T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
8
uzaqlaşmağı deyil, əksinə, islamla silahlanmağı lazım bilirdilər.
Kitabda Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Y.V.Çəmənzəminli
kimi ziyalıların “qərbçilik fəaliyyəti”, Avropa mədəniyyətinin
Azərbaycana gətirilməsində onların məqsədi, rolu və xidmət-
ləri obyektiv dəyərləndirilir, Qərb mədəniyyətinin öyrənilib
mənimsənilməsində və Qafqaz müsəlmanları arasında yayıl-
masında bədii tərcümənin əhəmiyyəti qeyd olunur. Avropa və
rus klassik ədəbiyyatı nümunələrinin Azərbaycan oxucusuna
çatdırılmasında Ə.Hüseynzadə, A.Cövdət, A.Səhhət, M.Ə.Rə-
sulzadə, M.Hacınski və b. ziyalıların fəaliyyəti qədirşünaslıqda
dəyərləndirilir.
Tədqiqatçının söhbət açdığı müəlliflərin bədii tərcümə
əsərlərini onların nəzəri mülahizələri ilə vəhdətdə öyrənməsi
mühüm keyfiyyətdir. Belə araşdırma üsulu müəllifə milli
ədəbiyyatların inkişafında bədii tərcümənin əhəmiyyəti, habelə
XX əsrin əvvəllərindəki tərcümə nəzəriyyəsinə dair də
müəyyən fikirlər söyləməyə imkan verir. T.Abdullayeva
Ə.Hüseynzadənin Hötedən, A.Cövdətin Bayrondan, N.Nəri-
manovun Qoqoldan etdiyi tərcümələrin bədii məziyyətləri
haqqında söhbət açmaqla Azərbaycan dilinə tərcümə tarixi və
nəzəriyyəsinə aid fikirləri daha da zənginləşdirir.
“Azərbaycan ədəbi fikrində qərbçilik meyilləri” kitabının
bütün fəsil və bölmələrində söylənən fikirlər, istinad olunan
faktlar, elmi təhlil və şərhlər sübut edir ki, XX əsrin əvvəl-
lərində Azərbaycan maarifçi ziyalılarının Qərbə – Avropaya
meyli onların vətən sevgisindən, vətənpərvərlik duyğularından,
Azərbaycanı, bütün türk-müsəlman aləmini Şərq ətalətindən,
maddi və mənəvi əsarətdən xilas etmək, Qərbin təcavüzkar-
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
9
imperialist siyasətindən qorumaq türk-müsəlman xalqlarının
dünya sivilizasiyasına inteqrasiyasını sürətləndirmək, onları
dünya mədəniyyətinə yiyələnmiş azad, müstəqil, suveren
ölkənin vətəndaşı etmək məqsədi daşımış, bu məqsədə çatmaq
üçün əllərində olan bütün imkanlardan istifadə etmişlər.
Onların yorulmadan, ehtirasla apardıqları mübarizə Yaxın
Şərqdə ilk demokratik dövlətin – Azərbaycan Xalq Cumhu-
riyyətinin yaranması ilə nəticələnmişdir.
Əlbəttə, kitabın bölmələrindəki şərh, izah və təhlillərin
hamısının eyni dərəcədə yüksək səviyyədə olduğunu söyləmək
mübaliğə olar. Çox güman ki, mütəxəssislər orada az diqqət
yetirilən, yaxud daha əhatəli təhlil və şərhə möhtac fikirlərə də
təsadüf edəcək və kitabı təkmilləşdirmək üçün öz xeyirxah
məsləhətlərini əsirgəməyəcəklər.
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
10
G İ R İ Ş
Azərbaycan tarixinin ən mürəkkəb və ziddiyyətli dövr-
lərindən biri XX əsrin əvvəlləridir. Bu dövrün həm ictimai-
siyasi, həm də ədəbi-mədəni mənzərəsi son illərə qədər lazı-
mınca obyektiv şəkildə tədqiq olunmamışdı. Ədəbiyyatşünas-
larımız “Molla Nəsrəddin” jurnalının ətrafında formalaşan
ədəbi-mədəni hərəkatı ətraflı öyrəndikləri halda,son dövrlərə
qədər “Füyuzat” jurnalının və onun adı ilə bağlı olan ədəbi
məktəbin Azərbaycan mədəniyyətində tutduğu mövqeyi, oyna-
dığı rolu elmi obyektivliklə tədqiqata cəlb etməmişlər.
Əslində “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Kaspi”, “Tə-
rəqqi” və b. ədəbi orqanları da şərti olaraq “Füyuzatçı”lar
adlandırmaq olar, çünki onların ədəbi-estetik platforması və
mədəniyyət anlayışına münasibəti bir sıra hallarda “Füyuzat”
məktəbinin prinsiplərini ehtiva edirdi. Lakin çox vaxt ideoloji
stereotipləri və vulqar-sosioloji prinsipləri rəhbər tutan sovet
elmi-nəzəri fikri XX əsrin əvvəllərindəki mürəkkəb ədəbi-
mədəni prosesləri birtərəfli öyrənmişdi.
XX
əsrin əvvəllərində milyonçu-xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin maliyyəsi (sahib-imtiyaz) və Əli bəy
Hüseynzadənin naşirliyi - baş redaktorluğu (müdir və baş
mühərrir) ilə çap olunan “Füyuzat” jurnalı (1906-1907)
romantizmlə yanaşı, hələ M.F.Axundzadənin yaradıcılığında
yüksək səviyyədə təcəssümünü tapmış maarifçi realizmi də
yeni tarixi şəraitdə davam etdirirdi. “Füyuzat”çılar da öz
sələfləri kimi Rusiyadakı demokratik fikirdən, Qərbi Avropa
maarifçilik ideyalarından, romantizm və realizm ədəbi
məktəblərindən bəhrələnərək, Azərbaycan xalqının zəruri
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
11
sosial və mədəni ehtiyaclarını ödəmək istiqamətində fəaliyyət
göstərirdilər. “Molla Nəsrəddin” kimi “Füyuzat”ı da “zaman
və həyat” doğurmuşdu. O da tarixi bir zərurəti ifadə edir, öz ta-
rixi-ədəbi missiyasını vicdanla yerinə yetirirdi. Vaxtilə
ədəbiyyatşünaslıqda və estetik fikirdə “burjua mətbuatı”,
“burjua mühərrirləri”, “xəstə estetlər”, “mürtəce romantiklər”,
“nihilist (inkarçı) pantürküsitlər”, “qatı panislamistlər” və s.
belə süni ittihamlarla damğalanan “Füyuzat” və “Füyuzat”çı
ziyalı qrupu əslində xalqın ictimai şüurunun oyanmasında,
onun
Qərb
maarifçiliyinə
qovuşmasında
və
mədəni
səviyyəsinin yüksəlməsində böyük xidmətlər göstərmişdir. Bu
mənada “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları xalqın
oyanması, mədəni dəyərləri əxz etməsi, dünya sivilizasiyasına
qovuşması istiqamətində eyni ideallara xidmət edirdilər.
Onların, yalnız bu ideallara aparan yol və vasitələrə, ədəbi dil
məsələsinə münasibətlərində müəyyən fikir ayrılıqları var idi.
Həqiqətən, “Füyuzat” və “Molla Nəsrəddin” özləri həyatda,
tarixin konkret gerçəkliyində cəmi iki il mübarizə aparmışlar.
Vulqar sosiologistlər isə, onları ədəbiyyatşünaslıqda yetmiş
ildir ki, vuruşdururlar” (36, 96).
XX əsrin əvvəllərinin çox mürəkkəb ədəbi-mədəni
proseslərinin hər hansı istiqamətinə birtərəfli, birmənalı
yanaşmaq, onu mürəkkəb ziddiyyətlər kontekstindən qoparıb
dərk etməyə, qiymətləndirməyə çalışmağın uğursuzluqları son
illər elmi fikirdə dəfələrlə təsdiqləndiyindən, paralel şəkildə
başqa humanitar elm sahələrində olduğu kimi, ədəbiyyatşünas-
lıqda da həmin dövrün ədəbi-mədəni həyatının obyektiv elmi
mənzərəsini yaratmaq yönündə bir sıra uğurlu addımlar
Dostları ilə paylaş: |