Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə78/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   74   75   76   77   78   79   80   81   82

biləcəkləri və hətta Şamaxı rəqqasəsi, gözəlləri üçün paltar,baş
örtükləri, sırğalar, yaxasında qızıl və ya gümüşdən meyvə şəkil-
ləri toxunmuş koftalar düzəldilir və satılır. Belə koftalar burda
çox dəbdədir. Bütün bunlar göz qamaşdırır, işıq saçır, adama gəl-
gəl deyir. Səs-küydən qulaq tutulur. Dalaşan kim, qırmanc vuran
kim, qışqıran, qorxuzan, söyüşən kim,biri-birinə uzaqdan salam-
məleyk deyən, əlini sinəsində çarpazlayaraq salamlaşan, qu-
caqlaşan kim, sövdələşən, mübahisə edən, höcətləşən, and içən
kim və s.
Bir baxın, görün nə gözəl yəhərdi! Əgər onlardan ala-
caqsınızsa, elə buradan alın. Başqa yerlərdə  yəhər bahadır, bu-
rada daha ucuz qiymətə ala bilərsiniz.
Mən 24 manata iki bəzəkli yəhər aldım. Bunları Fransada 200
franka və ya heç ala bilməzdik.
Elə bu vaxt əynində çərkəzi çuxa,keçmiş qəşəng bir zabit
bizim yanımıza gəldi. O, İvana bir neçə tərifli söz dedi. Balaca
knyaz mən tərəfə döndü və onu mənə təqdim etdi:
-Məhəmməd xandır.
Bu, mənə onun haqqında hələ heç nə demirdi. Mən salam
verdim. Çavan zabitin müqəddəs Georgi xaç ordeni və çox gözəl
silahı vardı. Müqəddəs Georgi xaç ordenini hər adama hər hansı
bir təsadüf və ya kiminsə məsləhəti ilə vermirlər.
-Siz mənə deyəcəksinizmi, bu Məhəmməd xan kimdir,
knyaz?-deyə mən İvana müraciət etdim.
-Əlbəttə, elə bu saat.
O bir neçə kəlmə Məhəmməd xanla nə barədəsə danışdı. Belə
başa düşdüm ki, ona mənim silahlarım haqqında nəsə deyirdi.
Sonra o mənim yanıma gəldi. Məhəmməd xan da onun dalınca. 
-Mənim silahlarım barədə danışırdınız, elə deyilmi?
-Bəli, onun bu silahları istehsal edən firmalar haqqında
məlumatı var. Hörmətli bir adamdır. İcazə verərsinizmi, o sizin
Íàäèð ßùìÿäîâ
286


silahlara baxsın?
-Böyük məmnuniyyətlə.
-İndi isə qulaq asın, sizə deyim bu Məhəmməd xan kimdir.
Hər şeydən əvvəl, bu adam Nuxanın axırıncı xanının nəvəsidir.
İşdir, əgər bu şəhər və bütün əyalət rusların olmasaydı, onunku
olmalı idi. Ona ayrıca mülk verilmişdir. O, mayordur... Bu rütbəni
öz ləyaqəti ilə almışdır. Bu, məşhur Daniyel bəyin bacısı oğludur.
O, yalnız 1828-ci ildən rus dövlətinin ixtiyarında olan, bizim
baxacağımız Xan sarayında anadan olmuşdur. Mən Məhəmməd
xanın qəlbindəki köhnə qəmli xatirələri təzələməmək xatirinə
gənc knyaza təklif etdik ki, saraya baxmağı başqa vaxta saxlayaq.
İvan mənim dediklərimi ona çatdırdı. Məhəmməd xan baş əyərək
dedi:
-Böyük imperatorluğun ixtiyarına keçəndən sonra mən orada
olmuşam. 
Biz yolumuza davam etdik. Xan sarayı, şəhərin ən yüksək bir
nöqtəsində, başqa tarixi binalardan fərqli olaraq müasir memarlıq
üslubunda tikilmişdir.1792-ci ildə Məhəmmədhəsən xanın
tikdirdiyi Xan sarayı valehedici və insana gəl-gəl deyən bir
imarətdir. Onun əsasını bu sülalənin ən hörmətli və məşhur adamı
Hacı Çələbi xan qoymuşdur. 1735-ci ildən 1740-cı ilə qədər o,
Nadir şaha qarşı çox döyüşlərdə iştirak etmiş, bütün Şirvanı azad
etmiş, Tiflisə qədər gedib cıxmışdı.
Çar ordusu 1828-ci ildə Nuxanı tutanda Xan sarayı
dağıdılmışdı. Xan sarayı elə füsünkar gözəlliyə malik abidədir
ki, yalnız memar fırçası onun necə birləşdirildiyi məlum olmayan
saysız-hesabsız şəbəkə və naxışlarını yenidən canlandıra bilər.
Doğrudur, adlı-sanlı adamların, knyazların burada gecələməsi
üçün  Xan sarayı bərpa olunmağa başlamış, lakin bərpa işləri yal-
nız birinci mərtəbədə aparılmışdır. Bu füsünkar sənət abidəsinin
tam bərpasını davam etdirmək əvəzinə, onu başlı-başına bu-
Òàðèõèìèçäÿí áèð âÿðÿã
287


raxmışlar. Nuxanın çox da böyük olmayan Xan sarayından ayrı-
landa, ürəyimdən istər-istəməz bir fikir keçdi: “Xudaya,sən özün
bu gözəl və tarixi abidəni yadellilərdən qoru!”
Biz polkovnik Tarkanovun malikanəsinə dönmək üçün ya
şəhərin ətrafına dolanmalı, ya da yenidən bazardan keçməli idik.
Başqa yol yox idi. Biz gəldiyimiz rahat yolla qayıtdıq. Məhəm-
məd xan bizi knyaz Tarkanovun evinə qədər öturdu. Axı, İvan
mənim silahlarım haqqında ona demişdi. O da fikrində yəqin ki,
elə bu barədə düşünürmüş. Odur ki, gəlib evə çatanda elə birinci
soruşduğu bu oldu.
Yeni və maraqlı fikir mübadiləsinə səbəb olan silahları
gətirdilər. Gənc knyazda bizim uçurdub göydə vurma qaydaları
haqqında təsəvvur yaratmaq üçün tüfəngimi götürüb havaya bir
qəpiklik atdım və onu qırma ilə beş altı yerdən vurdum.İvan bunu
bir təsadüf saydı, məndən təkrar atmağı xahiş etdi. Bu dəfə mən
iki dənə bir qəpiklik götürüb, hər ikisini birdən havaya ataraq,
iki atəşlə onların ikisini də vurdum.
Məsum uşaq çaş-baş qalmışdı. O,az qala inanmışdı ki, mənim
silahım Astolf qılıncı kimi sehrlidir və hədəfi düz vurmaq onu
atandan deyil, tüfəngin özündən asılıdır. O, dil boğaza salmadan
elə hey təkrar edirdi: 
-Mənim də belə silahım olacaqmı? Mənim də sizinki kimi
tüfəngim olacaqmı? 
-Bəli, əziz knyaz, sakit olun,- gülərək ona cavab verdim. Bu
Məhəmməd xanı ürəkləndirdi. O, İvanı yanına çağırdı və yavaşca
ona bir neçə söz dedi. İvan mənim yanıma qayıtdı.
-Məhəmməd xan çox istərdi ki, onun bir cüt tapançası olsun,
özü də Devim firmasının tapançasından. O soruşur ki, bunu necə
əldə edə bilər?
-Bu çox asan bir şeydir, əziz knyaz. Məhəmməd xan mənə
yalnız arzusunu bildirsin, mən onları ona göndərərəm.   
Íàäèð ßùìÿäîâ
288


Məhəmməd xan mənə yaxınlaşdı və məni narahat etdiyi üçün
üzr istədi. Sonra o, məndən soruşdu ki, bir çüt Devim tapançası
neçəyə başa gələr? Dedim ki, bu barədə heç narahat olmasın,
çünki, bu mənim işimdir. Təki onlar gəlib sizə çatsın. Elə ki, fran-
sız tapançalarını aldız, onda mənə bir Qafqaz silahı
göndərərsiniz. O hörmət əlaməti olaraq baş əydi və qılıncını be-
lindən açdı, tapancasını çıxartdı və onların hər ikisini mənə
təqdim etdi, eyni zamanda, hələ bir üzr də istədi ki, xəncəri verə
bilmir, çünki kiminsə yadigarıdır. Bu mübadilə o qədər qiymətli
idi ki, razılaşa bilmirdim. Lakin İvan mənə dedi ki, əgər onları
götürməsəm, Məhəmməd xanın ürəyinə dəymiş olaram. Mən də
öz növbəmdə baş əyib qılıncı və tapancanı götürdüm.
Bu silahların hər ikisi çox zövq ilə düzəldilmişdi. Bundan
əlavə qılınc hər yerdə tanınırdı. Onu belimə bağlayan dəqiqədən
Tiflisə qədər yol uzunu, onu görən azərbaycanlı zabitlər dönüb
baxmağa məcbur olurdular. Qılıncın belə məşhurluğu onun
sahibinin böyük hörmətinə dəlalət edirmiş.
Bizə Şəkidə bir bayram axşamı qoç döyüşlü,Azərbaycan
rəqsli,güləşli və s. bir qonaqlıq təşkil etdilər.
-Mən sizə tamamilə azərbaycanlısayağı bir qəbul düzəlt-
mişəm, -deyə o, sözünü bitirdi.
Biz bu gələnlərin ləzgilərdən təzə bir xəbər gətirdiyindən şüb-
hələndiyimizə görə daha danışmadıq.
Bədridze də gəlib çıxdı. Təhər-tövründən görünürdü ki, onun
kefi kökdü və elə hey əllərini ovuşdururdu. O, knyaz Tarkanovla
qonşu otağa keçdi Polkovnik tək qayıdıb gəldi. Bədrize isə otağın
eyvana açılan başqa bir qapısından çıxıb getmişdi.
Stoldan qalxıb qəhvə içmək üçün eyvana keçdik. Həyətin or-
tasında –yanında nəhəng qonur qoç olan bir kişi dayanmışdı.
Onun ətrafında isə polkovnikin sanki qonur qoçu döyüşə çağıran
qara qoçu hərrənirdi. 
Òàðèõèìèçäÿí áèð âÿðÿã
289


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə