T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
15
yət tariximizin bu öyrənilməmiş səhifələrinə yenidən müraciıt
etməklə biz Azərbaycanşünaslığın kulturoloji baxımdan daha
dolğun elmi-nəzəri müddəalarla zənginləşməsinə imkan yara-
dırıq.
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
16
I FƏSİL
XX ƏSRİN ƏVVƏLLƏRİ AZƏRBAYCAN
ƏDƏBİ MÜHİTİNDƏ MAARİFÇİLİK HƏRƏKATININ
QƏRBƏ MEYLLƏRİ VƏ DİNƏ MÜNASİBƏTİ
1.
İctimai fikirdə və ədəbi-mədəni düşüncədə
Qərbə meyllərin təşəkkül tarixi
Azərbaycanda XX əsrin əvvəllərindəki qərbçilik meyil-
ləri XIX əsrin maarifçilik ideyaları əsasında yaranmış hərə-
katın bətnində və o cümlədən maarifçi realizm ədəbi məktə-
binin məcrasında təşəkkül tapmışdır.
Bu gün də tarixçi-alim və tədqiqatçıların təsdiq etdiyi
kimi, çarizmin müstəmləkəçilik siyasətinə baxmayaraq, Azər-
baycanın Rusiyaya birləşdirilməsində heç kimin iradəsindən
asılı olmayan bir sıra obyektiv-mütərəqqi cəhətlər də var idi.
Ölkədə yerli – ara müharibələri dayandırılmış, sülh şəraiti və
dinclik hökm sürməyə başlamış, feodal münasibətlərinin dağıl-
ması prosesi sürətlənmişdi. Azərbaycan Rusiyadakı və bura-
dan da dünyadakı kapitalist münasibətlərinin inkişafı prosesinə
cəlb olunurdu. İqtisadiyyatın inkişafı ilə xalqın maariflənməsi
və mədəni tərəqqisi də artırdı. “1861-ci ildə çar Rusiyasında
təhkimçilik hüququ ləğv ediləndən sonra, bu proses imperiya-
nın müstəmləkəsi altında olan əyalətlərdə də davamını tapdı.
Qafqazda, o cümlədən Azərbaycanda 1870-ci ildə kəndli isla-
hatı keçirildi və burada kapitalizmin sürəkli inkişaf yolu baş-
ladı. Ölkə öz tarixinin yeni mərhələsinə keçmiş oldu” (7, 4).
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
17
Tədqiqatçı-alim, prof. V.Quliyev haqlı olaraq yazır:
“Tarixçilərin müxtəlif dövrlərin ruhuna münasib şəkildə
işlətdikləri terminoloji anlayışlardan (“könüllü daxil olma”,
“birləşmə”, “birləşdirilmə”, “ilhaq edilmə” və s.) asılı
olmayaraq, Rusiya imperiyasının XIX əsrin başlanğıcında
Azərbaycana ekspansiv münasibəti və torpaqlarımızı işğal
etməsi fakt idi. Lakin o da faktdır ki, regionun hətta silah
gücünə də olsa, Rusiya imperiyasına daxil edilməsi istər
məhsuldar qüvvələrin, istərsə də mədəni həyatın, maarifin və
ictimai fikrin inkişafına ilkin mərhələdə müəyyən müsbət təsir
göstərmişdir” (40, 5).
Humanist ideyalarla zəngin olan XIX əsr rus klassik
ədəbiyyatı Azərbaycan ziyalılarının mədəni inkişafında, bədii
yaradıcılıq təfəkkürünün dövrün müasirlik elementləri ilə
zənginləşməsində mühüm rol oynayırdı. Bizim yaradıcı
ziyalılar, yazıçı və sənətkarlar ilk növbədə rus dili, daha
sonralar isə Qərb dilləri vasitəsilə Avropa elm və mədəniy-
yətinin ayrı-ayrı nümunələrinə, o dövrün müasir nailiyyətləri-
nə dərindən bələd olur və yeni inkişaf səviyyəsinə qovuşurdu-
lar. Tədricən ümumdünya sivilizasiyasına inteqrasiya olmaq
üçün imkan və şərait yaranırdı. Özü Qərb azadfikirliliyi və
maarifçiliyindən bəhrələnən və getdikcə zənginləşən rus mədə-
niyyəti, elm və incəsənəti müstəmləkə boyunduruğu altında
olan xalqlara, o cümlədən Azərbaycan xalqına mütərəqqi təsir
göstərirdi. Rusiya və Avropaya açılan elm, maarif və mədəniy-
yət pəncərələri Azərbaycanın Şərq ədəbi-bədii ənənələrini yeni
istiqamətdə daha da zənginləşdirir, onu dünya standartlarına
cavab verən bir səviyyəyə qovuşmağa yönəldirdi.
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
18
Görkəmli Danimarka estetiki, tənqidçisi və ədəbiyyat-
şünası Georq Moris Brandes (1842-1900) “XIX əsr ədəbiyyatı
və onun başlıca cərəyanlar kitabında” yazırdı: “Ən istedadlı
xalqın dahisi də ilhamını ümumdünya –bəşəri təcrübədən
almalıdır. Bu dahi öz ixtiyarına buraxılanda solur, öləziyir.
Yalnız başqa millətlərin dahiləri ilə ünsiyyət və yaxınlıq ona
həmişə təravətli qalmaq üçün qüvvə verir” (8, 1).
Böyük alman mütəffəkiri və sənətkarı V.İ.Höte hələ
XVIII əsrin sonlarında dünyada gedən mədəni inteqrasiya
proseslərinə qiymət verərək göstərirdi ki, “indi biz ümum-
dünya ədəbiyyatı epoxasına daxil oluruq və hər kəs bu
epoxanın gəlişinin sürətlənməsinə yardım etməlidir” (19, 348).
Belə bir fikir doğrudur ki, “XIX əsrin ilk onilliklərindən
başlayaraq Azərbaycan ədəbiyyatının ümumdünya ədəbi pro-
sesi ilə əlaqələri yeni məzmun və xarakter almağa başlamışdı.
Bu isə təkcə milli ədəbiyyatın dünya miqyasına çıxması ilə
şərtlənmirdi, eyni zamanda həm də onun forma-məzmun, janr-
üslub, ideoloji-dünyagörüşü baxımından əhəmiyyətli dərəcədə
yeniləşməsinə təkan verirdi” (40, 15).
Görkəmli ədəbiyyatşünas-alim, akademik M.A.Dadaş-
zadə göstərirdi ki, “özünü ədəbiyyat və incəsənətin sonrakı
inkişafına həsr etmiş mütəfəkkir, ictimai xadim və şairlərin
yeni nəsilləri yetişirdi. Bu yeni nəslin ilk nümayəndələri
Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh və İsmayıl bəy
Qutqaşınlı idi” (18, 97). XIX əsrin birinci yarısında maarifçi-
realist ədəbiyyatın ilk təməl daşları qoyulurdu. Puşkin, Qoqol,
Gertsen, Belinski kimi rus ədiblərinin yaradıcılığı ilə tanışlıq
Azərbaycan ədəbiyyatında realizmi bilavasitə gücləndirirdi.
Dostları ilə paylaş: |