Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə70/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   66   67   68   69   70   71   72   73   ...   82

Denibekov  onlara evlərinə dağılışmağı məsləhət gördü,əks halda
silahlı divan tutulacağı ilə hədələdi.
Üsyançılar şəhər ətrafına çəkildi və möhkəmlənməyə
başladı.Kapitan Denibekov üsyançıların güclənməsinə yol ver-
məmək üçün vaxt itirmədən özü ilə 70 əsgər və bir top götürərək
qaladan çıxıb üsyançıların üzərinə yeridi.Silahsız xalq
 
müqavimət göstərməyin çətin olduğunu görərək öz yaşayış
yerinə qayıtdı:Şəkidə üsyan əhval-ruhiyəsini isə uzun müddət
yatırmaq mümkün olmadı.
Məhz bu qorxu Şəki qalasında yerləşdirilmiş qarnizonun yeni
hərbi qüvvələr hesabına möhkəmləndirilməsinə səbəb
oldu.Vəziyyətin ağırlığını görən general-mayor Axverdov
yenidən Şirvan xanlığından Şəkiyə qayıtmağa məcbur oldu. O
general H.F.Rtişşevə göndərdiyi məlumatda artıq sakitliyin
yaranması haqqında xəbər verirdi.
Şəkidə yaranmış sakitlik isə yalnız zahiri xarakter
daşıyırdı.Mübarizəni axıra qədər davam etdirmək istəyən 250
nəfər Çar ərazisindən keçərək Kaxetiya vasitəsilə Tiflisə,general
H.F.Rtişşevin yanına getdi. Bundan xəbər tutan general
üsyançıları şəhərə buraxmamaq haqqında əmr verdi.H.F.Rtişşev
tərəfindən üsyançıların yanına göndərilən Gürcüstan qubernatoru
general-mayor Simonoviç və Tiflisin hərbi komendantı 16 nəfərlə
Tiflisə qayıtdı.Onlaran əsasən üsyan başçıları və Şəki xanlığında
əhalinin daha çox inandığı,hörmət etdiyi din xadimləri idi. -
General-mayor H.F.Rtişşev nəinki üsyan başçılarının şikayətinə
qulaq asdı,hətta hiylə ilə onları hərbi məhkəməyə
verdi.Üsyançıların bir hissəsi Sibirə və Orenburqa sürgün
edildi,bir hissəsinə kötəklə döyülmə cəzası verildi,qalanları isə
cəzalandırmaq üçün İsmayıl xanın ixtiyarına göndərildi.
1814-cü il üsyanı yatırıldı.Təpədən-dırnağadək silahlanmış
rus ordusuna qarşı müqavimət göstərmək olduqca çətin idi.Buna
Òàðèõèìèçäÿí áèð âÿðÿã
257


baxmayaraq xalq yadelli əsarətinə-işğalçılara qarşı öz qəzəb və
nifrətini bildirməkdən çəkinmirdi.Şəki xanlığına yeni hərbi
qüvvələr gətirilir,üsyan baş verməməsi üçün tədbirlər görüldü.
Çıxışlar  işğalçılarla yanaşı çarizmə canla-başla qulluq edən
yerli feodalların özbaşınalığına  və zorakılığı əleyhinə də
çevrilmişdi.
1826-CI IL ŞəKI ÜSYANI
1826-cı ildə Şəki əhalisi yenidən üsyan qalxdı. Qorxuya düşən
Rusiya öz qoşunlarını şəhərdən çıxarmaq məcburiyyətində
qaldı.Səlim xanın oğlu Huseyn xan yaranmış vəziyyətdən istifadə
edərək xanlığı ələ keçirdi.Lakin 
1826-cı ilin sonunda rus qoşun-
larının qələbəsindən sonra hakimiyyəti əldə saxlaya bilməyən
Hüseyn xan Təbrizə getdi.Şəkidəki rus hərbi qüvvələri
artırıldı.
1827-ci ildə bəylərin əksəriyyəti Təbrizə getmək
məcburiyyətində qaldı.Onlara məxsus olan əmlak isə Rusiyanın
dövlət xəzinəsinin ixtiyarına keçdi.
1838-CI IL ŞəKI ÜSYANI
1819-cu ildə Şəki xanlığı ləğv edildi.Şəkidə komendant üsul-
idarəsi yaradıldı.Şəki əyalətinin idarəçiliyi hərbi dairə rəisinə tabe
olan komendanta tapşırıldı.Komendantların özbaşınalığı,zo-
rakılığın geniş yayılması əhalinin vəziyyətini tamamilə ağır-
laşdırdı.Xanlıq zamanı mövcud olan vergi və mükəlləfiyyətlərlə
yanaşı yeni vergilər tətbiq edildi.
Çıxılmaz vəziyyətə düşən xalq çıxış yolunu yenə silaha əl at-
maqda gördü.
1838-ci il Şəki üsyanı XIX əsrin I yarısında şimal-qərbi
Azərbaycanda baş verən ən böyük üsyanlardan biri idi.Bu
Íàäèð ßùìÿäîâ
258


üsyanın xarakterik xüsusiyyəti ondan ibarət idi ki,müstəmləkəçi-
lik əsarətinə qarşı çevrilmiş bu azadlıq mübarizəsində Şəki əhalisi
ilə yanaşı dağlı tayfaları da iştirak edirdi.
Mənbələrin verdiyi məlumata görə üsyana Təbrizdə vəfat
edən Şəki xanı Hüseyn xanın oğlu Məmməd bəy başçılıq
edirdi.
1837-ci ildə öz vətəninə qayıdan Məmməd bəy tərəfdarları
ilə birlikdə müstəmləkə əsarətinə qarşı mübarizəyə başladı.Lakin
tezliklə həbs olunaraq hərbi məhkəməyə verildi.
1838-ci ilin
avqustun 8-də o,həbsxanadan qaçaraq Quba mahalının yuxarı
hissəsində gizləndi.
1838-ci ilin avqustunda Quba mahalının yuxarı hissəsində 5
minədək atlı və piyada toplayan Məmməd bəy Rutuldan olan Ağa
bəylə birlikdə Şəki üzərində hücuma hazırlaşmağa başladı.
Avqustun 30-da çoxsaylı dağlı qoşunu Xaçmaz mahalı yaxın-
lığında dağı aşaraq Şəki əyalətinə girdi.400 evdən ibarət Xaçmaz
kəndinin sakinləri dağlılara qoşuldu.Mahal naibinin kənd əhal-
isindən yaxınlaşan dağlı qoşununa qarşı müqavimət göstərmək
üçün dəstə toplamaq cəhdi baş tutmadı.
Məmməd bəy Şəki əhalisinə göndərdiyi müraciətdə bildirdi
ki,o şəkililəri öz dindaşları və dostları hesab edir.Onlara qarşı heç
bir pis niyyəti yoxdur.Yürüşdə əsas məqsəd onlarl xristianların
zülmündən azad etmək,bütün işğalçıları məhv etməkdir.
Məmməd bəyin bu müraciəti Şəkidə üsyanın başlaması üçün
bir işarə oldu.
Şəki komendantı podpolkovnik Minçenko yaxınlaşan təh-
lükəni dəf etmək üçün silahlı əhali toplamağa başladı.Lakin tələb
olunan 1000 nəfər yerinə cəmi 200 atlı yığıldı.Çətinliklə yığılan
bu silahlı dəstə Vartaşın kəndinə gəldi.Onlar isə nəinki müqav-
imət göstərdilər,hətta mahal naibini hədələyərək onun bu
ərazidən çıxmağını tələb etdilər.Qısa müddətdə bu üsyan bütün
Şəki əyalətini bürüdü.
Òàðèõèìèçäÿí áèð âÿðÿã
259


Avqustun 31-də köməyə gələn dağlı qoşunu sürətlə hərəkət
edərək demək olar ki,heç bir müqavimətə rast gəlmədən Şəkiyə
yaxınlaşdılar.Şəki komendantı kömək üçün Nijeqorodsk draqun
polkunun komandiri C.D.Bezobrazova müraciət etdi.Çar quyu-
ları istehkamından Şəkiyə top artileriyası ilə birlikdə 2 diviziya
və Zaqatala qalasından 2 rota göndərildi.Bu hərbi qüvvəyə İlisu
sultanının yüzədək atlısı da qoşuldu.
Polkovnik C.D.Bezobrazov Şəkiyə gələn zaman üsyançılarla
birləşməyə cəhd göstərən dağlı qoşunu artıq şəhərə yaxın-
laşmışdı.Qışlaq adlanan ərazidə köməyə gələn dağlı qoşunu
ilə,Şəkidə yerləşdirilmiş rus qoşunu arasında şiddətli döyüş
başladı.Şəhər yarğanlar və sıx bağlarla əhatə olunduğu üçün az
saylı qoşunla üsyançılara qarşı vuruşmaq və şəhəri əldə saxlamaq
çətinlik yaradırdı.Ona görə də polk Bezobrazov öhdəsində olan
az saylı qoşunla şəhərdən 4 verst aralı olan Qışlaq ərazisində
həlledici döyüşə girməyi qərara aldı.Nijeqorodsk draqun polku-
nun kapitanı knyaz Çavçavedze milis dəstələri ilə birlikdə Qışlaq
və Zəyzid yolu ilə hərəkətə başladı.Bu dəstəni Gürcüstan xətt
batalyonunun 2 rotasından təşkil edilmiş kalon müşayiət edirdi.
Zəyzid kəndi yaxınlığında milis dəstələri ilə üsyançılar
arasında atışma başladı.Piyada qoşunlarına başçılıq edən
polkovnik Bezobrazov milis dəstələrinə kömək etmək üçün
Zəyzid yoluna çıxdığı an üsyançılar onların üstünə atıldı.Lakin
piyadalar süngü zərbələri ilə bu kütləni geri oturtdu və qaçmağa
məcbur etdi.
Üsyançıların digər hissəsi isə Qışlaq yolunda dayanan rotaya
hücum edərək burada olan bir topu ələ keçirməyə cəhd
göstərdilər.Bu döyüşdən sonra Məmməd bəy Şəkiyə yaxın olan
yüksəklikləri ələ keçirərək şəhərə daxil oldu.Qısa müddətdə
üsyançılar şəhərin bütün şimal hissəsini ələ keçirdi.Ələ keçirilən
yerlərdə öz mövqelərini möhkəmləndirmək istəyən üsyançılarla
Íàäèð ßùìÿäîâ
260


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə