T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
19
XIX əsrin 30-40-cı illərində Zaqafqaziyanın mərkəzi
şəhərlərində - İrəvanda, Tiflisdə teatr həyatında bir canlanma
yarandı. “Bu şəhərlərdə rus dilində rus və Qərbi Avropa
dramaturqlarının əsərlərindən teatr tamaşaları verilməyə
başlandı” (38, 118). Qriboyedovun, Qoqolun, başqa rus dra-
maturqlarının, məşhur fransız komediyanəvisi Molyerin, dahi
ingilis dramaturqu Şekspirin əsərləri teatr səhnəsində göstəri-
lirdi. Həmin tamaşalar rus və Qərbi Avropa mədəniyyətinin
yayılması, milli mədəniyyətlərin yeni realist bir istiqamət kəsb
etməsi üçün münbit şərait yaradırdı. “Bu dövrdə Azərbaycanda
elm, incəsənət və ədəbiyyat sahəsində yenilik və inkişaf baş-
landı. Alimlər, ədiblər, incəsənət ustaları tədriclə köhnə
sxolastik üsuldan yeni müasir üsula keçməyə, milli ruhda
əsərlər yaratmağa başladılar” (38, 118-119).
Azərbaycanın bir sıra alimləri Rusiyanın mərkəzi
şəhərlərinə köçərək elmi-pedaqoji fəaliyyət göstərirdilər.
Dərbənddən olan Mirzə Kazım bəy (1802-1870) Kazan univer-
sitetində şərqşünaslıq üzrə mühazirələr oxuyurdu. Sonralar o,
Sankt-Peterburq universitetinin professoru oldu və Rusiya
Akademiyasının müxbir üzvü seçildi. Başqa bir görkəmli azər-
baycanlı şərqşünas Mirzə Cəfər Topçubaşov (1790-1869)
Peterburq universitetində fars ədəbiyyatı kafedrasının müdiri
idi və A.S.Qriboyedov ondan Şərq dillərini öyrənirdi.
M.F.Axundzadə (1812-1878) Qərb fəlsəfəsini, elmi-
nəzəri fikrini, ədəbi-tənqidi yaradıcılıq nümunələrini və
dramaturgiyasını öyrənib Şərqdə və Azərbaycanda bir sıra
Avropa tipli ədəbi növ və janrların banisi oldu.
Yuxarıda adı çəkilən ədəbi şəxsiyyətlər, alimlər Azərbay-
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
20
can mədəniyyətinin Rusiya və Avropadan gələn ideyalarla
zənginləşməsi üçün ilkin imkanlar yaradırdılar. Qərb tipli
mədəni təsisatlar qurulur, yeni ədəbi-bədii forma və janrlara
geniş meydan verilirdi.
XIX əsrin ikinci yarısından başlayaraq M.F.Axundzadə,
S.Ə.Şirvani, H.Zərdabi, N.Vəzirov, Ünsizadə qardaşları maa-
rifçilik hərəkatının yüksələn xətlə inkişafına təkan verdilər.
Rusiya və Avropadan nümunə götürülərək mətbuat və teatrın
yaradılması üçün ədəbi-mədəni işlər görülürdü. 10 mart 1873-
cü ildə Azərbaycan milli teatrının əsası qoyuldu. H.Zərdabi,
N.Vəzirov, Əsgərağa Adıgözəlov (Gorani) və başqaları M.F.
Axundzadənin “Hacı Qara” komediyasını səhnədə göstərdilər.
XX əsrin əvvəllərindəki Qərbə meyilliliyin təşəkkül
tarixini, onun ideya-mədəni köklərini, məna və məzmununu
aydın təsəvvür etmək üçün mütləq M.F.Axundzadənin və
H.Zərdabinin şəxsiyyətləri barədə qısaca da olsa söhbət açmaq
lazımdır.
Böyük mütəfəkkir yazıçı və müsəlman Şərqində
dramaturgiyanın banisi M.F.Axundzadə (1812-1878) XIX
əsrdə maarifçilik hərəkatının ən görkəmli siması idi (38, 253).
O, 1834-cü ildə Nuxadan, Tiflisə köçüb burada dövlət
xidmətinə girəndən və pedaqoji fəaliyyətə başlayandan sonra
rus və Avropa mədəniyyəti ilə yaxından tanış olmuşdu. Şərq
dilləri üzrə tərcüməçi kimi Qafqaz canişinliyində göstərdiyi
fəaliyyətilə yanaşı, Axundzadə rus və Qərb ədəbiyyatını,
tarixini və fəlsəfəsini dərindən öyrənmiş, Tiflisdə Şekspirin rus
dilində göstərilən əsərlərinə tamaşa edəndən sonra dalbadal altı
pyes yazmışdı. O, ilk dəfə olaraq sırf Qərb ədəbi və fəlsəfi
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
21
janrlarında komediya, dram, povest, tənqidi məqalə və s.
əsərlər yaratmış, böyük rus şairi A.S.Puşkinin ölümünə yazdığı
qəsidə ilə bu faciəli hadisəyə dərin təəssüf və kədərini ifadə
etmişdi.
Realist-maarifçi ədəbiyyatın əsas vəzifəsini sosial
problemlər qaldırmaqla xalqa xidmət etməkdə görən Axund-
zadəni “Azərbaycan Molyeri” adlandırırdılar. Onun əsərlərin-
də Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq Avropadan gələn
obrazlar da iştirak edir və hətta “Müsyö Jordan və Dərviş
Məstəli Şah” adlı komediyasında mərkəzi yer tuturdu. Axund-
zadənin “Aldanmış Kəvakib” povesti də janr - forma xüsusiy-
yətlərinə görə Qərb tipli bir əsər idi. Lakin bütün bunlardan
öncə Axundzadə özünün dünyagörüşünə və ictimai-siyasi
fikirlərinə görə rus və Qərbi Avropa maarifçiliyindən bəhrə-
lənməklə yeni Azərbaycan mədəniyyətinin özül daşlarını
qoymuşdur. O, “Kəmallüddövlə məktubları”nda ənənəvi mo-
narxiya hakimiyyətinə qarşı çıxaraq, Monteskyö, Volter və
başqa Avropa mütəfəkkirlərinin görüşlərini bölüşürdü.
Maarifçi və demokrat olaraq Axundzadə xalqın ictimai şüuru-
nun yüksəlməsi, dünya mədəniyyətinə qovuşması istiqamə-
tində həyata keçirilməli mühüm tədbirlərdən birini də əski ərəb
əlifbasından imtina etməkdə və yeni tipli latın qrafikasına
keçiddə görürdü. Axundzadənin maarifçi-realist yaradıcılığı və
ədəbi-ictimai fəaliyyəti Azərbaycan xalqını rus və Qərb
mədəniyyətinə inteqrasiya etmək məqsədi daşıyırdı. “Gerçək-
liyin inikasındakı realist metod Azərbaycan ədəbiyyatını
dərhal ümumavropa ədəbiyyatı səviyyəsi ilə yanaşı qoydu”
(34, 114). Mütəfəkkir ədibin Şərq despotizminə qarşı çağırış-
Dostları ilə paylaş: |