T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
28
İştə əsl əfsungirlik, sahirlik bundan ibarətdir!” (78)
Qeyd etmək lazımdır ki, ümumiyyətlə, dünya tarix
səhnəsinə çıxmış burjuaziyanın təbiətindəki qeyri-məhdud
maraq dairəsi XX əsrin əvvəlləri Azərbaycanda yenicə
təşəkkül tapmış milli burjuaziyaya da məxsus olduğundan,
milli-mədəni tərəqqi ideyası onun maraqlarına, tələblərinə
cavab verirdi və bu da ictimai-siyasi mühitdə mütərəqqi
ziyalıların fəaliyyəti üçün müəyyən bir münbit zəmin
yaradırdı. Xüsusilə məzmunca ədəbi-bədii yaradıcılıq və
publisistikadan ibarət olan milli mətbuatın sürətlə inkişafı
bunun bariz örnəklərindən idi. Mətbuat həmin dövrdə milli
ziyalılığın ağırlıq mərkəzinə, onun ən çevik və döyüşkən
fəaliyyət meydanına çevrilmişdi. Bu dövrün H.Zərdabi,
N.Vəzirov, C.Məmmədquluzadə, Ə.Cavad, S.Səlmasi, A.Şaiq,
Nigar xanım, İ.Tahir Musayev, Sabir, A.Səhhət, Ə.Hüseyn-
zadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Ə.Ağayev,
M.Ə.Rəsulzadə, N.Nərimanov, M.Hadi, Y.V.Çəmənzəminli,
Ə.Haqverdiyev, H.Vəzirov, F.Köçərli, Ö.F.Nemanzadə,
M.S.Ordubadi, S.Hüseyn kimi ictimai xadimləri və ədəbi
simaları öz vətəndaşlıq mövqelərini məhz mətbuat səhifələrin-
də ortaya qoyurdular. Doğrudur, bu mövqelər heç də həmişə
üst-üstə düşmürdü, bəzən kəskin, barışmaz ideya ixtilaflarına
da gətirib çıxarırdı. Lakin bununla belə, həmin mövqeləri, heç
şübhəsiz, qovuşduran konkret ortaq bir məxrəc vardı ki, bu da,
qeyd-şərtsiz, milli tərəqqiyə, rifah və inkişafa xidmət amili idi.
Sabirin:
Dindirir əsr bizi dinməyiriz,
Atılan toplara diksinməyiriz.
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
29
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.
(57, 261)
– misralarında ifadə edilən vətəndaşlıq təlaşı və həyəcanının
bu və ya digər cəhətdən, həmin şəxsiyyətlərin həyat fəlsəfəsinə
dərindən nüfuz etmiş olduğu şübhəsiz idi. XX əsrin
əvvəllərində ictimai-milli düşüncənin təşkiledici, istiqamət-
verici və cazibə mərkəzini iki mətbuat-nəşr qurumu təmsil
edirdi: “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları. Bu mətbu
orqanların bizim günlər üçün mühüm mənəvi-ədəbi əhəmiy-
yəti – onların dövrün ictimai-tarixi səciyyəsini mövcud məfku-
rəvi mübarizələrin, həyat fəlsəfəsi və sənət idealları arasındakı
ziddiyyətlərin tipik cizgilərini çox dəqiq və sərrast əks
etdirmələrindədir. Aralarındakı fikir ixtilaflarına baxmayaraq,
hər iki jurnalın ətrafında məfkurə tariximizin və ədəbiyyatımı-
zın parlaq simaları olan yaradıcı ziyalılar toplaşmışdılar. On-
lardan bir çoxu Avropanın, Rusiyanın, Türkiyənin məşhur
universitetlərində, ali məktəblərində təhsil almış, dünya ictimai
və bədii fikrinin, Qərb mədəniyyətinin ən son nailiyyətləri ilə
silahlanmış, məhz xalqa, Vətənə xidmət arzusu və amalı ilə
yaşayıb mübarizə aparan ensiklopedik bilik və böyük istedad
sahibləri idilər.
Həyata “Sizi deyib gəlmişəm, ey mənim müsəlman
qardaşlarım!” xitabı ilə atılan “Molla Nəsrəddin” məcmuəsi
haqda bizim ədəbiyyatşünaslıqda kifayət qədər yazılmışdır.
Onun milli-tarixi xidmətlərinə onlarca monoqrafik tədqiqatlar
həsr olunmuşdur. Burada, biz yalnız, mövzumuzla bağlı belə
bir cəhəti qeyd etməyi vacib bilirik ki, öz satirik səpgisinə,
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
30
folklorvari üslubuna, daha çox “həyatın dibi”ylə maraqlan-
masına baxmayaraq, “Molla Nəsrəddin” özünün aşağı-yuxarı
bir qərinəlik ömrü ərzində həmişə ümumbəşəri dəyərlərə
istiqamətlənmiş, avamlığa, əsarətə, səfalətə, nadanlığa, fanatiz-
mə, mənəvi korluğa qarşı güzəştsiz mübarizə aparmış və
bununla əslində mənsub olduğu və təmsil etdiyi xalqı dün-
yanın inkişaf etmiş mədəni xalqı kimi görmək arzusuna tərcü-
manlıq etmişdir. Jurnalın dünyəvi təhsil, azad vicdan, sivil
məişət, qadın azadlığı uğrunda inadlı mübarizəsi insanda indi
də dərin minnətdarlıq hissləri doğurur. Təsadüfi deyildir ki,
XX əsr inqilabi-demokratik və ədəbi fikrimizin Cəlil
Məmmədquluzadə, Sabir kimi iki korifeyi məhz “Molla
Nəsrəddin” ətrafında böyük canlanma yarada bilmiş, onun
səhifələrində öz mənəvi kamilliyinə, vətəndaş bütövlüyünə
qovuşmuşlar. Bu jurnal XX əsrin əvvəllərində “molla nəsrəd-
dinçilər” (Ö.F.Nemanzadə, Əli Nəzmi, Ə.Qəmküsar, Ə.
Haqverdiyev, M.S.Ordubadi və b.) deyilən cəsur və işıqlı bir
ədəbi məktəbin təməlini qoymuşdur. Bu məktəbin başlıca
ideya-estetik platforması onun realist dəst-xəttə sədaqətində,
həyat hadisələrinə, ictimai proseslərə tənqidi baxışlarında üzə
çıxırdı. Hər cür idilliya və illüziyalardan, romantika və dəbdə-
bədən təmizlənmiş acı həyat dərsləri “molla nəsrəddinçilərin”
bədii dünyagörüşünü daha çox məşğul edir, daha çox həyəcan-
landırırdı. Sabirin “şairəm, əsrimin ayinəsiyəm!” – poetik
kredosunu müəyyən mənada, onların hamısını səciyyələndirən
bir ədəbi deviz kimi qəbul etmək olardı. Yeri gəlmişkən,
deyək ki, bu məktəbin “füyuzat”çılarla (“Füyuzat” jurnalı ətra-
fında birləşən ədəbi qüvvələr) əsas fikir ixtilafları da məhz bu
Dostları ilə paylaş: |