Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə77/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   74   75   76   77   78   79   80   81   82

arzusu ilə özünü ölülüyə vürüb yerə yıxılır. Ləzgilərdən biri ona
ilişir və onun sol qolunu kəsir. Erməni qorxusundan cınqırını da
çıxarmır. Ləzgi çölə çıxarkən səhvini başa düşür, sol əli kəsdiyi
üçün xəcalət çəkir. Qayıdıb onun sağ əlini də kəsir.   
Səhər yeməyindən sonra gənc knyazdan soruşdum ki, mənə
şəhəri və bazarı göstərə bilərmi? O, bircə baxışla atasından icazə
istədi. Ata da başı ilə ona razılıq işarəsi verdi. Hiss olunurdu ki,
onlar bir-birinin ürəyindən keçəni bir baxışla oxuyurlar.
Lakin ata gənc knyazın əsas keşikçisi Nikolaya əmr etdi ki,
bizi müşayiət etsin. Nikoloydan başqa  dörd qulluqçu da kəmər-
lərini bərkidir, xəncər bağlayıb, papaqlarını başlarına basdılar və
bizi müşayiət etməyə hazır dayandılar.
Balaca knyaz xəncərdən əlavə bir tapança götürdü və hər şeyin
qaydasında olub-olmadığını yoxlayıb, onu belinə bağladı.
On iki –on beş yasovul başçıları Bədridze ilə öz aralarında bir
neçə kəlmə danışdılar. Bədridze knyaz Tarkanova dedi ki, heç bir
təhlükə ola bilməz. O, öz adamları ilə iki gün Nuxanın ətrafındakı
meşələrdə pusquda durmuş, heç bir şey görməmişdi. Bundan
başqa ,adamın ağlına gəlirdi ki, ləzgilər günün günorta çağı on
iki-on dörd min əhalisi olan bir şəhərə basqın etsinlər.
Biz şəhərə çıxdıq. On addım qabaqda Nikolay, onun dalınca
biz –İvan, Moyne, Kalino və mən gedirdik. Dəstəmiz,
göstərdiyim kimi, dörd qulluqçunun əlavə olunması ilə möhkəm-
ləndirilmişdi. Hər hansı bir təsadüfə qarşı dörd tərəfdən öz
adamlarımızla əhatə olunmuşduq.
Təhlükəzliyimizi təmin edən bu strateji imkanımız bütün
şəhəri istədiyimiz kimi gəzməyə şərait yaradırdı. İki-üç saata hər
tərəfini gəzmək mümkün deyil, bu şəhər çox səfalıdır. Şəhərin
mərkəzi və ticarət nöqtələri olan küçələrlə yanaşı, hər bir evin
füsünkar həyətyani baxçası, ağaçları, özünün bulağı vardı. Bu
bulaqların çoxu həyətlərin sıx yaşıl çəpərlərindən kənara çıxaraq
Òàðèõèìèçäÿí áèð âÿðÿã
283


yolu keçib, köpüklənə-köpüklənə axıb gedirdi. 
Polkovnik Tarkanovun iqamətgahı şəhərin kənarında olduğun-
dan, biz mərkəzi küçəyə gəlib çatana qədər xeyli yol qət etdik.
Küçənin ortası ilə çınqıllı kiçik bir çay axırdı. Çayın bir sahilində
evlər, o biri sahilində isə dükanlar cərgə ilə düzülmüşdü.
Mağazaların önü seyrəngah idi. Küçənin hər iki tərəfindən ucalan
ağaclar biri-birinə qovuşaraq köpüklənən suyun üzərində həm
ürək oxşayan kölgəlik əmələ gətirmiş, həm də dağın ətəyində
şairanə bir mənzərə yaratmışdı. Adamlar çayın bu sahilindən o
sahilinə taxta körpülərlə və ya kökü bu sahildə, başı  isə o biri
sahildə yerlə birləşən ağac gövdələrinin üstündən keçirdilər. Bir
az aralıda başı buludlara dəyən, şairanə və səfalı dağlar elə gözəl
mənzərələr yaradırdı ki, bu mənzərələri sözlə ifadə etməkdə
çətinlik çəkirəm. Ucsuz –bucaqsız sahəsinə görə bir balaca qı-
zlara bənzəyən belə ecazkar mənzərəli yeri mən heç vaxt gör-
məmişəm.
Nəhayət, biz heç bir faytonun  heç vaxt kecmədiyi, birdən-
birə sola burulan cığırla yoxuşa qalxdıq və dağın döşündəki
bazara çatdıq. Orada insan əlindən tərpənmək olmurdu. Elə belə
gəzən kim, alan kim, satan kim. Bir basabas vardı ki, gəl görəsən.
İynə atsaydın, yerə düşməzdi.
Küçənin hər iki tərəfini əhatə edən dükanlardakı tacirlərdən
başqa, kasıb, lakin Şərq axar-baxarlığı ilə seçilən balaca dükan-
larda hərə yalnız və yalnız bir şey satırdı. Bəziləri xəncər, bəziləri
tapanca və Quba silahları, digərləri Şamaxı xalıları, ipək və s.
satırdılar. Bu sehrkar tacirlərin arasında heybələri arvadlarının
toxuduqları və qalın parca ilə dolu olan ləzgilər də gəzirdilər.
Açıq sarı və ya sarımtıl rəngdə olan mahud kol- kosa davamlı
olduğundan və uzun zaman dağılmadığından Qafqazda çox
işlənirdi.
Bu parçadan adi adam üçün bir çərkəzi çuxa və bir şalvar
Íàäèð ßùìÿäîâ
284


çıxır, keyfiyyətindən asılı olaraq ona altı manatdan on iki manata
qədər qiymət qoyulur, yumşağlığına baxmayaraq, bu parça suyu
keçirmir və çitdən çox yun parçaya oxşayır, ona mahud
deyirdilər.
Mən bu parçadan ikisini aldım. Bəlkə bizim Lubye və Elböfun
təcrübəli tacirləri onların sirrini öyrənməklə, bir şeyə nail ola
bildilər. Asanlıqla əldə olunan bu ucuz  malların müqabilində sak-
itcə, məğrur oturub, alıcı gözləyən tacirlər elə şeylər düzəldirlər
ki, onları satmaq üçün heç bir səy göstərmirlər. Adama məhəl
qoymayan bu tacirlər özlərini elə göstərirlər ki, guya mallarını
satmaya da bilərlər. “Malım budur! Xoşunuza gəlir, buyurun, pu-
lunu verin, alın, götürmürsünüz, xoş gəldiniz. Mən sizsiz də
keçinə bilərəm və istəsəm heç satmaram. Açaram dükanımın
ağzını, oturaram içində, odlayaram qəlyanımı, tüstüsünü havaya
buraxa-buraxa gəlib-gedənlərə tamaşa edərəm.”
Mən deyənləri adamın düz gözünün içinə demirlər. Lakin
butun bunlar sanki  sözbəsöz  onların üzündə yazılıb. Orada nə
desən duzəldirlər. Bazarda can dərmanı desən, onu da satırlar.
Görduyum külli miqdarda bazarların icərisində ücü mənim ən
cox xoşüma gəlib və mən Tiflisin bazarını da mustəsna etmirəm.
Bunlardan biri Dərbənd, biri Bakı və biri də Nuxa bazarıdır. Mən
deyəndə ki, orada hər şey istehsal edir və nə desən satırlar, bunu
belə başa düşmək lazımdır: Yəni orada nə desən duzəldir və onu
hec vaxt avropalaşa bilməyəcək Şərq bazarlarına məxsus bir
qayda-qanunla xırıd edirlər.
Orada cürbəcür xalılar, silahlar, yəhərlər, patronlar, üstündə
yazı olan şəkillər, balınclar, süfrələr, papaqlar,çərkəzi çuxalar,
dağlı səndəllərindən tutmuş korçu uzunboğaz tumaş çəkmələrinə
qədər hər cür başmaqlar düzəldir və satırlar. Orada növbənöv
üzüklər, qolbağlar, bir, iki və üç sira qızıl azərbaycanlı pulu
düzülmüş boyunbağılar, bizim qaraçı artistlərinin həsəd apara
Òàðèõèìèçäÿí áèð âÿðÿã
285


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə