―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə11/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   ...   7   8   9   10   11   12   13   14   ...   231

24 

 

Azərbaycanda xeyli təbii otlaq vardı və bu, köçəri tayfalar üçün əlveriĢli  idi. 



Qızıl  Orda  xan ları  da  Azərbaycanın  bu təbii  üstünlüyünü nəzərə  alaraq  ölkəni  ələ 

keçirməyə can atırdılar. 

Elxan ilər dövləti Azərbaycanda ticarətdən, sənətkarlıqdan çoxlu vəsait əldə 

edirdi.  Qızıl Orda  xanlan Azərbaycanı istis mar etmək, onun təbii sərvətlərinə sahib 

olmaq istəyirdilər. 

Azərbaycan tarix boyu əlveriĢli strateji  mövqeyə  malik olmuĢdur.  Elxan ilər 

Ģimaldan  təhlükəsizliy i  təmin  etmək  üçün,  ilk  növbədə,  Azərbaycanda 

möhkəmlən məli  və  ölkənin  təbii  üstünlüklərindən  müdafiə  məqsədilə  istifadə 

etməli  idilər.  Qızıl  Orda  dövləti  də  bu  cəhəti  nəzərə  alaraq  Elxaniləri 

Azərbaycandan məhrum etməyə və onları daim təhlükə qarĢısında saxlamağa cəhd 

göstərirdi. 

Beləliklə,  Elxanilər  dövlətinin  təĢəkkül  tap ması  və  Azərbaycanın  həmin  

siyasi  qurumun  mərkəzi  vilayətinə  çevrilməsi  Qızıl  Orda  dövlətinin  mənafeyinə 

zidd idi. 

Azərbaycanın  malik  olduğu  üstünlüklər  Elxan ilərlə  q ızılordalılar  arasında 

uzun müddət gedən müharibələrin əs as səbəbi idi.  Qızıl  Orda  xan ları Azərbaycana 

olan iddia larından əl çəkmədilər və dəfələ rlə bu ö lkəyə hərbi yürüĢlər etdilər.  

Qızılordalıların hər bir yürüĢü zamanı A zərbaycan ərazisi (xüsusilə ġirvan) 

iĢğalçılar  tərəfindən  tapdalanır,  əhalisi  qarət  edilir,  iqtisadiyyatına  böyük  ziyan 

vurulurdu. Qızıl  Orda qoĢunu çox halda  Kür çayın ın sahillərinə kimi gəlir və belə 

vaxtlarda Kür çayı  iki  monqol qoĢunu arasında sərhəd xətti rolun u oynayırdı. Qızıl 

Orda  xanları  Azərbaycanın  yerli  feodallrı  ilə  ə laqə  sa xlay ır,  onlarla  ə lbir  olub, 

ölkəni ələ  keçirməyə cəhd göstərirdilər. ġirvanĢahlarla qızılordalıların ittifaqı daha 

sıx  id i.  Bu  hal  ġirvanın  həmin  dövlətlə  bilavasitə  həmsərhəd  olmasından  irəli 

gəlird i.  Qızılo rdalıların  Təbrizədək  gedərək  bütün  Azərbaycanı  zəbt  etdikləri 

vaxtlar o lmuĢdur. 

Qızılordalılarla  Elxan ilər  arasında  ilk  toqquĢma  hələ  Hülaku  xanın  (1256-

1265)  hakimiyyəti  dövründə  baĢ  verdi.  Qızıl  Orda  hökmdarı  Bərkə  xan  (1256-

1266)  sərkə rdə  Noqayın  baĢçılığı  ilə  30  min lik  qoĢunu  ġirvana  göndərdi.  Hüla ku 

xan  vilayətlərdən  qoĢun  topladı  və  ġirvana  yola  saldı.  Dərbənd  Hülaku  xan 

tərəfindən  tutuldu.  Elxan ilərin  qoĢunu  qızılordalıların   izləyərək  Terek  çayına 

yetiĢdi. Bərkə  xan Elxanilərin üzərinə yeni qüvvələr göndərdi. 1263-cü il yan-varın 

13-də  Tere k  çayı  sahilində  baĢ  vermiĢ  qanlı  vuruĢmada  Hü laku  qoĢunu 

məğ lubiyyətə  uğradı  və  ġabrana  doğru  geri  çəkildi.  Dərbənd  Ģəhəri  yenidən 

qızılordalıların əlinə keçdi. 



25 

 

Qızılordalıların  Azərbaycana  ikinci  yürüĢü  Abaqa  xanın  (1265-1282) 



dövründə  baĢ  verdi.  Qızıl  Orda  ə miri  Noqay  mü xtəlif  bəhanələrlə  Dərbəndi  keçdi 

və  ġirvana  soxuldu.  O,  ilk  növbədə,  ġirvanı,  Arran ı  və  Muğanı,  sonra  isə 

Azərbaycanın  cənub  vilayətlərin i  ələ  keçirməyə  can  atdı.  1265-ci  il  iyulun  25-də 

Hülaku  sərkərdəsi  YuĢmut  Noqaya  qarĢı  hərəkət  etdi.  Ağsu  çayı  sahilindəki 

vuruĢmada  Noqay  yaralandı,  onun  qoĢunu  məğlub  olaraq  Kür  çayının  Ģimalına 

doğru  geri  çəkildi.  Abaqa  xan  çayı  keçdi,  lakin  Bərkənin  böyük  hərb i  qüvvə  ilə 

buraya  gəldiyini  öyrənib  geri  döndü.  DüĢmənin  cənuba  doğru  irəliləməsinin 

qarĢısını  almaq  üçün  çayın  üzərindəki  bütün  körpülər  dağıdıldı.  Bərkə  14  gün 

Kürün  Ģimal  sahilində  qaldı  və  çayın  cənub sahilinə  keçə  bilməd i.  O,  Kür  çayını 

keçmək  məqsədilə  Tiflisə  tərəf  getdi,  lakin  yolda  xəstələndi  və  ö ldü.  Qızıl  Orda 

qoĢunu geri qayıtmağa məcbur o ldu. 

Qızıl  Orda  qoĢunların ın  ölkəyə  üçüncü  yürüĢü  Arqunun  zamanında  (1282-

1291)  baĢ  verdi.  Dərbənddən  Azərbaycana  50  min lik  qoĢun  göndərildi.  Lakin  

1288-c i ilin  mayında Arqun xanın Biləsuvardan ġama xıya gəldiyini eĢidən düĢmən 

geri qayıtmağı lazım bildi. 

Qızılordalılar  A zərbaycana  dördüncü  dəfə  1290-cı  ilin  martında  yürüĢ 

etdilər. Arqun xanın baĢçılığı ilə düĢmənə qarĢı çıxmıĢ Elxani qoĢunu aprelin 27-də 

Qarasu  adlanan  yerdə  Dərbənddən  Ģimalda  onunla  üz-üzə  gəldi.  BaĢ  vermiĢ  qanlı 

vuruĢmada 10 minlik Qızıl Orda qoĢunu məğlub edildi.  

Qızıl Orda dövlətində siyasi vəziyyətin pisləĢməsi ilə əlaqədar Azərbaycana 

olan  yürüĢlər  bir  müddət  kəsildi.  Lakin  Qazan  xanın  (1295-1304)  hakimiyyəti 

dövründə  Ģimaldan  Azərbaycana  basqınlar  yenidən  baĢlandı.  Elxanilərin  M isir 

məmlü kləri  ilə  müharibələri qızılordalıları A zərbaycanı zəbt etməyə Ģirnikləndird i. 

Qazan  xan Ģimal sərhədlərinin daha da möhkəmləndirilməsin i lazım bildi.  O, Əmir 

Nurin in baĢçılığı ilə ġirvana əlavə qoĢun hissələri göndərdi və qızılordalılar döyüĢə 

girmədən geri çəkilməli oldular. 

Qızıl  Orda  ilə  Elxanilər  dövlətin in  münasibətləri  1315-ci  ildə  yenidən 

pisləĢdi  və  getdikcə  kəskinləĢdi.  Sultan  Əbu  Səidin  (1316-1335)  hakimiyyəti 

dövründə  Azərbaycanın  daxili  vəziyyətinin  pisləĢməsindən  istifadə  edən 

qızılordalılar  buranı  ələ  keçirməyə  səy  göstərdilər.  Qızıl  Orda  xanı  Özbək  (1312-

1340) Misir  məmlü kləri  ilə ittifaq bağladı və hər  iki tərəfin qoĢunları  1318-ci  ildə 

Elxan ilər dövləti ərazisinə basqın etdilər. Qızıl Orda qoĢunu Kür çayınm sahillərinə 

qədər  gəldi.  Həmin  dövrdə  Elxan ilər  dövlətinin  Ģimal-Ģərqində  (Xorasanda) 

mərkəzi  hakimiyyətə  qarĢı  üsyan  baĢ  verdi.  Elxanilər  dövləti  üçtərəfli  təhlükə 

qarĢısında  qaldı.  Elxan i  sultanı  Əbu  Səid  hərb i  qüvvələri  səfərbər  etdi  və  hər  üç 

istiqamətə  qoĢun  hissələri  göndərildi.  Lakin  Elxan ilərin  əsas  qüvvələri  Ģimala  - 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə