T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
22
ları, zəhmətkeş insanların zülmə boyun əyməməsi barədə
düşüncələri bizim ictimai fikrimizi xeyli zənginləşdirmişdir.
XIX əsrin ikinci yarısında Azərbaycan teatrının və
mətbuatının banisi Həsən bəy Zərdabi (1842-1907) özünün
hərtərəfli fəaliyyəti ilə Azərbaycan xalqının ictimai şüurunun
yüksəlməsində, rus və Qərbi Avropa mədəni sərvətlərindən
bəhrələnməklə yeni tipli düşüncə və həyat tərzinə yiyələn-
məsində mühüm xidmətlər göstərmişdir. H.Zərdabi ali təhsil
almaq üçün Moskva universitetinin fizika-riyaziyyat fakültə-
sinin təbiətşünaslıq şöbəsinə qəbul olunur. O, burada K.A.
Timiryazev, İ.İ.Meçnikov, D.İ.Pisarev kimi rus alimlərinin və
inqilabçı-demokratların əsərlərini öyrənməklə müasir elmi və
ictimai-siyasi dünyagörüşə yiyələnir. Ç.Darvinin təkamül
nəzəriyyəsini də o, tələbəlik illərində mənimsəmiş və sonra da
onun təbliğatçısına çevrilmişdir. 1873-cü ildə H. Zərdabinin
rəhbərliyi ilə Azərbaycan teatrı yaranmışdı. Lakin onun bu
hadisədən az əhəmiyyətli olmayan böyük bir xidməti də
“Əkinçi” (1875-1877) qəzetinin naşiri və redaktoru olması idi.
“Dünyagörüşünün əsas xüsusiyyətləri ilə Qərb və rus
maarifçilərinə yaxın olan Zərdabi feodalizm və onun iqtisadi-
ictimai və mədəni sahələrdəki təzahürləri əleyhinə mübarizə
aparırdı” (21, 6). Zərdabi Axundzadənin ləyaqətli və mübariz
bir ardıcılı idi. Öz yüksək amalını həyata keçirmək yolundakı
mübarizədə Zərdabi Axundzadəyə, habelə dövrünün görkəmli
ziyalıları olan şair və yazıçılara, o cümlədən Seyid Əzim
Şirvani, Nəcəfbəy Vəzirov, Əsgər ağa Adıgözəlov (Gorani) və
başqa qabaqcıl dünyagörüşlü həmvətənlərinin qüvvəsinə,
köməyinə arxalanırdı. “Əkinçi” qəzeti iqtisadiyyatda, ictimai
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
23
münasibətlərdə, maarif, mədəniyyət, ədəbiyyat, məişət, əxlaq
və geyimdə – hər sahədə, hər işdə yenilik, tərəqqi, gözəlləşmə,
təzələnmə tərəfdarı idi (21, 9). Elə ona görə də Rusiya və
Qərbin tərəqqisi, inkişaf səviyyəsi bir nümunə kimi “Əkinçi”
tərəfindən təbliğ edilirdi. Tarixi inkişafda xalqın ideya tərbiyə-
sini həlledici amil sayan “Əkinçi” öz fəaliyyətində realizmi,
humanizmi, demokratizmi əsas prinsiplər kimi rəhbər tutaraq,
bədii ədəbiyyatı, incəsənəti, məktəb və maarifi, mətbuat və
kitab nəşrini, jurnalistikanı həyatın və dövrün xidmətinə
verirdi. Qəzet feodalizm əsarəti, Şərq despotizmi, zülm və
istismar dünyası əleyhinə mübarizə aparırdı. H.Zərdabi
yazırdı: “Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu
tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da
dəyişdirsin, necə ki, məsəldir deyəllər, zəmanə dəyişilməyi,
əlbəttə, hər anlayan kəsə məlumdur və bu tövr zəmanənin
dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki,
zəmanəni dəyişilməkdən saxlayaq” (21, 18).
H.Zərdabinin naşirliyi və redaktorluğu ilə çıxan “Əkinçi”
qəzeti və onun ətrafında toplaşan müəlliflər məhz həyatın,
zəmanənin dəyişməsinə müvafiq şəkildə xalqın Avropa və
dünya meyarları ilə tərəqqi və intibah yoluna düşməsinə səy və
qeyrət edirdilər. Bu isə XX əsrin əvvəllərində Azərbaycan
maarifçiliyindəki qərbçilik meyillərinin təşəkkülünə, güclən-
məsinə səbəb və şərait yaradırdı.
XX əsrin əvvəlləri Azərbaycan ədəbi fikrində qərbçilik
meyillərinin öyrənilmsi yalnız öz-özlüyündə deyil, eyni
zamanda, ümumiyyətlə həmin dövrün ədəbi-mədəni, ictimai-
siyasi xarakterini açmaq, onun tam obyektiv elmi panoramını
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
24
yaratmaq üçün də çox əhəmiyyətli və aktual bir problemdir.
Bu dövrün ədəbi-mədəni mənzərənin hərtərəfli öyrənil-
məsi, ona qarşı ədəbiyyatşünaslıqda uzun illər mövcud olmuş
qeyri-obyektiv münasibəti aradan qaldırmaqla öyrənməyin Əli
bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsul-
zadə, Yusif Vəzir Çəmənzəminli, Haşım bəy Vəzirov, habelə
realist və romantik sənətkarların, digər əbədiyyatçı və publi-
sistlərin maarifçilik ideyalarındakı və mədəniyyət konsepsiya-
larındakı bir çox aspektlər: ümumtürk mədəniyyətində bizim
yerimiz və rolumuz, mənəviyyatımızın islam dini ilə bağlılığı,
rus və Qərb elminə, mədəniyyətinə rasional mövqedən müsbət
münasibət,Avropa və dünya sivilizasiyasına inteqrasiya meyil-
ləri, bədii tərcümə məsələləri və s. bu gün də öz aktuallığını
saxlayan problemlərin elmi şərhinə, nəhayət, uzun illər bu irsə
bəslənilmiş “ittihamçı” münasibətlərin yenidən təhlili, qiymət-
ləndirilməsi və elmi dəlil-sübutlarla təkzibinə imkan verir.
1.2. Maarifçilik hərəkatında Qərbə meyilli yaradıcı
ziyalıların və “Füyuzat” ədəbi məktəbinin rolu
XX əsrin əvvəllərində və Azərbaycan Xalq Cümhuriyyəti
dövründə davamını tapan və ya başlanğıcını götürən bütün
sosial-mədəni proseslərin, o cümlədən Avropaya və Qərbə
doğru meyillərin təşkilatçısı və ilhamvericisi, şübhəsiz ki, yeni
ruhlu, yeni düşüncəli yaradıcı ziyalılar idi. Orta əsrlər Şərqinin
həyat tərzinin tükənmiş adət və ənənələrindən, sxolastika və
ehkamlarından sürətlə uzaqlaşma, sosial ətalətin, təkamül
fəlsəfəsinin, milli qapalılığın qətiyyətli dəfi məhz bu yeni
Dostları ilə paylaş: |