Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

olmaz, budur, bu qədərdir, buna da qane olmalıdır. Ġndi anlayırsanmı? Ağacları oxĢamaq nədən 

gözəldir? Sağlamlığına, uzunömürlülüyünə, rahat yaĢamasına görə. 

Ġlahi varlığa bənzəyən bir varlıq kimi həmiĢə gözlərimin qabağına çinar ağacı gəlmiĢdir. 

Həyətimizdə bir çinar ağacı vardı, elə böyük idi ki, gövdəsini ancaq iki nəfər qollarıyla sarıya 

bilirdi. Dörd-beĢ yaĢında idim, onun yanına getməyi çox xoĢlayırdım. Orda hey durur, 

bədənimdə otların nəmini, saçlarımın arasında və üzümdə ruzgarın sərinliyini hiss edirdim. 

Nəfəs alırdım, əĢyalar arasında sonsuz bir nizam olduğunu və gördüyüm hər Ģeylə birlikdə 

mənim də bu nizamın bir parçası olduğumu hiss edirdim. Musiqi təhsilim 17 

olmasa da içimdə nəsə nəğmə söyləyirdi. Bunun nə cür bir nəğmə olduğunu sənə 

söyləməyəcəyəm, amma nə bir nəqəratı, nə bir notları vardı. Sanki bir körük ürəyimə yaxın bir 

nöqtədə püskürür və bunun telləri bütün bədənimin, zehnimin içərisində dağılaraq böyük bir iĢıq, 

ikili təbiəti olan bir iĢıq istehsal edirdi: həm iĢığın, həm də nəğmənin iĢığı. Həyatda var olduğum 

üçün xoĢbəxt idim, mənim üçün bu xoĢbəxtlikdən baĢqa bir Ģey yox idi. 

Kiçik bir uĢağın belə Ģeyləri duyması sənə qəribə, ya da ĢiĢirdilmiĢ görünə bilər. Təəssüf ki, 

uĢaqlıq çağlarını bir korluq, mərhumluq olaraq dərk etməyə, içindəki zənginliyi isə görməməyə 

alıĢmıĢıq. Halbuki, yeni doğulmuĢ bir uĢağın gözlərinə baxmaqla da bunu anlayarsan. Bunu heç 

etdinmi? Əlinə fürsət düĢdükdə sınaqdan keçir. Onların baxıĢları necədir? BoĢ, Ģüursuzdurmu? 

Yoxsa müdrik baxıĢlardımı? UĢaqları qarĢıda uzun həyat gözləyir, bizsə yaĢlandıqca bunu 

itirdik, amma bunu qəbul etmək istəmirik. Dörd-beĢ yaĢlarında olarkən din, Tanrı və insanların 

bunlardan istifadə edərək qarĢıdurma yaratdıqlarından hələ heç xəbərim yox idi. 

Sənin məktəbdəki din dərslərinə getməyin və getməməyin vacib məsələ olduğu üçün uzun 

müddət bir qərara gəlmədim. Təhsildə zehn qədər ruhu da düĢünməyin vacibliyinə inanırdım. Bu 

məsələ özü öz həllini tapdı, həmin gün sənin ilk hempisterin öldü. «O indi haradadır?» -deyə 

soruĢdun. – «Səncə indi haradadır?» Mənə verdiyin cavabı xatırlayırsanmı: «O indi hər iki 

yerdədir. Həm burda, həm də buludların arasında». Həmin gün nahardan sonra onu kiçik bir 

matəm təntənəsi ilə basdırdıq. Balaca təpəciyin qarĢısında diz çökərək dua etdin: «xoĢbəxt ol, 

Toni. Günün birində yenə görüĢəcəyik». 

Mən məktəbdə ilk beĢ ili rahibələrin «Müqəddəs ürək» məktəbində oxumuĢdum. Məktəbin 

giriĢində rahibələrin il boyu asdıqları körpə Ġsanın canlandıran səhnə olurdu. Körpə Ġsa anası, 

atası, öküz, eĢĢək arasında axırda görünərkən sanki qoyun sürüləri kağızdan düzəldilmiĢ təpələr 

və uçurumlarda gəzinirdi. Bu kiçik qoyunlardan hər biri məktəbin bir Ģagirdiydi və o gün 

göstərdiyi davranıĢlara görə qoyun Ġsanın külübəsinə yaxınlaĢdırılır, ya da uzaqlaĢdırılırdı. Hər 

səhər sinifə girməmiĢ oradan keçərdik və keçərkən də öz yerimizi görməyə çətinlik çəkərdik. 

Külübənin o biri yanında dərin bir uçurum vardı və ən nadinclər iki qıçları boĢluqdan asılı, sanki 

düĢəcəkmiĢ kimi eyni yerdə sallanırdı. Altı yaĢımdan on altı yaĢıma qədər qoyunumun 

addımlarıynan yaĢadım. Hər halda uçurumun kənarından heç ayrılmadığımı söyləməyimə 

ehtiyac yoxdur. 

Mənə öyrədilən qaydalara ürəkdən uyğunlaĢmağa çalıĢdım. Bunu uĢaqlara xas surətpərəstlik 

duyğusyla edirdim, amma tək səbəb bu deyildi: həqiqətən yaxĢı insan olmağın vacibliyinə, yalan 

söyləməməyə, dəyərsizin biri olmamağın gərəkliyinə inanırdım. Buna baxmayaraq həmiĢə 

büdrəyə bilərdim. Nədən? Heç olmayan səbəblərdən. Kim bilir, neçənci dəfə yer 

dəyiĢdirməyimin səbəbini öyrənmək üçün gözyaĢları içində baĢ rahibənin yanına getdiyin zaman 

belə cavab verdi: «Çünki dünən saçında çox böyük bir lent vardı… Çünki məktəbdən çıxan an 

bir yoldaĢın sənin nəğmə söylədiyini eĢitmiĢdi. Çünki süfrəyə oturarkən əllərini yumadın…» 

Anlayırsanmı? Hər dəfəki günahlarım anamın məni irad tutduqlari günahlarla eyni idi, görüntüyə 

aid günahlardı. Mənə öyrədilən uyğunluq deyil, surətpərəstlik idi. Günlərin birində artıq 

uçurumun tam qırağına gəldim və hıçqırıqlardan boğularaq, «amma mən Ġsanı sevirəm» -deyə 

ağladım. Buna görən rahibənin nə dediyini bilirsənmi? -«Aha, deməli pintiliyinlə bərabər bir də 

yalançısan. Ġsanı həqiqətən sevsəydin dəftərlərini daha səliqəli saxlayardın». Və mənim balaca 

qoyunumu barmağının ucuyla itələyərək uçurumdan aĢağı yuvarladı. 

Bu hadisədən sonra iki ay yata bilmədiyimi xatırlayıram. Gözlərimi bağladığım anda sanki 

çiynimin altındakı döĢəyi alov bürüyür, içimdə qorxunc səslər qığılcımlanaraq: «gözlə, indi səni 




gəlib aparacayıq» - deyirdi. Bunları ana-atama heç danıĢmadım. Üzümün qaraldığını, əsəbi 

olduğumu görən anam, «uĢaq çox yorğundu, sanki ölüb qurtarıb» - deyirdi. Mən də heç səsimi 

çıxarmadan qaĢıq-qaĢıq dərman içirdim. 

18 


Kim bilir, nə qədər həssas insan bu cür hadisələr üzündən ruhi mövzulardan bütövlükdə 

uzaqlaĢmıĢdır. Bəziləri məktəb illərinin nə qədər gözəl olduğunu və o illərin həsrətini çəkdiyini 

söylədiyini eĢitdikdə dilim tutulur. Mənim üçün o dövr həyatımın ən ağır dövrlərindən biri idi, 

bəlkə də o günlərə əngəl olan bilməyəcək gücsüzlük duyğusuna görə ən pis dövr idi. Ġbtidai 

məktəb illərində qəlbimdə həmiĢə ikili duyğular- içimdə hiss etdiklərimə sadiq qalmaq istəyi və 

baĢqalarının inamlarına uyğunlaĢa bilmək- gəzdirdim. Və bu duyğulardan ikincisinin saxtalığını 

hiss etdiyimdən onunla həmiĢə mübarizə apardım. 

Qəribədir ki, o zamankı həyəcanları yenidən yaĢadıqca yetkinlik krizlərimin hər kəs kimi gənclik 

dövrlərində deyil, o uĢaqlıq illərində həqiqətə çevrildiyini düĢünürəm. On iki, on üç, on dörd 

yaĢlarımda bədbinliyə qapılmıĢdım. Qeyri-adi suallar yavaĢ-yavaĢ uzaqlaĢaraq yerini yeni 

xəyallara verirdi. Bazar günləri anamla birlikdə ayin və bayram mərasimlərinə gedirdim, diz 

çöküb məsum bir ədayla keĢiĢin əlindən müqəddəs çörəyi yeyirdim, amma bunları edərkən ağlım 

baĢqa yerlərdə dolaĢırdı. Bunlar yalnız sakit və rahat yaĢamağım üçün oynalılması vacib rollar 

idi. Buna görə səni din dərslərinə yazdırmadım, bundan da heç bir peĢimanlıq duymadım. Sən 

uĢaqlara xas bir maraqla bu mövzuda suallar verdiyin zaman dürüst və sadə cavablar verirdim. 

