Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   15   16   17   18   19   20   21   22   23

Ģübhələnmədən böyüyürdü. Ailə o dövrdə çox möhkəm təməllərə söykənirdi, onu dağıtmaq üçün 

fərqli bir uĢaqdan fərqli, baĢqa Ģey baĢ verməli idi. Anan üçün də vəziyyət belə oldu. Doğuldu və 

o anda mənim və Avqustonun qızı oldu. Mənim üçün ən əhəmiyyətli Ģey Ġlarianın bir tanıĢlığın, 

razılaĢmanın, sıxıntının deyil, bir eĢqin bəhrəsi olmasıydı; bunun bütün problemləri həll 

edəcəyini düĢünürdüm. Necə də yanılmıĢam! 

Lakin ilk illərdə hər Ģey yoluyla getdi, bir axsaqlıq çıxmadı. Onun üçün yaĢayırdım, sevgi dolu, 

diqqətcil bir anaydım, bəlkə də elə olduğumu düĢünürdüm. Ġlk yayadan baĢlayaraq ən isti ayları 

Adriatik dənizinin sahillərində keçirməyi vərdiĢ etmiĢdim. Bir ev kirayələmiĢdik, iki-üç həftədən 

bir, həftə sonları da Avqusto da gəlib bizimlə qalırdı. 

Ernesto qızını ilk dəfə o sahildə gördü. Bir yad kimi davranırdı. Bizimlə təsadüfi rastlaĢmıĢ kimi 

gəzinti zamanı yanımızda yeriyirdi, bizdən bir-iki plyaj çətiri o yanda oturur və Avqusto 

olmayanda bir qəzet, ya da kitabın arxasından saatlarla bizi müĢahidə edirdi. Sonra axĢamlar 

mənə uzun məktublar yazır, ağlından keçən hər Ģeyi, bizə qarĢı hiss etdiklərini, gördüklərini izah 

edirdi. Bu müddətdə arvadının bir uĢağı da olmuĢdu, o da istisulardakı mövsümi iĢini buraxıb öz 

kəndində- Ferrarada Ģəxsi bir müayinəxana açmıĢdı. Ġlarianın iki-üç yaĢına qədər bu görüĢləri bir 

yana qoysaq heç görüĢmədik. Mən uĢağla çox məĢğul idim, hər səhər onun varlığının sevinciylə 

oyanırdım, istəsəm də heç nə ilə məĢğul ola bilmirdim. 

AyrılmamıĢdan qabaq Ernesto ilə bir razılığa gəldik. Ernesto demiĢdi: «Hər axĢam saat tam on 

birdə harda və necə olsam da bayıra çıxacaq və göy üzündə qütb ulduzunu axtaracağam. Sən də 

belə edəcəksən və bir-birimizdən çox uzaq, uzun zaman görüĢməmiĢ olsaq da, artıq bir-birimiz 

haqqında heç xəbər tutmasaq da belə düĢüncələrimiz yuxarıda görüĢəcək və birlikdə olacaq». 

Sonra birlikdə pansiyonun balkonuna çıxmıĢ və barmaqlarımızla ulduzları axtarmıĢdıq. Mənə 

Orion və Bətərgə arasında olan Qütb ulduzunu göstərmiĢdi. 

12 dekabr 

Bu gecə bir səslə qəfldən oyandım. Telfonun uzun müdət çaldığını bir neçə dəqiqədən sonra hiss 

etdim. Mən yerimdən qalxınca səs kəsildi. Yenə də dəstəyi götürdüm və yuxulu səsimlə bir-iki 

dəfə: «alo» - söylədim. Sonra yatağıma qayıtmayıb yanındakı oturacaqda əyləĢdim. Sənmiydin? 

BaĢqa kim ola bilərdi ki?! Gecənin səsizliyində o səs məni sarsıtdı. Ağlıma bir neçə il öncə 

rəfiqələrimdən birinin söylədiyi bir əhvalat gəldi. Bir müddət idi ki, əri xəstəxanadaydı. GörüĢ 

saatlarının qaydalarına uyğun olaraq əri öldüyü an yanında ola bilməyibmiĢ. Onu bu Ģəkildə 

itirməyinin dərdindən ilk gecə yata bilməmiĢdi və qaranlıqda otururkən qəfldən telefon zəng 

çalmıĢdı. Çox təəccüblənmiĢdi, kimsə gecənin bu saatlarında baĢsağlığı vermək üçün zəng edə 

bilərdimi? Əlini telefona uzadanda qəribə bir hadisə diqqətini səkmiĢdi, telefondan titrək bir iĢıq 

yayılırdı. Dəstəyi qulağına yaxınlaĢdıranda dəhĢətə gəlmiĢdi. QarĢı tərəfin səsi çox uzaqdan 

gəlirdi, sanki çətinliklə danıĢırdı. Uğultular və gurultular arasından deyirdi: «Marta, 

getməmiĢdən qabaq səninlə vidalaĢmaq istəmiĢdim…». Ərinin səsiydi. Bunu deyəndən sonra bir 

anda Ģiddətli bir külək səsi eĢidilmiĢ, xətt kəsilmiĢ və sakitlik olmuĢdu. 

O zaman rəfiqəmi çəkdiyi bu əzabdan pis vəziyyətdə görmüĢdüm; ölülərin əlaqə qurmaq üçün ən 

müasir cihazlardan yararlanması məni olduqca təəccüblü gəlmiĢdi. Yenə də bu əhvalat məndə bir 

iz buraxmıĢ olmalıdır. Ürəyimin lap dərinliklərində bəlkə mən də gecənin bir yarısında o biri 

dünyadan məni salamlamaq istəyən bir nəfərin telefon edəcəyini ümid edirəm. Qızımı, ərimi və 

dünyada hər kəsdən çox sevdiyim kiĢini torpağa tapĢırdım. Öldülər, artıq yoxdurlar. Hələ də bir 

dəniz qəzasından xilas olmuĢ adamlar kimi davranıram. Axın məni sağ-salamat bir adaya 

sürüklədi, dostlarımdan heç xəbər tuta bilmədim, təknə çevrildiyi anda onları gözdən itirdim, ola 

bilər ki, boğulublar – belə olduqları qətidi – belə olmaya da bilər. Aradan aylar, illər keçsə də 

tez-tez 44 

yaxınlıqdakı adalara nəzər salırdım, bir meh, bir duman iĢarəsiylə eyni səma altında mənimlə 

yaĢadıqlarına dair bəslədiyim ümidləri sübut edəcək bir dəlil axtarıram. 

Ernesto öldüyü gecə, müdhiĢ bir gurultuyla qəfldən oyandım. Avqusto iĢığı yandırdı və: 

«kimdir» - deyə səslədi. Otaqda heç kim yox idi, hər Ģey yerli-yerindəydi. Səhər qardirobu 

açanda rəflərin düĢdüyünü, corabların, yaylıqların, paltarların üst-üstə qalandıqlarını gördüm. 

Əlbəttə, indi Ernestonun öldüyü gecədir deyə bilərəm. O zaman bunu bilmirdim, ondan yenicə 




məktub almıĢdım, nəyinsə baĢ verəcəyi ağlıma belə gəlməzdi. Nəm üzündən rəflərin 

dayaqlarının çürüdüyünü və yükə davam gətirməyib düĢdüklərini düĢündüm. Ġlaria dörd 

yaĢındaydı, onunla və Avqustoyla artıq həyatım sakit keçirdi. O gün nahardan sonra Latın dili 

həvəskarlarının toplantısından sonra Ernestoya yazmaq üçün bir kafeyə getdim. Ġki ay sonra 

Montavada bir toplantı olacaqdı, bu, görüĢməyimiz üçün uzun zaman gözlədiyimiz bir fürsət idi. 

Evə dönmədən məktubu göndərdim vənövbəti həftəyə cavab gözləməyə baĢladım. Nə o həftə, nə 

də sonra bir məktub aldım. Bu qədər uzun müddət gözləməmiĢdim. Əvvəl poçt gecikmələriylə 

bağladım, sonra «yəqin xəstələnib, müayinəxanaya gəlməyib» -deyə düĢündüm. Bir ay sonra ona 

qısa bir qeyd yazdım, o da cavabsız qaldı. Günlər keçdikcə özümü bünövrəsi su altında qalmıĢ 

bir evdə hiss etməyə baĢladım. Əvvəl su betonu yalayıb keçirdi, amma zaman keçdikcə su 

daĢqına çevrildi, bünövrənin betonu quma döndü, ev isə hələ salamat idi, bilirdim ki, ən kiçik bir 

zərbə evi dağıtmağa bəsdir, ev oyun kartındakı bir qəsr kimi yerlə- yeksan olacaqdı. 

Toplantıya getmək məqsədilə yola çıxanda sanki özümün gölgəsi kimiydim. Mantavada gözə 

göründükdən sonra Feraraya getdim, orda nə baĢ verdiyini anlamaq istəyirdim. Müayinəxanada 

heç kim yox idi, çöldən baxdıqda pəncərələr bağlıydı. Ġkinci gün bir kitabxanaya gedib köhnə 

qəzetləri nəzərdən keçirtdim. Kiçik bir xəbərdə axtardığımı tapdım. Bir gecə xəstəyə baĢ çəkib 

geri dönərkən avtomobilin nəzarətini itirmiĢdi və böyük bir çinara çırpılmıĢdı; o an ölmüĢdü. 

Ölüm günü və saatı elə mənim qardirobumun dağıldığı zaman idi. 

Razman xanımın ara-sıra gətirdiyi jurnalların birinin astroloji səhifəsində Ģiddətli ölümlərdən 

Marsın-8-də olanların taleyinin müəmmalı olduğunu oxumuĢdum. Bu məqalədə yazılanlara görə 

ulduzu bu mövqedə olan insanlar rahatlıqla ölməzlər. Görəsən, Ernesto və Ġlarianını ulduz 

xəritəsində belə bir uğursuzluğmu baĢ vermiĢdi. Ġyirmi ilin içində ata və qızı eyni formada 

avtomobillərini bir ağaca çırparaq can verdilər. 

Ernestonun ölməyiylə dərin bir uçuruma yuvarlandım. Birdən-birə hiss etdim ki, son illərdə 

yaydığım iĢıltı mənim içimdən gəlmirdi, yalnız məndə əks olunan bir iĢıq idi. XoĢbəxtlik, həyata 

bəslədiyim məhəbbət həqiqətən mənə aid deyildi, mən yalnız bir ayna rolunu oynamıĢdım. O 

iĢığı Ernesto yayırdı, mən də onu əks etdirirdim. O, öləndən sonra hər Ģey yenidən 

donuqlaĢmıĢdı. Ġlarianı görmək daha mənə nəĢə deyil, rahatsızlıq verirdi, elə dərindən 

sarsılmıĢdım ki, onun Ernestonun qızı olduğundan belə Ģübhələnməyə baĢlamıĢdım. 

DəyiĢikliyim onun gözündən də qaçmadı, uĢaq həssaslığı ilə ondan uzaqlaĢmağımı hiss etdi, 

karprizli və qaba bir qız oldu. Artıq canlı və gənc sarmaĢıq o idi, mənsə boğulmağa hazır yaĢlı 

ağac idim. Vicdan əzabımın qoxusunu bir tazı kimi hiss etmiĢdi və bundan istifadə edirdi. Ev 

kiçik bir cəhənnəmə dönmüĢdü. 

Yükümü yüngülləĢdirmək məqsədilə Avqusto uĢağa baxmaq üçün bir dayə tutdu. Bir müddət 

qızına da böcəklərə məhəbbət aĢılamağı sınaqdan keçirdi, amma iki-üç təcrübədən sonra bundan 

vaz keçdi. Çünki qız hər dəfə: « nə iyrəncdir» -deyə bağıraraq aləmə səs salırdı. Birdən–birə 

Avqusto da yaĢlanmağa baĢladı, uĢağın atası deyil, babası kimi görünürdü, onunla həlim, amma 

məsafə saxlayaraq davranırdı. Aynanın qabağından keçəndə mən də özümü çox yaĢlı görürdüm, 

cizgilərimdə indiyədək olmayan bir sərtlik vardı. Özümü bəyənməməyimi, özümə qarĢı 

səhlənkarlığımı büruzə verirdim. Məktəb və dayəyə görə boĢ vaxtım çox idi. Daxilimdəki 

sıxıntıya görə vaxtımı oturaq keçirmək istəmirdim, avtomobilə minir Çarsoda gəzir, avtomobili 

trvnzit halında sürürdüm. 

45 

Aquiladakı kimi yenidən bəzi dini kitabları oxumağa baĢladım. O səhifələr arasında eĢələnərək 



olanlara bir cavab axtarırdım. Yeriyərkən öz-özümə Övliya Aqostinonun anasının ölümündə 

söylədiklərini təkrarlayırdım, «Onu itirdiyimiz üçün kədərlənməməliyik, ona sahib ola bildiyimiz 

üçün Ģükr eməliyik». 

Bir rəfiqəm məni iki-üç dəfə günah çıxaran keĢiĢin yanına apardı, amma bu görüĢdən daha da 

qəmgin çıxırdım. Söylədikləriylə mənə yaxın olmağa çalıĢırdı, inamın gücünü də elə adiləĢdirirdi 

ki, sanki inam küçədəki hər baqqalda tapılan çərəz idi. Mənə aid heç bir iĢığımın olmadığını kəĢf 

etməyim məni suallar arasında qoydu. Bax onunla qarĢılaĢanda bir anda bütün həyatımın 

mənalandığını düĢünmüĢdüm, var olduğum üçün xoĢbəxt idim, ətafımda var olan hər Ģeydən ötrü 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə