―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə40/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   ...   36   37   38   39   40   41   42   43   ...   231

82 

 

olan  Məlik  ƏĢrəf  (1453-1461)  Ağqoyunlu  tayfa  ittifaqının  kö məyinə  50  min 



nəfərlik hərbi qüvvə göndərdi. 

Əli  bəyin  və  Məlik  ƏĢrəfin  birləĢmiĢ  qoĢunu  ilə  Əli  bəyin  qardaĢı  Həmzə 

bəyin  qoĢunları  arasında  kəskin  mübarizə  getdi.  Günlərlə  davam  etmiĢ  əlbəyaxa 

döyüĢlər  müttəfiq  qoĢunların ın  məğlubiyyəti  və  Diyarbəkirin  Həmzə  bəyin  

qoĢunları tərəfindən tutulması ilə nəticələndi. 

Vəziyyətin  ağırlığını  an layan  Əli  bəy  öz  qüvvələrini  yenidən  təĢkil  etmək, 

Misir  sultanlığı  ilə  bağladığı  müqavilən i  möhkəmlət mək  məqsədilə  Misirə  gəldi, 

lakin heç bir nəticə əldə etməyərək geri qayıdarkən yolda öldü.  Bu  zaman Həmzə 

bəy  sui-qəsd  nəticəsində  məhv  edildi.  Əli  bəyin  oğlu  Cahangir  Mirzə  yaran mıĢ 

vəziyyəti  münasib  hesab  edərək  Ağqoyunlu  tayfalarını  bir  yerə  topladı  və 

Diyarbəkirdə möhkəmləndi. 

XV  əsrin  50-ci  illərində  Ağqoyunlu  ərazisində  vəziyyət  müəyyən  qədər 

sabitləĢdi.  Ağqoyunlular  əleyhinə  çıxmıĢ  qüvvələrə  qarĢı  mübarizədə  Cahangir 

Mirzənin  qardaĢı  Uzun  Həsən  böyük  Ģücaət  göstərdi  və  Ģöhrətləndi.  Tezlik lə 

Ağqoyunlu əyanları Uzun Həsənin ətrafında daha sıx birləĢərək Cahangir Mirzənin 

əleyhinə  mübarizəyə  qalxd ılar.  Bu  zaman  Cahangir  M irzən in  əsas  qüvvələri 

Diyarbə kirdə  id i  və  Uzun  Həsən  əsas  zərbəni  öncə  Diyarbəkirə  vurmağa  çalıĢdı. 

1453-cü  ilin  yanvar  ayında  baĢ  vermiĢ  döyüĢdə  Cahangir  M irzənin  qüvv ələri 

darmadağın  ed ild i,  ö zü  isə  Mardinə  qaçmaqla  yaxasını  qurtara  b ild i.  O,  sonralar 

qardaĢı  Uzun  Həsənə  qarĢı  mübarizədə  özünə  müttəfiq  tap maq  məqsədilə 

Ağqoyunluların  əsas düĢməni  olan  Qaraqoyunlu  CahanĢahla  ittifaqa  girmək  üçün 

Təbrizə gəld i. 

Uzun Həsənin Ağqoyunlu tayfa ittifaqına baĢçılıq etdiyi ilk dövrlərdə feodal 

mübarizələrin in  arası  kəsilməd i,  lakin  Ağqoyunlu  əyanları  Uzun  Həsənin  böyük 

nüfuzu ilə hesablaĢmalı o ldular. 

Uzun  Həsən  Ağqoyunlu  tayfa  ittifaqını  daha  da  möhkəmlətmək  və  bu 

ittifaq ın  ərazisin i  Azərbaycan  torpaqları  hesabına  geniĢləndirmək,  Azərbaycanın 

cənub  vilayətlərində  hakimiyyəti  ələ  keçirmək,  orada  hökmranlıq  edən 

Qaraqoyunlulara  qarĢı  mübarizə  aparmaq  üçün  tədbirlər  görməyə  baĢladı.  O, 

əyanlara  böyük  imtiyazlar  və  vədlər  verdi,  onlan  öz  ətrafında  sıx  birləĢdirməyə 

müvəffəq oldu. 

XV  əsrin  ortalarında  Qaraqoyunlularla  Ağqoyunlular  arasındakı  mübarizə 

daha da kəskinləĢdi. Mübarizənin ilk dövrünün xüsusiyyəti ondan ibarət idi ki, hər 

iki  tərəf  dövlətlərdəki  daxili  ziddiyyətlərdən  fəal  surətdə  istifadə  etməyə 

baĢlamıĢdı.  XV əsrin  50-ci  illərində Uzun  Həsən ermənilərin yaĢadıqları torpaqları 

və  Gürcüstanın  Qaraqoyunlu  hakimiyyəti  altında  olan Ģərq hissəsini  ələ  keçirərək, 




83 

 

öz hakimiyyətinə tabe etdi. Bu zaman Qaraqoyunlu CahanĢah böyük qüvvə topladı, 



Uzun  Həsənə  qarĢı  hərbi  yürüĢ təĢkil  etdi.  Bundan  xəbər  tutan  Uzun  Həsən  o ğlu 

Xəlil Mirzəni  iki  min atlı  ilə CahanĢahın qarĢısına yolladı.  1467-ci  il noyabrın 10-

da MuĢ düzündə hər iki tərəf arasında baĢlanmıĢ döyüĢ  CahanĢahın öldürülməsi və 

Qaraqoyunlularm  məğ lubiyyəti  ilə  nəticələndi.  MuĢ  məğlubiyyətindən  sonra 

Qaraqoyunlular  bir  daha  öz  qüvvələrini  bərpa  edə  bilmədilər.  Bağdada  qədər  o lan 

geniĢ ərazilər Ağqoyunluların əlinə keçdi. 

CahanĢahdan  sonra  onun  oğlu  Həsənəli  Azərbaycanın  cənubunda 

Qaraqoyunlu  hakimiyyətini  bərpa  etməyə  cəhd  göstərdi,  lakin  buna  müvəffəq 

olmadı.  1468-c i  ildə   Uzun  Həsən  asanlıqla   Cənubi  Azə rbaycanı  və  Qa rabağı  ələ  

keçirdi.  Nəticədə Qaraqoyunlu tayfalarının böyük bir hissəsi Ağqoyunlu dövlətinin 

tərkib inə daxil oldu. Uzun Həsən Təbriz Ģəhərini yeni dövlətin paytaxtı elan etdi.  

Ağ qoyunlu  dövlətinin  xarici siyasəti.  Teymurilər  və Osmanlı  dövləti ilə 

mübarizə. Kiçik Asiyadakı Os manlı dövlətinin yeritdiy i fəal  xarici siyasət Cənubi 

Qafqazın  inkiĢafı üçün mənfi bir amil id i.  Uzun Həsən bəylikdə hakimiyyət baĢına 

gələrkən  (1453)  Osman lı  türkləri  Konstantinopolu  fəth  edərək  Qara  dəniz 

boğazlarında  ağalığa  baĢlamıĢdılar.  Bu  hal  Cənubi  Qafqazın  Balkan  ö lkələri  ilə 

qədim  ticarət  və  diplomatik  münasibətlərinin  gediĢinə  təsir  etdi.  Osman lı 

sultanlarının  Avropa-Asiya  tranzit  ticarətinə  böyük  zərbə  vuran  gömrük  siyasəti 

Cənubi Qafqazın Avropa ilə ticarət əlaqələrinin zəifləməsinə səbəb olurdu. 

Osmanlı  sultanları  Cənubi  Qafqazı,  xüsusilə  Azərbaycanı  ələ  keçirməyə 

cəhd edirdilər. XV əsrin 60-cı illərinin əvvəllərində Os manlı dövlətinin təcavüzünə 

qarĢı  Ağqoyunluların  apardıqları  mübarizə  diqqəti  daha  çox  cəlb  edir.  Bu  d övrdə 

Ağqoyunluların  Qaraqoyunlularla  kəskin  mübarizəsindən  istifadə  etməyə  çalıĢan 

Osmanlı  sultanı  II  Mehmed  Ağqoyunlulara  qarĢı  böyük  hərbi  yürüĢ  hazırladı  və 

onların müttəfiqi o lan Trab zon krallığı ü zərinə hücuma keçdi. 

Qara  dəniz  sahilində  yerləĢən  Trabzon  Ģəhəri  Avropanın  ġərq  ölkələri, 

Hindistan  və  Çin lə  ticarətində  vasitəçi  rolunu  oynayırdı.  Bu  Ģəhər  Ağqoyunlu 

tacirləri üçün də Qara dənizə ən əlveriĢli çıxıĢ yolu idi.  

Azərbaycanda  hakimiyyətə  gəlməmiĢdən  xeyli  əvvəl  Ağqoyunlu  bəyləri 

Trabzon hökmdarları ilə dostluq, hətta qohumluq əlaqələri yaratmıĢdılar. 

II  Meh med  Ağqoyunlulara  zərbə  vurmaq  məqsədilə  öncə  Trab zon   krallığı 

ilə  hesablaĢmaq  qərarına  gəld i.  Vəziyyəti  anlayan  Trab zon  hakimi  1457-ci  ildə 

elçisin i  Diyarbəkirə,  Uzun  Həsənin  yanına  yolladı,  Trab zonu  Osmanlı  sultanının 

hücumundan  xilas  etmək  naminə  hər  saziĢə  hazır  o lduğunu  bildirdi.  Uzun  Həsən 

bunun  əvəzində  Kalo  Ġoannın  gözəlliyi  ilə  məĢhur  olan  qızı  Katerinanın  ona 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə