T texniki kolleci


Qabaq və arxa təkərlərin izlərinin üst-üstə düşmə əmsalı –



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə100/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   96   97   98   99   100   101   102   103   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Qabaq və arxa təkərlərin izlərinin üst-üstə düşmə əmsalı – 
аi
qi
i
b
b
/


(burada 
qi
b

аi
b
– uyğun olaraq qabaq və arxa təkərlərin qoyduğu izlərin enidir). 
i

vahidə 
yaxınlaşdıqca avtomobilin bataqlıq istisna olunmaqla deformasiya olunan süxurlarda 
hərəkəti zamanı hərəkətə müqavimət qüvvəsi azalır. Bu göstərici reqlamentləşdirilmir. 
Dəf oluna bilən ən böyük yamaclıq bucağı
– yamaclarda avtomobillərin hərəkət 
şəraiti paraqrafında izah olunmuşdur.
Dəf oluna bilən ən böyük yoxuşluq bucağı
– 
mühərrikin gücü, aparan təkərlərin ilişmə şəraiti və qabaq təkərlərin yerdən ayrılması ilə 
məhdudlaşır. Bu bucaq avtomobilin arxa oxu ətrafında aşma imkanını müəyyən edir. Adi 
tərtibatlı avtomobillərdə bu bucaq maksimal qalxma bucağından böyükdür və buna görə 
də avtomobilin arxa oxu ətrafında aşması praktiki olaraq mümkün deyil. Yalnız xüsusi 
təyinatlı avtomobillərdə, kütlə mərkəzi çox yüksəkdə yerləşərsə dəyanətliyin aydınlaşdı-
rılmasının əhəmiyyəti var. Aparan təkərlərdə maksimal dartıcı qüvvə əsasən aparan 
təkərlərlə dayaq müstəvisi arasındakı ilişmə şərti ilə məhdudlaşır. Bəzi sürətli 
avtoqatarlarda isə o burucu momentin qiyməti ilə məhdudlaşır və bu halda 
max
max
D
i

şərtinə görə tapıla bilər.Bərk örtüklü yollarda (

= 0,6...0,7) avtomobillərin dəf edə 
biləcəyi maksimal yoxuşluq bucağı: 

natamam ötürməli avtoqatarlarda – 11 ...13



natamam ötürməli tək avtomobillərdə – 20...25



tam ötürməli avtoqatarlarda – 15...20



tam ötürməli tək avtomobillərdə – 27...35


Normativ sənədlərə görə avtomobil qatarları bərk örtüklü yollarda 18%-li mailliyi 
(10,2

), tək avtomobillər isə 25%-li mailliyi (14

) dəf etməlidir.Eniş onunla qorxuludur 
ki, enişdə avtomobil qabaq oxa nəzərən aşa bilər. Adi tərtibatlı avtomobillərdə aşma 
əsasən 45

-dən böyük bucaqlı enişlərdə baş verə bilir. Enişdə avtomobil maneəyə 
toxunarsa ətalət qüvvəsi yaranar və onun istiqaməti hərəkət istiqaməti ilə üst-üstə 
düşərək çevirici momenti artırar. Buna görə də avtomobilin aşma ehtimalı artar. Analoji 
hadisə enişdə qəflətən tormozlama halında baş verir. Avtomobilin enişdə aşma 
ehtimalını azaltmaq üçün hərəkət sürətini azaltmaq lazımdır. Hesablamalar göstərir ki, 
adi tərtibatlı avtomobillərin 30

-yə qədər maillikli enişdə hərəkət sürəti 10 km/saat-dan 
artıq olmamalıdır, əks halda avtomobilin kinetik enerjisi çox olar və kütlə mərkəzini 
qaldırmağa kifayət edər.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə