Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə72/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   68   69   70   71   72   73   74   75   ...   82

Mustafa Şeyxzadə dururdu. Onun babası Şeyx Əhməd saflığı,
dini dəyərlərə sonsuz məhəbbəti, hörmət və ehtiramı ilə el-obanın
gözündə övliya səviyyəsinə yüksəlmişdi. Xalq tərəfindən Şeyx
Əhmədin qəbri üzərində ucaldılmış məqbərə yerli əhalinin bu in-
sana olan ehtiramının təzahürü idi. Az sonra həmin qəbir-
məqbərə Qafqaz miqyaslı ziyarətgaha çevrildi.
Üsyançıların demək olar ki, bütün dövlət idarələrində öz
adamları var idi.
Üsyançılar çətinlik çəkmədən Şəkini alıb, axşama yaxın poçt
binası istisna olmaqla bütün idarə və müəssisələr üzərində öz
nəzarətlərini qura bilmişdilər.
Poçt binasının ətrafında da dramatik hadisələr baş verirdi. Ra-
bitə şəbəkəsinin rəisi İvan Çudov, raykom katibi Riza Babayev,
«Nuxa fəhləsi» qəzetinin redaktoru Məmmədsam Məmmədov və
digər fəal kommunistlər Leskovun başçılığı ilə teleqraf xəttinin
mühafizəsi üçün Yevlaxdan göndərilən bir qrup əsgərin himayəs-
inə sığınmışdılar. Onlar Şəkiyə varid olarkən şəhərin üsyançıların
əlində olmasından bixəbər idilər. Ona görə də maşını birbaşa
İcraiyyə Komitəsinin binasına doğru sürmüşdülər. Bu binanı artıq
üsyançılar qərargaha çevirmişdilər. İcraiyyə Komitəsinin yaxın-
lığında güclü atışma olur. Əsgərlərdən Bəşirov və Varlamov
döyüşdə öldürülürlər. Dəstənin qalan üzvləri isə avtomobillə
mühasirəni yarıb çıxa bilirlər və poçt binasına daxil ola bilirlər.
Deyilənlərə görə rabitə şəbəkəsinin üsyançıların əlinə
keçəcəyi təqdirdə bütün Şəki əhalisinin ata-baba yurdundan
sürgün ediləcəyi labüd olacaqdı.
Üsyançılara qarşı yeridilən hərbi hissələrə Şəki şəhərində, Baş
Göynük, Aşağı Göynük, Zəyzid, Bideyiz  və digər kəndlərdə in-
adlı müqavimət göstərildi.
Şəki şəhərinə daxil olan hərbi qüvvələr, el arasında «gimcə»
adlanan qəbiristanlığın yaxınlığında müqavimətlə üzləşdilər. İn-
Òàðèõèìèçäÿí áèð âÿðÿã
265


diki «Sülh» (Güyümlər) meydanı ərazisində isə M.C.Bağırovun
olduğu zirehli avtomobil güclü atəş altına düşür və sürücü
öldürülür. Onun özünü isə hadisə yerinə yaxın evlərdən birinin
sahibi Sitarə qarı gizlədərək labüd ölümün pəncəsindən xilas edir.
Üsyançıların qüvvələri ilə hökumət qoşunları arasında istər
hərbi texnika, istərsə də canlı qüvvə baxımından müqayisə
edilməz dərəcədə fərq olduğundan, üsyançıların Şəkini uzun
müddət əllərində saxlamasını mümkünsüz edirdi. Bu səbəbdən
üsyançılar şəhəri tərk etdilər. Lakin onlar ətraf kəndlərdə və dağ
yamaclarında mövqe tutaraq mübarizəni partizan müharibəsi for-
masında davam etdirdilər. Hətta bir sıra yaşayış məntəqələri
yenidən onların nəzarəti altında keçmişdi. Ümumiyyətlə, az-çox
diqqət çəkən silahlı toqquşmalar may ayının 12-nə kimi davam
etdi. 
Üsyan yatırıldıqdan sonra asmaq-kəsmək xislətinə sadiq qalan
bolşevik rejimi əhalinin gözünü qorxutmaq üçün kütləvi terror
və repressiyalar tətbiq etdi. Sözdə övladın ataya cavabdeh ol-
madığını iddia edən Stalin üsul-idarəsi əslində ərə görə arvadı,
qardaşa görə qardaşı amansızcasına cəzalandırırdı.
Şəkinin Baş Göynük kəndində olmuş gerçək bir əhvalat həmin
problemin ciddiliyindən xəbər verirdi.
Molla Mustafa üsyan yatırıldıqdan sonra bir müddət gizli şək-
ildə Tiflis yaxınlığındakı Soğanlıq kəndində yaşamışdır.
Molla Mustafa həbs olunmuş və qapalı məhkəmə vasitəsi ilə
10 il müddətinə azadlıqdan məhrum edilərək Ağ dənizdəki
Solovetsk adasına  sürgünə göndərilmişdir.Hələ Sovet hökumə-
tinin mövcudluğunun ilk illərində Leninin göstərişi ilə uzaq Ağ
dənizdəki Solovetsk adasında ölüm düşərgəsi yaradılmışdı.
Oradan sağ-salamat can qurtarmaq möcüzə hesab edilirdi.
O buradan ölümünə 7 ay qalmış, daha dəqiq desək 1937-ci il
may ayının 25-də Şəkinin Baş Göynük kəndinə, əmisi oğlu Məm-
Íàäèð ßùìÿäîâ
266


məd Səadətdin oğlu Şeyxzadənin adına məktub yazmışdır.
Həmin məktubu oxuyarkən gözlərimiz önündə incə duyğularla
yaşayan, kövrək qəlbli, qohumcanlı bir insanın surəti canlanır.
Məktubu olduğu kimi, diqqətinizə çatdırırıq: 
“Mənim əzizlərim, qəlbən sevib hörmət bəslədiyim əmi oğlan-
larım Məmmədə və Məcidə. 
Əvvəla, öz doğmalarına illərlə Vətən həsrəti çəkən talesizlik
fəqirinin kövrəlmiş ürəyinin dərinliyində çoxdan qövr eləyən və
sısqa bulaq kimi çağlayan salamımı yetirin.
Sonrası, əgər oğlunuzun və əmioğlu Balakişinin əhvalını
xəbər alsanız, Şükür Allaha, bugünkü günəcən sağ-salamatıq.
Gecə-gündüz bədbəxtlik girdabına düşmüş əmi oğlanlarıma görə
dua edirəm. Sizinlə - ciyərparalarımla görüşməyi çox istəyirəm
ümid edirəm ki, yaxınlarda hökumətin ədalət qanunu mənə
bəraət verər və sizi doyunca görə bilərəm. 
Əzizlərim, elə düşünməyin ki, mən sizi unutmuşam. Allaha
and olsun ki, bir dəqiqəm olmayıb sizi arzulamayım, amma nə
eləyəsən,  dustaq həyatını... Yalnız ayda bir dəfə Nuxaya yaza və
sizi salamlaya bilərəm. 
Bununla ikinci məktubdur yazıram, bilmirəm əvvəlki sizə
yetişib, ya yox. Bəlkə siz mənə yazmağa qorxursunuz? Elə isə
Anaya deyin, o, mənə məktub almağınızı yazar, bu da məni
 
sakitləşdirər və bilərəm ki, məktubum mehriban əzizlərimə
yetişib. Bircə çatdırın ki, necə yaşayırsınız, sizin və oradakıların
gün-güzəranı nə təhərdir. 
Arzulayıram ki, heç nəyin fikrini çəkməyəsiniz, Allah qoysa
qayıdaram, sizi damət kimi bağrımın başına qoyaram, özünüz də
şir balaları kimi layiqli yerinizi tutar, hökumətin ədalətli qa-
nununun köməyilə ürəyinizdən keçənlərə çatarsınız. 
Daha nə yazım? Mənim yerimə anam əvəzi Şirin bacıya baş
çəkin, onun müqəddəs əllərindən öpün, oğlu Balakişidən ona
Òàðèõèìèçäÿí áèð âÿðÿã
267


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə