Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə79/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   74   75   76   77   78   79   80   81   82

Azərbaycanlıların bayramı qoç döyüşü ilə başlanacaqdır. 
Atasının sirrini açan İvan bizə xəbər verdi ki, axşam qoç
döyüşündən sonra Azərbaycan milli rəqsləri və güləş olmalıdır.
Bütün bunlardan sonra isə içəridə rəqs olacaq. Bu rəqsə şəhərin
ən məşhur rəqqasları dəvət olunublar. Onlar “Ləzgihəngi” oy-
nayacaqlar. 
Qonaqlar yavaş-yavaş gəlməyə başlamışdılar. Yaxında olanlar
piyada,  bir neçə nəfər faytonla, beş altı adam isə atla gəldi. Onlar
Knyaz Tarkanovun iqamətgahından çox da uzaqda yaşamırdılar.
Lakin şərqlilər mümkün qədər ancaq atla gəzirlər.
Bütün kişi və qadın qonaqlar  adətləri üzrə salamlaşır və ged-
gedə teatr qalereyasını xatırladan eyvanda öz yerlərini tuturdu-
lar.
Axşam saat altıya yaxın artıq hamı yığışmışdı. Daha sonra
qırx nəfər polis də gəldi. Bunlar hər axşam knyaz Tarkanovun
iqamətgahını, onun həyət qapısını qoruyan keşikçilər idilər.
Keşikçilər təyin olundu. Qalan polislər isə yanında qoç olan
adamın ətrafında dövrə vurdular. Tamaşaçılardan xahiş etdilər ki,
geri dursunlar, qoçların döyüşü üçün yer qalsın. Uşaqlar başlarını
polislərin qıclarının arasından çıxararaq, qoçlara baxırdılar.
Tamaşanın başlanmasına işarə edildi və qoçları meydana
çəkdilər. Gənc Knyazın şəxsi keşikçisi onu heç vaxt tək qoy-
mayan bütün gecəni qapısının ağzında yatan səhərdən axşama
kimi onu gözdən qoymayan Nikolay qara qoçun buynuzundan
tutub qonur qoçun on addımlığına –yaxın bir məsafəyə itələdi.
Öz növbəsində qonur qoçun sahibi qoçunu tumarlayıb-sığal-
ladı. Boynunu qucaqlayıb onu qara qoçun bərabərinə gətirdi.
Bu yerdə hər iki qoçu adamların qışqırığı, hay-küyü qızışdır-
mağa başladı. Əslində onların heç birinin bu adamların görməy-
inə ehtiyacı yox idi. Onların hər ikisi azad olar-olmaz iki düşmən
suvari kimi bir-birinə cumdular. Onların kəllə-kəlləyə gələndə
Íàäèð ßùìÿäîâ
290


şaqqıltıdan qulaq tutulurdu. Bu səsin əks-sədası bütün həyəti
başına götürmüşdü. Qoçlar bir müddət  dal ayaqlarını bərk-bərk
yerə basıb bir-birinə güc gələrək, rəqibini geri çəkilməyə məcbur
etmək istəyirdilər. Onları aralayıb yenidən buraxdılar. Qoçlar
yenə də güllə kimi biri-birinin üstünə cumdular, dəhşətli və
cingiltili zərbələr qulaq batırıcı idi. Bu dəfəki zərbədən sonra
qonur qoçun qulağının yanında qan göründü. Bir daha onları ar-
alamadılar. Hiss olunurdu ki, qara qoç rəqibini üstələyib. Belə də
oldu. Bir az sonra qonur qoç döyüşdən yayındı. Qara qoç qalib
gəldiyinə elə bil özü də heyran idi. Başını yuxarı tutub, fınxıra –
fınxıra meydanda dövrə vururdu, qonur qoçun qulaqları sallan-
mışdı. Hamı qonur qoçun sahibinə lağ edib gülürdü. Qonur qoçun
qulaqlarının sallanması tamaşaçılara yaxşı heç bir şey vəd et-
mirdi.
Biz eyvanda dayanmışdıq . Ordan həyətdə baş verən hər şey
çox gözəl görünürdü. Həyət elə hey adamla dolurdu. Tamaşaya
gələnlərin içərisində yanında üç dəvəsi olan bir dəvəçi də vardı.
Dəvələr, heç şübhəsiz, karvansaraya gəldiklərini yəqin edib,
boyunlarını uzadaraq yatmış onların sahibi dəvələrdən birinin be-
linə çıxmış, pulsuz tamaşaya baxmaq üçün ozunə ən gözəl yer
seçmişdi.
Yol keçən başqa atlılar həyətə daxil olmuş, Knyazı salam-
ladıqdan sonra elə atın üstündəcə tamaşanı yaxşı görmək üçün
üzəngidə ayaq üstə duraraq boyunlarını qabağa uzatmışdılar.
Azərbaycanlı qadınlar öz dördkünc çarşablarında, erməni
qadınları öz uzun, ağ paltarlarında ayaq üstə heykəl kimi sakitcə
dayanmışlar, orada yüzdən çox tamaşaçı olardı. Elə bil onların
hamısı buraya qalibi ruhlandırmaq, məğluba lağ etmək üçün
yığışmışlar. Mən qalib deyəndə qara qoçu nəzərdə tuturam.
Qonur qoç qələbədən çox uzaqda idi. Düzü, onun yerinə başqa
bir qoç olsaydı, qulaqlarını daha pis sallayardı. Məğlubiyyətin
Òàðèõèìèçäÿí áèð âÿðÿã
291


dadını, az da olsa, hiss etdiyindən, sahibi onu camaatın hay-küyü
içərisində çox çətinliklə saxlayırdı. Sanki onun ürəyinə dammışdı
ki, artıq hamı onun qələbəsinə şübhə edir.
Əvvəllkindən daha dəhşətli döyüş başlandı. Qonur qoç aldığı
zərbədən dal ayaqları üstə qıvrıldı və yenidən özünü düzəldib,
bir addım geri çəkildi. Artıq qara qoçun üstünlüyü açıq- aydın
hiss olunurdu. İndi qonur qoçun başı da aşağı əyilmişdi.
Qara qoç rəqibinə özünü düzəltməyə imkan vermir, amansız-
casına onun üstünə cumur,arxadan, başından və haradan gəldi
vurduğu hər zərbə ilə onu yıxırdı.
İnamını itirmiş yazıq qonur qoç artıq özünü ayaq üstə saxlaya
bilmirdi. O hara gəldi qaçıb canını qurtarmaq istəyirdi. Lakin
dairə vuran camaatın arasından özünə yol aça bilmirdi. Buna qara
qoçun özü də imkan vermirdi. Qara qoç onun dalınca qaçır, bütün
tamaşacılar isə alqışlarla onu ruhlandırırdı.
Beləliklə, döyüşə və ya sadəcə olaraq, qalibin qonur qoçu hara
gəldi qovmasına tamaşa edən camaat artıq həyəti bürüməkdə olan
qaranlıqda qaynaşırdı.
Nəhayət, qonur qoç qaçıb özünü bir arabanın altına soxdu.
Tamamilə basılmış yazıq heyvan öz rəqibindən aman diləyirdi.
Elə bu vaxt uzaqdan nağara və zurna səsi eşidildi. Camaatın
arasına sakitlik çokdü. Musiqi sədalarının getdikcə yaxın-
laşdığına əmin olduqdan sonra hamı küçə qapısına tərəf qaçmağa
başladı. Bir anın içində həyət tamam boşaldı.
Lakin bir az keçmiş həyətə çox adam doldu. Qapının ağzında
iki məşəlçi göründü. Onların arxasınca dörd musiqiçi, daha iki
məşəlçi və üç rəqqas gəlirdi. İnsan axını həyəti başına götür-
müşdü. Onlar təkcə bayaq qoç döyüşünə tamaşa edənlər deyildir.
Onlara həm də şəhərin bütün küçələrindən keçib, knyazın evinə
qədər rəqqasları izləyən, onların dalınca tökülüşüb gələn adamlar
da əlavə olunmuşdu. Elə bil bütün Nuxa əhli buraya gəlmişdi.
Íàäèð ßùìÿäîâ
292


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə