Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə82/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   74   75   76   77   78   79   80   81   82

idi. Biz saat birdə yola düşməli idik. Knyaz bizi bir gün də saxla-
maq üçün nələr təklif etmir, nələr vəd etmirdi. Lakin gördük-
lərimiz də kifayət idi. İndi Peterburq və Moskva haqqında
təəssuratımız artıq maraqsız idi. 
Knyaz Tarkanovun nahar məclisi eyni zamanda vida məclisi
idi. Bu haqda düşündükcə, bikef olurdum. Ancaq nə edəsən ki,
vaxt çatmışdı.
Ağır dəqiqələr gəlib çatmışdı. Mən hər iki əlimi balaca knyaza
uzatdım. O, göz yaşları içində boğulurdu. Atası ona baxır və
halına acıyırdı.
-Mən bir tərəfə gedəndə o, heç mənim üçün bu qədər ağlamır,
- dedi.
-Mən bunu çox yaxşı başa düşürəm,- uşaq dilləndi. –Səni...
mən bilirəm ki, səni yenə də görəcəyəm, sən məni heç vaxt tərk
etməyəcəksən! Lakin cənab Düma...
Göz yaşları onu boğdu, sözünü tamamlamağa qoymadı. Mən
öz oğlum kimi onu qucağıma götürüb, bağrıma basdım. Ah!
Yazıq uşaq, görəsən mən səni bir də görəcəyəmmi ?Onda mən
yenə səni bağrıma basıb, bərk-bərk qucaqlayardım. Sonra biz
knyaz Tarkanov, Bədridze və başqaları ilə qucaqlaşıb ayrıldıq və
faytona minib yola düşdük.
Vətəndən uzaqlarda gəzdiyim çox uzun müddətdə cəmisi iki
dəfə ayrılıq dəqiqələrində ağır sarsıntı keçirmişəm. 
Keçirdiyim bu iki sarsıntılı ayrılıq dəqiqələrindən biri xatir-
imdə dərin iz buraxan, mənim əziz, balaca dostumun payına
düşür. Biz gözdən itənə qədər biri-birimizə əl elədik. Mən bir
müddət yol gedə-gedə yeni tanışlar haqqında düşündüm .
Nuxadan knyaz  Tarkanovun bir tüfəngini və bir xalçasını,
Məhəmməd xanın bir qılıncını və bir tapancasını, bir xurcun və
bir çarpayı örtüyü aparırdım .
Nəhayət, mən Bədridzenin şalvarını və gənc həkimin
Íàäèð ßùìÿäîâ
300


toqqasını aparırdım. Bu axırıncıların haqqında sizə danışmaq
istəyirəm, çünki çox maraqlıdır. Bizdə bədxərc adam haqqında
deyirlər:”O şalvarınıda bağışlayardı”. Lakin bu məcazi mənada
deyilir. Mənim bildiymə görə, fransız olan müqəddəs Marten öz
paltosunun yarısını bir kasıba verdiyi üçün müqəddəs-
ləşdirilmişdir. Bu o qədər böyük səxavət olmadığı halda fırça
ustaları onu paltoda geyinmiş kimi təqdim edirlər. Fransızların
məcazi mənada işlətdikləri bu misal,Nuxada öz həqiqi mənasını
tapır. Mən artıq demişəm ki, Nuxada iki parca mahudu almışdım.
Nəzərdə tutmuşdum ki, bu mahudlardan Fransaya gedib çatandan
sonra, özümə şalvar tikdirəcəyəm.
Çərkəzi çuxa və başmaq haqqında narahat olmurdum. Çünki
Baqration mənə söz vermişdi ki, onları alıb Tiflisə göndərəcək.
Lakin biz onunla şalvar haqqında danışmamışdıq. 
Axı heç bir modeli olmayan bir şalvarı Parisdə necə tikdirə
bilərəm?
Bu fikir məni narahat edirdi.
-Bədridzedən xahiş edin, icazə versin, onun şalvarına baxım,
-deyə İvana müraciət etdim . –Fransaya qayıdandan sonra özümə
belə bir şalvar tikdirmək istəyirəm. Elə bunun üçün də bax-
malıyam görüm, yadda saxlaya bilərəmmi ki, onu necə tikiblər?
Balaca knyaz mənim fikrimi Bədridzeyə çatdırdı. O saat Bə-
dridze şalvarının qayışını açdı. Sağ ayağının üstə qalxıb, sol
ayağını çıxartdı, sol ayağının üstə qalxıb şalvarın sağ ayağını
tamamilə çıxartdı. Sonra isə yəhərin üstündən götürüb onu mənə
təqdim etdi.
Mən çox təəcüblə onun hərəkətlərini izləyirdim.
-Axı, o, nə etmək istəyir?- deyə gənc knyazdan soruºdum.
-Onu sizə bağışlayır.
-O, öz şalvarını mənə bağışlayır?
-Bəli, siz onu görməyi arzu etdiniz.
Òàðèõèìèçäÿí áèð âÿðÿã
301


-Mən ona ancaq baxmaq istəyirdim.
-Madam ki, o təklif edir, götürün.
-Canım, yox, bu ola bilməz. Mənim knyazım, mən onun şal-
varını götürə bilmərəm.
-Başa düşün. Əgər şalvarı götürməsəniz, siz onun xətrinə çox
bərk dəyə bilərsiniz.
-Xeyr, bu mümkün olan iş deyil, mən onun şalvarının götürə
bilmərəm.
Bədridze öz çərkəzi çuxasını yenidən bərkitmiş və onu öz
yəhərinin üstünə salaraq qılçalarını gizlətmişdi. Sonra o,
mübahisəyə müdaxilə edib, nəsə dedi.
-O nə deyir?-soruşdum.
-O deyir ki, bu tamamilə təzə şalvardır, arvadı tikdiribdir. Bu
gün səhər birinci dəfədir ki, əyninə geyib. Bircə onun fikrini çəkir
ki, kəməri köhnədir.
-Əşi, siz nə danışırsınız! Bunun fikrini çəkməyə dəyməz- deyə
cavan həkim dilləndi,-mənimki təptəzədir, özü də bazardan
dünən almışam.
-Götürün, götürün! Siz onu incidirsiniz! –deyə İvan mənə
müraciət etdi. Doğrudan da, Bədridzenin sir-sifəti dəyişmişdi.
-Aman, Allah! –Mən öz-özümə qışqırdım. –Axı, başa düşün,
o , şalvarsız buradan Nuxaya qayıda bilməz.
-Bu uzunboğaz çəkmələrdə və bu çərkəzi çuxanın altında kim
onun qıçların görə bilər, axı?!-knyaz dedi.
-Mən yenə etiraz edirdim.
-Yəqin mən onu geydiyim üçün cənab Düma götürmək
istəmir,- Bədridze dərindən köksünü ötürərək dilləndi. –Cənab
Dümaya deyin ki, bizdə dostun piyaləsindən badə içmək xoşbəxt-
likdir.
-Yaxşı, olsun, -deyə mən razılaşdım. –Mən sənin piyaləndə
badə içəcəyəm.
Íàäèð ßùìÿäîâ
302


Bax, beləcə, Bədridzenin şalvarını və gənc həkimin kəmərini
götürüb yola düşdüm.
Ancaq mən onu geyinmək istəyəndə dar oldu. Bədridzenin
piyaləsindən “badəni” mənim əvəzimə Kalino içdi.
Biz Nuxadan uzaqlaşdıqca onun görünüşü daha da gözəlləşir
və bütün füsünkarlığı ilə gözümüzün qabağında canlanırdı.
Bərqərar olduğu Qafqaz sıra dağlarının dilbər bir güşəsinə
qısılmış Nuxa , onu yaşıllığa qərq edən, qoynunda gizlədən
ağacların arasından güclə görünürdü.
Zirvəsi qarla örtülmüş bu dağların əzəmətli və adamı  heyran
edən görünüşü vardı. Qafqaz sıra dağlarının tayı-bərabəri ol-
mayan Alazan vadisi ilə irəliləyirdik. Bir məntəqədə dayandıq.
Buradan Nuxa o qədər gözəl görünürdü ki, Moyne dayanıb onun
mənzərəsini çəkdi. Həmin tablo hal-hazırda Qafqaz canişini
Baryatinskidədir. 
Bu kitabı  oxuduğunuza görə çox sağ olun
Allah-Təala sizə yar olsun!
Òàðèõèìèçäÿí áèð âÿðÿã
303


İSTIFADə OLUNAN əDəBIYYATLAR:
1. Türkün qızıl kitabı                                                       Bakı-1992
2. Azərbaycan tarixi üzrə qaynaqlar                            Bakı-1989
3. Qədim Şərq tarixi                                                        Bakı-1993                     
4. Qızılbaşlar tarixi                                                          Bakı-1993                     
5. Müxtəsər Azərbaycan tarixi                                        Bakı-1992                     
6. 100 böyük türk                                                            Bakı-1991                    
7. Böyük hun imperiyası,  1 kitab                                   Bakı-1992                     
8. Böyük hun imperiyası, 2 kitab                                    Bakı-1992                     
9. Azərbaycan tarixi                                                        Bakı-1994                    
10. Oğuz səltənəti                                                            Bakı-1992                     
11. Azərbaycan Atabəylər dövləti  1136-1225               Bakı-1985                      
12. Qədim Azərbaycan                                                    Bakı-1989                     
13. Qədim türklər                                                            Bakı-1993                    
14. İblis xislətli erməni                                                    Bakı-2009                     
15. Şəki                                                                            Bakı-1988                    
16. Ömür kitabı- Sabir  Rüstəmxanlı                              Bakı-1988                     
17. Oljas Süleymanov AZ-YA                                         Bakı-1993                     
18. Nadir şah                                                                Tehran-2010
19. Nadir şah                                                                  Bakı-2008                    
20. Təhmasib şah                                                             Bakı-2009                     
21. Ölüm mələyi                                                              Bakı-2012                     
22. Çingiz xan                                                                 Bakı-1983                    
23. Orxon-yenisey abidələri                                            Bakı-1993                     
24. Əmir Teymurun vəsiyyətləri                                    Bakı-2012                     
25. Sənin ulu baban                                                        Bakı-1989                    
26. Xacə şah                                                                    Bakı-1994                    
27. Səfəvilər Güntay Gəncalp                                         Bakı-2012                     
28. Azərbaycan VII-IX əsrlərdə. Ziya Bünyadov           Bakı-1989                       
29.Cavanşir Davud Nəsib                                            Bakı-2000                   
Íàäèð ßùìÿäîâ
304


30.Şimal-Qərbi Azərbaycan                                            Bakı-1999                     
31. Тюрки и Армяне                                     Вашингтон-1989
32. Полын Половецкого поля                              Москва-2007
33. Огуз-Наме                                                                Баку-1987
34.48 Законов власти                                                Москва-2002
35.Şəki Xanlığı                                                                Bakı-1997                     
37.Şəki Xanlığının tarixindən                                         Bakı-1993
38. Qafqaz səfəri                                                             Bakı-1985                    
39. Avesta                                                          
Bakı-1995
40.Atropatena tarixinin oçerki                                        Bakı-1989
41.Османсkая империя                                            Москва-2006
42.Şərq və Qərb əbədi əlaqəmiz                                    Bakı-2008
Òàðèõèìèçäÿí áèð âÿðÿã
305


MİNNəTDARLIQ
“Tariximizdən bir vərəq“ kitabının işıq üzü  görməsində
dəyərli təkliflər verənlərə, yaxından köməklik göstərənlərə dərin
minnətdarlığımı  bildirir, səmimi təşəkkürümü və xeyir-dualarımı
çatdırıram.
Dadlı milli xörəklərimizlə məni bu yolda ruhlandıran həyat
yoldaşım Mahirə xanıma, bu kitabın ərsəyə gəlməsində əziyyəti
keçən oğlum Vahidə, qızım Sevdaya, tariximizi dərindən bilən
nəvəm Vüsaləyə, böyük əməyi olan nəvəm İlkinə, onun anası
Vəfaya, kompüter işlərində etdiyi köməyə görə nəvəm Yeganəyə,
nəhayət şirin sözləri ilə “Baba, get kitabını yaz” deyən balaca
nəvələrim Rəfiyəyə və Nəzifəyə, onların anası - mənim gəlinim
Rivayə öz səmimi təşəkkürümü  çatdırıram.
Yaradanın müqəddəs əli həmişə  üstünüzdə olsun.
Kitabın yazılmasında, redaktə edilməsində xüsusi köməyi
olmuş, öz səmimi töhvəsini əsirgəməyən, ön sözün müəllifi qar-
daşım oğlu Süleymana böyük minnətdarlıq payı düşür, çox sağ
olsun!
Əlyazmaların kompüterdə çapa və dizaynla nəşr olunmasında
əməyi olan: Abbasa, Həmidəyə, Rüfətə, Zaura, İlhama və
nəşriyyat əməkdaşlarına minnətdarlığımı bildirirəm.
Uca ulu Allah-təala öz mərhəmətini Sizdən əsirgəməsin.
Müəllifdən
Íàäèð ßùìÿäîâ
306


È÷ÿðèñèíäÿêèëÿð
Ýèðèø........................................................................3
Þí ñþç ....................................................................9
Òöðê äþâëÿòëÿðè..........................................................18
Îüóç õàí ................................................................27
Ìåòå .......................................................................30
Òîìðèñ õàòóí ...........................................................36
Àòðîïàò ....................................................................41
Àòèëëà........................................................................44
Úàâàíøèð..................................................................53
Áàáÿê .....................................................................61
Îñìàí Ãàçè ............................................................66
Àòàáÿé Øÿìñÿääèí Åëäÿíèç.......................................69
Ãàçàí õàí...............................................................74
×èíýèç õàí ...............................................................78
ßìèð Òåéìóð ...........................................................93
Ôàòèù Ñóëòàí Ìåùìåò................................................100
Áàáóð øàù ...............................................................105
Éàðà Éóñèô ...............................................................108
Óçóí Ùÿñÿí ............................................................110
Ñóëòàí Ñÿëèì............................................................119
Øàù Èñìàéûë Õÿòàè.....................................................127
Ñóëòàí Ñöëåéìàí Ãàíóíè..........................................139
Áàðáàðîñ .................................................................143
Û Òÿùìàñèá øàù........................................................145
Û Àááàñ øàù .............................................................151
Íàäèð øàù ................................................................156
Ãàúàð øàù ...............................................................169
Øÿêè õàíëàðû .............................................................181
Øÿêè öñéàíëàðû..........................................................251
À. Äöìàíûí Øÿêèéÿ ñÿôÿðè.........................................269
Èñòèôàäÿ îëóíàí ÿäÿáèééàòëàð......................................304
Ìèííÿòäàðëûã ............................................................306


Íàäèð Àëû îüëó
ßÙÌßÄÎÂ
1940-cı ildə Şəkidə anadan olmuş-
dur. 1957-ci ildə Şəki şəhər 10 saylı
orta məktəbini ,1960-ci ildə Bakı
Rabitə Texnikumunu. 1965-cı ildə
Odessa Rabitə İnstitunu bitirmişdi.
1960-85-ci illərdə Bakı Telefon
Şəbəkəsində montyordan rəisə qədər
ucalmışdır 1968-1970-ci illərdə hərbi
xidmətdə olmuşdur.1985- 1997-ci il-
lərdə Azərbaycan Respublikası rabitə
nazirinin müavini, 1997-2004-cü il-
lərdə Azərbaycan Respublikasının rabitə naziri olmuşdur. 
Qarabağ müharibəsi veteranıdır.
O beş texniki məlumat-təlimat və 3 tarixi kitablarının müəllifidir.
Dövlət və ictimai işlərdəki xidmətlərinə görə “Şərəf nişanı” orderi
ilə təltiv olunmuş SSRİ Rabitə Nazirliyinin “Rabitə  ustası” adına,
Respublikanın “Əməkdar Rabitəçi” fəxri adına, MBD  Dövlətlərinin
Assambleyasının qızıl medala və xüsusi diploma layiq görülmüşdür.
ABŞ-ın  Bioqrafiyalar İstitutunun dünyada apardığı sorğuya
əsasən “2001-ci”  ilin adamı seçilmişdir. 2002-ci ildə ABŞ-da aparılan
sorğuya əsasən “Dünyanın qabaqcıl ziyalıları” tituluna layiq
görülmüşdür. 2003-cü il  dünya xalqlarının ömürlük senatoru
seçilmişdir.
2005-ci ildə Ümumdünya Sülh Federasiyasının Sülh Elçisi
seçilmişdir.
KİV və Sosial Araşdırmalar Mərkəzi tərəfindən “İlin ən iş güzar
dövlət məmuru”, “İlin Naziri” və s. adlara layiq görülmüşdür.
1979-87-ci illərdə Bakı  şəhər Xalq Deputatları Sovetinə  deputat
seçilmişdir.
Abşeron rayonunun və Mingəçevir şəhərinin fəxri vətəndaşıdır.
Evlidir, 3 övladı, 5 nəvəsi və bir nəticəsi var.


ÕÖÑÓÑÈ ÃÅÉÄËßÐ


ÕÖÑÓÑÈ ÃÅÉÄËßÐ


ÕÖÑÓÑÈ ÃÅÉÄËßÐ


ghgh

Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə