Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə75/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   71   72   73   74   75   76   77   78   ...   82

istədim, özlərini elə göstərdilər ki, güya başa düşmürlər. Ertəsi
gün səhər-səhər israr etdim, bir kalmık aftafanı götürüb onu
Volqa çayından doldurmağa getdi. On dəqiqədən sonra düz bir
aftafa suyum vardı. Bacardıqca suya qənaət edirdim ki, o uç-dörd
dəfə dörd- beş yüz metrlik yolu gedib-gəlməsin.
Bunu sırğa edib qulağınızdan asın: Rusiyada su yalnız və yal-
nız çaylarda olur. Moskvanı və Peterburqu müstəsna sayıram,
yetmiş iki qolu, üç, dörd, beş kilometr eni, üç min altı yüz kilo-
metr uzunluğu olan məşhur Volqa çayı haqqında nə desəm,
yaxşıca yadda saxlayın. Bu çox aldadıcı çaydı. Heç kəs lilə batıb
boğulmaq qorxusundan gecə onu keçməyə cürət etmir. Suyun
dərinliyini hər saniyə ölçmək lazımdır, onun yetmiş iki qolunun
hec biri ilə Həştərxandan Xəzər dənizinə qədər altı yüz  ton su
tutumu olan gəmi gedib çıxa bilməz. 
Rusiya düzənlikdən başqa bir şey deyildir. Ola bilsin ki, ruslar
torpaqla insanları qarışıq salırlar. Yəqin deyəcəklər ki, mən nə
qədər nankor bir adamam ki, məni çox böyük bir mehribanlıqla
qarşılayan bir xalq haqqında bu cür danışıram. Belə düşünənlərə
cavab verərdim ki, məni hörmətlə qarşılayan ölkə deyil, insanlar
oldu. Mən onun üçün Rusiyaya yox, ruslara minnətdaram!
Biz o şərəfli adamları qeyd etmək istəyirik ki, onlar bizim
burda sadaladığımız həqiqəti bütün dərinliyi ilə başa düşür, tər-
biyənin, təmizliyin, rahatlığın əlifbasını öyrənmək ehtiyacı
üzündən öz təhsillərini xaricidə almağa gedirlər. Yəqin ki, bütün
poçt məntəqələrində iki taxta divan, bir stol, iki kətil və bir saat,
eyni zamanda bir ləyən və içi su ilə dolu aftafa qoymaq üçün Rus
dövləti əmr vermiş olsaydı, bu ona çox baha başa gəlməzdi. Beş
və ya altı il sonra buraya əl-üz dəsmalı qoymaq da yadlarına
düşərdi. Birdən birə çox şey tələb etmək də lazım deyil. Nə isə... 
Bir həqiqəti söyləməliyəm ki, öz vəzifəsini vicdanla yerinə
yetirən qulluqçu axşam saat on birdə olduğu kimi, səhər saat al-
Íàäèð ßùìÿäîâ
276


tıda bircə işarə ilə qəşəng formalı, lakin güclə dörd və ya beş
stəkan su tutan mis qabı götürüb su gətirməyə getdi. Bundan is-
tifadə etmək üçün sadəcə olaraq əlini bu qaba uzadıb, işarə
edirsən, qulluqçu suyu əlinizə tökür və siz yuyunursuz. Əgər
yaylığınız varsa, əllərinizi öz yaylığınızla silirsiniz, yoxdursa,
onda gözləyirsiniz, öz-özünə təbii sürətdə quruyur. Siz məndən
soruşa bilərsiniz ki, bəs üznüzü yuyanda neçə edirsiniz? 
Baxın, görün, yerli camaat-sadə adamlar bunu necə edir. Onlar
suyu ağızlarına doldurur, oradan əllərinə tökür, sonra isə üzlərini
yuyurlar. Bu minvalla su ağızlarından qurtarana kimi beləcə
üzlərini yuyurlar. Silinməyə gəldikdə isə, onlar bunun fikrini çək-
mirlər, hava onların üzünü qurudur. Bax yerli camaat belə edir.
Mənim elə bir fransız oxucum olmaz ki, onun çarpayısının
başında dolabca olmasın. Təəsüf ki, buna Rusiyada təsadüf
edilmir.
Deyəsən, mətləbdən uzaqlaşdıq. Mən Nuxa haqqında burada
gördüklərim haqqında hər şeyi danışmasam, ən azı ədalətsizlik
olar.
Qulluqçu dedi ki, knyaz Tarkanov biz gələn zaman onu oyat-
madığı üçün və gecənin canişinliyinin binasında keçirdiyimiz
üçün təəssüflənir. O istəyir  ki, elə bu dəqiqə bizim şeylər onlara
daşınsın və onun iqamətgahında qalaq. Polkovnik bizi səhər
yeməynə dəvət edirdi.
Knyaz Tarkanovun iqamətgahı hökümət evinin qarşısında idi.
Bizim oraya yığışmağımız çətin uzun çəkmədi. Əvvəl özümüz
getdik, şeyləri aparmağı isə qulluqçulara həvalə etmişdilər.
Knyaz Tarkanovun imarətinin darvazası qəribə idi. Yaxşı
müdafiə olunmaq üçün çəpəki qurulmuş bu böyük darvazanın or-
tasındakı bala qapıdan yalnız bircə adam keçə bilərdi. Bu, hər
hansı bir naqəfil hücumdan ehtiyat üçün belə düzəldilmişdi.
Böyük darvaza əzəmətli çinarların əhatə etdiyi geniş bir həyətə
Òàðèõèìèçäÿí áèð âÿðÿã
277


açılırdı. Ağacların hər birinin altında yəhərli, yüyənli cilovunu
gəmirən döyüşə hazır vəziyyətdə iki və ya üç at vardı. İyirmiyə
yaxın başı şiş papaqlı, çiyni yapıncılı, xəncər qılınc və tapancalı
əsgər atların arasında o,tərəf bu tərəfə gedib –gəlirdi. Dəstənin
başçısı ortaboylu, lakin möhkəm bədənli qırx yaşlarında bir kişi
idi. O, əyninə çərkəzi çuxa geymiş, belinə xəncər bağlamış, 10-
12 yaşlı bir uşaqla söhbət edirdi. Uşaq çox suyuşirin idi. Məni
görən kimi düz üstümə yeridi.
- Siz Aleksandr Dümasınız, elə deyilmi? – Uşaq səlis fransız
dilində mənə müraciət etdi. 
-Bəli, - deyə cavab verdim. – Siz isə İvan Tarkanovsunuz, elə
deyilmi? 
Baqrationun təsvir etdiyi əlamətlərə görə mən onu görən kimi
tanıdım. O, yasovulların başçısına tərəf dönüb onunla tez-tez nə
isə danışdı.
-Knyaz, soruşa bilərəmmi ki, bu zabitə nə deyirsiniz? Əlbəttə,
mən ona dedim ki, sizi eşitdiyim əlamətlərinizə görə o saat
tanıdım. Bu gün səhər tezdən bizə xəbər verəndə ki, evində
səyahətçilər var, mən atama dedim: bu mütləq Aleksandr Düma
olmalıdır. Sizin gəlməyinizin bizə qabaqcadan xəbər vermişdilər.
Lakin çox ləngidiyiniz üçün qorxduq ki, yəqin Yelzavetpol yolu
ilə çıxıb gedibsiniz. -Sonra isə evlərinə tərəf dönərək: -Ata, ata!-
deyə rus polkovniki forması geyinmiş, möhkəm bədənli, əlli
yaşlarında olan bir kişiyə müraciətlə qışqırdı: -Atacan! Aleksandr
Düma gəlib! 
Zabit başı ilə işarə edib, həyətə düşən pilləkənlərə tərəf
gəlməyə başladı. İvan sevinçindən əllərini göyə qaldırıb, bir-bir-
inə vura-vura, tullana-tullana atasının qabağına qaçdı:
-Gördün, mən sənə deyirdim ki, bu, Aleksandr Dümadır! Bu
odur: o, səkkiz gün bizimlə bir yerdə olacaq. Uşaq bu axırıncı
sözləri mənə tərcümə etdi. Mən gülümsədim:
Íàäèð ßùìÿäîâ
278


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə