T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
12
atılmışdır. Bu elmi araşdırmaların müəllifləri arasında əvvəlki
onilliklərdə ideoloji diktata tabe olmaq məcburiyyətində
qaldıqlarından XX əsrin əvvəllərindəki ədəbi-bədii fikri ob-
yektivliklə işıqlandıra bilməyərək, ona yenidən qayıdan nüfuz-
lu tədqiqatçılar ilə yanaşı, çox təbii ki, ədəbiyyatşünaslığa son
vaxtlar gəlmiş, vulqar sosiologizmdən azad yeni nəslin
nümayəndələri də vardır.
Şübhəsiz ki, XX əsrin əvvəllərinin elmi-mədəni-ədəbi
mənzərəsi özündə ictimai-tarixi şəraitin mürəkkəbliyini əks
etdirirdi, çünki o, həyatın özündən, həmin dövrün gerçək-
liyindən doğurdu, onu ifadə edirdi.
“1900-cü illərin Bakısı, Tiflisi necə idi?” sualının doğru-
düzgün cavabı XX əsrin əvvəllərində Azərbaycan ictimai-milli
mühitində baş verən keyfiyyət dəyişiklikləri, yeni ədəbi-estetik
istiqamətin və bədii təfəkkür tipinin təşəkkül məqamları ilə sıx
bağlıdır. Bu məqamlar istər tarixi gedişatın ümumi inkişaf
istiqaməti baxımından, istərsə də ədəbi təcrübədə sürəkli ola-
raq davam edən ideya-bədii axtarışların tendensiyasına görə
obyektiv zərurəti ifadə edirdi. Azərbaycan özünün zəngin neft
ehtiyatına görə mövcud beynəlxalq maraq və ehtiyacın tələbi
ilə Şərqdə birinci olaraq kapitalizm mərhələsinə girir və
xüsusilə Bakının timsalında feodalizmdən (təbii ki, həm də
onun mənəviyyatından, dünyagörüşündən və ideya təsisatların-
dan) sürətlə uzaqlaşırdı. Neftin istehsalı, emalı, dünya bazarına
daşınması ilə bağlı olaraq təbii-zəruri sənayeləşmə, Qərb
kapitalının Azərbaycana axını, fəhlə sinfinin formalaşması,
Bakıya şimaldan – Rusiyadan və cənubdan – İrandan kütləvi
miqrasiya, böyük tikinti-quruculuq işləri – bütün bunlar
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
13
ölkənin sosial, iqtisadi, siyasi həyatında, mədəni-mənəvi mühi-
tində, sözün əsl mənasında, inqilabi yeniləşmənin də
müqəddəm şərtlərinə çevrilirdi. XX əsrin əvvəllərində maarif-
çilik məcrasında cərəyan edən ədəbi-bədii fikir, qabaqcıl
yaradıcı ziyalı hərəkatı da bu proseslərdən kənarda qalmırdı.
Bu dövrdə artıq maarifçilik hərəkatında xalqı Qərb və
dünya mədəniyyətinə qovuşdurmaq, onun ictimai-siyasi və el-
mi-mədəni şüur səviyyəsini yüksəltmək təşəbbüs və ideyaları
ilə çıxış edən yaradıcı ziyalıların yeni nəsli yetişmişdi.
Ensiklopedik bilik sahibləri, universal yaradıcılıq qabiliyyətli
yazıçı, şair və publisistlər: Həsən bəy Zərdabi, Nəcəf bəy
Vəzirov, Məhəmməd ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə,
Əhməd bəy Ağaoğlu, Mirzə Cəlil, Ömər Faiq Nemanzadə,
Yusif Vəzir Çəmənzəminli, Məhəmməd Hadi, Haşım bəy
Vəzirov, M.Ə.Sabir, Məhəmməd Əmin Rəsulzadə, Səid
Səlmasi, Nigar xanım, Nəriman Nərimanov, Abdulla Şaiq,
Üzeyir Hacıbəyov, Abdulla Cövdət, Axund Yusif Talıbzadə,
Abdulla Sur, Firudinbəy Köçərli, Süleyman Sani Axundov,
Seyid Hüseyn, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid,
İbrahim Tahir Musayev, Abbas Səhhət, Əhməd Cavad, Həsən
Səbri Ayvazov və başqa yaradıcı, maarifpərvər ziyalılar xalqın
milli və ictimai şüurunu yüksəltmək, mənəvi birliyini möh-
kəmləndirmək, dünyagörüşünü genişləndirmək uğrunda qələm
çalır. Qərbin və demokratik Rusiyanın Şekspir, Volter, Höte,
Şiller, Hayne, Şopenhauer, Fixte, Meçnikov, İbsen, Bayron,
Darvin, Puşkin, Qoqol, Tolstoy, Hüqo, Mendeleyev və digər
böyük elm və sənət adamlarının həyat və yaradıcılığını təbliğ
edir, onların əsərlərini bir nümunə kimi Azərbaycan dilinə
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
14
tərcümədə çap edir, təlim-tərbiyə məsələlərini Qərbi Avropa
sistemi üzrə qurmaq təklifini verirdilər. Məsələn, Əhməd bəy
Ağaoğlu Bakıda rus dilində çıxan “Kaspi” qəzetində yazırdı:
“Tərbiyənin əsasına daxil edilməli olan ümumbəşəri ideya və
hissləri almaq üçün biz hara müraciət etməliyik? Aydındır ki,
Qərbə” (107).
Azərbaycan siyasi müstəqilliyini bərpa edənə qədər
ədəbiyyatşünaslıq və nəzəri-estetik fikir XX əsrin əvvəllərin-
dən başlayaraq 19-20-ci illərə cən mövcud olmuş zəngin
ədəbiyyatımızı, mədəni prosesləri çox vaxt birtərəfli öyrənmiş,
yalnız ideoloji prinsipləri, partiyalı münasibəti əldə rəhbər
tutaraq “Füyuzat” jurnalının və onun ətrafında birləşən mütə-
rəqqi ziyalıların fəaliyyətini obyektiv qiymətləndirə bilmə-
mişdir. XX əsrin əvvəllərində və Azərbaycan Xalq Cümhu-
riyyəti vaxtında cərəyan edən ədəbi-mədəni hərəkat məzmun
və tərkibcə çox mürəkkəb olduğundan bu dövrün Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Y.V.Çəmənzəminli,
M.Ə.Rəsulzadə. M.B.Məhəmmədzadə, Əhməd Cəfəroğlu, Əli
abbas Müznib, Səməd Mənsur və bu kimi görkəmli şəxsiyyət-
lərin yaradıcılığı ya siyasi direktivlər və sosializm realizmi
“metodu” nöqteyi-nəzərindən tənqid və inkar edilmiş və ya
lazımi elmi obyektivliklə araşdırılmamışdır.
“Füyuzat” ədəbi məktəbinin və “Füyuzat”çıların mə-
dəniyyət konsepsiyalarındakı qərbçilik meyllərinin tədqiq
edilib öyrənilməsi bu gün də öz aktuallığını saxlamaqdadır.
Hər şeydən əvvəl ona görə ki, azərbaycan xalqının müasir
dünya mədəniyyətinə inteqrasiya olunmasında həmin ədəbi
məktəb tarixən böyük rol oynamışdır. Digər tərəfdən mədəniy-
Dostları ilə paylaş: |