Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   2   3   4   5   6   7   8   9   ...   23

Müstəqilliyim məhdudlaĢdığı üçün açarın birini da Valterin arvadına verdim. Hər gün mənə 

qulluq edir, istədiklərimi alıb gətirir. 

Bağçada məkik toxuyarkən səni düĢündüm. Neçə dəfə telefona getdim, sənə bir teleqraf 

göndərmək niyyətiylə dəstəyi qaldırdım. Amma qovĢaq səsimi duyar-duymaz qərarımdan vaz 

keçirdim. AxĢamlar oturacaqda oturarkən -qarĢımda boĢluq, ətrafımda səssizlik, - hansının daha 

doğru olacağını özümdən soruĢurdum. Mənim üçün deyil, sənin üçün nəyin doğru olacağını… 

Mənim üçün, əlbəttə, yanımda sən varkən bu dünyadan göçmək ən gözəl Ģey olardı. Ġnanıram ki, 

sənə xəstələndiyimi xəbər etsəydim Amerikada yaĢamağı buraxar, bura qaçardın. Sonra? Bəlkə 

daha üç-dörd il yaĢayardım, bəlkə də təkərli oturacağa bağlanardım, bəlkə bezərdim və sən 

borcun olduğu üçün mənə baxardın. Bunu ürəkdən edərdin, amma zaman keçdikcə bu səmimilik 

qəzəbə, intiqama çevrilərdi. Ġntiqam alardın, çünki illər keçir və sən gəncliyini boĢ yerə 

xərcləyirdin, çünki mənim sevgim bir bumeranq kimi sənin həyatını çıxılmaz bir yola döndərirdi. 

Budur, sənə telefon etmək istəməyən içimdəki o səs belə söyləyir. Onun tam haqlı olduğuna 

qərar verdiyim an beynimdə əks bir səs peyda olurdu. Özümdən soruĢurdum, əgər qapını açdığın 

an mənim və sevinclə hoppanan Buskun yerinə səni uzun zaman həyat əlaməti olmayan bomboĢ 

bir ev qarĢılasaydı nə edərdin? Məqsədinə çatmamıĢ bir dönüĢdən daha qorxulu nə ola bilər? Ya 

da ordaykən mənim ölümümü bildirən bir teleqraf alsaydın sənə xəyanət etdiyimi 

düĢünməzdinmi? Ya da səninlə höcətləĢdiyimi? Sən ki son aylarda mənimlə belə kobud 

davrandın, mən də sənə xəbər 4 

vermədən səssizcə köçüb gedərəm! Bu bir bumeranq deyil, ancaq bir girdab sayılırdı və 

düĢünürəm ki, belə bir Ģeyi aĢmaq asan olmazdı; sevdiyin insana söyləmək istədiklərin sonsuza 

qədər içində qalır; o, torpağın altındadır, artıq onun gözlərinin içinə baxa bilməzsən, onu 

qucaqlaya bilməzsən, ona bu zamana qədər söyləmədiklərini söyləyə bilməzsən. 

Günlər keçir və bir qərara gələ bilmirəm. Sonra budur, bu səhər Gül belə təklif etdi: ona bir 

məktub yaz, onunla keçirdiyin günlərə aid kiçik bir gündəlik tut. Ġndi burada- mətbəxtdəyəm, 

qarĢımda da köhnə bir dəftərin. TapĢırıqlarını yerinə yetirərkən çətinlik çəkən bir uĢaq kimi 

qələmin ucunu gəmirirəm. Bu bir vəsiyyətdimi? Yox, belə sayılmaz, bunlar daha çox səni illərlə 

izləyəcək, yanında olduğumu duymaq istəyəndə oxuya biləcəyin bəzi Ģeylərdir. Qorxma, səni nə 

kədərləndirəcəm, nə də moizə oxuyacam, yalnız bir zamanlar ikimizi də əhatə edən və son 

illərdə itirdiyimiz o səmimiyyətlə səninlə bir az çənə döyəcəm. Xeyli yaĢadığım və daha çox 

insan itirdiyin üçün artıq bilirəm ki, əslində ölülər yalnız yoxluqları ilə deyil, - onlarla bizim 

aramızda söylənilməyən sözlər üzündən insana əzab verirlər. 

Mən qocalanda, xüsusilə nənə olacağım zaman analıq etməyə baĢladım. Bunun hər ikimizə çox 

faydası oldu. Sənə faydası oldu; çünki bir nənə-ana hər zaman bir nənədən daha yaxĢı və 

diqqətlidir, mənə faydasıı oldu; çünki klubda nahardan sonra vaxt öldürüb yaĢıdlarımla bir əl 

kanasta oynayıb yaxĢıca sərsəmləməkdənsə, yenidən zamanın axınıyla ayaqlaĢmaq 

məcburiyyətində qaldım. Amma bir anda bəzi Ģeylər dağıldı. Bunun günahı nə məndə, nə də 

səndəydi, yalnız təbiətin qanunlarındaydı. UĢaqlıq və ahıllıq çağları bir-birinə oxĢayır. Hər iki 

yaĢ dövründə fərqli səbəblərlə insan olduqca müdafiəsiz olur. Bədənimizin çevrəsində görünməz 

bir zirehin yaranması yeniyetməlik dövründə baĢlıyır. Bu zireh uzun bir müddətdə yaranır və 

gənclik dövründə qalınlaĢır. ĠnkiĢafı bir az da incininkinə bənzəyir, yara nə qədər böyük və 

dərindirsə, ətrafında yaranan zireh da o qədər güclü olur. Amma sonra, uzun zaman geyilən bir 

geyim kimi ən çox istifadə olunan yerlərindən köhnəlir, tikiĢləri sökülür və ani bir hərəkətdən 

yırtılır. Əvvəl heç bir Ģey hiss etməzsən, zirehinin hələ də səni möhkəm sardığını zənn edərsən, 

amma bir gün birdən-birə səfeh bir Ģey qarĢısında uĢaq kimi səbəbini də bilmədən ağlamağa 

baĢlayarsan. 

Aramızda bir fərq yarandı deyərkən bunu söyləməyə çalıĢdım. Sənin zirehin yaranmağa 

baĢlayanda mənimki çoxdan bərkimiĢdi. Sən gözyaĢlarıma, mən də sənin bu qəfil tündlüyünə 

dözmürdüm. Özümü xasiyyətinin dəyiĢəcəyinə hazırlasam da, bu dəyiĢiklik ortaya çıxdığı an 

buna dözmək mənə çox ağır gəldi. QarĢımda birdən-birə yepyeni bir insan peyda oldu və bu 

insanla artıq necə davranacağımı bilmirdim. AxĢamlar düĢüncələrimi toplayıb nəzərdən 

keçirərkən sənə aid olanlar məni xoĢbəxt edirdi. Öz-özümə deyirdim ki, gənclik dövründə zərər-




ziyan görmədən yaĢayanlar heç bir zaman həqiqətən böyük insan ola bilməzlər. Amma səhər 

üzümə qapını çırpanda, bir Allah bilir ki, necə kədərlənir, necə ağlamaq istəyirdim! Sənə tab 

gətirəcək gücü haradan tapacağımı bilmirdim. Sən də səksən yaĢına çatanda görəcəksən ki, insan 

bu yaĢda özünü sentyabr ayının sonunda ağacda yalnız qalmıĢ bir yarpaq kimi hiss edir. GüniĢığı 

qısadır və ağac bəsləyici maddələri yavaĢ-yavaĢ özünə doğru çəkməyə baĢlayır. Ağacın gövdəsi 

azotu, xlorofili, proteinləri çəkir və beləcə nə yaĢıllıq qalır, nə canlılıq. Artıq bir budağdan asılı 

qalırsan, amma düĢmək an məsələsi olur. Yaxınlıqdakı yarpaqlar bir-birinin ardınca düĢür, sənsə 

seyr edirsən, içində küləyin əsmək qorxusunu yaĢayırsan. Mənim üçün külək sən idin, sənin o 

dəyiĢkənliyin idi. Sən heç bunu duydunmu? Ġkimiz də eyni ağacda yaĢadıq, amma elə fərqli 

mövsümlərdə ki! 

Yola çıxdığın günü xatırlayıram, ikimiz də nə qədər əsəbiydik, elə deyilmi? Səni hava 

limanından ötürməyimi istəmədin, özünlə aparılası hər hansı bir Ģeyi xatırlatdığım zaman mənə 

dedin ki, Amerikaya gedirəm, çölə yox. Qapıda çox çirkin, kəskin səsimlə, özünə yaxĢı bax- 

deyib bağıran zaman sən arxaya belə dönmədən söylədin ki, Buska və gülə yaxĢı bax. 

Bu vida məni bir az xəyala daldırdı. Həssas bir qoca olduğum üçün səndən nəvaziĢ, ya da baĢqa 



bir Ģey gözləyirdim. Amma axĢam yata bilmədiyimdən bomboĢ evdə sabahadək gəzinərkən belə 

qənaətə gəldim ki, Buska və gülə -yanımda qalan o xoĢbəxt hissənə baxmaqla sənə baxmağın 

arasında bir fərq yoxdur. Anladım ki, o quru vidalaĢmanın səbəbi hissizlik deyil, ağlamağa hazır 

bir insanın gərginliyidi. Sənə əvvəl söz açdığım o zireh məsələsi kimi. Sənin zirehin elə 

möhkəmdi ki, nəfəs almaqda da belə çətinlik çəkirsən. Son zamanlarda nə deyirdim, 

xatırlayırsanmı? Axmayan göz yaĢları qəlbdə yığılar, zaman keçdikcə qabıq tutar və əhəngin 

paltar yuyan maĢina tıxanması kimi qəlbi tıxayıb iflic edər. 

Bunu da bilirəm ki, mənim ancaq mətbəx dünyasından tapıb verə bildiyim nümunələr səni 

güldürmək əvəzinə əsəbiləĢdirir. Nə edə bilərəm ki! Hər kəs ən yaxĢı tanıdığı dünyadan 

ilhamlanır. 

Ġndi səndən ayrılmaq məcburiyyətindəyəm. Busk içini çəkir və yalvarıcı nəzərlərlə baxır. O da 

ayağını təbiətin nizamına uyğunlaĢdırır. Hər mövsümdə yemək zamanını bir Ġsveçrə saatı 

dəqiqliyi ilə bilir. 

18 Noyabr 

Bu gecə xeyli yağıĢ yağdı. Elə Ģiddətliydi ki, endirmələrə dəyən damcıların səsinə oyandım. 

Səhər havanın pis olacağını düĢünərək gözlərimi açdım və uzun zaman yorğanın altından 

çıxmadım. Ġllər keçdikcə hər Ģey necə də dəyiĢir. Sənin yaĢında olanda qıĢ yuxusunda yatan 

heyvanlar kimiydim, məni kimsə narahat etməsəydi hətta nahara qədər yatardım. Halbuki, indisə 

dan yeri ağarmamıĢ oyanıram. Beləcə günlər uzandıqca uzanır, bitmək bilmir. Bunlarda bir 

mərhəmətsizlik yoxdurmu? Üstəlik səhər saatları daha qorxunc, baĢ qatası bir Ģey yox, eləcə 

oturursan və düĢüncələrin keçmiĢə səyahətə çıxır. YaĢlıların düĢüncələrində gələcək yoxdur, 

varsa da daha kədərli, ya da hüzünlüdür. Təbiətin bu qəribəliyi ilə bağlı məndə suallar yarandı. 

Dünən televizorda gördüyüm bir sənədli film də məni düĢündürdü. Heyvanların yuxusundan söz 

açılırdı. Zooloji mərhələdə quĢlardan yuxarıya doğru bütün heyvanlar yuxu görür. Sərçələrdən 

göyərçinlərə, sincablardan dovĢanlara, itlərdən çəmənlərə səpilmiĢ inəklərədək hamısı yuxu 

görür, amma hamısı eyni formada yox. Təbii ehtiyacı ov olan heyvanların yuxusu qısa olur, buna 

yuxu da demək olmaz, yalnız bir mənzərədir. Aparıcı deyirdi ki, ovçular qarıĢıq və uzun yuxular 

görürlər, heyvanlar üçünsə yuxu fəaliyyəti həyatda qala bilmə strategiyasını tərtib etmək üçün bir 

yoldur. Məsələn, antilop yuxusunda qarĢısında açıq savanna, aslansa sürətlə və cəld səhnələrlə 

antilopu yeyə bilmək üçün lazım olan hər Ģeyi görür. Öz-özümə dedim ki, demək ki, insan gənc 

ikən ətyeyəndir, yaĢlandıqda otyeyəndir. Qocaldıqda az yatmaqla bərabər yuxu da görmürsən, ya 

da görsən də sonralar xatırlaya bilmirsən. Halbuki, uĢaqkən və gənc yaĢlarında həm çox yuxu 

görürsən, həm də bu yuxular doğan günün necə keçəcəyini aydınlaĢdırır. Son aylarda səhər 

oyanar-oyanmaz necə ağladığını xatırlayırsanmı? Qəhvə fincanının önündə oturardın, göz 

yaĢların səssizcə yanaqlarından süzülərdi. Niyə ağladığını soruĢanda ovudulmaz bir formada, 

acıqla səbəbini bilmədiyini söyləyirdin. Bu yaĢda olan insanların ürəylərində çox planlar olur. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə