Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə80/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   74   75   76   77   78   79   80   81   82

Rəqqaslar düz eyvana qədər gəlib knyazı salamladılar.
Adamlar “ura” qışqıraraq dairə vurdular. Məşəlçilərin dördü də
elə yer seçdilər ki, rəqs edənlərin oynadıqları meydançanı daha
yaxşı işıqlandıra bilsinlər.
Rəqqaslardan ikisi əllərində toppuza oxşar qısa, ağır şeylər
tutmuşlar. Üçünçüsü isə əlindəki yarımçevrəyə bənzər, dəmir
həlqələrlə bəzənmiş qavalı titrədərək çalğıçıları müşayiət edirdi.
Musiqiçilərdən ikisi nağara, ikisi isə zurna çalırdı. Deyəndə ki,
iki musiqici zurna çalırdı, mən səhv edirəm, düzdü, hər ikisi
çalırdı, lakin növbə ilə çalırdılar. Bu tipli musiqi alətində çalmaq
cox yorucu olur. Axı bunun üçün içəridən nəfəs almağı bacarmaq
lazımdır. Azərbaycanlıların sinəsi nə qədər möhkəm olsa da,
nəfəsləri çatmadığından, onlar zurna çalarkən biri-birinə əvəz et-
məyə məcbur olurdular. 
Musiqi sədaları altında get-gedə qızışan rəqs birdən yaxın
məsafədə eşidilən qızğın atışma səsinə dayandırıldı.
Rəqqaslar dayandılar, zurna çalanların nəfəsi kəsildi, nağara
çalanların əlləri havada qaldı. Polislər silahlara cumdular.
Yasovullar hazır dayanmış atların belinə sıçradılar. Həyətdəki
bütün tamaşaçılar isə sualedici nəzərlərlə biri-birinin üzünə
baxırdılar.
-Elə bir şey yoxdur, camaat, elə bir şey yoxdur! –deyə knyaz
Tarkanov ucadan dedi-narahat olmayın Bədridzenin işidir. Öz
adamları ilə məşq edir, onları düz atmağı öyrədir, başlayın, rəqsə
başlayın!-olmaya bunlar ləzgilərdi? – deyə mən İvandan soruş-
dum.
-Ola bilər, lakin bir halda ki, Bədridze ordadır, deməli, narahat
olmağa dəyməz, - sonra isə öz növbəsində o da çalğıcı və
rəqqaslara bir neçə söz dedi. Zurna çalanlar öz zurnalarını
püləməyə, nağaraçılar nağaralarını döyəcləməyə, rəqqaslar rəqs
etməyə başladılar.
Òàðèõèìèçäÿí áèð âÿðÿã
293


Yavaş –yavaş hərə öz yerini tutdu. Ara-sıra tüfəng səsləri
eşidilsə də heç kəs buna əhəmiyyət vermədi.
Həqiqətən də, rəqs çox gözəl idi. Bu  qədər maraqlı olması
onu göstərir ki, rəqqaslar çox məşq etmişdilər. 
Əllərində ağırlıq daşı tutmuş iki nəfər bir dairənin iki
tərəfində, qavalçalan isə ortada dayanmışdı. Onlar bacarıqla və
cəldliklə hərəkət edirdilər. Onları bizim Şan-Elizə çöllərindəki
toppuzlarını başlarının üstündə fırladanlara, bir əlindən digərinə
ayaqlarının arasından keçirən ağac oynadanlarla müqayisə etmək
olmaz. Üçüncü rəqqas qavalın dəmir həlqəciklərini cingildədərək
musiqini gücləndirir, eyni zamanda füsünkar musiqinin müşayəti
ilə çox qəribə hərəkətlər edirdi. 
Çalğıçılar bir- birini əvəz edir, zurnanı elə məharətlə çalırdılar
ki, musiqi rəqqasların qüvvəsini birə-beş artır və onları insanın
edə bilməyəcəyindən daha artıq hərəkətlər etməyə ruhlandırır.
Bu hərəkətlərə bizim aramızda ən bacarıqlı adam iki-üç dəqiqə
güclə davam gətirər, bunlar isə on beş dəqiqədən çox oy-
nayırdılar. Mən deyə bilmərəm ki, bu vərdiş və ya çeviklikdir.
Bir onu bilirəm ki, rəqqasların heç biri yorulana oxşamırdı. Na-
hayət, musiqiçilər də, rəqqaslar da  dayandılar.
Bundan sonra pəhləvanlar məharətlərini göstərdilər. Bu dala,
qabağa gedilən hərəkətlərdən ibarət idi. Onlar daşlarla oy-
nayırdılar. Hərəkətlərin yerinə yetirilməsində qollar ümu-
miyyətlə, ayaqlardan daha çox rol oynayır.
Rəqsdən sonra  güləş başladı. Rəqqaslardan ikisi üst paltar-
ların çıxartdı. Əyinlərində enli  şalvardan başqa heç nə qalmadı.
Onlar knyaz Tarkanovu salamladılar və əllərini toza batırıb ovx-
alamağa başladılar. Sonra isə biri-birinin üstünə cummaq istəyən
iki vəhşi heyvan kimi qarşı –qarşıya dayandılar.
Güləş, ümumiyyətlə, bütün tamaşaların ən sadəsidir. Kim heç
vaxt arxası yerə dəyməmiş Matves və Rabasonu görmüşsə,
Íàäèð ßùìÿäîâ
294


deməli, Azərbaycan pəhləvanlarını da görmüşdür. Elə təsəvvür
etsin ki, elə Krotonlu Alsidamas və Milonu da görmüşdür.
Əgər bir hadisə baş verməsəydi, bu tamaşa bəlkə də yadda
qalmazdı. Bu, silahsız-filansız mübarizə bizə o qədər də maraqlı
gəlmirdi. Güləşin lap qızğın çağında, camaatın gərginliklə irəli
cumaraq, güləşçilərə baxmaq üçün başlarını qabağa uzatdığı bir
vaxtda, birdən həyətin dərinliyindən, qaranlığın içərisində bir
adam gəldiyini gördük. O, yaxınlaşdıqca həyətin hər tərəfinə şam
və məşəllərdən yayılan işıqda birbaş da ayırd etmək olurdu.
Bədənsiz irəliləyən bu baş tək-tənha camaata yaxınlaşırdı. Sanki
o da bu tamaşaya baxmaq, ondan ləzzət almaq istəyirdi.
Yeni gələn adam gətirdiyi “qəniməti” unudaraq irəli əyilib
güləşənlərə baxmaq istəyəndə onun üzünə işıq düşdü, indi artıq
hər şeyi açıq-aydın gördük. O, tamam qana bələnmişdi, əlində
isə ağzı əyilmiş, gözləri açıq, ağacın bir ucuna taxılmış, təzəcə
kəsilmiş bir insan başı tutmuşdur. Kəlləsinin qırxıqlığından bildik
ki, bu ləzgi başıdır. Başının ortasında böyük bir kəsik vardı. 
Moyne hec bir şey demədən  mənə  bir  dürtmə vurub, başı
göstərdi.                                                       
- Lənət  şeytana, mən  onu yaxşı  görürəm, - deyə  astadan
ona  çavab verdim.     
Mən  də öz  növbəmdə  gənc  knyazın  əlinə toxundum.  
-Bü nədir belə?- sorüşdüm. 
-A-a-a!- deyə o, cavab verdi.-  Bu Bədridzenin  bizə  qul-
luqçusu Həlimlə  göndərdiyi  içazə  vərəqəsidir.- Bu bir  necə
kəlmə deyilib  qurtarana  kimi, artıq  hamı  başı görmüşdü.
Qadınlar       bir addım  dala  çəkilmiş,  kişilər  isə  bir addım
qabağa yerimişdilər.
-Bərəkallah, Həlim!-Knyaz Tarkanov Azərbaycan dilində
ucadan dedi.- Siz bizə nə gətirmisiniz , mənim balam? 
Həlim başı qaldırıb tən ortaya gəldi:
Òàðèõèìèçäÿí áèð âÿðÿã
295


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə