görüntü, amma bütün mənasızlığı ilə sənə duyduqlarımı ötürə bilir. Bir il keçdikdən sonra əzaba
bir də incimə duyğusu əlavə olundu. Ġnsanların qurban edilməsinə son qoymaq üçün heç kimin
bir səy göstərməməsinə inana bilmirdim. Sonra vəziyyətlə barıĢmaq məcburiyyətində qaldım.
Orda neft quyuları deyil, yalnız qayalıq dağlar vardı. Zaman keçdikcə incikliyim qəzəbə döndü
və bu qəzəb məni höcətcil bir ağac qurdu kimi hələ də içdən gəmirir.
Bu yaĢımda bir döyüĢün məni belə təsirləndirməsi gülüncdü. Əslində dünyanın hər yerində, hər
an döyüĢ gedir, səksən ildə buna alıĢmalı, bərkiməliydim. Doğulduğum gündən bəri Karsonun
yüksək və sarı otları didərginlərin, məğlub olmuĢ, dağıdılmıĢ ordular tərəfindən tapdalandı; əvvəl
yüksək yaylalarda partlayan bombalarla birlikdə döyüĢ piyadalarını daĢıyan qatarları, sonra
Rusya və Yunanıstanın müharibə veteranları, faĢizmin və nasizmin qurbanları keçib ketdilər və
indi sərhəddə yenə də top səsləri eĢidilir, Balkanlarda böyük qiyamdan xilas olmaq istəyən
məsum insanlar toplu halında evlərini, yurdlarını tərk etmək məcburiyyətindədirlər.
Bir neçə il əvvəl qatarla Triestedən Venedikə gedərkən bir ekstrasenslə eyni kupedə qaldıq.
Məndən bir az gənc olan bu xanımın baĢında əzilmiĢ bir Ģapka vardı. Təbii olaraq onun bir
ekstrasens olduğunu bilmirdim, yanımdakı xanıma söyləyəndə eĢitmiĢdim.
Karsonun dağlarından keçəndə deyirdi ki, bilirsinizmi, mən burada piyada yerisəm bütün
ölülərin çığırtılarını eĢidirəm, sarsılmadan keçməyim mümkün deyil. Hamısı qorxunc tərzdə
bağırıĢırdılar, gənclər daha dəhĢətlə bağırırlar». Sonra o, xanıma harda bir təsirli əhvalat
yaĢanmıĢsa atmosferində bəzi Ģeylərin sonsuza qədər dəyiĢdiyini baĢa salırdı: Hava tarazılığını
itirir, pozulurdu və bu yerdə hava baĢqa fəlakətlərin yaranmasını yaradacaq bir gücə bünövrə
yaradırdı. Belə ki, bu o deməkdir ki, qan tökülən bir yerə təkrar-təkrar qan töküləcəkdir.
Ekstrasens sözünü bitirərkən demiĢdi: «Yer üzü bir vampirə bənzəyir, qanın dadını bir dəfə
aldımı yenidən istəyir, yenisini və daha çox arzulayır». 37
Ġllərlə özümdən soruĢdum ki, görəsən yaĢadığımız bu yerlərdə lənətlənibmi?! Bunu soruĢar,
amma bir cavab tapmırdım. Səninlə həmiĢə Monrupino qayalığına gedərdik, xatırlayırsanmı?
Quzey ruzgarları əsərkən mənzərəli yerləri saatlarla seyr edərək vaxt keçirirdik, özümüzü sanki
bir təyyarədə oturub aĢağıya baxanlar kimi hiss edərdik. Üç yüz altmıĢ dərəcəlik bir görüntü
meydanı vardı, kim daha qabaq Dolomitlərin zirvəsini tapacaq, kim Venediyi seçə biləcək deyə
səninlə yarıĢırdıq. Ġndi oraya getmək üçün bədənimin taqəti olmadığından gözlərimi yummağım
lazımdır.
YaddaĢın böyüklüyü sayəsində sanki o qayaların seyr nöqtəsində oturmuĢam, hər Ģey gözümün
önündə, ətrafımda peydə olur. Heç bir Ģey əksik deyil, hətta ruzgarın səsini, seçdiyim mövsümün
qoxusunu da duyuram. Orada otururam, bir zaman yaranmıĢ əhəng sütunları, geniĢ bəhrəsiz
torpaqların üstündə irəliləyən zirehli qoĢunları, dənizin maviliyinə doğru yüksələn Ġstria burnunu
görürəm, ətrafımdakı hər Ģeyə bir-bir baxıram və özümdən, kimbilir, neçənci dəfə soruĢuram:
«burda pozuq, kəskin bir not varsa hardadır?»
Bu mənzərəni çox sevirəm və bəlkə də cavab verə bilməməyimin də səbəbi bu sevgidir, əmin
olduğum tək Ģey bu mənzərələrin burda yaĢayan insanlara güclü təsiridir. Mən, ümumiyyətlə
belə sərt və incik bir insanamsa, sən də eləsən. Buna görə Karsoya, onun aĢındırma gücünə,
rənglərinə və onu qamçılayan ruzgara borcluyuq. Biz, nə bilim, Umbria təpələri arasında
doğulsaydıq daha yumĢaq təbiətli olardıq, hiddət bizim xasiyyətimiz olmazdı. Daha yaxĢı olardı?
Bilmirəm. YaĢanmayan bir Ģeyin xəyalı qurulmaz!
Nə isə, bu səhər kiçik bir uğursuzluq yaĢadım; mətbəxə girən an balaca quĢu bezlərın arasında
cansız gördüm. Son iki gündə nisgilləmiĢdi, az yeyir, hətta iki loxma arasında da yuxuya gedirdi.
Gün doğmamıĢdan qabaq ölməliydi, çünki əlimə götürəndə sanki boynu qırılmıĢ yay kimi yana
düĢdü. YumĢaq və soyuq idi. Onu bir parçaya bürüməmiĢdən qabaq bir xeyli oxĢadım. Bir az
isitmək istəyirdim. Bayırda lopa-lopa qar yağırdı. Busku bir otağa salıb bayıra çıxdım. Kürəyi
aldım, yeri qazmağa taqətim olmadığından torpağın ən yumĢaq olduğu ləki seçdim. Ayağımla
kiçik bir çuxur açdım, quĢu oraya qoyub üstünü örtdüm və evə dönmədən quĢları basdırarkən
etdiyimiz duanı oxudum: «Tanrım, bu balaca canı da o birilər kimi yanına qəbul et».
Sən uĢaqkən nə qədər canlının köməyinə çatıb xilas etməyə çalıĢırdıq? Hər fırtınalı gündən sonra
yaralı bir quĢ tapırdıq; sərçələr, qaratoyuqlar, qaranquĢlar… Onların yaĢaması üçün əlimizdən
gələni edərdik, amma bizim səylərimiz hər zaman eyni nəticəni verməzdi. Bir gündən o birinə
keçməmĢ ölərdilər. Aman Allah, o gün nəecə bir faciə yaranırdı, bu bir neçə dəfə təkrarlansa da
sən pəriĢan olurdun. Onları basdırarkən burununu silər, gözlərini əllərinlə qurulayardın, sonra da
otağına çəkilib yas saxlayardın.
Bir gün məndən, ananı necə tapacağımızı soruĢdun, göy üzü o qədər böyük idi ki, itmək çətin
deyildi. Mən də sənə göy üzünün böyük bir otelə bənzədiyini, yuxarıda hər kəsin bir otağı
olduğunu, bir-birilərini sevən insanların o otaqlarda görüĢüb sonsuza qədər birlikdə yaĢadıqlarını
söyləmiĢdim. Bu fikir səni bir müddət rahatlamıĢdı. Amma dördüncü, ya da beĢinci akvarium
balığın öləndə mövzu yenə gündəliyə gəldi və mənə dedin: «YaxĢı da, yer qalmazsa?». «Yer
qalmazsa, -deyə səni cavab verdım, -gözlərini bir an üçün yumub bir dəqiqə müddətində geniĢlən
otaq!» -deyə düĢünmək bəsdir. O zaman otaq böyüyər və yer açılar».
Bu uĢaqlıq anlarının xatirələrini hələ hafizəndə saxlayırsanmı, yoxsa zırhın onları sürgünə
göndərdi? Bu gün quĢcuğazı basdırarkən ağlıma gəldi, «geniĢlən otaq!» - nə gözəl bir sehrdir!
Əlbəttə anan, qaranquĢlar, sərçələr, akvarium balıqları deyərkən sənin otağın bir stadionların
tribunaları kimi dolmuĢ olmalıdı. Yaxında mən də bu dünyanı tərk edəcəyəm, məni otağına
qəbul edəcəksənmi, yoxsa yaxınlıqda bir yermi kirayələmək məcburiyyətində qalacam? Ġlk
sevdiyim insanı da dəvət edə bilərəmmi, sonda səni həqiqi babanla tanıĢ edə bilərəmmi?
38
Həmin gün, sentyabr axĢamı Porretta dayanacağında qatardan enəndə nələri düĢünüb, nələri
xəyal etmiĢdim? Qəti olaraq heç bir Ģeyi. Havada Ģabalıd ağaclarının qoxusu vardı və
düĢündüyüm sifariĢ verdiyim pansionu tapa bilmək idi. O zamanlar daha çox təcrübəsiz, taleyin
aramsız iĢlərindən xəbərsizdim. Tək inamım gələcəyimin iradəmi yaxĢı, ya da pis yolda
istifadəmə bağlı olaraq peyda olacaqdı. Perona addımımı atdığım və çamadanı yerə qoyduğum
anda iradəm zəiflədi, heç bir Ģey istəmirdim, ya da bir Ģey istəyirdim, o da rahatlığa qovuĢmaqdı.
Babanla ilk axĢam qarĢılaĢdım, qaldığım pansionda bir nəfərlə yemək yeyirdi. Olduqca kəskin
bir səslə siyasi mövzuda mübahisə edirdi, səsinin tonu məni o an narahat etdi. Yemək yeyərkən
bir neçə dəfə qəzəblə gözlərimi ona dikdim. Sabahısı gün onun sanatoriyanın həkimi olduğunu
öyrənəndə necə çaĢdım! On dəqiqəyə qədər mənə sağlamlığım mövzusunda suallar verdi.
Qəlbimi dinləyərkən qıĢqırırmıĢ kimi: «Ey, bu nə qorxudur!» dedi və qəhqəhə çəkdi. Təzyiq
cihazını qurmasıyla civə ən yüksək dərəcəyə çatdı. «Yüksək təzyiqdənmi gileylənirsiniz?»-deyə
bu dəfə soruĢdu. Öz özümə çox qəzəblənmiĢdim, bu qədər qorxmalı bir Ģey yoxdu deyə
təkrarlayırdım, bu yalnız vəzifəsini yerinə yetirən bir həkimdir, bu qədər həyəcanlanmaq nə
normal, nə də doğru bir Ģeydir deyirdim. Amma nə qədər təlqin etsəm də heç cür sakitləĢə
bilmirdim. Qapının ağzında resepti verərkən əlimi sıxdı; «Bir az dincəlin, nəfəs alın,- dedi, -
yoxsa səfalı sular iĢə yaramaz».
Həmin axĢam yeməkdən sonra gəlib masamda oturdu. Hətta sabahısı gün kəndin küçələrində
çənə vuraraq gəzintiyə də baĢlamıĢdıq. Əvvəllər məni narahat edən tükənməz enerjisi indi
marağımı çəkməyə baĢlamıĢdı. Söylədiyi hər Ģeydə ehtiras, hərəkət vardı; onun yanında olarkən
hər cümləsinin və bədəninin yaydığı hərarətin sənə keçməməsi qeyri-mümkünidi.
Bir zamanlar qəzetdə oxuduğuma görə son nəzəriyyələr eĢqin ürəkdə deyil, burunda baĢladığını
söyləyir. Ġki insan qarĢılaĢıb bir-birini xoĢladıqları zaman balaca hormonlar ifraz olurmuĢ. Bu
hormonlar burundan girib beyinə qədər gələr və beynin gizli bir bükümdə fırtına yaradırmıĢ.
Nəticə olaraq, duyğular gözlə görünməz qoxudan baĢqa bir Ģey deyildir - deyə məqalə bitirdi. Nə
qədər mənasız! Həyatında əsl sevənlər bilir ki, bu iddialar ürəyi sügünə göndərmək səylərinin
uğursuz bir nümunəsidir. Əlbəttə, insanın öz qoxusu da böyük həyəcan dalğaları yaradır. Amma
onu xəbərdar etmək üçün əvvəl baĢqa bir Ģeyin olması lazımdır.
O günlərdə Ernestonun yanında olarkən məndə belə bir düĢüncə yarandı ki, bədənimin hüdudları
yoxdur. Ətrafımda toxunulmaz bir havanın olduğunu, sərhədlərimin daha da geniĢləndiyini və bu
geniĢliyin hər hərəkətimlə havada titrədiyini hiss edirdim. Bilirsən ki, çiçəkləri bir neçə gün
sulamasan nə olur? Yarpaqları gücsüzləĢir, iĢığa doğru yüksəlməkdənsə kədərli bir dovĢanın
qulaqları kimi aĢağı sallanırlar. Budur, əvvəlki illərdə mənim də həyatım susuz qalmıĢ bir bitki
kimiydi, gecənin Ģehi mənə sürünə biləcəyim qədər qida vermiĢdi, bundan baĢqa heç bir Ģey