Mənə sual verməyini tərgitdikdə mən də bu mövzuda danıĢmağa son qoydum. Bu cür Ģeylərdə 

məcburetmə olmaz, yoxsa səyyar satıcılara bənzəyərik; mallarının reklamını nə qədər çox etsələr 

də, hamı bu iĢdə bir hiylə olduğu düĢünür. Mən yalnız sənin içində olan qığılcımı söndürməməyə 

çalıĢdım. Və hər Ģeyi zamanın axarına buraxdım. Səfərimin bunun kimi bəsit olduğunu düĢümə, 

dörd yaĢındaykən məni əhatə edən təbiətin nizamını, nəfəsini duydumsa da yeddi yaĢında bunu 

çoxdan unutmuĢdum. Ġlk zamanlarda, hələ içimdə nəğmə var idi, amma artıq aramla xəfif-xəfif 

çalırdı. Bir dağ keçidindəki nəhr kimiydi. Sonra bu nəhr köhnə bir radioya çevrildi; bir anda bu 

nəğmə yüksək tempdə, gurultuyla çalınırdısa, bir an sonra heç səs də eĢidilmirdi. 

Anam və atam mənim bu nəğmə mırıldama vərdiĢimi tərgitmək üçün əllərindən gələni edirdilər. 

Bir dəfə, nahar zamanı bir sillə yedim və mənim ilk silləmdi, çünki ağzımdan bir «tra-la-la» 

çıxmıĢdı. «Süfrədə nəğmə söyləməzlər» -deyə atam ucadan guruldamıĢdı. «Müğənni olmayan 

nəğmə söyləməz» -deyə anam da əlavə etmiĢdi. Mən ağlayır və gözyaĢları içində təkrarlayırdım 

ki, axı mənim içim nəğmə söyləyir. Real dünyadan uzaq olan hər bir Ģey ata-anam üçün qəti 

anlaĢılmaz idi. O zaman mən bu nəğmə söyləmə vərdiĢimi necə davam etdirə bilərdim ki. Heç 

olmasa bir fərqli taleyinə sahib ola bilsəydim. Halbuki, tale mənimlə mərhəmətsizcəsinə 

davranırdı. 

YavaĢ-yavaĢ nəğmə də və onunla birlikdə həyatımın ilk qonağı olan nəĢə də yox oldu. NəĢə ən 

çox həsrətində olduğum Ģey olmuĢdu. Sonralar xoĢbəxtlik duyğusunu da yaĢadım, amma 

xoĢbəxtlik nəĢənini yanında bir elektrik lampası kimidir. XoĢbəxtliyin həmiĢə bir obyekti vardır, 

nəyə görəsə xoĢbəxt olursan, xoĢbəxtliyin var olması xarici səbəblərlə bağlıdır. Halbuki, nəĢənin 

obyekti yoxdur. Bəlli olmayan bir səbəbdən səni sarıyar, varlığı günəĢ kimidir; səni öz 

hərarətiylə yandırar. 

Ġllər keçdikcə özümü tərk etdim. BaĢqa bir insan, ata -anamın arzuladığı insan ola bilməkçün 

içimdəki o Ģeyi tərk etdim. Özüm kimi olmaqdansa, baĢqa xarakterli bir insan oldum. Xarakter, 

dünyada keyfiyyətdən daha çox dəyər verilən bir Ģeydir. Amma xarakter və keyfiyyət eyni 

zamanda formalaĢmaz, hətta bir-birindən fərqli zamanlarda yaranar. Anamın güclü bir xarakteri 

vardı, hər davranıĢından əmin idi və onun bu inamını heç bir Ģey poza bilməzdi. Mənsə onun 

tərsinəydim. Gündəlik həyatımda elə bir əhvalat yox idi ki, məni narahat etməsin. Seçim 

qarĢısında çaĢardım, uzun-uzadı düĢünürdüm. Belə vəziyyətdə əgər yanımda biri olsaydı 

səbirsizliklə mənim yerimə qərar verərdi. 

Bir xarakter rolunu oynamaq üçün özünü tərk etməyin asan olduğunu düĢünmə. Daxilimdə 

döyüĢ gedirdi, bir hissəm özüm kimi olmağı, o biri hissəmsə dünyanın tələb etdiyi qanunlara 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə