T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
25
ruhlu ziyalı zümrəsinin şəxsində və nümunəsində baş verirdi.
İlk milli mətbuatı, ilk nəşr-çap qurumlarını, ilk “dərsi - üsuli-
cədid”i (M.Ə.Sabir) də bu ziyalılar yaradır, onu geniş xalq
kütlələrinin istifadəsinə verirdilər. Bu ziyalılar bir tərəfdən,
Azərbaycan mədəniyyətinin milli müstəqilliyi uğrunda, yeni
tarixi mərhələdəki adət-ənənələrilə davam və inkişafı naminə
mübarizə aparır, bu mədəniyyəti mənəvi aşınmadan qoruyur,
ona qarşı düşmən hücumlarını dəf edir, digər tərəfdən isə
həmin mədəniyyətin dünya, xüsusilə Qərb və rus mədəniyyəti
ilə fəal təmasının yaranmasına böyük səy göstərirdilər.
M.F.Axundzadə ilə təşəkkül etmiş yeni ruhlu milli
dünyagörüşə yiyələnmək, xalqı aparıcı elmi, sosial-fəlsəfi, mə-
dəni-mənəvi, ədəbi-bədii dəyərlərlə silahlandırmaq və maarif-
ləndirmək təşəbbüsləri, bu istiqamətdə Avropanı – Qərbi, rus
demokratik fikrini oriyentir seçmək arzusu və səyləri XIX
əsrin ikinci yarısında öz çoxşaxəli və kütləvi həllini məhz bu
yaradıcı ziyalıların fəaliyyətində tapırdı. Xüsusilə əsrin 50-60-
cı illərindən başlayaraq tam bir ədəbi-mədəni cərəyan kimi
boy göstərən maarifçilik hərəkatı həmin ziyalıların yaradıcılığı
ilə üzvi şəkildə çulğaşaraq inqilabi-demokratik məzmun kəsb
etməyə başlayırdı. Bu da hər şeydən əvvəl, özünü maarifçi rea-
lizmin və bu realizmə xas olan ədəbi janrların, məsələn, dram,
hekayə, povest, habelə başqa şeir və nəsr şəkillərinin kütlə-
viləşməsi, yeni mətbuat orqanlarının və publisistikanın yaran-
ması və maarifçiliyin artıq ictimai hərəkat xarakteri almasında
göstərirdi. Maarifçilik və maarifçi realizm də elə bu məqamda
artıq bir nəfərin – Mirzə Fətəli Axundzadənin yox, geniş dairə-
də şair və yazıçıların, yaradıcı ziyalı təbəqəsinin metodu ola
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
26
bilir. M.F.Axundzadə kimi nadir bir ədəbi şəxsiyyətin sənət
təcrübəsinə istinadən artıq yetkin, hazırlıqlı ədəbiyyat nüma-
yəndələri, estetik sistemlər təşəkkül tapmağa başlayır. Drama-
turgiya, nəsr, tənqid, fəlsəfi, publisistika – vaxtilə yalnız
Axundzadə ilə təmsil və ifadə olunan sosial-mədəni quruculuq
təşəbbüsləri XIX əsrin sonlarında və XX əsrin əvvəllərində öz
peşəkar ardıcıllarını yaradır. Bu dövrdə “bütünlükdə milli
mütərəqqi mətbuat və teatr, məktəb və pedaqoji fikir, tərcümə,
tənqid və estetika hamısı birlikdə maarif, intibah və realizm
uğrunda mübarizənin ideoloji və ideya – təşkilati işin fəal
cəbbəxanasına çevrilir” (35, 126).
İctimai-tarixi şəraitin və yeni dünya nizamının hökmü ilə
irəli sürülən yeniləşmə və müasirləşmə tələbinin təsiri altında
orta əsrlərdən miras qalmış ortodoksal ədəbi təsisatlar da bir-
bir sıradan çıxmağa başlayır; epiqonçu, Füzuliyə təqlidən
yaradılan qəzəl ənənəsi, mərsiyə-mədhiyyə, məsnəvi-qəsidə
ədəbiyyatı da öz hegemonluğundan əl çəkməli olur. “Ədəbi
hərəkata və bədii inkişafa məxsus təzadlı, dialektik mürəkkəb-
liyin tipoloji spektrini də onun yeni, artıq maarifçi-realist
təmayüllə dini mürtəce anti-ədəbiyyat yox, maarifçi-demokra-
tik ədəbiyyatın öz daxili yolları və zidd istiqamətləri təşkil
edir” (35, 126).
XX əsrin əvvəllərindəki ədəbi hərəkatın əsas nümayən-
dələri Y.Qarayevin qeyd etdiyi həmin “daxili yollar” və “zidd
istiqamətlər” M.F.Axundzadəyə münasibətdə həmişə ortaq
olublar: “molla nəsrəddinçilər” də, “füyuzatçılar” da bu böyük
adı həmişə hörmət və ehtiramla yad etmiş, ondan məktəb və
mənbə kimi bəhrələnmişlər. XX əsrin əvvəllərindəki ədəbi-
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
27
mədəni gerçəklik, sözün ən geniş anlamında, milli müəyyən-
liyin etirafı, təsdiqi və təsbiti uğrunda şüur döyüşləri gerçəkliyi
idi.
Çar Rusiyasında məlum siyasi-kütləvi, sosial-milli etiraz-
ların nəticəsi kimi “17 oktyabr” (1905-ci il) manifesti adı ilə
tanınan fərmanın elan edilməsindən sonra azlıqda qalan müs-
təmləkə xalqlarına müəyyən azadlıqların verilməsi bu prosesə,
xüsusilə, dönməz xarakter verdi. Doğrudur, “17 oktyabr”
manifestindən – böyük ruh yüksəkliyi doğurmuş, milli azadlıq
hərəkatına, milli ədəbi-mədəni yüksəlişə mühüm zəmin
yaratmış bu manifestdən sonra törədilən qanlı erməni-müsəl-
man qarşıdurması bədnam Stolıpin irticasının meydana çıx-
ması, imperiyanın öz mövqeyini möhkəmlətmək yolunda atdı-
ğı mürtəce addımlar müvəqqəti bir ruh düşkünlüyü yaratsa da,
artıq başlanmış bu möhtəşəm tarixi, milli-mədəni intibah
prosesinə nəinki mane ola bilmədi, əksinə, milli azadlıq hərə-
katını, milli istiqlal ideyalarını daha da gücləndirdi. Bu ba-
xımdan Əhməd bəy Ağaoğlunun Əli bəy Hüseynzadəyə ün-
vanladığı müraciət həmin dövrün ab-havasını çox səciyyəvi
şəkildə ifadə edir: “Bəradərim Hüseynzadə, sehr və əfsunun
olmadığını nədən bildiniz? Bu qədər naümidlik nədən hasil
oldu? Məgər haman məcmuənizdə əşari-həyat bəhsini tərcümə
etdiginiz alman şairi-məşhuri Höte və yainki haman məcmuə-
nizdə tərcümeyi-halını bəyan buyurduğunuz Midhət Paşa
əfsunkar sehr degilmidilər?! Məgər bunlar bir qüvveyi-cazi-
beyi-ruhaniyyə, bir səfayi-qəlb, sədaqəti-ruh, ülviyyəti-fikir və
hissiyat sahəsində, haləti-məmatda nümayiş edən öz millət-
lərinə, öz taifələrinə tazə bir həyat, tazə bir ruh vermədilər?!
Dostları ilə paylaş: |