Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə19/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   15   16   17   18   19   20   21   22   ...   82

70
Íàäèð ßùìÿäîâ
yazılmışdır.
Qədim zamanlarda qıpçaqlar arasında belə bir adət vardı . Bir
yerdən 40 qul alanda onlardan biri üçün pul almırdılar. İraq tacir-
lərindən biri Dərbənd şəhərindəki məhşur qul bazarından 40 qul
almışdı . Bu yolla müftə El-Dəniz adlı balaca və cılız bir qula
sahib olmuşdu. Tacirin yük və qul karvanı İraq istiqamətinə yol-
lanır. Gündüzlər isti olduğundan karvan yalnız gecələr irəliləyir
və El-Dəniz yuxulu olduğu üçün üç dəfə arabadan yıxılır. Onu
iki dəfə axtarıb-tapır və yenidən karvana qoşurlar. Üçüncü dəfə
eyni şey təkrarlandıqda El-Dənizi yolda qoymaq qərarına gəlirlər.
O, axşamüstü karvana çatır və onlara qoşulur. İlk dəfə olaraq bu-
rada onun xarakteri özünü göstərir. Beləliklə, hamını heyrətdə
qoyur. Mənzil başına yetişəndə tacir qullarını İraq -səlcuq sultanı
Mahmudun (1118-1131) vəziri Sumayramiyə satır. Vəzir qulların
hamısını alır, bircə El-Dənizdən imtina edir. El -Dəniz ağlaya-
ağlaya vəzirə yalvarır ki, onu da götürsün. Vəzir razılıq verir və
çox keçmir ki, El-Dəniz öz diribaşlığı və fərasəti sayəsində onun
rəqbətini qazanır. Ağası İsmaililər tərəfindən öldürüldükdən
sonra El-Dəniz Sultan Mahmudun özünə xidmət göstərir. Sultan
əmr edir ki, bu gənc qulun tərbiyəsi ilə məşğul olsunlar. El-Dəniz
dilləri, ilahiyyatı və başqa elmləri öyrənir və məmnuniyyətlə at
sürməyi, ox atmağı mənimsəyir. Çox keçməmiş onu sultan mət-
bəxinin başçısı (əl-xivan salar) qoyurlar. Sultan Mahmud öləndə
El-Dəniz bu vəzifədə çalışırdı.
Yeni sultan – II Toğrul (1132-1135) El-Dənizi şəxsi mühafizə
dəstəsinə məmlük (Misirdə hərbi zadəgan təbəqəsi) keçirir. Sul-
tanın arvadı Möminə xatunun rəğbətini qazanan, onun müdrik
məsləhətlərinə əməl eləyən El-Dəniz tezliklə əmir (sultanın
qoşunlarından birinin başçısı deməkdir )rütbəsinə yüksəlir. Öz
kiçik oğluna Atabəy (“Atabəy” sultanın  oğlunun tərbiyəçisi və
gələcək varisi deməkdir)  seçmək vaxtı gələndə isə II Toğrul çox


71
Òàðèõèìèçäÿí áèð âÿðÿã
düşünmədən El-Dənizin namizədliyi üzərində dayanır. Bir müd-
dətdən sonra II Toğrul da Allahın rəhmətinə qovuşur. Onun tax-
tına sahib olan yeni sultan Məsud (1135-1152) əmir Şams
əd-Dini II Toğrulun dul qadını Möminə xatunla evləndirir. Bu ni-
gahdan iki oğlan uşağı – Cahan Pəhləvan, Qızıl Arslan və bir qız
övladı doğulur. 1136-cı ildə sultan Məsud atabəy El-Dənizi pay-
taxtı Bərdədə yerləşən Arran dövlətinin hakimi təyin edir.
Bərdəyə köçdükdən sonra El-Dəniz müstəqil siyasət yeritmək və
saray çəkişmələrindən mümkün qədər uzaqlaşmaq istəyir. O,
yerli əyanlara arxalanaraq, bəzən qələmlə, bəzən isə qılıncla bir
çox xırda hakimləri öz tərəfinə çəkir, tədricən ətraf əraziləri
özünə tabe etdirir.
Bu zaman Azərbaycanda sultan Məsudun qohumu Davudun
atabəyi Qara Sunqur hakimlik edirdi. Məsud Davudu özünün
varisi elan etmiş və qızını ona vermişdi. 1140-1141-ci ildə Qara
Sunqur qəflətən vəfat edir və Azərbaycanın idarəçiliyi El-Dənizin
əlinə keçir. Bu illərdə qiyam qaldırmış feodalların darmadağın
edilməsində sultana yardım göstərir. El-Dənizin bir dövlət xadimi
və sərkərdə kimi nüfuzu daha da artır. Bütün Azərbaycan, o cüm-
lədən Arran, Gəncə və Ərdəbil onun tabeçiliyinə keçir.   
Nəticədə ölkədə iqtisadi və mədəni inkişaf başlayır,ona
qazandığı parlaq qələbələrə və ədalətli olduğuna görə “Şəmsəd-
din”, yəni “Dinin Günəşi “adı verildi.         
Sultan Məsudun ölümündən sonra onun varisləri arasında
hakimiyyət uğrunda mübarizə qızışır. Hakimiyyətə gəlmiş Sultan
Məhəmməd müttəfiqlərinin böyük ordusu ilə birgə qəflətən Azər-
baycan üzərinə hücuma keçir. Şəmsəddin onu Araz vadisində
qarşılayır. Bir neçə gün davam edən döyüş onun məğlubiyyəti ilə
başa çatır. O, Azərbaycan hakimliyindən əl çəkib, yalnız Arranla
kifayətlənməli olur. 
Yalnız bir neçə il sonra, zəif iradəli sultan Süleymanın


72
Íàäèð ßùìÿäîâ
dövründə El-Dəniz yenidən Azərbaycana sahib ola bilir. Təşvişə
düşmüş Süleyman və onun yaxın əhatəsi II Toğrulun oğlu, El-
Dənizin oğulluğu Arslan şahı taxt-taca qanuni varis elan etmək
üçün çalışırlar. Sui-qəsd nəticəsində sultan Süleyman
öldürüldükdən sonra isə onun təşkilatçıları Arslan şahı taxta
çıxarmaq qərarına gəlirlər. 1160-cı ilin noyabrında atabəy El-
Dəniz Arslan şahı sultanlığın paytaxtı Həmədan şəhərinə gətirir.
Onu 20 minlik ordu müşayiət edirdi. Tacqoyma mərasiminə sul-
tanlığın bütün vilayətlərindən və vassal ölkələrdən hakimlər
gəlmişdi. Arslan şah İraq sultanlığının sultanı, Şəmsəddin El-
Dəniz "Böyük Atabəy", onun oğlanları- sultanın böyük ögey qar-
daşı Məhəmməd Cahan Pəhləvan əmir-Hacib, kiçik qardaş Qızıl
Arslan isə ordu komandanı elan olunur. El-Dəniz özünün bütün
əmirlərini böyük dövlət vəzifələrinə qoydurur. Tacqoyma mərasi-
mində iştirak edən bütün əmirlər sultan Arslan şaha və Böyük
Atabəyə sədaqət andı içirlər.  El-Dəniz faktiki olaraq bütün
ölkənin hakiminə çevrilir. 
Bu da dövlətçilik tarixində görünməz bir hal idi.Adi bir qulun
hökmdar səviyyəsinə yüksəlməsi şərqdə hər kəsin öz qabiliyəti
və bacarığına görə qiymətləndirilməsini göstərir. Hakimiyyətin
bu cür mərkəzləşməsi Bağdad xəlifəsini və iri vilayətlərin hakim-
lərini qorxuya salır. Onlar öz üstünlüklərini əldən vermək
istəmirdilər. Xəlifə Arslan şahı sultan kimi tanımaqdan imtina
edir və narazı əmirlərin koalisiyasını yaratmağa başlayır. Bu
məqsədlə o, özünə sadiq səlcuq şahzadələrindən birinə söz verir
ki, onu sultan taxtına çıxaracaqdır.
El-Dəniz əmirlərin birləşməsini qabaqlayaraq onların öz
ərazilərinə yeriyərək, ordularını darmadağın edir. Ən parlaq
qələbəsini Həmədan, Rey və Qəzvin yaxınlığında qazanır. Bu
qələbələrdən qorxuya düşmüş əmirlərin çoxusu sultandan vassal
asılılığında olduğunu etiraf etmək zorunda qalır. Rey hakimi


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə