Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   15   16   17   18   19   20   21   22   23

20 dekabr 

Bu səhər Buskla dama çıxdım. Neçə il olardı ki, oranın qapısın açmırdım! Hər yan toz içindəydi, 

tirlərin künclərindən hörümçək torları sallanırdı. UĢaqkən dama çıxmağı çox sevirsən, amma 

yaĢlananda çox da xoĢuna gəlmir. Bir zaman sirrli və macəra dolu kəĢflər indi acı xatirələrə 

çevrilir. 

Noel üçün Ġsanın doğumunu canlandıran bəzək əĢyasını axtarırdım, tapmaq üçün xeyli qutu və 

iki böyük sandığı açmaq məcburiyyətində qaldım. Köhnə qəzetlərə və bezlərə sarılmıĢ olan 

Ġlarianın ən sevimli oyuncağı əlimə keçdi, uĢaqkən ən sevdiyi oyuncaq o idi. Daha altda, 

Avqustonun heç dağılmamıĢ böcəkləri, böyüdücüsü, onları toplamaq üçün istifadə etdiyi alətləri 

dururdu. QaĢıdakı bir qənnadı qutusunda Ernestonun qırmızı lentlə bağlanmıĢ məktubları vardı. 

Sənə aid heç bir Ģey yox idi. Sən gəncsən, yaĢayırsan, dam hələ ki sənə aid bir yer deyil. 

Sandıqların birindəki torbanı açanda uĢaqlıq çağlarıma aid və dağılmıĢ evimizdən çıxarılan bir 

necə parça əĢya tapdım. Yanıq, qaralmıĢ Ģeylərdi, onları müqəddəs bir qalıq kimi çıxartdım. 

Çoxu mətbəxə aid əĢyalardı: tökmə ləyən, bəyaz-mavi keramikadan hazırlanmıĢ bir qəddan, bir-

iki çəngəl, qaĢıq, bir tort qəlibi və üzsüz, dağınıq kitab səhifələri. 

Görəsən hansı kitab idı? Xatırlaya bilmirdim. Ancaq etina ilə əlimə götürüb sətirləri nəzərdən 

keçirməyə baĢlayanda hər Ģeyi xatırladım. Məni sonsuz, güclü bir həyəcan bürüdü: bu hər hansı 

bir kitab deyil, uĢaqkən ən çox sevdiyim, məni hər Ģeydən çox xəyallara sürükləyən kitabım idı. 

Adı «Ġki min ilin möcüzələri» idi və səncə bir elmi fantastika idi. Hekayə olduqca sadədi, amma 

xəyallarla doluydu. Min səkkiz yüzüncü 50 

illərin sonunda yaĢayan iki elm adamı təkamülün nəticələrini görmək üçün özlərini iki mininci 

ilə qədər yuxuya verib dondururlar. Düz yüz il sonra bir elm adamı – eyni sənətdən olan bir elm 

adamının nəvəsi – onların buzlarını əridib oyadır və kiçik, uçan bir dairənin üstündə dünyanın 

hər yerinə təbliğatçı olaraq gəzintiyə göndərirdi. Bu hekayədə kosmosdan gələnlər, kosmos 

gəmiləri yoxdur, yalnız insanın qədərini qeyri-adiləĢdirir, insan oğlunun əliylə qurduğu dünya 

araĢdırılırdı. Yazıçıya görə insan oğlu çox Ģey etmiĢdi, hamısı da qeyri-adidir. Artıq dünyada nə 

aclıq, nə də yoxsulluq vardı, texnologiya ilə birləĢən elm planetin hər guĢəsini bərəkətləndirmiĢ 

və daha da əhəmiyyətlisi bu bərəkətin bütün insanlar arasında bərabər paylanmasını təmin 

etmiĢdi. Cihazların çoxu insanların fiziki əməyini yüngülləĢdirmiĢdi, hər kəsin boĢ zamanı 

boldu, və beləcə hər kəs özündə olan ən yaxĢı cəhəti inkiĢaf etdirə bilərdi. Yer kürəsinin hər 

tərəfindən nəğmə, Ģeir, sakit və müdrik fəlsəfi deyimlər eĢidilirdi. Bu azmıĢ kimi uçan dairə 

sayəsində bir yerdən o biri yerə getmək bir saatdan az zaman aparırdı. Ġki nəfər yaĢlı elm adamı 

bu vəziyyətdən məmnun görünürdülər: onların inamla layihələĢdirdikləri hər Ģey həqiqətə 

çevrilmiĢdi. Kitabın vərəqlərini çevirərkən ən çox sevdiyim Ģəkli də tapdım: iri cüssəli, saqqallı 

Darvin və yekəqarın iki elm adamı xoĢbəxtliklə uçan dairədən yer kürəsini seyr edirlər. 

Heç bir Ģübhə qalmasın deyə biri ən maraqlandığı sualı da vermiĢdi: «Bəs anarxistlər, 

inqilabçılar hələ də varmı?». «Əlbəttə var,-deyə rəhbərləri gülümsəyərək cavab vermiĢdır, - onlar 

üçün quzey qütbünün buzları altında salınmıĢ bir kənddə yaĢayırlar, beləcə də baĢqalarına zərər 

vermək istəsələr də buna nail ola bilmirlər». Bir baĢqası da söhbətə qarıĢmıĢdı: «Bəs ordular, 

necə olur ki, bir əsgər də görünmür?». Gənc isə deyirdi: «Artıq ordu deyilən bir Ģey yoxdur». O 

anda ikisi də dərin bir nəfəs alırdı: Nəhayət insan oğlu baĢlanğıcdakı təmiz ürəkliliyinə üz 

çevirmiĢdi! Amma bu, qısa sürən bir sevinc idi, çünki rəhbər əlavə edirdi: «Eh, belə də deyil. 

Ġnsanoğlu məhvetmə ehtirasından xilas ola bilmədi, yalnız özünü cilovlamağı öyrəndi. Əskərlər, 

toplar, süngülər artıq istifadədən düĢdü. Ġndi bunların yerinə kiçik, amma təsirli bir cihaz var. 

Onun sayəsində artıq döyüĢ olmur. Bir dağın baĢına çıxıb onu aĢağı buraxmağımız bütün 

dünyanı məhv etməyə bəsdir». 

Anarxistlər! Ġnqilabçılar! Bu iki söz mənim uĢaq çağlarımın ən böyük qarabasması idi. Bəlkə 

bunları anlamaq sənə çətin gələr, amma Oktyabr çevriliĢi yaĢadığım zaman on yeddi 

yaĢındaydım. Qorxunc Ģeylərin baĢ verdiyini eĢidirdim, bir məktəb yoldaĢım mənə söyləmiĢdi 

ki, lap yaxında kazaklar Romaya, Vatikana enəcək və atlarına müqəddəs çeĢmələrdən su 

içirəcəklər. UĢaq vaxtı duyduğum bu qorxu beynimə həkk olunmuĢdu: gecə yuxuya gedərkən 

Balkanlardan sürətlə gələn atların nal səslərini eĢidirdim. 




Kim təsəvvür edərdi ki, bundan dəhĢətli səhnələr görəcəyəm, harda qalıb Roma küçələrində 

qaçan atlar! UĢaqkən bu kitabı oxuyanda hey hesablayırdım ki, görəsən iki mininci ili görə 

biləcəyəmmi? Doxsan yaĢında olmaq mənə olduqca uzaq görünürdü, amma qeyri-mümkün 

deyildi. Bu düĢüncələr mənə yüngül sərxoĢluq, iki mininci ili görə bilməyəcəklərin qarĢısında bir 

üstünlük duyğusu verirdi. 

Ġndi iki mininci ilə yaxınlaĢdığımız an artıq o günü görməyəcəyimi bilirəm. Kədərlənirəmmi? 

Xeyir, artıq çox yorğunam. Vəd edilən möcüzələrdən yalnız birini gördüm: o balaca, amma 

güclü cihazı. Görəsən həyatının son günlərində doyunca yaĢamıĢ, doyunca görmüĢ, doyunca 

eĢitmə duyğusunu qəfldən hər kəs hiss edə bilirmi? Görəsən indii yaĢadıqlarımı daĢ dövrünün 

adamı da hiss edirdimi? Ġndi geridə qoyduğum bu yüz ili düĢünəndə sanki hər gün mənə qazanc 

kimi gəlir. Bir gün, hələ bir gün: gecə günə, gün mövsümə mütənasib bir uzunluqdadır. 

Ġndi də bəzi Ģeylər daĢ dövründə olduğundan fərqli deyil. GünəĢ doğur və batır. Astronomik bir 

dəyiĢiklik varsa da bu, çox cüzidir. 

Mənə elə gəlir ki, indi hər Ģey daha sürətlidir. Tarix daha çox yenilik yaradır, bizi sürətli, bir-

birindən fərqli xəbərin yağıĢına tutur. Ġnsan günün sonunda özünü daha yorğun hiss edir, sanki 

bir həyatın sonundasan, məhv olursan. Yalnız Oktyabr çevriliĢi, kommunizmi 51 

düĢünsən bəsdir. Mən onun doğumunu yaĢadım, bolĢeviklərin üzündən gecələr yuxuya gedə 

bilmədim, onların ölkələrə yayıldığını, dünyanı ikiyə böldüyünü, burası ağ, orası qara 

dediklərini, ağla qaranın davamlı vuruĢduğunu gördüm. Bu vuruĢu nəfəs-nəfəsə izlədik: bomba 

vardı, biri çoxdan atılmıĢdı, amma hər an yenisi də atıla bilərdi. Sonra bir anda, o birilərə 

bənzəyən günlərin birində televizoru açıram və bunların artıq olmadığını görürəm, sərhədlər 

uçurulur, tel məftillər sökülür, heykəllər dağıdılır: bir aydan az bir müddətdə yüz ilin ən böyük 

utopiyası bir dinozavr halına gəlir. Artıq mumiyalandı və o, qımıltısızlığıyla çox məsum bir 

görünüĢü var, bir salonda sərgilənir, hər kəs önündən keçir və deyir: «Eh, nə böyükdü, of nə 

qorxuncdu!» 

Komunizm dedim, amma baĢqa bir Ģey də söyləyə bilərdim, gözlərimin önündən çox Ģey keçdi, 

amma heç biri qalmadı. Nədən zaman qazancdı deyirəm, anlayırsanmı? DaĢ dövründə bir ömür 

boyunca bu qədər hadisə olurdumu? Yağıntı mövsümü, çəyirtkə istilası, bir-birini sevməyən 

qonĢuların davası, bəlkə də duman püskürən bir krater açan göydaĢının düĢməsi. Ġnsanın öz 

tarlasından, öz nəhrindən o yanda bir Ģey yox idi, dünyanın geri qalan hissələrindən xəbərsiz 

olmaqla zaman təbii olaraq daha yavaĢ axırdı. 

Çinlilər bir-birinə deyərmiĢ ki, maraqlı illər görəsən. Səncə bu yaxĢı bir arzudur? DüĢünmürəm, 

bu arzudan çox bir lənəti xatırladır. Maraqlı illər ən qalmaqallı hadisələrə Ģahid illərdir. Maraqlı 

illər yaĢadım, amma bəlkə də sənin yaĢadıqların daha da maraqlı olacaq. Yalnız bəsit bir 

astronomik hesab da olsa, bir minilliyin bitməsi özü qədər müdhiĢ bir həyəcan gətirir. 

Səhərlər ağacdakı quĢlar iki mininci ilin yanvarın birində olduğu kimi eynilə 31 dekabr min 

doqquz yüz doxsan doqquzcu ilin səhərində oyandıqları saatda gözlərini açacaqlar, eyni tərzdə 

ötəcək, həmiĢə olduğu kimi yem axtarmağa gedəcəklər. Halbuki insanlar üçün isə fərqli olacaq. 

Bəlkə də – təxmin edilən cəzanı hələ almadılarsa – daha yaxĢı bir dünya üçün, yaxĢı niyyətlə 

çalıĢmağa baĢlayacaqlar. Belə olacaqmı? Bəlkə də. Bu ana qədər gördüyüm siqnalların hamsı 

dəyiĢik, bir-birindən fərqlidir. Bu gün insanın istəklərinə dustaq, qarıĢıq və çox təhlükəli 

cihazlardan istifadəyə meyilli biri olduğunu düĢünürəm, bir ayrı gün isə artıq pis günlərin geridə 

qaldığını ruhun ən ali tərəflərinin artıq ortaya çıxmağına qərar verirəm. Görəsən hansı ittiham 

doğrudur? Kim bilər, bəlkə ikisi də yox, bəlkə də iki minilliyin ilk gecəsində göy üzü insan 

oğlunu, axmaqlığı və gücünü müdriksizcəsinəə xərclədiyi üçün cəzalandıracaq və yer üzünə atəĢ 

və daĢ yağdıracaq. 

Ġki mininci ildə sən iyirmi dörd yaĢında olacaqsan və bunları görəcəksən, halbuki mən itməyən 

marağımı məzarıma sürükləyərək artıq bu dünyanı tərk edəcəyəm. Bu yenilikləri qarĢılamağa 

hazır olacaqsanmı və bunlar səni qane edəcəkmi? Bu anda göydən bir pəri ensə və mənə üç 

diləyimi soruĢsa nə istədiyimi bilirsənmi? Məni bir siçana, hamsterə, ya da ev hörümçəyinə, yəni 

görünmədən sənin yanında qala biləcək bir Ģeyə döndərməsini istəyərdim. Sənin necə bir 

gələcəyin olacaq, bilmirəm, xəyal da edə bilmirəm, səni çox sevdiyim üçün də bunu bilməmək 




mənə əzab verir. Bir neçə dəfə bu məsələdən söz açdıq, sən gələcəyi heç də rahat görmürdün: 

yeniyetməliyə xas o mütləqçi anlayıĢınla düĢünürdün ki, arxanca gəzən bədbəxtlik səni bəlli 

olmayan bir vaxta qədər izləyəcək. Mənsə tam tərsinə düĢünürəm. Səni belə düĢündürən nədir, 

deyə soruĢacaqsan. Buskun məsələsinə görə. Çünki sən it fermasında onu seçdiyin zaman, yalnız 

daha çox itin arasından birini seçdiyinə inanırdım. O üç gün ərzində sən həqiqətən daxili 

dünyanda daha inamlı bir vuruĢu nümayiĢ etdirdin: görüntü və ürəyinin səsi arasında, sən heç bir 

Ģübhə duymadan, çox düĢünmədən ürəyinin səsini dinlədin. 

O yaĢda olsaydım, bəlkə mən yumĢaq və ehtiĢamlı, gəzinərkən mənə qısqanacaqları tərzdə əsilli, 

müĢk ətirli, bir it seçərdim. Ġnamsızlığım, böyüdüyüm Ģərait mənə çoxdan xarici görünüĢə 

üstünlük verməyi tərbiyə etmiĢdi. 

52 

21 dekabr 



Dünən damda uzun axtarıĢdan sonra özümlə Noel bəzəklərini və yanğından xilas olan tort 

qəlibini aĢağıya endirdim. Deyəcəksən ki, Noel bəzəklərini baĢa düĢdüm Noeldəyik, bəs tort 

qəlibi nədir? Bu qəlib mənim nənəmə, yəni sənin nənəin nənəsinə aiddi və ailəmizin qadın 

tarixindən miras qalan tək əĢyadır. Uzun müddət damda qaldığı üçün pastlanmıĢdı, onu o dəqiqə 

mətbəxə apardım, əlüzyuyanda sağlam əllərimlə sürtgəclə təmizləməyə baĢladım. Bir düĢünsənə, 

bütün varlığı boyunca neçə dəfə sobaya girib çıxmıĢdır, neçə dənə bir-birinə bənzəyən, amma 

fərqli əl onun üçün xəmir hazırlamıĢdır. Daha uzun ömürlü olsun deyə onu aĢağı endirdim, sən 

də ondan istifadə et və hətta qızlarına təslim et, o da öz təvazökar qəlblik tarixində nəsillər 

boyunca ailəmizin tarixini xatırlatsın, əks etdirsin. 

Onu sandığın dibində görər-görməz səninlə münasibətimizin son dəfə yaxĢı olduğu günü 

xatırladım. Nə zaman olmuĢdur! Bir il, ya da daha çox oldu. Nahardan bir az sonra qapını 

döymədən otağıma girmiĢdin, əllərimi sinəmdə qoĢalaĢdırıb yatır, dincəlirdim; məni belə 

görəndə gözyaĢlarını axıdaraq ağlamağa baĢladın. Hıçqırıq səsinə oyandım. «Nə var?» -deyə bir 

yandan da oturmağa çalıĢaraq soruĢdum. 

- «Nə oldu?». 

-«Lap yaxında öləcəksən» - deyərək daha bərk ağlamağa baĢladın. Gülərək: «Eh, Allahım, ümid 

edirəm ki, o qədər yaxında da yox,- dedim və sonra əlavə etdim, -bilirsənmi, sənə bilmədiyin 

mənimsə bildiyim bir Ģey öyrədəcəyəm, beləcə artıq burda olmadığım zaman bunu edib məni 

xatırlayacaqsan». Ayağa qalxdım, sən də boynuma sarıldın. Məni də bürüyən hisslərdən xilas 

olmaq üçün dedim: «Ġndi sənə nə öyrətməyimi istəyirsən». Göz yaĢlarını qurulayaraq bir az 

düĢündün və: «bir keks» - dedin. Sonra mətbəxə getdik, uzun bir döyüĢə giriĢdik. Əvvəl dirəndin 

ki, önlük taxmayasan, «indi önlük taxsam, sonra sıra biqudilərə və baĢmaqlara gələcək, nə 

qorxuncdur» - deyirdin. Növbə yumurtanın ağlarından qar hazırlamağa gələndə hafizənin 

gücsüzlüyündən gileyləndin, sonra yağı yumurta sarılarıyla tam həll etmədiyin üçün hirsləndin. 

«Soba kifayət qədər isti deyil» -deyə deyindin. ġokalat əritdiyim qaĢığı yalayarkən burnumun 

ucu qəhvərəngində oldu. Məni belə gördükdə qəhqəhə çəkərək gülməyə baĢladın. «Bu yaĢında,- 

deyirdin, - utanmırsanmı, burununu ucu köpək kimi ləkəlidir!» 

O sadə keksi hazırlamaq üçün nahardan sonra bütün günü çalıĢdıq, mətbəxi acınacaqlı bir hala 

saldıq. Qəfldən aramızda sonsuz bir yumĢaqlıq, günah ortaqlığına dayanaqlı bir nəĢə əmələ gəldi. 

Nəhayət, keks sobaya salınanda və sən ĢüĢənin arxasından onun yavaĢ-yavaĢ qızarıb qabarmasını 

seyr edərkən birdən-birə bu keksi niyə biĢirdiyini xatırlayıb ağlamağa baĢladın. Sobanın önündə 

səni ovutmağa çalıĢırdım. «Ağlama, -deyirdim, -səndən qabaq dünyanı tərk edəcəyim doğrudur, 

amma burada olmadığım zaman da, hələ yaĢayacağam, sənin hafizəndəki gözəl xatirələrdə 

yaĢayacağam: ağaclara, bostana, bağçaya baxdıqda səninlə birlikdə keçirdiyimiz bütün xoĢbəxt 

anları xatırlayacaqsan. Mənim oturacağımda oturanda, bu gün öyrətdiyim keksi hazırlayanda da 

eyni Ģey olacaq və məni burnum qəhvərəngində qarĢında görəcəksən». 

22 dekabr 

Bu gün səhər yeməyindən sonra zala getdim və Ġsanın doğumunu canlandıran bəzəyimi hər 

zamankı yerinə, buxarının yanına yerləĢdirdim. Əvvəl yaĢıl kartonu sərdim, quru samanları, 

xurma ağaclarını, Həzrəti Yusif və Məryəm Ananını içində olduğu daxmanı, öküzü, eĢĢəyi və 




ətrafa yayılmıĢ çobanları, qazlarıyla kəndli qadınları, çalğıçıları, donuzları balıqçıları, xoruzları, 

toyuqları, qoyunları və keçiləri onun üzərinə düzdüm. Kəndin üstünə yapıĢqan bantla göyün 

mavi kağızını yapıĢdırdım. Kometanı xalatımın sağ cibinə, xəbərçi kralları sol cibimə qoydum; 

sonra tağın o biri tərəfinə gedib ulduzu bufetin üstünə asdım; altına, bir az o yana Kralları və 

dəvələri düzdüm. 

53 


Xatırlayırsanmı? Sən kiçikkkən uĢaqlara xas o düzgün marağınla ulduzun və üç kralın daxmaya 

yaxın olmalarına hirslənərdin. Uzaqda olanlar yavaĢ-yavaĢ irəliləməliydilər, ulduz bir az 

qabaqda, üç Kral arxasında durmalıydı. Eyni tərzdə Ġsa körpənin də ən baĢdan yeməyə 

oturmasına dözməzdin, bu səbəbdən gecə on ikidə onu axıra havadan endirirdik. Qoyunları yaĢıl 

xalıların üzərinə düzərək ağlıma sevdiyin bir Ģey də gəldi: bu sənin uydurduğun bir oyundu və 

təkrarlamaqdan heç bezməzdin. Bunu etməkçün Pasxadan ilhamlandığını sanıram. 

Pasxa bayramında rəngli yumurtaları baxçada saxlamağı vərdiĢ etmiĢdim. Sən də Noeldə 

yumurta yerinə qoyunları saxlayırdın, gözümdən yayındığın an sürüdən birinin götürür və ağla 

gəlməyən yerlərdə saxlayardın sonra harda olsan da yanıma gəlir və ümidsizcəsinə mələməyə 

baĢlayardın, əlimdəki iĢi buraxır, « hardasan itkin qoyuncuq, yerini söylə, səni xilas edim»- 

deyərək axtarırdım. 

Balaca qoyun indi hardasan? Bunları yazarkən sən kaktuslar, Koyote çaqqalları arasındasan, 

oxuyarkən burda olacaqsan, mənim əĢyalarım da çoxdan dama çıxarılacaq. Söylədiklərim səni 

xilas edə biləcəkmi? Xeyir, belə bir iddiam yoxdur. Bəlkə səni narahat edəcək, burdan 

ayrılmadan sahib olduğun o pis təəssüratları qüvvətləndirəcək. YaĢlandığında bəlkə də məni 

ancaq uzlaĢmaqdan mərhəmətə uzanan o əsrarəngiz yolu aĢmıĢ anlaya biləcəksən. 

Mərhəmət deyirəm, diqqət et, iztirab deyil. Duyğudan iztirab olursa, o pis ruhlar kimi enib sənə 

əziyyət verərəm. Amma təvazökar olmaqdansa, bəsit bir qız olmağı üstün tutsan, susmaq lazım 

gəldiyində boĢ dedi-qodularla uysan da eyni Ģeyi edəcəm. Lampalar partlayacaq, tabaqlar 

rəflərdən uçacaq, tumanlar çilçıraqlardan sallanacaq, səhər günəĢ doğduğu andan gecə 

yarısınadək səni bir an belə rahat buraxmayacağam. 

Xeyir, bunlar doğru deyil, heç bir Ģey etməyəcəyəm. Harda olsam da səni görmə imkanı olarsa, 

mənasız keçirilmiĢ bir həyat görəndə necə üzülürdümsə elə üzüləcəm, eĢq qaçıĢını 

tamamlamamıĢ bir həyat məni kədərləndirir. Özünə diqqət et. Böyüyəndə səhvlərin yerinə 

doğruları qoymaq istəyəndə xatırla:Ġlk çevriliĢi insan öz içində etməlidir, bəli ilk və ən 

əhəmiyyətli çevriliĢ budur. Ġnsan özü haqqında bir düĢüncəyə sahib deyildisə, bir məqsəd 

uğrunda vuruĢmaq atılacaq ən təhlükəli addımdır. 

Yolunu itirdiyini, çaĢdığını hiss etdiyin zaman ağacları düĢün, onların böyümə tərzini xatırla. 

Unutma ki, yarpağı gur, amma kökü zəif bir ağac ilk güclü ruzgarda aĢar, halbuki kökü güclü və 

yarpağı seyrək ağacda canının suyu min bir qüvvəylə dolaĢır. Köklər və yarpaqlar eyni ölçüdə 

mütənasib olmalıdır, hadisələri izləyib, düzgün nəticə çıxarmağı bacarmalısan, ancaq bu yolla 

gölgə və sığınacaq tapırsan, ancaq beləcə doğru mövsümdə çiçəklər və meyvələrlə dolana 

bilərsən. 

QarĢında xeyli yol açıldıqda hansını seçəcəyini bilmədiyin zaman, hər hansı birinə o an qədəm 

qoyma, otur və gözlə. Dünyaya gəldiyin gün necə inamla və dərindən nəfəs aldınsa eləcə nəfəs 

al, heç bir Ģeyin sənin diqqətini dağıtmasına yol vermə, gözlə və yenə gözlə. Dur, səssizcə dur və 



ürəyini dinlə. Səninlə danıĢdığı zaman qalx və ÜRƏYĠNĠN APARDIĞI YERƏ GET. 

54 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə