı an bütün bitkilərin çürüyüb solduqlarını 

görüb heyrətlənir. Onları öz vəziyyətlərində böyüməyə imkan versəydi bəziləri yenə tələf olardı, 

amma bəziləri də sağ qalar, yaĢayardı. Hətta küləyin və böcəklərin daĢıdıqları da yetiĢərdi. 

23 


Bəzisi qıyaqotu olub, yolunar, amma bəziləri də çiçək açar ve rəngləriylə bostanın 

yeksənəkliyini pozardı. Anlayırsanmı, dünya belədir, həyat cömərdlik tələb edir: Ġnsanda 

müəyyən xasiyyətlərin yaranması və bunlar yaranarkən ətrafındakıları dərk etməməsi hələ nəfəs 

alsa da onu canlı ölüyə bənzədir. 

Hətta zehninə belə zor tətbiq edən Ilaria, içində də ürəyinin səsini gömdürmüĢdü. Onunla 

mübahisə düĢəcəyindən, hətta bu sözü ağzıma almağa qorxduğumdan məndə qorxu vərdiĢi 

yaranmıĢdı. Bir dəfə yetkinlik çağlarında ona, ürək ruhun mərkəzidir demiĢdim. Sabahısı gün 

mətbəx masasının üstündə bir lüğət vardı və ruh sözünün ikinci mənasının altı qırmızı qələmlə 

çizilmiĢdı- «meyvəli konserva hazırlamağa yarayan rəngsiz maye». 

Bu anlarda ürək bir Ģeyi xatırlayır. Gənclik illərində də elə tez-tez tələffüz edilə biləcək bir 

sözdü, halbuki artıq heç kmin istifadə etmədiyi bir termin oldu. 

Tək-tük adı xatırlanarsa, o da iĢlənməsinə olan tələbatdan doğur: o tam gündəlik deyil, artileriya 

damar problemi olduğu zaman ağla gəlir. Amma artıq ürəyin insan ruhunun mərkəzi olduğu 

xatırlanmır. Dəfələrlə bu haqqda özümə suallar vermiĢəm. Avqusto, tez-tez Ġncildən sitat 

gətirərək, ürəyinin səsini dinləyən axmaqdır deyərdi. Nədən belə olsun? Ürək bir atəĢ ocağına 

bənzədiyi üçünmü. Ora qaranlıq olduğu üçünmü, qaranlıq və atəĢin mərkəzi. Zehn nə qədər 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə