sevincliydim. Elə hiss edirdim ki, həyatımın ən yüksək, ən sağlam hissəsindəyəm, əmin idim ki,
məni bu nöqtədən heç bir Ģey və heç kim tərpətməyəcək. Hər Ģeyi anlayan insanlara xas bir
inama sahib olmuĢdum. Elə sanırdım ki, bu zamana qədər yolları öz ayaqlarımla aĢmıĢam,
halbuki təkbaĢıma heç bir addım belə atmamıĢdım. Hiss etməsəm də altımda bir at vardı və
irəliləyən elə o idi, mən yox. At itər-itməz ayaqlarımın nə qədər çəlimsiz olduğunu hiss etdim.
Addımlarım kiçik bir uĢağın, ya da yaĢlılarınki kimi gücsüzdü. Bir anda hər hansı bir çəlikə
söykənməyi düĢündüm: bu din, ya da bir iĢlə məĢğul olmaq ola bilərdi. Bu da qısa sürən bir
düĢüncə oldu. O an düĢündüm ki, bu yeni bir səhvdən baĢqa bir Ģey olmayacaqdı. Artıq qırx
yaĢında yeni səhvlərə yer yoxdur. Bir an üçün insan çılpaq olduğunu duyarsa, aynaya olduğu
kimi baxmaq cəsarətini özündə tapmalıdır. Hər Ģeyə yenidən baĢlamalıydım. Söyləmək asan,
ancaq həyata keçirilməsi çox çətindir. Mən harda idim? Mən kimi idim? Son dəfə mən özüm nə
vaxt olmuĢdum? Söylədiyim kimi nahardan sonra bütün vaxtımı gəzinərək keçirirdim. Bəzən
tənhalığın halımı daha da pisləĢdirəcəyini hiss edən an kəndə enir, kütləyə qarıĢır, tanıĢ
küçələrdə təsəlli axtarırdım. Sanki mənim də bir iĢim vardı, Avqusto çıxan kimi çıxır, onunla
birlikdə evə dönürdüm. Məni müalicə edən həkim ona söyləmiĢdi ki, bəzi ruh düĢkünlüyü
zamanı belə davamlı hərəkət etmək istəyənlər də olur. Ġntihar fikrinə düĢmədiyimə görə
gəzməyimin bir təhlükəsi yoxdur. Avqustoya görə, əlbəttə bir gün qaça-qaça yorulacaqdım.
Avqusto həkimin bu açıqlaması ilə kifayətlənmiĢdi. Həqiqətən inanmıĢdımı, bilmirəm, bəlkə də
soruĢmağa tənbəllik edirdi, ya da rahatlığını pozmaq istəmirdi, mən isə bir kənara çəkilib bu
bədbəxtliyimi əngəlləmədiyi üçün ona minnətdar idim.
Həkim bir məsələdə haqlıydı ki, bu böhranlı halımda intihar fikrinə düĢmürdüm. Qəribədi, amma
həqiqətən beləydi. Ernestonun ölümündən sonra bir an olsa belə özümü öldürmək fikrinə
düĢmədim, düĢünmə ki, Ġlaria buna əngəl olurdu. Söylədim ki, o anda heç bir Ģey fikrimdə
deyildi. Daxilimdən bir səs mənə bu ani ölümün arxasında yatan həqiqətin belə olmadığını,
olmamasının lazımlığını söyləyirdi. Burda bir məna vardı, bu məna isə mənim önümdə nəhəng
bir nərdivan kimi yüksəlirdi. Görəsən bu ona görə önümdəydi ki, onu aĢım? Bəlkə də bəli, amma
arxasında nə olduğunu kəĢf edə bilmirdim. Görəsən dırmaĢsam arxasında nəyi görəcəkdim?
Bir gün avtomobillə əvvəllər heç görmədiyim bir yerə gəldim. Ətrafında kiçik qəbirstanlığı olan
bir kilsə vardı, ağaclarla əhatəli yamacların birinin zirvəsindən tarixin izləri görünürdü. Kilsənin
bir az o yanında iki-üç kəndlinin evi vardı, toyuqlar yollarda sərbəst gəzinir, ara-bir itlər hürürdü.
«Tabelada Samatorza» yazılmıĢdı. Samatorza adı mənə tənhalığı, düĢüncələrin toplana biləcəyi
bir yeri yada salırdı. Ordan daĢlı bir cığır baĢlayırdı. Haraya getdiyimi bilmədən qaçmağa
baĢladım. GünəĢ batmağa baĢlamıĢdı, amma yeridikcə durmaq istəmirdim, arada-bir rastlaĢdığım
canlılar məni həyəcanlandırırdı.
Ġrəlidə məni çağıran nəsə vardı, bunun nə olduğunu irəlidə, ağacların seyrəldiyi yerdə anladım,
ortada vüqarlı, məni qucaqlamaq üçün açdığı qollarıyla əzəmətli bir çinar vardı.
Gülüncdü, amma onu görər-görməz ürəyim baĢqa cür döyünməyə baĢladı, döymək də deyil, dəli
kimiydi, sanki sevinmiĢ bir heyvan idi, Ernestonu gördüyüm zaman belə 46
döyünərdi. Çinarın altında oturdum, onu oxĢadım, çiynimi və peysərimi onun gövdəsinə
dayadım.
UĢaqkən köhnə yunan dəftərimin üzünə belə yazmıĢdım: «Gnosei Seauton». Çinarın altında
hafizəmə hopmuĢ olan bu cümlə qəfldən ağlıma gəldi. «Özünü tanı» -söyləyərək dərin bir nəfəs
aldım.
16 dekabr
Bu gecə qar yağdı, oyananda bağçanın ağappaq olduğunu gördüm. Busk çəmənlikdə dəli kimi
qaçır, tullanır, hürür, ağzına bir budaq götürüb havaya atırdı. Sonra Razman xanım mənə baĢ
çəkməyə gəldi, bir qəhvə içdik, Noel gecəsini birlikdə keçirmək üçün məni dəvət etdi.
GetməmiĢdən: «Bütün günü nə edirsiniz?»-deyə soruĢdu. Çiynimi silkələdim. «Heç»-deyə cavab
verdim, - «bir az televizora baxıram, bir az düĢünürəm».
Sənin barəndə heç nə soruĢmur, sözü oraya gətirməyə çalıĢır, amma səs tonundan anlayıram ki,
sənin nankor olduğunu düĢünür. Bunu xüsusilə deyir ki, gənclər qəlbsizdirlər, artıq onlarda
əvvəlkilər tək hörmət yoxdur. Sözü uzatmasın deyə onu təsdiqləyirəm, amma ürəkdən inanıram
ki, ürəklərdə heç bir dəyiĢiklik yoxdur, yalnız indi az saxtakarlıq var, bu qədər. DüĢünürəm ki,
yaĢlıları təbiətləri qədər müdrik olmadıqları kimi, gənclər də təbiətləri qədər xudbin deyillər.
Anlamaq və anlamamaq yaĢla deyil, hər kəsin haqq etdiyi yola əlaqəlidir. Yaxın zamanlarda bir
yerdə oxuduğuma görə Amerika qızıldərililərinin belə bir deyimi vardır: «Bir insanı mühakimə
etməmiĢdən qabaq göydə üç ay azalana qədər onun molekullarında yeri». O qədər xoĢuma gəldi
ki, unutmamaq üçün telefonun yanındakı qeyd dəftərinə yazdım. Kənardan baxanda çoxlarının
həyatı barədə səhv, məntiqsiz fikrə gələ bilərsən. Onlardan kənarda qaldığın müddətdə insanları
və onların münasibətlərini səhv mühakimə edə bilərsən. Yalnız içindən, yalnız göydə üç ay
dəyiĢənə qədər onun molekullarının içində yeriyərək stimullar, duyğular, insanı elə deyil, belə
davranmağa istiqamətləndirənin nə olduğunu anlaya bilərsən. Anlamaq qürurlu savadla deyil,
təvazökarlıqla yaranır. Görəsən bu hekayəni oxuduqdan sonra sən də mənim baĢmaqlarımı
ayağına keçirəcəksənmi? Ümid edirəm ki, edərsən. Ümid edirəm mənim tərliklərimlə uzun
müddət otağdan-otağa gəzər, bağçada bir dəfə dolanar, qoz ağacından gilas ağacına, gilas
ağacından gülə, güldən bağın ətəyindəki o sevimsiz qara Ģam ağaclarına tərəf yeriyərsən. Bunu
edəcəyini ümid edirəm. Bu sənin Ģəfqətini diləndiyim, gecikmiĢ bir bəraət üçün deyil, sənin
üçün, sənin gələcəyin üçün lazımdır. Haradan gəldiyini, arxamızda nələrin olub-bitdiyini
anlamaq, yalan-palansız irəliləyə bilmək üçün ilk addımdır.
Bu məktubu anana yazmalıydım, halbuki sənə yazdım. Heç yazmasaydım onda mənim varlığım
tam mənasız olardı. Hər kəs səhv edə bilər, amma bunlardan dərs götürmədən irəliləmək həyatın
mənasızlığına yol açar. BaĢımıza gələnlər heç bir zaman səbəbsiz deyildir, hər birinin öz mənası
vardır. Hər qarĢılaĢma, hər kiçik hadisə içində bir məna yerləĢdirir. Ġnsanın özünü anlaya bilməsi
onu qəbul etmək səlahiyyətindən, hər vəziyyətdə yön dəyiĢdirə bilmə bacarığından, kərtənkələlər
kimi mövsüm dəyiĢikliklərində köhnə dərini tərk edə bilməsindən yaranır.
Təxminən qırx yaĢındaykən o gün yunan dəftərimdəki cümləni xatırlaya bilməsəydim, irəli
getmədən orda bir nöqtə qoymasaydım, o ana qədər etdiyim səhvləri təkrarlayacaqdim.
Ernestoya aid xatirələrdən yaxa qurtarmaq üçün yeni bir sevgili tapa bilərdim… Amma heç
kimsə onun tayı olmayacaqdı. Bəlkə gülünc bir qarı olacaqdım. Ya da ki, Avqustoya nifrət edə
bilərdim. Mənim daha cəsarətli qərarlara gəlməyimə əngəl olan onun varlığı deyildimi?
Anlayırsanmı? Ġnsan öz daxili dünyasına baxmaq istəmədiyi zamanda daha asanlıqla bəhanələr
tapır. Hər kəs günah iĢlədə bilər. Günahın – ya da məsuliyyətin – yalnız bizə aid olduğunu qəbul
etmək çox cəsarət tələb edir. Yenə də sənə söylədiyim kimi irəliləlmək üçün tək yol budur. Əgər
həyat bir yoldursa, həmiĢə yoxuĢ yuxarı gedən bir yoldur.
47
Qırx yaĢımdaykən anladım ki, yola hardan baĢlayacağam. Haraya çatacağımın lazım olduğunu
anlamağım isə əngəlli, böyük bir enerji tələb edən proses oldu. Ġndi televizorda, qəzetlərdə
görürük ki, saxta övliyalar, peyğəmbərlər törəyir; bugundən sabaha onların törəmələri də çayır
otu kimi artır. Bütün bu təriqət liderlərinin, rahat və beynəlmiləl uyğunluğunu öz daxilində tapa
bilmək üçün təklif etdiyi yolların artması məni ürküdür. Bunlar böyük və ümumi bir çaĢqınlığın
antenalarıdır. Geci-tezi bir minilliyin sonundayıq, tarix bəsit bir ədəd sırasını göstərsə də yenə də
insanı ürküdür, hər kəs qorxunc bir Ģeyin baĢ verəcəyini gözləyir, buna görə hazırlıqlı olmağa
çalıĢırlar. Bu səbəblə də mollalara gedir, özləri tapmaq üçün məktəblərə yazılırlar, bu iĢlərə bir
ay davam etdikdən sonra peyğəmbərləri, övliyaları fərqləndirə biləcək bir qürura bürünürlər. Nə
qədər böyük, nə çox təkrarlanan, nə qədər qorxunc bir yalandır!
Mövcud olan tək həqiqət və inanılası müəllim insanın öz vicdanıdır. Buna yiyələnmək üçün
tənha və sakitlikdə qalmaq, çılpaq torpağa, çılpaq və ətrafında heç bir Ģeyin olmaması Ģərtiylə
sanki ölmüĢ kimi oturmalısan. Əvvəla, heç bir Ģey hiss etməzsən, tək dərk etdiyin qorxudur,
amma sonra dərindən, uzaqdan bir səs eĢitməyə baĢlayarsan, bu durğun bir səsdir, və bəlkə də ilk
anda yeksənəkliyi səni narahat edir. Qəribədir, ən ali sözləri eĢitmək istəyərkən qarĢına ən
əhəmiyyətsizləri çıxar. Bunlar elə kiçik və tanıĢ Ģeylərdir ki, bağırmağın gəlir: «Necə yəni,
hamısı budurmu?». «Həyatın bir mənası varsa, – səs sənə deyəcəkdir, –bu məna ölümdür, baĢqa
Ģeylər onun ətrafında fırlanır». Bu nöqtədə kəĢf etdim deyəcəksən, amma qorxunc kəĢfdir, hər
insan, ən uzunömürlü insan belə bilir ki, gec-tez öləcəkdir. Doğrudur, düĢüncələrimizdə bunu